Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3025/2024 19.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 73,89 AZN əsas, 0 AZN faiz, 0 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 73,89 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60% ödəmək şərtilə 800 manat məbləğində kredit xətti açılmışdır. X1 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 12 fevral 2024, bazar ertəsi tarixinə "xxxx" KB ASC-yə 73,89 AZN əsas, 0 AZN faiz, 0 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 73,89 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli Ümumi Oferta müqaviləsinə görə, Bu oferta Müştəri tərəfindən aksept edildikdən sonra 25 (iyirmi beş) il müddətinə Bankla Müştəri (bundan sonra birlikdə “Tərəflər” adlandırılacaq) arasındakı münasibətləri tənzimləyir. Bank, bu ofertaya birtərəfli qaydada əlavələr və dəyişiklik edə bilər. Ofertaya edilmiş əlavə və dəyişikliklər mobil əlavədə və ya “sayt”da yerləşdirildikdən 5 (beş) gün sonra qüvvəyə minir. Bank, Müştəriyə mobil əlavə vasitəsilə bildiriş göndərərək məlumatlandırmaqla ofertaya birtərəfli qaydada bildiriş göndərildiyi tarixdən xitam verə bilər. Bildiriş göndərildikdən sonra Bank tərəfindən Müştərinin bu oferta çərçivəsində bütün əməliyyatları məhdudlaşdırılır. Müştərinin Bank qarşısında icra edilməli olan bütün öhdəlikləri onun Bankda olan və ona çatası vəsaitlərindən akseptsiz silinərək icra edilir. Müştərinin Bank qarşısında öhdəliklərinin icra edilməyən hissəsi bu ofertaya xitam verildiyi tarixdən 30 gün ərzində Müştəri tərəfindən tam icra edilməlidir. Bank qarşısında öhdəliklərinin icra edilməyən hissəsi bu ofertaya xitam verildiyi tarixdən 30 gün ərzində Müştəri tərəfindən icra edilmədikdə qalıq məbləğə illik 30% cərimə hesablanır. Müştəri tərəfindən bu ofertaya bu bənddə göstərilən qaydaya əməl etməklə xitam verilə bilər. Müştəri, bu ofertaya xitam vermək istədikdə Bankın məlumat mərkəzinə zəng edərək xitam barədə niyyətini bildirir və bu halda Müştəriyə Bank qarşısında bu oferta üzrə icra edilməli olan bütün öhdəlikləri barədə məlumat verilir və öhdəliklər tam icra edildikdən sonra ona mobil əlavə vasitəsilə ofertaya xitam barədə bildiriş göndəriləcəyi bildirilir. Müştəri tərəfindən bu oferta üzrə icra edilməli olan bütün öhdəliklər tam icra edildikdən sonra Bank tərəfindən mobil əlavə vasitəsilə Müştəriyə ofertaya xitam barədə bildiriş göndərilir. Bildiriş göndərildikdən sonra Bank tərəfindən Müştərinin bu oferta çərçivəsində bütün əməliyyatları məhdudlaşdırılır. Bildirişin Müştəri tərəfindən mobil əlavə vasitəsilə təsdiq edilməsi anından Müştəriyə münasibətdə ofertaya xitam verilir. Bildiriş, göndərildikdən sonrakı gündən gec olmayaraq Müştəri tərəfindən mobil əlavədə təsdiq edilmədikdə bu ofertaya xitam vermək niyyətindən imtina etmiş hesab edilir. Müştəri, bu müddətdən əvvəl mobil əlavə vasitəsilə bildirişdən imtina etməklə də ofertaya xitam verməkdən imtina edə bilər. Bu ofertaya Müştəri tərəfindən xitam verilməsindən imtina edildikdə Müştərinin bu oferta çərçivəsində ofertaya xitam verilməklə əlaqədar əməliyyatlarına tətbiq edilən məhdudiyyətlər aradan qaldırılır. Həmin müqaviləyə görə, Ərizə-anket və imza nümunəsi – Bank tərəfindən ümumi ofertanın aksepti sayılan və özündə müvafiq razılıq şərtlərini ifadə edən və bu müqavilənin tərkib hissəsi sayılan yazılı və imzalı ərizə; Müştəri – Bank xidmətlərindən istifadə edən fiziki şəxs (bu ofertaya münasibətdə yalnız fiziki şəxslər); Mobil əlavə – internet bağlantı vasitəsilə istifadə edilə bilən, bank xidmətini özündə birləşdirə bilən, xüsusi proqram təminatında yaradılmış tətbiqdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Ərizə-Anket və İmza Nümunəsindən görünür ki, Cavabdeh aşağıdakı məzmunda ərizəni imzalamaqla təsdiq edir ki, o, "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2022-ci il tarixli ümumi ofertası ilə, barəsində məlumatların Asan-Finans portalından və Kredit Bürosundan əldə olunması və ötürülməsi ilə mobil əlavədə tanış olmuş, onun bütün şərtləri ilə razıdır, elektron formada analoq imza ilə təsdiq edir. Həmin ofertanın nüsxəsini ona məxsus mobil telefona yüklənmiş mobil əlavədə əldə etmişdir, onun bütün şərtlərini qəbul edir və bütün öhdəliklərini vaxtlı-vaxtında, düzgün, qeyd-şərtsiz yerinə yetirəcək. Ona ayrılacaq kredit xətti limitinin Bankın mülahizəsinə görə azaldılması və çoxaldılmasına razılıq verir. Tərəfindən kredit limitinin azaldılması və artırılması, həmçınin nağd kredit ilə bağlı Banka müraciət edəcəyi halda bu barədə Bankın qəbul edəcəyi müvafiq qərarla razıdır. Bütün bu məlumatlandırmaların ona mobil əlavə vasitəsilə göndərilməsinə razıdır, "xxxx" KB ASC tərəfindən tələb edildiyi kimi münasibət bildirəcək. Bütün bank hesabları və Müqavilə ilə bağlı butün yazışmaların mobil əlavə və ya digər məsafədən istifadə olunan kanallar vasitəsilə edilməsini xahiş edir və razıdır. Bank qarşısındakı istənilən öhdəliyinin icrasının təminatı olaraq, vaxtında yerinə yetirilməyən öhdəliyinin icrası məqsədilə ona məxsus bütün bank hesablarından, eləcə də digər əsaslarla ona çatası vəsaitlərdən akseptsiz qaydada silinmə aparılmasına etiraz etmir, əksinə razılığını bildirir. Onun ödəniş kartı ilə aparacağı əməliyyatlar nəticəsində baş verə biləcək silinmələr zamanı overdraft (hesabda vəsait olmadıqda silinmənin baş verməsi) baş verərsə, oferta şərtlərinə uyğun öhdəliyini qəbul edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli № Unibank / LB0003597-1 nömrəli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixli ərizə və xx.xx.2022-ci il tarixli Ümumi Oferta müqaviləsinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixdən 35 ay müddətinə bitmə tarixi xx.xx.2026-cı il olan illik 27,60% ödəmək şərtilə 800 manat məbləğində AGİD**********0 nömrəli kredit xətti açılmışdır. Gecikməyə görə faiz dərəcəsi ödənilməmiş minimal ödənişin 0.5%-i, gecikməyə görə cərimə birinci ay 5 manat, növbəti aylar 10 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh AGİD**********0 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə “Kredit limitiniz 800 AZN qədər artırıldı” məzmunda S4226 kodlu elektron bildiriş göndərilmişdir. İş materiallarında olan 12 fevral 2024-cü il tarixli, BANK/PİKMD/1165664 saylı maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya ödənilməmiş 73.89 manat əsas, 0 manat faiz, 0 manat cərimə borcu olmaqla, cəmi 73.89 manat borcu qalmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini ləğv etməsi barədə xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60% ödəmək şərtilə 800 manat məbləğində kredit xətti açılmasına dair tərəflər arasında xx.xx.2022-ci il kredit müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuş, aylıq ödənişləri yerinə yetirməmişdir, hazırda onun iddiaçıya 73.89 manat əsas, 0 manat faiz, 0 manat cərimə borcu olmaqla, cəmi 73.89 manat borcu qalmışdır, cavabdeh iddiaçı tərəfindən borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə xəbərdar olunmuşdur. Bununla belə, cavabdehin müqavilə öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehdən 73.89 manat əsas, 0 manat faiz, 0 manat cərimə borcu olmaqla, cəmi 73.89 manat alınaraq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və iddia tələbinin həcmi nəzərə alınmaqla dövlət rüsumuna görə ödənilmiş 30 manat ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəsinə və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən 73.89 manat əsas, 0 manat faiz, 0 manat cərimə borcu olmaqla, cəmi 73 (yetmiş üç) manat 89 (səksən doqquz) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədan, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-3025/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3025/2024
19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver