Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6111/2024 30.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi K.X5, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X7 iştirakı ilə İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində qeyd etmişdir ki, cəmi borc 97.539,87 (doxsan yeddi min beş yüz otuz doqquz manat 87 qəpik) manat təşkil edir, bundan 53.289,92 (əlli üç min iki yüz səksən doqquz manat 92 qəpik) manat əsas, 31.460,37 (otuz bir min dörd yüz altmış manat 37 qəpik) manat faiz, 12.789,58 (on iki min yeddi yüz səksən doqquz manat 58 qəpik) manat cərimə borcu və iş üzrə ödənilmiş 382,62 (üç yüz səksən iki manat 62 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə "xxxx" arasında xx.xx.2014cü il tarixli əməkdaşlıq müqaviləsi bağlanmışdır. Əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq Bank tərəfindən müxtəlif dövrləri əhatə edən tarixlərdə müştərilərə "xxxx" MMC Abşeron rayonu, H.Əliyev prospekti, 240 ünvanında inşa etdiyi yaşayış mənzillərinin alınması məqsədilə kreditlər verilmişdir. Həmin kreditlərdən biri, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 14/095 saylı kredit müqaviləsidir. Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 14/095 saylı kredit müqaviləsinə əsasən Abşeron ray., Xırdalan şəh., H.Əliyev pr., 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivində inşa edilən binanın 2-ci mərtəbəsində, ümumi sahəsi 135.6 kv.m olan 102 nömrəli mənzilin alınması üçün 120 (bir yüz iyirmi) ay müddətinə, 14 (on dörd) faiz ödənilməsi şərtilə, 82.900 (əlli yeddi min altı yüz otuz iki) manat məbləğində kredit verilmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi K.X9 məhkəmə iclasında iddia tələblərini müdafiə edərək, iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X12 məhkəmə iclasında iddia tələblərinə yazılı və şifahi qaydada etiraz edərək, bildirmişdir ki, İddiaçı ASC 97539,87 manat, bundan 53.289,92 manat əsas, 31.460,37 manat faiz, 12.789,58 manat cərimə borcu və iş üzrə ödənilmiş 382,62 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və "xxxx" MMCdən müştərək qaydada tutulmasını tələb edir. İddia tələbinin əsasını borcalan Cavabdeh2 ilə bağlanmış xx.xx.2014-cü il tarixli 14/095 nömrəli Kredit müqaviləsi və cavabdeh MMC ilə bağlanmış 18 mart 2014-cü il tarixli "xxxx" Müqaviləsidir. Hazırda, cavabdeh MMC digər Cavabdeh2 ilə bağlanmış xx.xx.2014-cü il tarixli 14/095 nömrəli Kredit müqaviləsi üzrə yaranmış kredit borcunu mübahisələndirmir. Cavabdeh MMC tərəfindən mübahisəli tərəf borc tələbinin müştərək qaydada cavabdeh "xxxx" MMC-dən tələb olunmasıdır. Aşağıda qeyd olunan əsaslara və maddi hüquq normasına görə əsassız hesab edirik. Bildiririk ki, (“Bank”) "xxxx" ASC ilə ("xxxx") "xxxx" MMC arasında bağlanmış 18 mart 2014-cü il tarixli Müqavilənin şərtlərinə diqqət yetirmək istərdik. Həmin Müqavilənin 2.1-ci bəndi ilə predmeti təşkil edən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85%-dən artıq olmayan hissəsinin 120 ay müddətə qədər kreditləşdirməsi barədə qarşılıqlı razılıqdır. Bu Müqavilə Azərbaycan Respublikası Mülki Məcəllənin 402-ci maddəsinin tələblərindən irəli gəlirək ilkin müqavilədir. Həmin maddi hüquq normasına görə (402.1) ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin müqaviləni zaminlik müqaviləsi hesab etmək olmaz. Çünki zaminlik müqaviləsinə dair qanunvericiliyin xüsusi tələbləri var, habelə məhkəmə təcrübəsində də dəfələrlə hüquqi münasibət bildirilmişdir. xx.xx.2014-cü il tarixli Müqavilə Bank və Kooperativ tərəflər arasında qarşılıqlı razılıq niyyətlərini əks etdirir. Mülki Məcəlləsinin zaminlik müqaviləsinə dair tələblərini müəyyən etmiş və bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərhlər var. (470.1) zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (477.0.2) əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə zaminliyə xitam üçün əsasdır. Müddəanın tələbindən göründüyü kimi zamin kreditor qarşısında mütləq qaydada borclu şəxsin öhdəliyinin icrasına məsuliyyəti müəyyən edilməsini şərtləndirir. Lakin hazırki iş üzrə cavabdeh "xxxx" MMC borc alan Cavabdeh2 ilə iddiaçı LPO "xxxx" ASC-nin Sumqayıt filialı ilə xx.xx.2014cü il tarixli 14/095 nömrəli kredit müqaviləsi üzrə yaranmış kredit öhdəliyinə görə məsuliyyəti üzərinə götürməmiş və bununla bağlı cavabdeh/qarşılıqlı iddiaçı LPO-ASC məhkəməyə heç bir sübut – zaminlik müqaviləsi təqdim etməmişdir. Digər tərəfdən, cavabdeh/qarşılıqlı iddiaçı LPO "xxxx" ASC-nin Sumqayıt filialı ilə borc alan Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 14/095 nömrəli Kredit müqaviləsinin 4.1-ci bəndinə görə, müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu alınacaq mənzilin ipotekasıdır; 9.2-ci bəndinə görə,...yaranmış borc və ya vurulmuş zərur Borcalanın hesabından akseptsiz qaydada silinir; 9.3-cü bəndinə görə, gecikdirilmiş borc yarandığı tarixdən Borcverən qanunvericiliklə müəyyən edilmiş qaydada Borcalanın öhdəliklərinin icrasının təminata yönəldilməsi prosedurasına başlayır; 15.5-ci bəndinə görə, borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməməsinə görə Borcverənə dəymiş zərər məbləğində tam məsuliyyət daşıyır; 15.9-cu bəndinə görə, ...mənzil borcalana verilmədikdə və ya vaxtında təhvil verilmədikdə Borcverən bu hallara görə heç bir məsuliyyət daşımır və Borcalan bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin icrasından azad edilmir. Sadalanan bəndlərdən göründüyü kimi sözügedən kredit öhdəliyinin təminat üçün girov və ipoteka predmeti olan daşınmaz əmlak mənzil çıxış edir. Lakin kredit müqaviləsində öhdəliyin icrasının təminatı olaraq xx.xx.2014-cü il tarixli Müqavilə barədə müddəa, həmçinin konkret kredit öhdəliyin icrasının gecikdirilməsi halında Cəmiyyətin məsuliyyəti, habelə Cəmiyyətin iddiaçı bankda olan bank hesablarından akseptsiz qaydada silinməsinə dair tələblər, hətta əlaqələndirici, yönəldici şərtlər göstərilməmişdir. Mülki Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Qərarında vurğulanır ki, mülki dövriyyədə öhdəliklərin icrasının təmin edilməsinin daha çox istifadə olunan üsulu kimi zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (Mülki Məcəllənin 470.1-ci maddəsi). Zaminlik müqaviləsi kreditorla zamin arasında bağlanılır və zamin əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Zaminlik müqaviləsi əsas öhdəlikdən asılı olan aksessor xarakterli müqavilədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair - 04 sentyabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş; Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında həmçinin belə nəticəyə gəlmişdir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, gələcəkdə yaranacaq öhdəliyin icrası üzrə bağlanmış zaminlik müqaviləsi ilkin müqavilədən aşağıdakı xüsusiyyətlərinə görə fərqləndirilməlidir: ilkin müqavilədə əsas müqavilənin predmetini, digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Əsas müqavilənin bağlanması tarixi ilkin müqavilə ilə müəyyən edilir. ilkin müqavilənin tərəflərindən hər biri öhdəliklərin yerinə yetirilməməsi nəticəsində əmələ gələn ziyanın ödənilməsi şərti ilə əsas müqavilənin imzalanmasından imtina edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında qeyd edilir ki, iradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 36.11-ci maddəsinə görə, İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Həmin Məcəllənin 40.1-ci maddəsinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. (40.2.) Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. (40.3.) Saziş o zaman ola bilər ki, o, müəyyən məhkəmə işinə və ya mübahisəsinə əsaslanmış olsun. (40.4.) Mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1-40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz. İddiaçı Bank əgər tərəflər arasında yaranmış mübahisənin əsası kimi xx.xx.2014- cü il tarixli Əməkdaşlıq müqaviləsinə istinad edirsə, onda mövcud maddi və prosessual hüquq normaların tələblərinə əsasən aidiyyat qaydalarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında qeyd edilir ki, iradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarına görə: “Müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunur. Bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır. MM-in “Müqavilə hüququ” adlı 20-ci Fəslində yer alan və bütün müqavilələrə şamil olunan 399 və 399.3-cü maddələri baxımından müqavilə azadlığı prinsipinə formal bərabərlik kimi baxıla bilər. Lakin, konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun. Buna görə də formal bərabərlik baxımından müqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa (yəni tərəflər MM-in 399.3-cü maddəsi ilə onlara təklif olunan dispozitiv hüquqdan istifadə etməmişlərsə), bir qayda olaraq, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. İstənilən halda məhkəmələr bu kimi məsələlərə baxarkən müqavilə azadlığı, azad sahibkarlıq fəaliyyəti, sosial dövlət və s. kimi müxtəlif konstitusiya dəyərləri arasında balansı gözləməli, işlə əlaqədar hər hansı qərarı qəbul etməmişdən əvvəl onun iqtisadi və sosial nəticələrini qabaqcadan görməlidirlər.” Bu cür əqdlər qanunda bir qayda olaraq “mübahisələndirilə bilər” sözləri ilə ifadə edilmişdir və onların mübahisə edilməsinin üsulu ilə bağlı təcrübədə müxtəlif yanaşmalar mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarnda qeyd edilir ki, Plenum müraciətlə bağlı ilk növbədə, mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsaslarından olan əqdin mahiyyətinin və əqd münasibətlərinin tənzimlənməsinin əsas prinsiplərinin açıqlanmasını zəruri hesab edir. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Xüsusilə vurğulamaq istərdik ki, ipoteka müqaviləsinin etibarsızlığı həmçinin borclu X13 borcalan LPO İddiaçı ASC qarşısında kredit öhdəliklərinə laqeyid və səhlənkar münasibətə şərait yarada bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Oxşar mübahisə predmeti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının hakim Əhməd Nurməmmədov sədrliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X2, X4 və "xxxx" MMCyə qarşı 2(102)-624/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli Qərarında Kollegiya qeyd edir ki, Bank ilə "xxxx" MMC arasında bağlanmış 18 mart 2014-cü il tarixli Müqavilənin 2.1-ci bəndi ilə predmeti təşkil edən Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85%-dən artıq olmayan hissəsinin 120 ay müddətə qədər kreditləşdirməsi barədə qarşılıqlı razılıqdır. 26. Kredit müqaviləsində öhdəliyin icrasının təminatı olaraq 18 mart 2014-cü il tarixli Müqavilə barədə müddəa, həmçinin konkret kredit öhdəliyin icrasının gecikdirilməsi halında Cəmiyyətin məsuliyyəti, habelə Cəmiyyətin iddiaçı bankda olan bank hesablarından akseptsiz qaydada silinməsinə dair tələblər, hətta əlaqələndirici, yönəldici şərtlər göstərilməmişdir. (27.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istədiyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmunun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. (28.) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilir ki, mülki dövriyyədə öhdəliklərin icrasının təmin edilməsinin daha çox istifadə olunan üsulu kimi zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (Mülki Məcəllənin 470.1-ci maddəsi). Zaminlik müqaviləsi kreditorla zamin arasında bağlanılır və zamin əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Zaminlik müqaviləsi əsas öhdəlikdən asılı olan aksessor xarakterli müqavilədir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2247/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsində, Kollegiyası qeyd edir ki, "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin zaminlik deyil, Mülki Məcəllənin 390-cı maddəsinə əsasən, qarışıq müqavilə olduğunu və Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası üzrə müqavilədə nəzərdə tutulan digər üsulların ünsürlərini daşıyan müqavilədir. Digər tərəfdən, tərəflər arasında bağlanmış müqavilə zaminlik müqaviləsi olsaydı belə, Tərəflər arasında bağlanmış müqavilə MM 472-ci maddəsində nəzərdə tutulmuş qaydada (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) bağlanmışdır. İş materiallarından görünür ki, Bankla Cəmiyyət arasında xx.xx.2014-cü il tarixdə Əməkdaşlıq müqaviləsi bağlamış və həmin müqavilədə şirkətin inşa etdiyi və verəcəyi yaşayış binalarındakı mənzillərin satışının bank tərəfindən krediləşdirilməsi yolu ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, Bank müqaviləni bağlayan zaman qanunvericiliyin bütün tələblərinə riayət etmişdir. Tərəfin könüllü olaraq müqavilə şərtləri ilə razılaşması, onun imzalaması, lakin məhkəmənin müqavilədə nəzərdə tutulmuş, tərəflərin iradə ifadəsini əks etdirən halları nəzərə almaması qanunvericiliyin ruhuna ziddir. Bakı Apellyasiya Məhkəməsinin hazırki mübahisəyə hüquqi qiymət verməsi Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-4349/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, sadalanan məhkəmə təcrübəsi fərqli olmasına baxmayaraq vahid məhkəmə təcrübəsi formalaşmamışdır. Buna baxmayaraq maddi hüquq normaları yaranmış hüquq münasibətlərini müəyyənləşdirmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istərdim ki, xx.xx.2014- cü il tarixli 14/095 nömrəli Kredit müqaviləsinin "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli Korprativ müqavilə çərçivəsində verilmiş kreditlərinə aid olmasının sübutu mövcud deyildir. Bildiririk ki, "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binalarında 10.000 çox mənzil və ya müqavilə mövcuddur. Belə ki, "xxxx" MMC tərəfindən inşa edilmiş və təhvil verilmiş bütün müqavilələr Korporativ Əməkdaşlığa aid edilmir. Həmçinin İddiaçı ASC məhkəməyə həmin kredit vəsaitin Cəmiyyətin hesabına köçürülməsinə dair heç bir sübut təqdim edə bilmir. Həmçinin "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanda çoxmənzilli yaşayış binalarını podratçı olaraq inşa edərək təhvil vermişdir. Onu da qeyd etmək istərdim ki, İddiaçı ASC məhz kreditləşmə ilə bağlı ödənişləri fiziki şəxs X6 və ya əlaqəli üçüncü şəxslərin hesabına ödənilmişdir. Hazırda iddiaçı LPO Bankın ödənişin köçürülməsinə dair sənədi təqdim etməməsinə səbəb qeyd olunan faktın üzə çıxmasıdır. Abşeron Rayon İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcovun xx.xx.2012-ci il tarixli 309 nömrəli Sərəncam, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsinin rəyləri və 2023-cü il tarixli X11 da sübut edir ki, sözügedən əmlakın sahibi "xxxx" MMC deyil, X8r. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı ASC-nin “cəmi 97.539,87 manat borcu və iş üzrə ödənilmiş 382,62 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutulması hissənin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və bunun məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Cavabdehin məhkəmə iclasından məlumatlı olduğundan və onun gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 14/095 saylı kredit müqaviləsindən görünür ki, bank Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivində inşa edilən (inşa edilmiş) 240 nömrəli evin 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 135,6 kv.m olan 102 nömrəli mənzilin alınması üçün borcalana 82 900 manat məbləğində kreditin verilməsini öhdəsinə götürür. Borcalana verilən kredit vəsaitindən istifadə müddəti 120 aydır. Həmin müqavilənin 6-cı bəndindən görünür ki, kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 14%-lə hesablanır. Əsas kredit borcunun ödənilməsi gecikdirildikdə, gecikdirilmiş günlərə ödənilməmiş məbləğə görə kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 24%-lə hesablanır. İş materiallarında olan bank "xxxx" ASC ilə kooperativ "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixdə müqavilədən görünür ki, müqavilənin predmetini Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında tikintisi aparılan çoxmənzilli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik 14%-lə 120 ay müddətinə qədər kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir. Həmin müqavilənin 4.3-cü bəndinə görə bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə, bu barədə Bankdan bildiriş aldığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq, Cəmiyyət həmin günə mövcvud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv edərək həmin mənzili digər şəxslərə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən bircun akseptsiz qaydada silinməsi hüququnu Banka verir. Həmçinin, müqavilənin 5.2-ci bəndinə görə Bank bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə, bu barədə Cəmiyyətə bildiriş verməklə 30 təqvim günündən gec olmayaraq, həmin günə mövcvud olan kredit borcunun və ona hesablanmış faizlərin tam şəkildə ona ödənilməsini tələb etmək hüququna malikdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli mənzilin alqı-satqısı haqqında İH/B- A(b)/070 nömrəli müqavilədən görünür ki, satıcı "xxxx" MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-PARK” yaşayış massivində inşa edilən (inşa edilmiş) 240 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 135,6 kv.metr olan 3 otaqdan ibarət 102 saylı mənzili Cavabdeh2 satmağı, alıcı isə bu müqavilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı əmlakın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci maddəsindən görünür ki, mənzilin dəyəri tərəflərin razılığı ilə 97 632 manat təşkil edir. Həmin müqavilənin 2.2-ci bəndindən görünür ki, aıcı bu müqavilənin 2.1-ci bəndində göstərilən məbləğin 15 faizini ilkin ödəniş olaraq ödəyir, qalan 85 faizini isə Bankdan alınmış kredit hesabına 10 gün ərzində ödəməlidir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixə 53.289,92 manat əsas, 31.460,37 manat faiz, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə borcu 12.789,58 manat olmaqla, cəmi 97.539,87 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli sonuncu bildiriş məktubundan görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlərə borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunların tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan qaimələrdən görünür ki, xəbərdarlıq məktubu "xxxx" MMC-yə, Cavabdeh2 həm qeydiyyat ünvanına, həm də faktiki ünvanına çatdırılmışdır. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 382,62 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 404-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsaəsn öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.4-ci maddəsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı LPO "xxxx" ASC ilə Cavabdeh2 arasında kredit (borc) müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş 82 900 manat pul vəsaitini Cavabdeh2 verməklə öhdəliyini icra etmişdir. Lakin Cavabdeh2 aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini tam icra etməmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, 2019-cu ilin iyul ayına qədər borclu tərəfindən 1300 manat məbləğində ödənişlər həyata keçirilmişdir. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixə 53.289,92 manat əsas, 31.460,37 manat faiz, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə borcu 12.789,58 manat olmaqla, cəmi 97.539,87 manat borcu yaranmışdır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh (borcalan) isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh (borcalan) kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə iddianın cərimə pulunun ödənilməsi barəsində hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Eyni zamanda iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə (cərimə) pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 53.289,92 manat əsas, 31.460,37 manat faiz borca münasibətdə cavabdehdən 12.789.58 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 2500 manat cərimə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Yuxarıda göstərilən prinsipi hazırkı işə tətbiqi baxımından oxşar məsələlərin həlli zamanı bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Məhkəmə iddia tələbinin digər cavabdeh "xxxx" MMC-yə aid hissədə araşdıraraq hesab edir ki, iddia tələbi ona aid hissədə də əsaslıdır və təmin edilməlidir. Məhkəmə "xxxx" MMC-nin etiraz ərizəsində bank ilə aralarında zaminlik müqaviləsinin olmamasına əsaslanaraq Cəmiyyətin Cavabdeh2 kredit borcuna görə məsuliyyət daşımaması barədə gətirdiyi dəlilə münasibət olaraq bildirir ki, qanunvericilikdə öhdəliyin müxtəlif təmini üsulları nəzərdə tutulmuşdur. Belə ki, öhdəliyin təmin üsulu təkcə zaminliklə məhdudlaşmır, qanunvericilik həmin üsulların müxtəlif formalarda, hətta tərəflərin müqavilədə müəyyənləşdirdiyi formada (qaydada) həyata keçirilməsini təsbit edir. Cəmiyyətlə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin predmeti Cəmiyyətin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında çoxmənzilli yaşayış kompleksində tikdiyi mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik 14%-lə 120 ay müddətinədək kreditləşdirilməsi ilə bağlı Bankla Cəmiyyət arasındakı qarşılıqlı əməkdaşlıq təşkil edir. Həmin müqavilənin 4.3-cü bəndinə görə bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə, bu barədə Bankdan bildiriş aldığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq, Cəmiyyət həmin günə mövvud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv edərək həmin mənzili digər şəxslərə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu Banka verir. Həmin müqavilənin 5.2-ci bəndinə görə Bank bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə, bu barədə Cəmiyyətə bildiriş verməklə 30 təqvim günündən gec olmayaraq, həmin günə mövcvud olan kredit borcunun və ona hesablanmış faizlərin tam şəkildə ona ödənilməsini tələb etmək hüququna malikdir. Müqavilənin göstərilən bəndlərindən də göründüyü kimi, Bankla Cəmiyyət arasında bağlanmış qarşılıqlı əməkdaşlıq müqaviləsində Cavabdeh2 öhdəliyinin təmini üsulu ilə bağlı tərəflər konkret qayda müəyyən etmişlər. Həmin qayda Korporativ müqavilənin 4.3 və 5.2-ci bəndləri ilə tənzimlənir. Burada Cəmiyyətin öhdəliyinin yaranmasının əsas şərti Bankın Cəmiyyətə ödənişin 60 gündən artıq gecikməsi ilə bağlı bildirişin verilməsidir ki, iş materiallarında iddiaçı tərəfindən göndərilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bank Cəmiyyətə bu barədə bildiriş göndərərək aralarında bağlanmış müqavilənin 5.2-ci maddəsinə əsasən tədbirlər görməsini xahiş etmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Bankla Cəmiyyət arasında zaminlik müqaviləsi bağlanmasa da, onlar arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədə Cavabdeh2 kredit öhdəliyinin təmini üsulu kimi, kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv edərək həmin mənzili digər şəxslərə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə ödəməklə bağlı Cəmiyyət öhdəlik götürdüyündən, Cavabdeh2 isə krediti tam ödəmədiyindən "xxxx" MMC sonuncu ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 04 sentyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, - Zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: 1) hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); 2) əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Mülki Məcəllənin 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Bu maddənin mənasına görə, "gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. Gələcəkdə yaranacaq əsas öhdəliyi təmin edən zaminlik müqaviləsi üzrə öhdəlik həmin müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir. Bu halda kreditor zaminə qarşı olan tələblərini yalnız MM-in 472.1-ci maddəsinə müvafiq olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə irəli sürə bilər. Gələcəkdə yaranacaq öhdəliyin icrası üzrə bağlanmış zaminlik müqaviləsi ilkin müqavilədən aşağıdakı xüsusiyyətlərinə görə fərqləndirilməlidir: - ilkin müqavilədə əsas müqavilənin predmetini, digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Əsas müqavilənin bağlanması tarixi ilkin müqavilə ilə müəyyən edilir. Belə tarix ilkin müqavilədə göstərilmədiyi təqdirdə, müqavilə ilkin müqavilənin bağlandığı gündən bir il müddətində bağlanmalıdır; - zaminlik müqaviləsi isə müvafiq şərtlərlə müəyyən edilmiş formada əsas öhdəliyə dair razılığın əldə edildiyi andan qüvvəyə minir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirildikdə zaminliyə müqavilənin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir; - ilkin müqavilənin tərəflərindən hər biri öhdəliklərin yerinə yetirilməməsi nəticəsində əmələ gələn ziyanın ödənilməsi şərti ilə əsas müqavilənin imzalanmasından imtina edə bilər. Zaminlik müqaviləsinin tərəfləri əsas müqavilə ilə nəzərdə tutulan hərəkətləri etməkdən boyun qaçıra bilərlər və belə halda mənfi deyil, müsbət maraqları odəyirlər, öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin 4.3-cü bəndi Mülki Məcəllənin 470.1 və 470.2-c maddəsinin tələblərinə cavab verməklə MMC bu müqavilə ilə gələcəkdə yaranacaq öhdəliyin icrasına təminat vermişdir. Nəzərə alınmalıdır ki, işin müəyyən edilmiş hallarına görə tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə ilkin müqaviləyə aid qaydalara cavab verməməklə gələcəkdə yaranacaq əsas öhdəliyi təmin edən zaminlik müqaviləsidir və bu müqavilə növü üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş mühüm şərtlərə (zaminliklə təmin edilmiş əsas öhdəliyin həcmi, icra müddəti, faiz dərəcəsi və s.) də riayət olunmuşdur. Göründüyü kimi, sözügedən müqavilə özündə zaminlik müqaviləsinin ünsürlərini əks etdirməklə yanaşı həmin müqavilədə "xxxx" MMC-nin subsidiar məsuliyyət daşıması göstərilməmiş, bunun əksinə müqavilənin qeyd olunan bəndləri ilə "xxxx" MMC mövcud olan kredit borcunu və ona hesablanmış faizləri eyni zamanda öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsinə öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, "xxxx" MMC ilə "xxxx" arasında bağlannılmış xx.xx.2014-cü il tarixli müqavilə tərəflərin iradə ifadəsini əks etdirən, yazılı formada tərtib olunan və imzalarla təsdiq edilmiş qarışıq müqavilə olmaqla özündə birgə əməkdaşlıq göstərilməsi və bir növ zaminlik müqaviləsinin ünsürlərini əks etdirir. Tərəflər arasında birgə əməkdaşlıq müqaviləsi bağlanmaqla orada birgə fəaliyyət göstərilməsi və zaminlik müqavilələrinin ünsürləri əhatə olunmuşdur. Belə olan halda iddia cavabdeh "xxxx" MMCdən pul tutulması hissəsində əsaslıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 382.62 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. 53.289,92 (əlli üç min iki yüz səksən doqquz manat doxsan iki qəpik) manat əsas, 31.460,37 (otuz bir min dörd yüz altmış manat otuz yeddi qəpik) manat faiz, 2500 (iki min beş yüz) manat cərimə borcu olmaqla, cəmi 87 250.29 (səksən yeddi min iki yüz əlli manat, iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti və 382,62 (üç yüz səksən iki manat altmış iki qəpik) manat məbləğində dövlət rüsumu müştərək qaydada Cavabdeh2 və "xxxx" MMC-dən alınaraq LPO İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-6111/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6111/2024
30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver