Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3528/2022 04.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli, 15795-CNS-5092 nömrəli “Avtomobil krediti müqaviləsi”nə və onun ayrılmaz tərkib hissəsi olan 1 saylı razılaşmaya əlavə və dəyişikliklər edilməsi barədə 2 saylı Əlavə Razılaşma bağlanmışdır. Razalaşmaya əsasən əvvəlki kredit alan X1 hüquq və öhdəlikləri Razılaşmada göstərilən şərtlər əsasında yeni kredit alan qismində Cavabdeh1 ötürülmüş, onun Banka xx.xx.2019cu il tarixə olan borcu kapitallaşdırılaraq 7202,08 ABŞ dolları Bankın həmin tarixə mövcud olan məzənnəsi ilə (1.7010) konvertasiya edilərək 12 250,74 manat müəyyən edilərək, Cavabdeh1 verilmiş hesab edilmişdir. Cavabdeh1 Razılaşmada göstərilən şərtlər və qaydalarla kreditdən 36 ay müddətinə, illik 18% olmaq şərtilə istifadə etməli və qaytarmağı öhdəsinə götürmüşdür. , Ödəniş cədvəlinə əsasən aylıq ödəniş 475,49 (sonuncu ay üzrə 386,07) manat müəyyən edilmişdir. Cavabdeh aldığı krediti qismən qaytarmışdır.
2. Həmçinin, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli, 157xx-xx- 15943 nömrəli “İpoteka müqaviləsi”nə və onun ayrılmaz tərkib hissəsi olan 1 saylı razılaşmaya əlavə və dəyişikliklər edilməsi barədə 2 saylı Əlavə Razılaşma bağlanmışdır. Razılaşmaya əsasən xx.xx.2014-cü il tarixli, 157xx-xx-15943 nömrəli “İpoteka müqaviləsi” yeni ipoteka qoyan qismində Cavabdeh1 müəyyən edilmiş, əvvəlki ipoteka qoyanın hüquq və vəzifələri yeni ipoteka qoyana, yəni Cavabdeh1 keçmişdir.
3. İpoteka predmeti «Kia Optima» markalı, tünd göy metallik rəngli, mühərrik G4NADR706964, ban nömrəsi KNAGN419BE5470498 olan ** UT *** dövlət qeydiyyat nişanlı avtomobildir (bundan sonra – Avtomobil). Avtomobil nəqliyyat vasitəsinin qeydiyyay şəhadətnaməsinə əsasən Cavabdeh1 məxsus olmuşdur.
4. İpoteka predmeti olan Avtomobil xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış və bu barədə 121727 nömrəli Çıxarış verilmişdir.
5. Bundan başqa, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə 270274-7-11279 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borclunun (Cavabdeh1) öhdəliklərini tam icra etməsi öhdəliyini üzərinə götürmüşdür.
6. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
7. İddiaçı Cavabdeh1 ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, 125795- CNS-5092 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 4749,41 manat məbləğində əsas borc, 246,89 manat məbləğində faiz borcu, ümumilikdə isə 4996,30 manat pul məbləğinin və 69.96 manat məhkəmə üçün dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması, tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş “Kia Optima” markalı, tünd göy metallik rəngli, mühərrik G4NADR706964, ban KNAGN419BE5470498 olan ** UT *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin iddiçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddiaçı sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək Cavabdeh1 ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli 125795-CNS- 5092 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 4519,41 manat məbləğində əsas borc, 246,89 manat məbləğində faiz borcu, ümumilikdə isə 4766,30 manat pul məbləğinin və 69.96 manat məhkəmə üçün dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş “Kia Optima” markalı, tünd göy metallik rəngli, mühərrik G4NADR706964, ban KNAGN419BE5470498 olan ** UT *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin iddiçıya ödənilməsi barədə
5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1lə aralarnda bağlanmış xx.xx.2019-cu il tarixli 125795-CNS-5092 saylı, “Avtomobil krediti müqaviləsi”nə əsasən Cavabdeh1 illik 18% hesablanması şərti ilə 36 ay müddətinə 12.250,74 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 mülkiyyətində olan Avtomobili xx.xx.2019-cu il tarixli 125795-16¬15943 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda, Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli 270274-7-11279 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu şəxs öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticəsində cavabdehlərin Banka 4519,41 manat məbləğində əsas borc, 246,89 manat məbləğində faiz borcu, ümumilikdə isə 4766,30 manat məbləğində borcu qalmışdır. Bundan başqa, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1257xx-xx-15943 saylı ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə girov saxlayanın ipoteka predmetinə ödəniş yönəltmək hüququ vardır.
b) Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
7. Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə və iddia tələbinin həcminin azaldılması barədə ərizəyə uyğun izahat verərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
9. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrnin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
10. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
12. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
13. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
16. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
17. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
18. Maddə 470.1 Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
19. Maddə 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
20. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
21. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
22. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi
23. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
28. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
29. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə 125795-CNS-5092 saylı kredit müqaviləsi bağlanmış, cavabdehə 36 ay müddətinə illik 18% dərəcəsi ilə 12 250,74 manat məbləğində kredit verilmişdir.
30. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc prdmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
31. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında kredit (borc) müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini həmin cavabdehə verməklə öhdəlyini icra etmişdir. Lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir (§ 14).
32. İddiaçı tərəfindən təqdim olunmuş son maliyyə arayışında da xx.xx.2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 4519,41 manat, faiz borcu üzrə 246,89 manat olmaqla, cəmi 4766,30 manat kredit borcunun olması göstərilmişdir.
33. Məhkəmə qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizi ilə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.
34. Məhkəmə eyni zamanda, iddia tələbinin digər Cavabdeh2 aid hissədə araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə Cavabdeh1 aldığı pul məbləğinin iddiaçıya qaytarmasına dair öhdəliyinin tam icra olunmasına görə zamin olduğundan, borcun ödənilməməsi üçün məsuliyyət daşıyır. (§ 15)
35. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh2 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, pul öhdəliyi isə icra edilmədiyindən, o, iş üzrə Cavabdeh1lə bərabər iddiaçı qarşısında birgə məsuliyyət daşıyır.
36. Məhkəmə, tələbin ipoteka qoyulmuş Avtomobilə yönəldilməsinə, əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə edilmiş vəsaitin kredit müqaviləsi üzrə borca yönəldilməsinə dair hissəsələrini də araşdıraraq belə qənaətə gəlir ki, iddia həmin hissələrdə də əsaslıdır. Cavabdeh1 iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən Avtomobilə yönəldilməsini, əmlakın açıq hərracdan satılmasını və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb etməkdə haqlıdır.
37. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını da müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş Avtomobilin ipoteka ilə yüklü edilmiş həmin Avtomobilin açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Avtomobilin likvid dəyəri isə 21 500 manat müəyyən edilməlidir. Belə ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəsis rəyinə əsasən ipoteka predmeti olan Cavabdeh1 məxsus Avtomobilin likvid dəyəri 21 500 manat, bazar qiyməti isə 23 233 manat təşkil edir.
38. Məhkəmə hesab edir ki, 69,96 manat məbləğində dövlət rüsumu və 200 manat Avtomobilin qiymətləndirmə xərci cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. 4519,41 manat məbləğində əsas, 246,89 manat faiz olmaqla, cəmi 4766,30 manat pul məbləği, həmçinin ödənilmiş 69,96 manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb “Kia Optima” markalı, tünd göy metallik rəngli, mühərrik G4NADR706964, ban KNAGN419BE5470498 olan ** UT *** dövlət nömrə nişanlı avtomobilə yönəldilsin. “Kia Optima” markalı, tünd göy metallik rəngli, mühərrik G4NADR706964, ban KNAGN419BE5470498 olan ** UT *** dövlət nömrə nişanlı avtomobilin likvid dəyəri 21500 manat olmaqla açıq hərracdan satılsın və həmin avtomobilin satılmasından əldə edilən vəsaitdən, cəmi 4766,30 manat pul və 69,96 manat dövlət rüsumu İddiaçı ASC-yə ödənilsin. 200 manat məbləğində Avtomobilin qiymətləndirmə xərci Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Pərviz Zamanlı