Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-126/2024 06.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı ASC-nin (Ləğv Prosesində) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakıxanov filialı ilə Cavabdeh2 arasında bağlanmış 80005216 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə Şəxsi istehlak məqsədilə 15 ay müddətinə illik 27% dərəcəsi ilə 8000 (səkkiz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh1 ilə Bank arasında 80005216 nömrəli xx.xx.2014-cü il Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır.
2. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2016-cı il tarixli 02 saylı Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3861.91 (üç min səkkiz yüz altmış bir dollar, 91 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2017-ci il tarixinədək uzadılmışdır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin qalığı 4009.21 (dörd min doqquz dollar, 21 sent) ABŞ dolları hasablanmışdır. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1USD=1.40AZN məzənnəsi əsas götürməklə qəbul edilmişdir. Kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi.
3. xx.xx.2023-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 4646.53 (dörd min altı yüz qırx altı dollar, 53 sent) ABŞ dolları təşkil edir. Bundan 2474.49 (iki min dörd yüz yetmiş dörd dollar, 49 sent) ABŞ dolları əsas, 582.78 (beş yüz səksən iki dollar, 78 sent) ABŞ dolları faiz, 1235.35 (bir min iki yüz otuz beş dollar, 35 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən hesablanmış 353.94 (üç yüz əlli üç dollar, 94 sent) ABŞ dolları faiz borcu təşkil edir.
İddiaçının tələbi:
4. Cəmi borcu 4646.53 (dörd min altı yüz qırx altı dollar, 53 sent) ABŞ dollarıbundan 2474.49 (iki min dörd yüz yetmiş dörd dollar, 49 sent) ABŞ dolları əsas, 582.78 (beş yüz səksən iki dollar, 78 sent) ABŞ dolları faiz, 1235.35 (bir min iki yüz otuz beş dollar, 35 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 353.94 (üç yüz əlli üç dollar, 94 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 99 (doxsan doqquz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddiaya münasibəti:
5. xx.xx.2023-cü il tarixində Cavabdeh2 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, ləğv prosesində olan İddiaçı ASC-Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “Kredit borcunun qaytarılmasına barədə” iddiasına iddia müddətinin tətbiq edilərək iddiadan imtina edilməsi barədə qərar şıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları:
6. İddiaçının nümayəndəsinə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. xx.xx.2024-cü il tarixində Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsinə dair məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin olmadan baxmağı mümkün hesab etmişdir.
7. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 öz izhatında bildirmişdir ki, ekspertiza rəyi ilə razı deyildir, imzalar onun tərəfindən çəkilməmişdir. Həmçinin ödənişləri o etməmişdir. Məhkəmədən iş materialları ilə tanış olmaq üçün əlavə vaxt istəmişdir. Sonuncu məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 öz izahatında iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
8. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
9. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixində məhkəməyə vəsatətlə müraciət edərək, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/79 saylı, 28 mart 2024-cü il tarixli rəyinin tədqiqtının nəticə hissəsindən məlum olur ki, Kredit müqaviləsindəki imzalar- cavabdehlət tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. AR Mülki Proessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən proses iştirakçılaının və digər şəxslərin əməllərində cinayətin əməllərinin aşkara çıxararsa,o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Qeyd olunan xüsusatlara münasibtdə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
10. xx.xx.2014-cü il tarixli, 80005216 №-li kredit müqviləsinə əsasən, kreditor borcalana şəxsi istehlak məqsədləri ilə, 15 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 8000 USD məbləğində kredit vermişdir.
11. xx.xx.2014-cü il tarixli, 80005216 №-li kredit müqviləsinə Əlavə № 1-ə əsasən, kredit üzrə faizlər kreditin borcalana verildiyi gündən həmin kreditin qalıq məbləğinin kreditora tam ödənildiyi günə qədər hesablanır və tutulur. Xarici valyuta ilə verilən kredit ödənişi həmin günə olan valyutanın alqı-satqısı üzrə mövcud olan müvafiq valyutanın satış kursu ilə hesablanır.
