Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4071/2025 01.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yaşayan, xx.xx.1940-cı il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı X4 xx.xx.2025-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin və ailəsinin uzunmüddətli sadiq dostu, qonşuları, ailələrinin yaxın üzvü hesab etdikləri X10 01 mart 1940-cı ildə anadan olmuş, ünvan 2 ünvanda yaşamış, 04 mart 2025-ci ildə X11 PHŞ-də vəfat etmişdir. Sabunçu rayonu ərazisində yerləşən Zabrat-1 qəbiristanlığında 04 mart 2025-ci ildə dəfn edilmişdir. Onun həyat yoldaşı, övladları olmadığı üçün demək olar ki, X5 övladlıq etmişdir. xx.xx.1960-cı ildə mərhum xx.xx.1939-cu il təvəllüdlü X3 ilə nikaha daxil omuşdur. Həyat yoldaşı X3 xx.xx.1992-ci ildə vəfat etmişdir. Bildirir ki, özünün təklifi ilə 15 mart 2021-ci ildə onunla X10 arasında notarial qaydada təsdiq olunmuş ömürlük renta müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə renta alan Z.İ.Qloşina xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 2 otaqlı mənzilini onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür (qeyd **********, xx.xx.2025). O isə renta ödəyicisi kimi X6 özgəniləşdirilən tam hissə (37.53 kv m.) müqabilində aylıq 300 manat dəyərində şəxsi qulluq, ərzaq məhsulları və gündəlik zəruri tələbat malları ilə təmin etmək, həmçinin səhhəti ilə bağlı ehtiyac olduqda ona qulluq göstərməyi öhdəsinə götürmüşdür. Z.İ.Qloşina vəfat edənə qədər onu şəxsi qulluq, ərzaq məhsulları və gündəlik zəruri tələbat malları ilə təmin etmiş, habelə onu həkim müayinələrindən keçirmiş və müalicələrini təşkil etmişdir. xx.xx.2025-ci ildə X11 PHŞ tərəfindən ona dəfn üçün arayış təqdim edilmişdir. Bakı şəhəri Nəsimi rayonu Qeydiyyat İdarəsinə ölüm haqqında şəhadətnaməni verilməsi üçün müraciət edib. Lakin Bakı şəhəri Nəsimi rayonu Qeydiyyat İdarəsi xx.xx.2025-ci il tarixli məktubla ona ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Əsas kimi təqdim edilən sənədlər siyahısında ölüm haqqında həkim şəhadətnaməsinin olmaması göstərilmişdir. Bundan sonra nümayəndəsi vasitəsilə xx.xx.2025-ci il tarixdə X11 PHŞ-yə ölüm haqqında həkim şəhadətnaməsinin verilməsi barədə müraciət təqdim edilmişdir. X11 PHŞ-nin ona ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, qohumluq əlaqəsini sübut edən sənədlər təqdim etmədiyi üçün ona ölüm haqqında həkim şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Qanunvericiliyə əsasən ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qeyd edir ki, əmək pensiyaçısı vəfat etdikdə dəfni öhdəsinə götürmüş şəxsə tələb olunan zəruri sənədlər təqdim edildikdən sonra əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət təyin olunur. Z.İ.Qloşina əmək pensiyaçısı olmuşdur. Onun ölüm haqqında şəhadətnaməsi olmadığı təqdirdə onlar dəfn üçün müavinətin alınması ilə bağlı sənədləşdirmə işlərini həyata keçirə bilmədilər. Hazırda dəfn üçün müavinətin alınması üçün müvafiq sənədlər DOST Mərkəzinə təqdim edilməlidir. Buna görə də məhkəmə qaydasında Z.İ.Qloşinanın ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahatlar verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Nəsimi Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İş üzrə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, ərizəçiylə ölən şəxs X4 vasitəsilə tanış olmuşdur. O, ölən şəxsin dəfn mərasimində iştirak etmişdir. İş üzrə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, ərizəçinin dostudur. O, mərhumun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli “X11” PHŞ tərəfindən verilmiş arayışın surətindən görünür ki, xx.xx.1940-cı il təvəllüdlü X10 xx.xx.2025-ci il tarixdə 12 bağırsaq xorasının perferiyası, irinli peritouit diaqnozu ilə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X13 “X11” X12 xx.xx.2025-ci il tarixli cavab məktubun surətindən görünür ki, 1940-cı il təvəllüdlü X10 xx.xx.2025-ci il tarixdə saat 10:40-da X9 anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə vəfat etmişdir. Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına əsasən müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir. Z. Qloşinanın ölüm haqqında tibbi şəhadətnaməsini almaq üçün müraciət edən şəxs Ə.Hacıyeva qohumluq əlaqəsini sübut edən sənədlər təqdim etmədiyi üçün X11 ölüm haqqında tibbi şəhadətnamə verə bilmir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X5 ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi 37.53 kv.m olmaqla, xüsusi mülkiyyət hüququ əsasında Ərizəçi məxsusdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli renta müqaviləsinin surətindən görünür ki, “Renta alan” X10 ünvan 4 ünvanında yerləşən , ümumi sahəsi 37,53 kv.m, yaşayış sahəsi 24,23 kv.m olan 2 otaqlı mənzili “Renta ödəyicisi” Ərizəçi mülkiyyətinə verir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi qonşusu X4 xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1940-cı il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. xx.xx.1940-cı il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-4071/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4071/2025
01.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver