Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1727/2025 20.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “bağlanmış müqavilənin ləğv olunması və pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddia tələbi.
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “bağlanmış müqavilənin ləğv olunması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ KODU **********20797 X3 9 markalı telefon üçün bağlanmış müqavilənin ləğv olunması, ümumilikdə 351 manat borc və ya pulun ekvivalenti dəyərində telefonla, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçı ödənilməsi və iş yerinə sənəd göndərməklə iş yerində olan qüsursuz nüfuzuna xələl gətirdiyinə görə ona dəymiş mənəvi zərərin ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra İddiaçı məhkəməyə məlumatla müraciət edərək iddia ərizəsindən maddi-mənəvi zərər hissəsinin çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun pozulmuş istehlakçı hüquqlarının bərpa edilməsini xahiş etmişdir. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 1727/2025 saylı qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
Tərəflərin izahatları
5. İddiaçı məhkəməyə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə müraciət edərək, işi ilə əlaqədar bir həftəlik ezamiyyətdə olacağı üçün ayın 20-nə təyin edilmiş iclasda iştirak edə bilməyəcəkdir və mülki işə onun iştirakı olmadan baxaraq qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 məhkəməyə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə ərizə təqdim edərək, xx.xx.2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
İş materialları
7. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci tarixli 22258978 saylı Müqaviləyə əsasən "xxxx" MMC cavabdehə 12 ay müddətinə hər ay 36,80 manat olmaqla, cəmi qiyməti 441,60 manat olan telefon satmış, İddiaçı isə onu qəbul edib, telefonun qiymətini "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1480/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, iddia təmin edilmiş, cavabdeh İddiaçı 291,61 manat məbləğində əsas borc və 29,39 manat məbləğində cərimə olmaqla, cəmi 321 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət olunmuşdur.
İşin faktiki halları
9. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci tarixli 22258978 saylı Müqaviləyə əsasən "xxxx" MMC cavabdehə 12 ay müddətinə hər ay 36,80 manat olmaqla, cəmi qiyməti 441,60 manat olan telefon satmış, İddiaçı isə onu qəbul edib, telefonun qiymətini "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə cavabdeh tərəf öhdəliyi yerinə yetirmədiyindən "xxxx" MMC ilə İddiaçı qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1480/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddia təmin edilmiş, cavabdeh İddiaçı 291,61 manat məbləğində əsas borc və 29,39 manat məbləğində cərimə olmaqla, cəmi 321 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət olunmuşdur.
Tətbiq edilən hüquq.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pozulmuş istehlakçı hüquqlarının bərpa olunması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pozulmuş istehlakçı hüquqlarının bərpa olunması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 581. Əşyaların keyfiyyəti 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Maddə 582. Malın keyfiyyəti üçün qarantiya 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 582.2. Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Maddə 583. Qarantiya müddətinin hesablanması 583.1. Qarantiya müddətinin axımı, əgər alğı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır. Maddə 584. Əşyanın yararlıq müddəti 584.2. Satıcı yararlıq müddəti müəyyənləşdirilmiş əşyanı alıcıya elə hesabla verməlidir ki, yararlıq müddəti bitənədək əşyadan təyinatı üzrə istifadə edilə bilsin. Maddə 587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pozulmuş istehlakçı hüquqlarının bərpa olunması məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 588. Satıcının cavabdeh olduğu qüsurlar 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Maddə 589. Verilmiş əşyanın qüsurlarının aşkar edilməsi müddətləri 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 589.3. Əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər.
11. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarı
1.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.
3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar;
Məhkəmənin mövqeyi.
15. İşin faktiki hallarından müəyyən olunur ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci tarixli 22258978 saylı Müqaviləyə əsasən "xxxx" MMC cavabdehə 12 ay müddətinə hər ay 36,80 manat olmaqla, cəmi qiyməti 441,60 manat olan telefon satmış, İddiaçı isə onu qəbul edib, telefonun qiymətini "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə cavabdeh tərəf öhdəliyi yerinə yetirmədiyindən "xxxx" MMC ilə İddiaçı qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1480/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddia təmin edilmiş, cavabdeh İddiaçı 291,61 manat məbləğində əsas borc və 29,39 manat məbləğində cərimə olmaqla, cəmi 321 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət olunmuşdur.
16. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1480/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktından müştəri İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli, 22258978 saylı müqavilə üzrə "xxxx" MMC-dən nisyə şəkildə əldə olunan İMEİ kodu **********20797 olan X3 9 markalı telefonun sensorunda yerləşən zavod üzlük üzərində cızıqlar, üzlük altında boşluq, korpuzda cızıqlar, usb konda sürtünmə aşkar edilmiş və məhsul 149.98 manat məbləğində qiymətləndirilmişdir. Məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 149.99 manat çıxılmaqla 291.61 manat əsas borca görə ödənilməmiş məbləğ, 29.39 manat cərimə olmaqla, cəmi 321 manat məbləğində borcu qalmışdır.
17. Məhkəmə qeyd edir ki, hazırda iddiaçı tərəfindən məhkəmə qarşısında qoyulan tələb tərəflər arasında bağlanmış müqavilənin ləğv olunması ilə bağlıdır və həmin müqavilə artıq öhdəliyin yerinə yetirilməməsi ilə bağlı "xxxx" MMC tərəfindən borcluya bildiriş göndərildiyi gündən ləğv olunmuş hesab olunur.
18. İddiaçı tərəfindən "xxxx" MMC-dən ümumilikdə 351 manat pul vəsaitinin tutulması və ya pulun ekvivalenti dəyərində telefonla təmin olunması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin müqavilə üzrə tərəflər arasında məhkəmə mübahisəsi olmuş, müqavilənin etibarlılığı məsələsinə qiymət verilmiş və bununla bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur.
19. Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında qeyd edilir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
20. Beləliklə məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, tərəflərin hərəkətləri müqavilə öhdəliyindən yaransa da, sonradan müqavilə öhdəliyinin lazımınca icra edilməməsi kimi qiymətləndirilmişdir.
21. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə əsasında cavabdehdən nisyə mal almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında əşyanın dəyərini cavabdehə qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısına çevrilmiş, lakin cavabdeh "xxxx" MMC öhdəliyin yerinə yetirilməməsi tələbi ilə məhkəməyə müraciət etmiş və həmin müqavilə üzrə iddiaçıdan cavabdehin xeyrinə pul vəsaiti tutulmuşdur. Odur ki, mövcud iddia əsassızdır və təmin edilməməlidir.
Məhkəmə xərcləri.
22. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət rüsumu ödəməkdən azad olunmuşdur.
Məhkəmənin gəldiyi nəticə
23. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməli, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “bağlanmış müqavilənin ləğv olunması və pul” tələbinə dair iddiası təmin edilməməlidir. İddiaçı tərəfindən verilmiş iddia təmin olunmadığından iş üzrə ödənilməmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir.
24. Şərh olunanlara əsasən və MPM-nin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
qət etdi:
İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “bağlanmış müqavilənin ləğv olunması və pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilməmiş - 30 (otuz) manat dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Talıbova