12. xx.xx.2014-cü il tarixli, 80005216 №-li kredit müqviləsinə Əlavə № 2-ə əsasən, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2861,91 ABŞ dolları təşkil edir.
13. xx.xx.2014-cü il tarixli, 80005216 №-li kredit müqviləsinin ödəniş cədvəlinə əsasən, kredit 15 ay müddətinə aylıq 634,47 manat olmaqla müəyyən edilmişdir.
14. xx.xx.2014-cü il tarixli, 80005216/ZM №-li zaminlik müqaviləsinə əsasən, xx.xx.2014-cü il tarixli, 80005216 №-li kredit müqviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti zaminlər öz üzərinə götürmüşdürlər. Zaminlər Cavabdeh1 və Cavabdeh3dur.
15. 18 aprel 2017-ci il tarixli “xx.xx.2014-cü il tarixli, 80005216 №-li” kredit müqaviləsinə Əlavə Saziş № 2-ə əsasən, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 4009,21 ABŞ dolları təşkil edir. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1 ABŞ dolları=1,40 manat məzənnəsi əsas götürülməklə qəbul edilir.
16. xx.xx.2014-cü il tarixli, 80005216 saylı zaminlik müqaviləsinə Əlavə № 1-ə əsasən, kredit üzrə faizlər kreditin borcalana verildiyi gündən həmin kreditin qalıq məbləğinin kreditora tam ödənildiyi günə qədər hesablanır və tutulur. Xarici valyuta ilə verilən kredit ödənişi həmin günə olan valyutanın alqı-satqısı üzrə mövcud olan müvafiq valyutanın satış kursu ilə hesablanır.
17. xx.xx.2014-cü il tarixli, 533/1 saylı zaminlik müqaviləsi üzrə Əlavə saziş № 02-ə əsasən, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin 3861,91 ABŞ dolları təşkil edən qalığı kreditə çevrilir. Kreditin müddəti xx.xx.2017-ci il tarixinədək uzaldılır.
18. 18 aprel 2017-ci il tarixli “xx.xx.2014-cü il tarixli, 80005216 saylı” zaminlik müqaviləsinə Əlavə Saziş № 2-ə əsasən, borcalanın kreditor qarşısındakı 4009,21 ABŞ dolları təşkil edən kredit öhdəliyinin qalığı təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədəkdir. Zaminlər Cavabdeh1 və Cavabdeh3dur.
19. 002T03161308S01 №-li sənəd üzrə kredit 36 ay müddətinə, aylıq 103 manat olmaqla, ümumilikdə 3707,94 manat məbləğində müəyyən edilmişdir.
20. 25 dekabr 2014-cü il tarixli kass məxaric orderinə əsasən, Cavabdeh2 8000 manat kredit verilmişdir.
21. 13 mart 2023-cü il tarixli, **********612 №-li maliyyə arayışına əsasən, müqavilə tələbləri əsasında yaranmış ümumi borc 4646,53 ABŞ dolları təşkil etmişdir.
22. 14 fevral 2023-cü il tarixli, **********847 №-li bildirişə (xx.xx.2023-cü il tarixli poçt qəbzləri) əsasən, tələb olunan 4639,39 ABŞ məbləğində borcun ödənilməsini 3 gün ərzində təmin edilməsini, əks təqdirdə bank öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağını bildirmişdir.
23. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 oktyabr 2023-cü il tarixli, 9/5630 №-li məhkəmə-mühasibatlıq ekspertizası rəyinə əsasən, Birinci və ikinci suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2014-cü il tarixli 80005216 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 17 aprel 2023-cü il tarixinə (sual üzrə tarixə) “Dəmir Bank" ASC-nin Bakıxanov filialı olan borcu 3254.60 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 2510,41 ABŞ dolları, faiz borcu üzrə 367,98 ABŞ dolları, faiz borcu üzrə (5%) 376,21 ABŞ dolları. Üçüncü sual üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, "Dəmir Bank” Açıq Səhmdar Cəmiyyətinin Bakıxanov filialı ilə Cavabdeh2 arasinda bağlanmış 80005216 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdən son ödəniş tarixinədək cəmi 7258.17 ABŞ dolları məbləğində ödəniş olunduğu müəyyən edilir.
24. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 mart 2024-cü il tarixli, 3-16-16/2-4/79 №-li məhkəmə-xətşünaslıq ekspertizası rəyinə əsasən, TƏDQİQATİN NƏTİCƏSİ: 1.1. Ekspertizaya təqdim edilmiş, Dəmirbank ASC (Ləğv Prosesindədir) ilə Cavabdeh2 arasında olan xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin 1-ci, 2-ci vərəqələrinin aşağı sağ künclərində Cavabdeh2 adından olan imzalar ilə xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əlavə 2 №-li sazişdə "Borcalan Cavabdeh2" qrafasındakı imza, kredit hesabı üzrə qrafikdə "Borcalan Cavabdeh2" qrafasındakı imza, 18 aprel 2017-ci il tarixli kredit müqaviləsinə əlavə 2 №-li sazişlərdə Cavabdeh2 adından olan imza - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. 1.2. Ekspertizaya təqdim edilmiş, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin 1-ci vərəqəsinin üz tərəfində aşağıda soldan sağa istiqamətdə 2-ci imza, arxa tərəfində "Zamin Cavabdeh3" qrafasındakı imza, zaminlik müqaviləsinə 1 №li əlavədə "Zamin Cavabdeh3" qrafasındakı imza, 18 aprel 2017-ci il tarixli zaminlik müqaviləsinə əlavə 2 №-li sazişlərdə "Zamin Cavabdeh3" qrafasındakı imza-EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. 1.3. Ekspertizaya təqdim edilmiş, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin 1-ci vərəqəsinin üz tərəfində aşağıda soldan sağa istiqamətdə 1-ci imza, arxa tərəfində "Zamin Cavabdeh1” qrafasındakı imza, zaminlik müqaviləsinə 1 №-li əlavədə "Zamin Cavabdeh1” qrafasındakı imza, 18 aprel 2017-ci il tarixli zaminlik müqaviləsinə əlavə 2 №-li sazişlərdə "Zamin Cavabdeh1" qrafasındakı imza - EYNİ ŞƏXS təfindən icra olunmuşdur. 2.1. Ekspertizaya təqdim edilmiş xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin 1-ci vərəqəsinin üz tərəfində aşağıda soldan 2-ci imza, arxa tərəfində “Zamin” qrafasındakı imza, zaminlik müqaviləsinə 1 №-li əlavədə “zamin Cavabdeh3”qrafasındakı imza, 18 aprel 2017-ci il tarixli zaminlik müqaviləsinə əlavə 2 №-li sazişlərdə “Zamin Cavabdeh3” qrafasındakı imza ilə xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsinə 2 №-li əlavə sazişdə “Zamin Cavabdeh3” qrafasındakı imza-Müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. 2.2. Ekspertizaya təqdim edilmiş, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin 1-ci vərəqəsinin üz tərəfində aşağıda soldan 1-ci imza, arxa tərəfində "Zamin Cavabdeh1” qrafasındakı imza, zaminlik müqaviləsinə 1 oli əlavədə “Zamin Cavabdeh1” qrafasındakı imza, 18 aprel 2017-ci il tarixli zaminlik müqaviləsinə əlavə 2 №-li sazişlərdə "Zamin Cavabdeh1” qrafasındakı imza ilə xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsinə 2 №-li əlavə sazişdə "Zamin Cavabdeh1" qrafasındakı imza - Müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.
Tətbiq edilən hüquq:
25. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi vəya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 460.2. Öhdəliyin icrasının təmin edilməsi barədə razılaşmanın etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1. zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.
471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o,kredit müqaviləsi adlandırılır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 97.3. İşdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
27. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
28. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada borc, yəni kredit müqaviləsi bağlanılmış (MM m.739.1, 739.2), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli (MM m.442) və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir (MM m. 443.1, 448.1 və 448.2).
29. Məhkəmə iddia tələbini Cavabdeh2 münasibətdə qismən əsaslı hesab edir. Belə ki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 oktyabr 2023-cü il tarixli, 9/5630 №-li məhkəmə-mühasibatlıq ekspertizası rəyinə əsasən, Cavabdeh2 17 aprel 2023-cü il tarixinə İddiaçı ASC-nin Bakıxanov filialına olan borcu əsas borc üzrə 2510,41 ABŞ dolları, faiz borcu üzrə 367,98 ABŞ dolları, faiz borcu üzrə (5%) 376,21 ABŞ dolları borcu müəyyən edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizası rəyinə əsasən, əsas borc üzrə 2510,41 ABŞ dolları müəyyən edilsə də, iddiaçının tələbi 2474.49 ABŞ dollar həcmindədir. Mülki iş üzrə hakim işdə iştirak edən şəxslərin verdiyi tələb həcmində səlahiyyətlidir. Beləliklə, məhkəmə əsas borc üzrə 2474.49 ABŞ dollar, faiz borcu üzrə 367,98 ABŞ dolları, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 353.94 ABŞ dolları faiz borcun cavabdehdən iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab edir.
30. Məhkəmə iddia tələbini 1235,35 ABŞ dollar həcmində cərimə məbləğinin tutulması hissəsini tənasübsüz surətdə yüksək hesab edir və MM-nin 467-ci maddəsinə əsasən cərimə məbləğinin əsas borca mütənasib olaraq azaldılaraq 247,40 ABŞ dolları müəyyən edilməsini ədalətli hesab edir.
31. Məhkəmə iddia tələbini cavabdehlər zamin Cavabdeh3 və zamin Cavabdeh1 münasibətdə əsassız hesab edir.
32. Belə ki, xx.xx.2014-cü il tarixli, 80005216/ZM №-li zaminlik müqaviləsinə əsasən, xx.xx.2014-cü il tarixli, 80005216 №-li kredit müqviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissəhissə icra edilməsi üçün məsuliyyəti zaminlər öz üzərinə götürmüşdürlər. Zaminlər cavabdehlər Cavabdeh1 və Cavabdeh3dur. (§14) Daha spnra 18 aprel 2017-ci il tarixli “xx.xx.2014-cü il tarixli, 80005216 saylı” zaminlik müqaviləsinə Əlavə Saziş № 2-ə əsasən, borcalanın kreditor qarşısındakı 4009,21 ABŞ dolları təşkil edən kredit öhdəliyinin qalığı təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədəkdir. Zaminlər qarfasında Cavabdeh1 və Cavabdeh3 adları qeyd edilmişdir. (§18)
33. Qeyd olunmalıdır ki, əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik münasibətləri Mülki Məcəllənin 470-477-ci maddələri ilə tənzimlənir. MM-in 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Qanunverici həmçinin zaminliyə xitam verilmə əsaslarını da təsbit etmişdir. Bu əsaslar MM-in 477-ci maddəsində sadalanmışdır.
34. Məhkəmə qeyd edir ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından göründüyü kimi, zaminlik müqaviləsində onun qüvvədə olma müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmiş, həmin müqavilənin təmin etdiyi öhdəliklərin icrası vaxtının çatmasından 1 ildən çox müddət keçmişdir. Bu səbəbdən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 zaminliyinə xitam verilməlidir. Zaminlik müqaviləsinə qeyd edilən əsasla xitam verilməsi üçün müəyyən edilmiş müddət iddia müddəti olmamaqla, qanunla müəyyən edilmiş həmin müddətin bitməsi halı (həmin müddətdə zaminə qarşı tələbin irəli sürülməməsi) artıq özlüyündə qeyd edilən əsasla zaminlik müqaviləsinin xitamının əsası kimi çıxış edir.
35. Eyni zamanda məhkəmə qeyd edir ki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 mart 2024-cü il tarixli, 3-16-16/2-4/79 №-li məhkəmə-xətşünaslıq ekspertizası rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsində “Zamin” qrafasındakı imza, zaminlik müqaviləsinə 1 №-li əlavədə “zamin Cavabdeh3”qrafasındakı imza, 18 aprel 2017-ci il tarixli zaminlik müqaviləsinə əlavə 2 №-li sazişlərdə “Zamin Cavabdeh3” qrafasındakı imza ilə xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsinə 2 №-li əlavə sazişdə “Zamin Cavabdeh3” qrafasındakı imza-Müxtəlif şəxslər tərəfindən icra olunduğu və 2xx.xx.2014cü il tarixli zaminlik müqaviləsindəki "Zamin Cavabdeh1” qrafasındakı imza, zaminlik müqaviləsinə 1 №li əlavədə “Zamin Cavabdeh1” qrafasındakı imza, 18 aprel 2017-ci il tarixli zaminlik müqaviləsinə əlavə 2 №-li sazişlərdə "Zamin Cavabdeh1” qrafasındakı imza ilə xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsinə 2 №-li əlavə sazişdə "Zamin Cavabdeh1" qrafasındakı imza - Müxtəlif şəxslər tərəfindən icra olunduğu müəyyən edilmişdir. Bu rəy özü-özlüyündə həmin müqavilələrin etibarsız hesab edilməsi üçün əsasdır. Öhdəliyin icrasının təmin edilməsi barədə razılaşmanın etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur.(§24)
36. Göründüyü kimi, 18 aprel 2017-ci il tarixli “xx.xx.2014-cü il tarixli, 80005216 saylı” zaminlik müqaviləsinə Əlavə Saziş № 2-ə zaminlik müqavilələrini cavabdehlər zamin Cavabdeh3 və zamin Cavabdeh1 imzalamamış, deməli İddiaçı ASC-nin (Ləğv Prosesində) ilə Cavabdeh2 arasında bağlanmış 18 aprel 2017-ci il tarixli “xx.xx.2014-cü il tarixli, 80005216 №-li” kredit müqaviləsinə Əlavə Saziş № 2 kredit müqaviləsi üzrə öhdəliklərinin lazımınca icra edilməməsinə görə Cavabdeh2 ilə tam birgə məsuliyyət daşımasına dair üzərlərinə öhdəlik götürməmiş, bununla bağlı hər hansı razılıqları olmamışdır. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır ki, hazırki halda cavabdehlər Cavabdeh3 və Cavabdeh1 hər hansı öhdəliyi qəbul etməsi barədə müqavilə mövcud deyildir. Bu səbəbdən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 zamin kimi borcun müştərək qaydada tutulması əsassızdır. İddia tələbi bu hissədə təmin edilməməlidir.
37. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 2474.49 ABŞ dolları əsas, 367,98 ABŞ ABŞ dolları faiz, 247,40 ABŞ dolları cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 353.94 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 3443,81 ABŞ dolları məbləğində borc ”DəmirBank” ASC–nin (Ləğv Prosesində) xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 78,54 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində işə baxılması ilə əlaqədar məsrəflərin siyahısına həmçinin ekspertlərə verilməli olan məbləğlər aid edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, mülki iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə 100 manat və məhkəməxətşünaslıq ekspertizası üzrə 126 məbləğində olmaqla, ekspertiza tədqiqatının dəyəri Cavabdeh2 tutularaq dövlət gəlirlərinə alınmalıdır.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. Cavabdeh2 2474.49 ABŞ dolları əsas, 367,98 ABŞ dolları faiz, 247,40 ABŞ dolları cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 353.94 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 3443,81 (üç min dörd yüz qırx üç ABŞ dolları səksən bir sent) ABŞ dolları məbləğində borc tutulataq ”Dəmir Bank” ASC-nin (Ləğv Prosesində) xeyrinə ödənilsin.
3. İddiaçı tərəfindən ödənilmiş 78,54 (yetmiş səkkiz manat əlli dörd qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh2 tutularaq İddiaçı ASC -yə(Ləğv Prosesində) ödənilsin.
4. İddia qalan hissədə təmin edilməsin.
5. Ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat və 126 (yüz iyirmi altı) manat Cavabdeh2 tərəfindən X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944 SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.
6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Samirə Eyvazova