Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1716/2025 21.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək mübahisələri” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək mübahisələri” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz işdən çıxarılmanın tanınması və məsul şəxsin məsuliyyətə cəlbi, hüquqi nəticələrin aradan qaldırılması, əmək hüquqlarının bərpa olunması, əllərində olan resursların gələcəkdə işçi rifahına yönəldilməsi, 4800 azn kompensasiya və ona dəyən maddi və mənəvi ziyanın ödənilməsi, iddianın bu əsasda hüquqi qiymətləndirilməsi, hüquqi prosedurlara maneəçilik törədilməməsi, vəzifədən sui-istifadə hallarına yol verilməməsi və dövlət orqanlarından planlaşdırdığı bir sıra layihənin həyata keçirilə bilməsinə maneəçiliyin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: o, xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-də sistem administratoru vəzifəsində işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixində isə əmək münasibətləri rəsmiləşdirilərək əmək müqaviləsi bağlanmadan menecer kimi işə qəbul edilməyinə dair əmək müqaviləsi bildirişi sistemə yüklənmişdir. Həmin bildirişə əsasən müddətsiz əmək müqaviləsi üzrə Cavabdeh MMC-də menecer vəzifəsində işə qəbul edilmiş və xx.xx.2021-ci il tarixində işdən azad edilmişdir. İşdən azad olunma səbəbi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda qeyd edilmişdir. Onu da qeyd edir ki, 2021-ci ilin həm fevral, həm də aprel ayılarında işdən azad olunmağına dair ərizə yazmış olmağına baxmayaraq, sonradan xx.xx.2021-ci il tarixdə öyrənmişdir ki, işdən pozuntu ilə azad edilmişdir. Qeyd edir ki, cavabdeh ilə aralarında bağlanmış əmək müqaviləsi bildirişinə əsasən aylıq əmək haqqı 300 (üç yüz) manat olmuş olsa da, 600 manat əmək haqqı alırdı. Xüsusi olaraq qeyd edir ki, işlədiyi müddət dövrü ərzində onun funksional vəzifələrinin icrası zamanı ona həmin müddətədək hər hansı xəbərdarlıq, töhmət edilməmiş, buna baxmayaraq fəaliyyəti işçilər tərəfindən bir mənalı formada müsbət qarşılanmırdı. Gündəlik olaraq ona vəzifələrinin icrası zamanı işçilər tərəfindən qərəzli münasibət olunurdu. Nəticədə cavabdeh tərəfindən ona ciddi formada gündəlik olaraq işinin icrası ilə bağlı qərəzli mövqe tutulduğundan o, öz ərizəsi ilə səbəbləri göstərilməklə işdən azad olunmağı haqqında cavabdehə rəsmi formada müraciət etmək məcburiyyətində qaldı. Bu məcburiyyətin əsasını ona qarşı işçilərin həqiqətə uyğun olmayan şər və böhtanı ilə nəticələnən şikayəti olmuşdur və işçilər tərəfindən edilmiş şikayətin polis tərəfindən araşdırılması, sonda tərəfindən bütün bu haqsızlıqlara dözməyərək 2021-ci ilin aprel ayının əvvəllərində işdən azad olunmağı haqqında təkrar ərizə ilə müraciət etməyinə səbəb olmuşdur. Qeyd edir ki, işdən azad olunmağı haqqında ərizəni cavabdehə təqdim etdikdən sonra xx.xx.2021-ci ildə babası vəfat etdi. Babasının vəfatı, bir tərəfdən də işdə yaranmış gündəlik problemlər onda ciddi psixoloji sarsıntı keçirtməyinə səbəb oldu. Cavabdehə işdən azad olumağı haqında ərizə 2021-ci ilin aprel ayının əvvəllərində müraciət etdikdən sonra, cavabdeh ona ərizəsinin yekun nəticəsi barədə heç bir formada məlumat vermədi. Babasının vəfatı və dəfn məsələlərinin həlli ilə bağlı müəyyən tamamlanma işlərini yekunlaşdırdıqdan sonra dəfələrlə əmək kitabçasını yazmalarını istəsə də, əmək kitabçası xx.xx.2021-ci il tarixdə yazılaraq ona təhvil verilmiş və həmin anda o, pozuntu ilə (ƏM-nin 70-ci maddəsinin ç bəndi ilə) işdən çıxarıldığını bilmişdir. Belə ki, həmin anadək işdən azad olunmaq üçün ərizə yazdığından o, öz xahişiylə işdən azad edildiyini bilmiş, kitabçanı əlinə aldıqda isə vəziyyətin tamam başqa cür olduğunu öyrənmişdir. O, cavabdehə “niyə mənim işdən pozuntu ilə azad olunmağım barədə vaxtında məlumat verilməyib?” deməyi, cavabsız qaldığından, tərəfindən cavabdehə qarşı öz kəskin iradlarımı bildirməyinə səbəb oldu. Xüsusi olaraq qeyd edir ki, işdən azad olunarkən ona mart ayının 15-dən sonrakı əmək haqqı ödənilməmiş, eyni zamanda istifadə edilməmiş məzuniyyətə görə son haqq hesab edilməmişdir. Belə ki, cavabdeh şirkətin ona 440 manat əmək haqqı və 160 manat istifadə edilməmiş məzuniyyətə görə kompensasiya borcu var. Eyni zamanda heç bir pozuntuya yol vermədiyi halda onu ƏM-nin 70-ci maddəsinin ç bəndi ilə işdən azad etmələri nəticəsində 2021-ci ilin aprel ayından indiyədək işşizdir. Belə ki, qeyd edilən halın əmək kitabçasında öz əksini tapması, elektron sistemə daxil edilməsi onun gələcək karyerası üçün böyük zərbə olduğundan məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli, 8 k saylı işdən azad olumağı haqqında əmrin əsasının dəyişdirilərək AR-sı Əmək Məcəlləsinin 68-ci maddəsinin a) bəndilə (öz xahişimlə) rəsmiləşdirilməsi, eyni zamanda həmin əsasın əmək müqaviləsinin xitam edilməsi haqqında bildirişin elektron sisteminə daxil edilməsi və əmək kitabçasında müvafiq dəyişikliyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ödənilməmiş 440 manat əmək haqqının və 160 manat istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın, eyni zamanda 4800 manat əldən çıxmış faydanın və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Səbail rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək işə götürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli, 08/k saylı əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi ilə əmək müqaviləsinə xitam verilməsi əsasının əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişin elektron informasiya sisteminə daxil edilməsi və əmək kitabçasında müvafiq dəyişikliyin edilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulması, Cavabdeh MMC-nin üzərinə ödənilməyən əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya da nəzərə alınmaqla son haqq-hesabın hesablanaraq İddiaçı ödənilməsi vəzifəsi qoyulması, Cavabdeh MMC-dən ödənilmiş mediasiyaya dair xərcin əvəzi kimi İddiaçı xeyrinə 50 (əlli) manat məbləğində pul tutulması qət edilmişdir. Sözügedən qətnamə tam icra edilməmiş, buna baxmayaraq, onun karyerasına mənfi təsir etmiş, hazırki iddia da onun hüquqlarının sistematik şəkildə pozulması nəticəsində yaranmış zərərin hüquqi müstəvidə qiymətləndirilməsi və müvafiq kompensasiyanın təmin olunması məqsədilə hazırlanmışdır. Aşağıda bu iddianın əmək hüququ çərçivəsində qiymətləndirilməsinin hüquqi və faktiki əsasları göstərilir: 1. Əmək hüququnun pozulması faktı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, vətəndaşların sərbəst şəkildə əmək bazarına çıxış hüququ vardır. Lakin X4 Xidməti tərəfindən verilmiş cavabda bu hüququn hüquqi cəhətdən məhdudlaşdırılmadığı qeyd edilsə də, faktiki reallıqda bu hüququn icrası mümkün olmamış, işə qəbul prosesi sistematik şəkildə əngəllənmişdir. Bu fakt əmək bazarından məqsədli kənarlaşdırılma nümunəsidir. 2. Rəsmi cavabda hüququn pozulmasının dolayı ilə etirafı X4 Xidməti öz cavab məktubunda kompensasiya tələbi ilə məhkəməyə müraciət etməyi tövsiyə olunmasını qeyd etmişdir. Bu, bir tərəfdən hüququn pozulmasının mövcudluğunu etiraf etmə, digər tərəfdən isə məsuliyyəti üzərindən atmaq cəhdidir. Belə bir yanaşma əmək hüquqlarının qorunmasında dövlətin passiv mövqe tutduğunu göstərir. 3. X7 Edilməsi ilə X2 X5 etmək vacibdir ki, bəzi hallarda qarşı tərəfin və ya əlaqəli şəxslərin qanunsuz yolla mülkiyyət və sərvət əldə etməsi ilə bağlı ehtimallar əmək münasibətlərindən qaynaqlanır və bu, tamamilə müstəqil bir mülki məsələ kimi dəyərləndirilə bilər. Lakin hazırkı vəziyyətdə əsas mübahisə əmək münasibətləri və onların pozulması ilə bağlıdır. Bu səbəbdən, bu cür şəxslərin mülki pozuntulara yol vermələri, əmək hüququnun pozulmasını ört-basdır edə və ya bu iddianın mahiyyətini dəyişdirə bilməz. 4. İctimai və X6 hüququ pozuntusu yalnız fərdi deyil, eyni zamanda dövlətin əmək siyasətinə qarşı bir pozuntu kimi də qiymətləndirilə bilər. Səbəbi: Əmək Məcəlləsi ilə müəyyən olunmuş iş saatları və əmək haqqı ödənişi dövlət siyasətinin tərkib hissəsidir; Sahibkar və işəgötürənlər dövlətin hüquqi və iqtisadi xəttinə tabe olmalı, qanunları pozmamalıdır; Əmək bazarından sistemli şəkildə uzaqlaşdırılma yalnız fərdi məsələ deyil, həm də iqtisadi və sosial təhlükə yaradan amildir. Nəzərə çatdırır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, əmək münasibətləri – işçi ilə işəgötürən arasında əmək müqaviləsi əsasında yaranan, işin görülməsi və bunun əvəzində əmək haqqı verilməsini nəzərdə tutan münasibətlər sistemidir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, mülki münasibətlər, yalnız əmlak münasibətləri və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini əhatə edir. Buna əsaslanaraq, əmək müqaviləsi əsasında yaranan münasibət, əmək hüququnun predmetidir və mülki mübahisə kateqoriyasına aid edilə bilməz. Mübahisənin mahiyyəti iş saatlarının pozulması, əmək haqqının ödənilməməsi və ya işçinin qanunsuz olaraq əmək bazarından uzaqlaşdırılması ilə bağlıdırsa, bu sırf əmək hüququ ilə tənzimlənir. O, qanunsuz olaraq və böhtan xarakterli səbəblərlə işdən çıxarılmışdır. Bu, onun əmək hüquqlarının kobud şəkildə pozulmasıdır. Məhkəmə tərəfindən verilmiş qətnamədə bu fakt təsdiq olunmuşdur. Qanunsuz işdən çıxarılma nəticəsində o, əmək bazarından kənarda qalmış, 6 ay ərzində iş tapa bilməmiş və psixoloji sarsıntıya məruz qalmışdır. İşdən qanunsuz çıxarıldıqdan sonra 4-5 il ərzində çəkdiyi iqtisadi zərər və sosial geriləmə ona uzunmüddətli maddi çətinliklər yaratmışdır. Bundan əlavə, psixoloji təsirlər səbəbindən fəaliyyətlərində kəskin eniş baş vermiş, dövlət orqanları ilə planlaşdırdığı bir sıra layihələr həyata keçə bilməmişdir. Bu, həm onun karyera inkişafına, həm də cəmiyyətə fayda verə biləcək təşəbbüslərə mane olmuşdur. Buna görə də hesab edir ki, qanunsuz işdən çıxarılmağı tanınmalı və hüquqi nəticələri aradan qaldırılmalı, maddi ziyanın (itirilmiş qazanc, sosial imkanlar) ödənilməsi, mənəvi zərər kompensasiya olunmalı, əmək hüquqları bərpa olunmalı, əmək hüquqlarının qanunsuz pozuntusu mülki pozuntu ilə qarışdırılmamalıdır. Əmək hüquqlarının pozulması ilə bağlı qaldırdığı məsələ təkcə hüquqi deyil, həm də sosial və əxlaqi xarakter daşıyır. Əmək Müfəttişliyi tərəfindən verilmiş cavabda əmək müqaviləsi bağlama hüququnun formal olaraq mövcud olduğu qeyd edilsə də, reallıqda bu hüquqdan istifadə etməyi süni şəkildə mümkünsüz edilmişdir. Bu, onun əmək bazarından kənarlaşdırılmağa yönəlmiş məqsədli və ardıcıl addımların nəticəsidir. Sözügedən şəxslər və onların təmsil etdiyi qurumlar, əmək münasibətlərini məntiqli və peşəkar mühitdən təcrid etmək üçün bütün vasitələrə əl atmış, insan haqlarına zidd davranışlar sərgiləmişdir. Bu cür davranışlar, onların yalnız hüquqi deyil, həm də əxlaqi baxımdan məsuliyyətsiz və xəyanətkar mövqe tutduqlarını açıq şəkildə nümayiş etdirir. Bu şəxslərin əməlləri onların şəxsi bacarıqsızlıqlarından, kin və qərəzli münasibətlərindən, həmçinin peşə etikasına və cəmiyyətin rifahına qarşı olan laqeydliklərindən qaynaqlanır. Onların bu davranışları yalnız ona qarşı deyil, bütövlükdə əmək münasibətlərinin cəmiyyət tərəfindən dərk olunmuş prinsiplərinə qarşı yönəlmişdir. Bu səbəbdən onların məsuliyyətə cəlb olunması, həm hüquqi, həm də ictimai ədalətin bərpası baxımından vacibdir. Bu əsaslarla əmək hüquqlarının bərpası, onun əmək bazarından sistemli şəkildə uzaqlaşdırılmağının nəticəsi olaraq çəkdiyi maddi və mənəvi zərərin qarşı tərəfdən kompensasiya edilməsi, eyni zamanda bu halların gələcəkdə baş verməməsi üçün müvafiq hüquqi qiymətin verilməsi tələb olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən o, Cavabdeh MMC menecer peşəsinə qəbul edilmiş, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətsiz bağlanılmışdır. -Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə AR ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yetirmədikdə, yaxud 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. -Cavabdeh MMC-nin 13 yanvar 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı son haqqhesab kimi 236 manat ödənilmişdir. -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(009)-251/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, işə götürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli, 08/k saylı əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi ilə əmək müqaviləsinə xitam verilməsi əsasının əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişin elektron informasiya sisteminə daxil edilməsi və əmək kitabçasında müvafiq dəyişikliyin edilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmuş, Cavabdeh MMC-nin üzərinə ödənilməyən əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya da nəzərə alınmaqla son haqq-hesabın hesablanaraq İddiaçı ödənilməsi vəzifəsi qoyulmuşdur. -ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsinin X3 ünvanladığı 26 fevral 2025-ci il tarixli məktubdan məktubdan görünür ki, sizin bundan əvvəlki müraciətləriniz tərəfimizdən baxılaraq 3-17- 5/2-Ə-9000/2025 saylı xx.xx.2025-ci il tarixli məktublarla cavablandırılmışdır. Təkrar olaraq bildiririk ki, öncəki araşdırma zamanı təqdim etdiyiniz müraciətdə "xxxx" MMC-da əmək müqavilənizə Əmək Məcəlləsinin 70-ci maddasinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ila xitam verilməsinin həmin dövrdə işə düzəlmənizə əngəl törətməsinin X4 Xidməti tərəfindən əsaslandırılmasını xahiş etmiş və müraciətinizə qeyd etdiyiniz xitam əmrində dəyişiklik edilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinin qətnaməsini əlavə etmisiniz. Bildiririk ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 4-cü bəndinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini hayata keçirən X4 Xidməti bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətlərinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində əmək müqaviləsinə xitam əsasından asılı olaraq, başqa işəgötürən ilə əmək müqaviləsi bağlanmasında məhdudiyyət nəzərdə tutulmamışdır. Eyni zamanda bildiririk ki, məcburi işburaxma dövrü ilə bağlı əmək haqqlarınızın ödənilməsi məqsədilə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. -ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsinin X3 ünvanladığı 07 aprel 2025-ci il tarixli məktubdan məktubdan görünür ki, sizin bundan əvvəlki müraciətləriniz tərəfimizdən baxılaraq 3-17- 5/2-Ə-9000/2025 saylı xx.xx.2025-ci il tarixli, 3-17-5/2-Ə-17663/2025 saylı xx.xx.2025-ci il tarixli məktublarla cavablandırılmışdır. Təkrar olaraq bildiririk ki, öncəki araşdırma zamanı təqdim etdiyiniz müraciətdə "xxxx" MMC-da əmək müqavilənizə Əmək Məcəlləsinin 70-ci maddasinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ila xitam verilməsinin həmin dövrdə işə düzəlmənizə əngəl törətməsinin X4 Xidməti tərəfindən əsaslandırılmasını xahiş etmiş və müraciətinizə qeyd etdiyiniz xitam əmrində dəyişiklik edilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinin qətnaməsini əlavə etmisiniz. Bildiririk ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 4-cü bəndinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini hayata keçiren X4 Xidməti bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətlərinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. Məlumat üçü bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində əmək müqaviləsinə xitam əsasından asılı olaraq, başqa işəgötürən ilə əmək müqaviləsi bağlanmasında məhdudiyyət nəzərdə tutulmamışdır. Eyni zamanda bildiririk ki, məcburi işburaxma dövrü ilə bağlı əmək haqqlarınızın ödənilməsi məqsədilə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh MMC-də xx.xx.2020ci il tarixdən menecer peşəsinə işə qəbul edilmiş, o, xx.xx.2021-ci il tarixdə işdən çıxmaq üçün ərizə ilə müraciət etmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmiş, lakin texniki səhv nəticəsində əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş elektron informasiya sisteminə yerləşdirilərkən əmək müqaviləsinə xitam verilməsi əsası kimi 70 ç) maddəsi qeyd olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(009)-251/2022 saylı qətnaməsini ilə işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli, 08/k saylı əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi ilə əmək müqaviləsinə xitam verilməsi əsasının əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişin elektron informasiya sisteminə daxil edilməsi və əmək kitabçasında müvafiq dəyişikliyin edilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmuş, Cavabdeh MMC-nin üzərinə ödənilməyən əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya da nəzərə alınmaqla son haqq-hesabın hesablanaraq İddiaçı ödənilməsi vəzifəsi qoyulmuşdur. Həmin qətnamədən görünür ki, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, iddiaçı xx.xx.2021-ci il tarixdə işdən çıxmaq üçün ərizə ilə müraciət etmiş, iddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş elektron informasiya sisteminə yerləşdirilərkən texniki səhvlik olmuş və əmək müqaviləsinə xitam verilməsi əsası kimi 70 ç) maddəsi qeyd olunmuşdur. Hazırda iddiaçı qanunsuz işdən çıxarılmanın tanınması və məsul şəxsin məsuliyyətə cəlbi, hüquqi nəticələrin aradan qaldırılması, əmək hüquqlarının bərpa olunması, əllərində olan resursların gələcəkdə işçi rifahına yönəldilməsi, 4800 azn kompensasiya və ona dəyən maddi və mənəvi ziyanın ödənilməsi, iddianın bu əsasda hüquqi qiymətləndirilməsi, hüquqi prosedurlara maneəçilik törədilməməsi, vəzifədən sui-istifadə hallarına yol verilməməsi və dövlət orqanlarından planlaşdırdığı bir sıra layihənin həyata keçirilə bilməsinə maneəçiliyin aradan qaldırılmasını xahiş edir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri sayır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(009)-251/2022 saylı qətnaməsi ilə də müəyyən edildiyi kimi iddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən xitam verilmiş, lakin əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş elektron informasiya sisteminə yerləşdirilərkən texniki yanlışlığa yol verilməklə əmək müqaviləsinə xitam verilməsi əsası kimi 70 ç) maddəsi qeyd olunmuşdur. İkincisi isə, həmin qətnamə ilə texniki səhv olsa da, İddiaçı cavabdeh tərəfindən pozulmuş hüquqları bərpa edilmişdir. Məhkəmə, iddianın mənəvi ziyan hissəsinə münasibət bildirərək qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin Qərarda qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qanunvericiliyin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın” müddəalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər - insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu həmin qərarla məhkəmələrə tövsiyə etmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçı tərəf cavabdehin hərəkətlərinə görə əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia mənəvi zərərin ödənilməsi hissəsində təmin edilə bilməz. İddianın maddi ziyan hissəsi üzrə də sübutlar təqdim edilmədiyindən məhkəmə iddiann həmin hissədə də təmin edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələblərinin digər hissələrdə qanuni əsası tapılmadığından məhkəmə iddianın həmin hissələrdə də rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1716/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1716/2025
21.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver