Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1654/2024 23.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının nümayəndə və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında X4rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Prezidenti yanında X6 xx.xx.2024-cü il tarixli, 02/90 nömrəli və 16 may 2024-cü il tarixli, 13/57 nömrəli əmrlərin ləğv edilməsi, məcburi iş buraxma günləri üçün əmək haqqı ödənilməklə, onun əvvəlki vəzifəsinə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 2010-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında X6 dosenti. (son – 4 ildə) ingilis dili üzrə müəlliməsi vəzifəsində çalışırdı. Daha əvvəllər başqa fənləri (Azərbaycan dili və nitq mədəniyyəti, ali məktəb pedaqogikası) də, tədris etmişdir. 2024-cü ilin may ayının 24-də məlum oldu ki, onu 16 may 2024-cü il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad ediblər. Belə ki, 16 may 2024-cü il tarixli, 13/57 nömrəli əmrin verilməsi üçün əsas isə Azərbaycan Respublikasının Prezidenti yanında X6 02/90 nömrəli, 14 may 2024-cü il tarixli əmri olmuşdur. Həmin əmrin verilməsi üçün əsas isə guya o, (02 may 2024) attestasiya komissiyasının rəyinə əsasən tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Halbuki attestasiya formal keçirilmiş və heç bir qanunun tələbi qorunmamışdır. 26 may 2023-cü il tarixində də işəgötürən tərəfindən attestasiya keçirilmiş və komissiyanın üzvü olmayan 2 şəxs də orada iştirak edərək ona qarşı qərəzlilik olması səbəbilə problem yaratmışdırlar. 02 may 2024-cü il tarixində isə ingilis dilini bilməyən şəxslər komissiyanın üzvü idi. Məsələn, komissiyanın üzvü olan (elmi işlər üzrə prorektor) Əlikram Abdullayev, (Həmkarlar İttifaqının sədri) Yusif Ağayev, (tədris hissə müdiri) Ziyafət Həbibova, (kadr məsələləri şöbəsinin müdiri) Afaq Əliyeva ingilis dilini bilmir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Prezidenti yanında X6 xx.xx.2024-cü il tarixli, 02/90 nömrəli və 16 may 2024-cü il tarixli, 13/57 nömrəli əmrlərin ləğv edilməsi, məcburi iş buraxma günləri üçün əmək haqqı ödənilməklə, onun əvvəlki vəzifəsinə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayədəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçının işdən çıxarılma səbəbi kmi atesstasiyanı uğurla keçməməsi göstərilib. Cavabdehin nümayəndəsi hazırlıq iclasında bildirmişdir ki, atesstasiya ilə yanaşı, iddiaçının son 5 illik fəaliyyətini də nəzərə almalıdırlar. İddiaçının son 5 illik fəaliyyətinin necə uğurlu olduğunu təsdiq edən çoxsaylı sənədlər tərəflərindən məhkəməyə təqdim olunub. Onlardan biri iddiaçının İstedadlar layihəsində iştirak etdiyinə görə təşəkkürnamədir. Məhkəmənin hazırlıq iclasında o, cavabdehin nümayəndəsinə sual vermişdir ki, ekspert qrupuna necə adamlar cəlb olunub, onlar savadlı adamlardırmı?. Cavabdehin nümayəndəsi bildirmişdir ki, bəli savadlıdırlar. Əgər iddiaçı zəif biliyə sahib idisə, niyə İstedadlar layihəsinə 14 il ərzində ekspert kimi cəlb olunub? O suala cavab almamışdır. Attestasiya haqqında xx.xx.2024-cü il tarixli qərara görə Attestasiya Komissiyasının rəhbəri prorektor Əlikram Abdullayevdir. Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən işçinin iş yeri üzrə rəhbəri Attestasiya Komissiyasının üzvü ola bilməz. Prorektor iddiaçının rəhbəridir. Bu, maddi normanın pozuntusudur. İkincisi, o, cavabdehin nümayəndəsinə sual vermişdir ki, 7 nəfərdən hansıları ingilis dilini bilir. Hətta o, ingiliscə sual səsləndirdi. Cavabdehin nümayəndəsi həmin sualları bilmədi. Cavabdehin nümayəndəsi bildirdi ki, Şahin müəllimlə bir başqa nəfər ingilis dilini bilirlər, digərləri bilmir. İngilis dilini bilən şəxslər Şahin Xəlilli və digər şəxs Akademiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əzizbəyovdur, digər 5 nəfər ingilis dilini bilmir. Burda pozulan maddi norma çox önəmlidir. Əmək Məcəlləsinin 65-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 2-ci hissədə maddi norma pozulub. 1-ci hissədə təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik deyəndə, peşəkarlıq həmin sahə üzrə olmalıdır. Riyaziyyatı əla bilən adam ingilis dili imtahanına cəlb edilsə, indiki kimi belə vəziyyət ortaya çıxacaq. Burda 7 nəfərdən 5-i ingilis dilini bilmir. Attestasiya Komissiyasının səlahiyyətli olması ən azı 2/3 hissəsinin tərkibi uyğun olmalı, həmin tələbə cavab verməlidir. Burda isə 5/7-si tələbə cavab vermir. Attestasiya Komissiyasının qərarı obyektiv ola bilməz. İkincisi nümayəndə dedi ki, hər şey Şahin müəllimin nəzarəti altında olub, Şahin müəllim nə deyib, onu qəbul ediblər. İddiaçının elmi monoqrafiyası var. İddiaçı fəlsəfə doktoru elmi dərəcəsini alıb və elmlər doktoru elmi dərəcəsini alıb, və bunları alanda onun rəhbəri Şahin Xəlilli olub. Bunu təsdiq edən sübut “Dünya ədəbiyyatında qadın mövzusu: genezis və tipologiya”, eyni zamanda “İngilis və Azərbaycan ədəbiyyatının konsepsiyası” və s. elmi monoqrafiyalarında Şahin Xəlilli iddiaçının ingilis dili biliyinə müsbət rəy verib, yəni bildirib ki, şəxs ingilis dilini bilir. Bu monoqrafiyalar ingiliscə yazılıb. Tərəflərindən təqdim edilən məqalələr ingiliscə yazılıb. Bundan başqa, İstedadlar layihəsinin tələbələri müəllimləri barəsində, onun hansı yüksək biliyə sahib olması barədə fikirlərini təqdim ediblər. Rus dilli beynəlxalq jurnallarda iddiaçının məqalələri, Amerika, Avropa, İngiltərə, eləcə də, ingilis dili ədəbiyyatında, rus kütləvi informasiya vasitələrində, jurnallarda iddiaçının ingiliscə məqalələri çıxıb. Belə bir şəxsə ingiliscə bilmir deyilə bilməz. 2010-cu ildən 2024-cü ilə qədər iddiaçı İstedadlar layihəsinə ingilis dili üzrə ekspert kimi cəlb edilib. Cavabdehin nümayəndəsi tərəfindən attestasiyanın nəticələri haqqında qərar məhkəməyə təqdim olunmayıb. Əmək Məcəlləsində deyilir ki, attestasiyanın nəticələri attestasiyanın qərarında öz təsdiqini tapır. Şəxslərin attestasiya nəticələri barədə qərar yoxdur. Komissiya iclasının protokolunun qərara aldım hissəsi qərarı əvəz eləmir. Komissiya protokolda gəldikləri nəticəni yazıblar. Amma attestasiya qərarı yoxdur. Attestasiya qərarı yoxdursa, protokol qərar kimi qəbul edilə bilməz. Çünki Əmək Məcəlləsi konkret olaraq deyir ki, attestasiyanın nəticələri attestasiya barədə qərarda öz təsdiqini tapır. Cavabdeh tərəfdə attestasiya qərarı yoxdur. Məhkəmə təcrübəsi belə formalaşıb ki, işçini rəsmi məlumatlandırma olmalıdır. Bu məlumatlandırma hətta iş yerində belə təqdim edilsə və şəxs bunu qəbul eləmirsə və ya imza etmirsə, bu, rəsmi məlumatlandırma deyil. Xəbərdarlığı veriblər və iddiaçı ona imza edib. Attestasiyanın keçirilməsinə ən azı 1 ay qalmış işçi məlumatlandırılmalıdır. Bu onun rəsmi məlumatlandırılması barədə sənəd deyil. İddiaçı bildirir ki, o, attestasiya keçirilən günü ona verilən xəbərdarlığı imzalayıb. Bu halda işəgötürən sübut etməlidir ki, xəbərdarlığı bir ay qabaq verib. Bu, iddiaçının evinə məktub göndərməklə ola bilərdi. Cavabdehin nümayəndəsi bildirir ki, əmək kitabçasını vaxtında veriblər. İddiaçı tərəf kimi, o, əmək kitabçasının təhvil verilməsilə bağlı sənədi istədi. Müəyyən olundu ki, iddiaçıya 21 iyunda əmək kitabçasını veriblər. Nazirlər Kabinetinin qərarı var, niyə evinə göndərməyiblər? Şəxsin son haqq-hesabı nə vaxt verilib, bu günə qədər onun sübutu təqdim olunmayıb.Şəxsin son haqq-hesabı onun əmək haqqı hesabına nəvaxt köçürülüb, cavabdeh tərəf bu gün onu təqədim edə bilmir. Baxmayaraq ki, məhkəmə işdən çıxma ilə bağlı bütün sənədlərin təqdim edilməsini cavabdehə bildirmişdir. İddiaçı tərəfin iddianın təmininin 5 əsası var. Birincisi, iş yeri üzrə rəhbər Attestasiya Komissiyasının üzvü ola bilməz. Prorektor üzvdür. İkincisi, Attestasiya Komissiyasının üzvləri yüksək peşəkarlıq təcrübəsinə sahib deyillər, belə ki, ingilis dilini bilmirlər. Üçüncüsü, attestasiyanın keçirilməsi ilə bağlı 1 ay qabaqcadan rəsmi qaydada məlumatlandırılmayıb. Dördüncüsü, iddiaçıya attestasiyaya uyğun deyil verən adam iddiaçının elmi rəhbəri olub, ingilis dili üzrə ona müsbət rəy verib. Ona görə də, Şahin Xəlilli məhkəmə iclasına gəlməli idi. Beşincisi, Attestasiya vərəqəsində verilən sualların ingilis dilinə uyğunluğu, orfoqrafik və tərcümə məzmunu baxımından azərbaycan dili ilə müqayisəli düzgün və ya səhv sualdır bilinmir. Orda yazılan cavab da düzgündür, səhvdir, o da bilinmir. Çünki həmin hissədə mütəxəssis rəyi alınmasını məhkəmə təmin etmədi. İşə götürənin hüquqi strukturu var, onun kadrlar şöbəsi, katibliyi var, onun borcudur ki, sualların uyğunluğunu sübut eləsin. Bütün bunları nəzərə alaraq, bir, idarə rəhbəri Attestasiya Komissiyasının üzvü ola bilməzdi, iki, Attestasiya Komissiyasının üzvləri səlahiyyətli deyil, üç, 1 ay qabaqcadan xəbərdar olması barədə rəsmi məlumat yoxdur, dörd, attestasiya vəərəqəsində olan sualların cavabdehin səhv-düz olması öz təsdiqini tapmır, beş, attestasiya barədə qərar uyğunsuz deyil. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında X6 nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia ərizəsi əsassızdır və rədd edilməlidir. Belə ki, “Elm haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərini əsas tutaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsində müəyyən edilmiş qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında X6 “Dillər” kafedrasının müəllimlərinin attestasiyası keçirilmişdir. Attestasiyada iştirak elmiş 17 müəllimdən 15nin tutduqları vəzifəyə uyğunluğu təsdiq edilmişdir. Həmin kafedranın iki ingilis dili müəllimi, o cümlədən X10 tutduğu vəzifəyə uyğun olmadığına görə işdən azad edilmişdir. Attestasiya olunan hər bir əməkdaşın “Attestasiya vərəqində” verilmiş suallar və cavablar öz əksini tapmışdır. Attestasiya komissiyası Azərbaycan Dillər Unversitetinin mütəxəssisinin iştirakı ilə attestasiyanı obyektiv və qərəzsiz keçirərək müvafiq qərar qəbul edərək Akademiyanın rəhbərliyinə təqdim etmişdir. X2vericiliyin bütün tələblərinə riayyət etməklə iddiaçını işdən azad etmişdir. X12 iddia ərizəsində göstərilənlərin heç bir hüquqi əsası yoxdur. İddiaçıya işdən çıxarılarkən qanun tələblərinə əməl edilməklə son haqq-hesab ödənilmişdir. Təhsil sahəsində yüksək təcrübəsi olan mütəxəssislərin iştirakı dedikdə, burda təkcə ingilis dilindən söhbət getmir. Qanunvericiliyə uyğun olaraq Attestasiya Komissiyasında 2 nəfər mütəxəssis iştirak edir. X19 təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri Elvin Əzizbəyov və Azərbaycan Dillər Universitetini filologiya fakültəsinin dekanı Şahin Xəlillidir. Hər bir şəxs attestasiyadan keçəndən sonra müzakirə olunur və yekdil qərar qəbul olunur, yəni şəxs tutduğu vəzifəyə uyğundur, ya uyğun deyil. Digərləri ingilis dilini bilirlər, lakin onları mütəxəssis kimi qəbul edə bilməz. Cavabdeh müəssisə dillər institutu deyil ki, hamı mütəxəssis olmalıdır. Mütəxəssis həmin tədris sahəsindən olan kafedranın müəllimləridir. Kafedranın müəllimləri attestasiyadan keçirilib. Kafedrada işləyən ingilis dili müəllimi də, Attestasiya Komissiyasında üzv kimi iştirak edə bilməz. İkincisi, işə götürənlə bağlı məsələ, işə götürən Attestasiya Komissiyasının sədri ola bilməz. İşə götürən Əlikram Abdullayev deyil, işə götürən İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərovdur, Qanunda, Əmək Məcəlləsində, Nazirlər Kabinetinin 97 saylı qərarında birbaşa işə götürəndən söhbət gedir, rəhbərdən getmir. Prorektor işə götürən deyil. Akademiyada 4 prorektor var və heç biri işəgötürən deyil. Sonra protokol məsələsi ilə bağlı bildirir ki, Komissiyada iclas keçirilərkən protokol tərtib olunur. Protokolda qeydlər aparılır. Protokoldan çıxarış tərəflərindən məhkəməyə təqdim olunub. Attestasiya Komissiyasının qərarı qanunvericiliyə zidd deyil. Bütün təhsil müəssisələrində, digər müəssisələrdə də, bu qaydada gedir. Attestasiya Komissiyası heç vaxt müəllimlərə qarşı qəərəzli ola bilməz. Əgər cavabdeh qəərəzli yanaşırsa, onda Britaniya şurasının nəticələri və onların tərcüməsi də var. Həmin nəticələrdən də görünür ki, danışıq, dil, qramatika ilə bağlı iddiaçı aşağı səviyyə göstərib. Britaniya şurası qərəzli yanaşa bilməz. Attestasiya Komissiyası təkcə iddiaçının ingilis dili ilə bağlı olan bilik səviyyəsini yoxlamır, digər sahələrdə də, yəni onun tədrisi bilməsi, onun qiymətləndirmə meyarları, ümumiyyətlə təhsilin standartlarında nə tələblər var, həmin tələblər əsasında aparılır. İstedadlar layihəsinə gəldikdə, bu tələbələrin könüllülük əsasında yaradılmış ictimai özfəaliyyət təşkilatıdır. Akademiya tərəfindən onun yaradılması ilə bağlı rəsmi sənədləşmə aparılmayıb. Ona görə də, iddiaçı tərəfin dedikləri ilə razılaşmır. Attestasiya düzgün aparılmış, Əmək Məcəlləsinin 65-ci maddəsinə riayət edilmiş, Nazirlər Kabinetinin 97 saylı qərarına, Elm haqqında Qanunun 25-ci maddəsinin müddəalarına uyğun olaraq aparılmış, obyektiv aparılmış və heç kimə qarşı qərəzli mövqedə olmamışlar. Mütəxəssis məsələsinə gəldikdə, Şahin Xəlilli təkcə onlarda deyil, Respublika üzrə bütün təhsil müəssisələri tərəfindən dillərlə bağlı, ingilis dili ilə bağlı Şahin Xəlillini mütəxəssis kimi cəlb olunur. Göstərilənlərlə bağlı iddianı əsassız hesab edərək, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə işə baxb, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti yanında X6 13/57 №-li, 16 may 2024-cü il tarixli əmrindən görünür ki, həmin əmrlə Dillər kafedrasının dosenti X11 22 may 2024-cü il tarixindən AR ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən (tutduğu vəzifəyə uyğun gəlmədiyi üçün) işdən azad edilmişdir. Əmrin verilməsinə əsas kimi Azərbaycan Respublikasının Prezidenti yanında X6 02/90 №-li, xx.xx.2024-cü il tarixli əmri göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti yanında X6 02/90 №-li, 14 may 2024-cü il tarixli Dillər kafedrasının müəllimlərinin attestasiyasının nəticələri barədə əmrindən görünür ki, Akademiyanın 16 yanvar 2024-cü il tarixli 13/04 nömrəli əmrilə yaradılmış Attestasiya komissiyası Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsinin tələblərini və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalır”nın müddəalarının əsas tutaraq Dillər kafedrasının müəllimlərinin peşəkarlıq səviyyəsini, ixtisası və tutuduğu vəzifəyə uyğunluğunu, onların fərdi qabiliyyət və üstünlüklərini qiymətləndirərək müvafiq qərar qəbul etmişdir. Yuxarıda qeyd olunanları və Attestasiya komissiyasının 02 may 2024-cü il tarixli qərarını əsas tutaraq Akademiyanın Dillər kafedrasının ingilis dili müəllimləri X7 və X5 tutduğu vəzifəyə uyğun olmadığına görə onlarla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsas kimi “Elm haqqına” AR Qanununun 25-ci maddəsi və Dillər kafedrasının müəllimlərinin attestasiyasını həyata keçirən komissiya iclasının xx.xx.2024-cü il tarixli 1 №-li protokolu göstərilmişdir. İş materiallarında olan “İşəgötürən” Azərbaycan Respublikasının Prezidenti yanında X6 rektoru akademik Urxan Ələkbərovla “İşçi” İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsindən görünür ki, Zülfiqarova X1 tam ştat müəllim vəzifəsinə qəbul edilir. Bu müqavilə müddətli olduğundan 15 sentyabr 2016-cı il tarixdən 15 sentyabr 2017ci il tarixədək 1 il müddətinə bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti yanında X6 Əmək müqaviləsinə xitam verilməsi barədə 13/57 №-li, xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, “Dillər kafedrası bölməsində “dosent” vəzifəsində işləyən İddiaçı Subhan qızı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 70 “c”-peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutuduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti yanında X6 Attestasiya komissiyasının xx.xx.2024-cü il tarixli attestasiya vərəqəsindən görünür ki, İddiaçı Sübhan qızının tutduğu vəzifəyə uyğun olmadığı göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti yanında X6 kadr məsələləri şöbəsinin xx.xx.2024-cü il tarixli xəbərdarlığından görünür ki, bir aydan sonra “Dillər” kafedrasında qüvvədə olan qanunvericiliyə uyğun olaraq müəllimlərin attestasiyasının keçiriləcəyi barədə kafedra müəllimləri xəbərdar edilmişlər, onlara bu müddət ərzində attestasiyaya hazırlaşmaları tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti yanında X6 Attestasiya komissiyasının yaradılması barədə 13/04 №-li, xx.xx.2024-cü il tarixli əmrindən çıxarışdan görünür ki, Akademiyanın struktur bölmələrində çalışan əməkdaşların peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına müvafiq olaraq tutduqları vəzifəyə uyğun olduğunu aşkara çıxarmaq və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin stimullaşdırılması məqsədi ilə 7 nəfərdən ibarət tərkibdə Attestasiya komissiyası yaradılması, attestasiya olunacaq əməkdaşlara attestasiyanın başlanmasına 1 (bir) aydan gec olmayaraq bu barədə məlumat verilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti yanında X6 Dillər kafedrasının müəllimlərinin attestasiyasını həyata keçirən komissiya iclasının 2 nömrəli, 02 may 2024-cü il tarixli Protokolundan görünür ki, kafedranın ingilis dili müəllimləri X3 və İddiaçı attestasiyasının nəticələri qeyri qənaətbəxş olduğundan tutduqları vəzifəyə uyğun deyil. Dillər kafedrasının ingilis dili müəllimləri X7 və İddiaçı attestasiyadan keçmədiklərinə görə onlar barəsində yekun qərarın qəbul edilməsinin rektorluğa təklif edilməsi qərara alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədilə, bu Məcəllənin 66cı maddəsində göstərilən işçilər istisna olunmaqla, qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Əmək Məcəlləsinin 65-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Əmək Məcəlləsinin 65-ci maddəsinin 4-cü hissəsinə əsasən attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Əmək Məcəlləsinin 65-ci maddəsinin 5-ci hissəsinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Əmək Məcəlləsinin 65-ci maddəsinin 7-ci hissəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinin 1-ci hissəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Azərbaycan Respublikasının Prezidenti yanında X6 Dillər kafedrasında müəllim vəzifəsində çalışan 17 işçinin, o cümlədən iddiaçının attestasiyası keçirilmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında X6 xx.xx.2024-cü il tarixli əmri ilə 7 nəfərdən ibarət tərkibdə bu şəxslərin attestasiyasını keçirəcək Attestasiya komissiyası yaradılmış, habelə attestasiya vərəqəsi təsdiq edilmişdir. Eyni zamanda iddiaçı attestasiya olunacağı barədə xx.xx.2024cü il tarixdə xəbərdarlığa imza etmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, Attestasiya komissiyasının tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında X6 Tədris işləri üzrə prorektoru, fəlsəfə üzrə elsmər doktoru, professor Əlikram Avdullayev, Tədrismetodiki və analitika şöbəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru, professor Ziyafət Həbibova, Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Elvin Əzizbəyov, Kadr məsələləri şöbəsinin müdiri Afaq Əliyeva, Akademiyanın hüquqşünası Nümayəndə, X9 Komitəsinin sədri, ictimai əlaqələr üzrə müşavir, filologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Ağayev, həmçinin Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Şahin Xəlillinin daxil olması onun tərkib etibarı ilə təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət olmasını təsdiq edir. İddiaçının attestasiya vərəqəsindən görünür ki, attestasiya komissiyasının qənaətinə əsasən iddiaçı ilə keçirilən attestasiya zamanı iddiaçı ingilis dilində verilən 4 sualdan 3 suala yanlış cavab vermişdir. Keçirilmiş səsverməyə əsasən komissiya yekdilliklə iddiaçının fəaliyyətini “tutduğu vəzifəyə uyğun deyil” kimi qiymətləndirmişdir. Attestasiya komissiyası üzvlərinin xx.xx.2024-cü il tarixli iclas protokolundan görünür ki, komissiya tərəfindən Dillər kafedrasının müəllimlərinə tutduqları vəzifəyə, əmək funksiyalarına və ixtisasına uyğun suallar verilmiş və nəticələr hər bir müəllimin attestasiya vərəqəsində qeyd olunmuşdur. Cavabdeh komissiyanın bu mövqeyini rəhbər tutaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam vermişdir. Beləliklə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə attestasiya qanunun yuxarıda göstərilən normalarının tələblərinə uyğun şəkildə təşkil edilmiş və keçirilmiş, müəyyən edilmiş müddətlərdə iddiaçının bu barədə məlumatlandırılması təmin edilmişdir. Attestasiya zamanı iddiaçıya verilmiş suallar onun tutduğu vəzifəyə, əmək funksiyalarına uyğun olmuş və bu funksiyalara uyğun olaraq onun bilməli olduğu məsələləri əhatə etmişdir. Lakin iddiaçı attestasiya zamanı ona verilən sualları cavablandıra bilməmişdir. Bu səbəbdən də məhkəmə komissiyanın iddiaçıya münasibətdə qəbul etdiyi qərarı qanunauyğun və əsaslı hesab edir və bu mövqeyinə uyğun olaraq belə qənaətə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsi və onun tutduğu vəzifədən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli əmr qanunvericiliyin tələblərinə uyğundur, əmrin ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İsmayılova İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında X4rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-1654/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1654/2024
23.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver