Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3720/2023 23.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı 10 may 2009-cu il təvəllüdlü övladı X11 ilə birlikdə Cavabdeh ilə birgə nikah dövründə inşa etdikləri fərdi yaşayış evinə köçürülməsi və onların həmin mənzildən istifadə hüququnun tanınması. İddia tələbinin dəlliləri İddiaçı Cavabdeh ilə 12 fevral 2009-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Cavabdehlə birgə nikahından 10 may 2009-cu il təvəllüdlü X11 adlı övladı anadan olmuşdur. Ailə həyatı qurandan sonra bir müddət Cavabdeh ilə münasibətləri yaxşı olsa da, sonralar onunla münasibətləri pisləşməyə başlamış, hətta dözülməz həddə çatmışdır. Son vaxtlar cavabdeh ilə aralarında tez-tez münaqişələr və söz-söhbətlər olur. iddiaçı hər gün döyülür, işgəncəyə məruz qalır. Cavabdeh dəfələrlə iddiaçını öldürməyə cəhd edib. İddiaçı sonuncu dəfə qızının köməyi ilə cavabdehin əlindən qurtulmuşdur. Sonuncu münaqişədən sonra cavabdeh iddiaçını və qızını mənzildən çıxarıb və hazırda iddiaçı azyaşlı övladı ilə qohumlarının evində yaşayır. İddiaçının öz evinə köçməyə ehtiyacı var, belə ki, iddiaçı qızı ilə birlikdə qohumlarının evində uzun müddət yaşaya bilməz. Artıq ailəsi faktiki olaraq dağılıb, qorunub saxlanılması mümkünsüz hal almışdır. İddiaçı nikahın pozulması tələbi ilə Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və hazırda həmin iddia hakim Təranə Mahmudovanın icraatındadır. Cavabdeh hal-hazırda Suraxanı rayonu, Binə qəsəbəsi, X13, X15 ünvanında onların birgə nikah dövründə tikdiyi fərdi yaşayış evində yaşayır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. O, bildirdi ki, cavabdehlə nikaha daxil olarkən əvvəl kirayədə yaşamış, sonra mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsində cavabdehlə birlikdə bir otaqlı ev inşa etdirib, orada yaşamış, sonra isə illər ərzində tikilini artıraraq iki mərtəbəli ev inşa tikdirmişlər. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul edərək, izahatında göstərdi ki, o, İddiaçı və birgə nikahından olan 10 may 2009-cu il təvəllüdlü övladı X4 birgə nikah dövründə inşa etdikləri fərdi yaşayış evinə köçürülməsi və onların həmin mənzildən istifadə hüququnun tanınmasına etirazı yoxdur. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, İddiaçı onun yoldaşının əmisi qızıdır, İddiaçı əri isə onun bacanağıdır. Aqilə ilə Mahir 2009-cu ildə evləniblər, əvvəl kirayədək, sonradan özləri üçün ev tikdiklər. X19 sovxozunda tikdilər. Həmin evin tikintisində o da köməklik edib. Əvvəl bir otağı güclə tikmişlər. Sonradan əlavə tikmişlər. Ev iki mərtəbəlidir, altı daş üstündə mansarlıdır. Evə girəndə solda mətbəxdir, sağda, sağda pilləkən. Evi ər-arvad işləyə-işləyə çox əziyyətdə evi tikmişlər. Özü ustadı, evin daş hörgüsünü etmişdir, kosmetik işləri özləri etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində göstərdi ki, o, hər iki tərəfi tanıyır, İddiaçı xalası qızıdır, Cavabdeh anasının daysı nəvəsidi. Tərəflər evləndikdən sonra Lerikdə yaşayıblar. Sonradan Bakıda kirayədə yaşayıb. X10 sovxozunda boş torpaq alıb, özləri orada ev tikiblər. Evin tikintisi çox çəkdi. Həmin vaxt bir otaq tikib yaşamağa başladılar, sonradan əlavə tikililər ediblər. O, həmin evdə olmayıb, ev barədə bildiklərini deyir. İş materialları Suraxanı RİHB-nın Hövsan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci li tarixli məktubundan görünür ki, Lerik rayonu Çeşman kəndində qeydiyyatda olan İddiaçı və X1 rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu adlandırılan yaşayış massivində qeydiyyatsız olaraq yaşayırlar. X3 və X2 notariat qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, İddiaçı 3 nəfər üzvü ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hovsan Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində xx.xx.2009-cu il tarixindən xx.xx.2023-cu il tarixinədək qeydiyyatsız yaşamışlar. Suraxanı rayonu Hövsan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü li tarixli arayışından görünür ki, İddiaçı X13 y/s nömrəsiz evdə yaşayır. 36 saylı notariusdan verilən ərizəyə əsasən xx.xx.2009-cu il tarixdən xx.xx.2023-cü il tarixədək göstərilən ünvanda ailəsi ilə birlikdə qeydiyyatsız yaşamışdır. Ailə tərkibi qızı - X12 xx.xx.2009-cu il. Lerik rayonunun Züvüc ərazi nümayəndəliyi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X11 10 may 2009-cu ildə doğulmuşdur. Bakı 8 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/8-2023-00639 saylı arayışından görünür ki, Cavabdeh İddiaçı mənzilə köçürülmə və mənzilə istifadə hüququnun tanınması mübahisəsi üzrə xx.xx.2023-cü il tarizə saat 11:30-da keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(010)-1760/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Lerik rayonu Züvüc kənd ərazi nümayəndəliyində 01 nömrə ilə qeydə alınmış nikahın pozulması, mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. İşin faktiki halları İddiaçı 12 fevral 2009-cü il tarixdə Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Tərəflərin birgə nikahından 10 may 2009-cu il təvəllüdlü X11 adlı övladı anadan olmuşdur. Binə qəsəbəsi, X13 ərazisində “X15” adlanan ünvanda yerləşən tikili özbaşına tikilidir və dövlət qeydiyyatına alınmamışdır. Hazırda həmin evdə Cavabdeh yaşayır. İddiaçı iddia edir ki, cavabdehlə nikaha daxil olarkən əvvəl kirayədə yaşamış, sonra mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsində cavabdehlə birlikdə bir otaqlı ev inşa etdirib, orada yaşamış, daha sonra isə illər ərzində tikilini artıraraq iki mərtəbəli ev inşa tikdirmişlər. Buna görə də hazırki iddia tələbi ilə övladı Nurayla birlikdə cavabdehlə birgə nikah dövründə inşa etdikləri tikiliyə köçürülməsini istəyir. Cavabdeh də iddia tələbini qəbul edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 43. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77. Sübut etmə vəzifəsi. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220. Qətnamənin məzmunu 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı 12 fevral 2009-cü il tarixdə Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Tərəflərin birgə nikahından 10 may 2009-cu il təvəllüdlü X11 adlı övladı anadan olmuşdur. Binə qəsəbəsi, X13 ərazisində “X15” adlanan ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikilidir və dövlət qeydiyyatına alınmamışdır. Hazırda həmin evdə Cavabdeh yaşayır. İddiaçı iddia edir ki, cavabdehlə nikaha daxil olarkən əvvəl kirayədə yaşamış, sonra mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsində cavabdehlə birlikdə bir otaqlı ev inşa etdirib, orada yaşamış, daha sonra isə illər ərzində tikilini artıraraq iki mərtəbəli ev inşa etdirmişlər. Buna görə də hazırki iddia tələbi ilə övladı Nurayla birlikdə cavabdehlə birgə nikah dövründə inşa etdikləri tikiliyə köçürülməsini istəyir. Cavabdeh də iddia tələbini qəbul edir. Məhkəmə iddiaçı və cavabdehin izahatını və iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş materillarına əsasən müəyyən edir ki, Cavabdeh iddianı etiraf etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh iddianı etiraf etməsi qəbul edilməlidir. Yuxarıda sadalanan iddia tələbinin etiraf edilməsi ilə bağlı normalardan görünür ki, iddia tələbinin etiraf edilməsi cavabdehin hüququdur. Cavabdeh bu hüquqdan istifadə etdikdə, yəni iddia tələbini etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırılmalıdır birincisi bunun qanuna zidd olub-olmaması, ikincisi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmaması. Yalnız bu hallar və ya onlardan hər hansı biri müəyyən olunduqda məhkəmə iddianın etiraf edilməsini qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilir, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır və qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda iddianın etiraf edilməsinin qanuna zidd olub-olmaması yalnız iddia tələblərinin özü-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılıbsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd hesab edilə bilməz. Hazırkı iş üzrə Cavabdeh tərəfindən iddianın etiraf edilməsinin qanuna zidd hesab edilməsi üçün isə heç bir əsas yoxdur. Ona görə də, məhkəmə iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Məhkəmənin gəldiyi nəticə İddiaçı 10 may 2009-cu il təvəllüdlü övladı X11 ilə birlikdə Cavabdeh ilə birgə nikah dövründə inşa etdikləri tikiliyə köçürülməli və onların həmin tikilidən ümumi əsaslarla istifadə imkanı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin İddiaçı 10 may 2009-cu il təvəllüdlü övladı X11 ilə birlikdə Cavabdeh ilə birgə nikah dövründə inşa etdikləri tikiliyə köçürülsün və onların həmin tikilidən ümumi əsaslarla istifadə imkanı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-3720/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3720/2023
23.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver