Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7334/2024 17.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 03 oktyabr 2023-cüil tarixli, QK-00507-16/23A saylı kredit müqaviləsindən irəli gələn 17 iyul 2024-cü il tarixinə ödənilməmiş 3.155,60 manat əsas borc, 87.50 manat faiz borcu, 50.80 manat dəbbə borcu, ümumilikdə 3.293,90 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 53 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi və Cavabdeh özünə məxsus çəkisi 55.28 qram, əyarı 583, təyin edilmiş qiyməti 5.592,07 manat olan sep və qolbaq, çəkisi 18 qram, əyarı 585, təyin edilmiş qiyməti 1.827,12 manat olan qarnitura tutmanın yönəldilməsi, açıq hərracda satılması, həmin girov ilə təmin edilmiş kredit borcunun girov predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, girov predmeti olan qızıl-zinət əşyaları satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 03 oktyabr 2023-cü il tarixli, QK-00507-16/23A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 24 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə 4.100 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Bank "xxxx" ASC ilə Cavabdeh arasında 03 oktyabr 2023-cü il tarixli, QKG-00507-16/23A saylı girov müqaviləsi bağlanmışdır. Girov müqaviləsinə əsasən 03 oktyabr 2023-cü il tarixli, QK-00507-16/23A saylı kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmin edilməsi məqsədilə, Cavabdeh özünə məxsus çəkisi 55.28 qram, əyarı 583, təyin edilmiş qiyməti 5.592,07 manat olan sep və qolbaq, çəkisi 18 qram, əyarı 585, təyin edilmiş qiyməti 1.827,12 manat olan qarnitur girova qoymuşdur. 03 oktyabr 2023-cü il tarixində Bank "xxxx" ASC ilə Cavabdeh arasında “Qızıl əşyalarının qiymətləndirilməsi və Banka girov qoyulması üzrə” Akt imzalanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin kredit müqaviləsi üzrə 17 iyul 2024-cü il tarixinə hesablanmış və ödənilməmiş 3.155,60 manat əsas borc, 87.50 manat faiz borcu, 50.80 manat dəbbə borcu vardır. Beləliklə cavabdehin 17 iyul 2024-cü il tarixinə ümumi borcu 3.293,90 manat təşkil edir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, tərəflər arasında 03 oktyabr 2023-cü il tarixdə QK-00507-16/23A saylı kredit müqaviləsi imzalanmış, müqaviləyə əsasən cavabdehə illik 23 faiz dərəcəsi ilə 24 ay müddətinə 4.100 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu olaraq tərəflər arasında 03 oktyabr 2023-cü il tarixdə QKG-00507-16/23A saylı girov müqaviləsi imzalanmışdır. Müqavilənin 1 saylı əlavəsindən görünür ki, Cavabdeh məxsus çəkisi 55.28 qram, əyarı 583, təyin edilmiş qiyməti 5.592,07 manat olan sep və qolbaq, çəkisi 18 qram, əyarı 585, təyin edilmiş qiyməti 1.827,12 manat olan qarnitur girova qoyulmuşdur. Hazırda cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan 17 iyul 2024-cü il tarixli arayışdan görünür ki, banka 3.155,60 manat əsas, 87.50 manat faiz, 50.80 manat dəbbə borcu olmaqla, ümumilikdə 3.293,90 manat borcu var. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 158.1.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ da əmlak hüququ sayılır. 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 293.1-ci maddəsinə görə girov predmeti onu saxlayan girov qoyanın sahibliyindən girov müqaviləsinin şərtlərinə uyğun olmayaraq çıxdıqda, girov qoyan girov predmetinin əvəz edilməsi qaydalarını pozduqda, əgər girov qoyan bu Məcəllənin 287-ci maddəsində nəzərdə tutulan hüquqdan istifadə etməyibsə, girov predmeti girov saxlayanın cavabdeh olmadığı səbəblərdən itirildikdə girov saxlayan girovla təmin edilmiş öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. 293.2-ci maddəsinə görə girov qoyan sonrakı girov qaydasını pozduqda, girov qoyan bu Məcəllənin 283.1 və 283.2-ci maddələrində nəzərdə tutulan vəzifələri yerinə yetirmədikdə, girov qoyan girov qoyulmuş əşyadan istifadə və ona dair sərəncam verilməsi qaydalarını pozduqda girov saxlayan girovla təmin edilmiş öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələbi yerinə yetirilmədikdə isə tutmanı girov predmetinə yönəldə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə, cavabdehdən tutulmalı olan əsas borcun və faiz borcunun məbləğini müəyyən edərkən hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdehdən 3.155,60 manat əsas borc, 87.50 manat faiz borcu tutulmalıdır. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Məhkəmə iddia tələbinin 53 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutulmasına dair hissəyə qiymət verərək hesab edir ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu və xərcləri ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə iddia tələbinin tutmanın bankda girova qoyulmuş və Cavabdeh məxsus olan çəkisi 55.28 qram, əyarı 583, təyin edilmiş qiyməti 5.592,07 manat olan sepə və qolbağa, çəkisi 18 qram, əyarı 585, təyin edilmiş qiyməti 1.827,12 manat olan qarnitura yönəldilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi işin mübahisəsiz halıdır. Cavabdeh əsas öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçının girov predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh bankdan kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. Həmçinin kreditin təminatı olaraq Cavabdeh məxsus qızıl-zinət əşyaları girov ilə yüklü edilmişdir. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Lakin məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə borcunun ümumi məbləği (3.293,90 manat) nəzərə alınmaqla, tutma girov predmeti olan çəkisi 55.28 qram, əyarı 583, təyin edilmiş qiyməti 5.592,07 manat olan sep və qolbağa yönəldilməli, açıq hərracda satılmalı, həmin girov ilə təmin edilmiş kredit borcu girov predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməli, borcun ödənilməsindən sonra qalan məbləğ cavabdehə qaytarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3.155,60 manat əsas borc, 87.50 manat faiz borcu, 50.80 manat dəbbə borcu, ümumilikdə 3.293,90 manat məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 53 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı alınaraq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməli, Cavabdeh məxsus olan çəkisi 55.28 qram, əyarı 583, təyin edilmiş qiyməti 5.592,07 manat olan sep və qolbaq açıq hərracda satılmalı və borc həmin qızıl-zinət əşyalarının hərracdan satışından əldə olunan vəsait hesabına Bank "xxxx" ASC-yə ödənilməli, borcun ödənilməsindən sonra qalan məbləğ Cavabdeh qaytarılmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı 53 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödəmişdir. Odur ki, 53 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı Cavabdeh alınıb iddiaçı Bank "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3.155,60 (üç min yüz əlli beş manat altmış qəpik) manat əsas borc, 87.50 (səksən yeddi manat əlli qəpik) manat faiz borcu, 50.80 (əlli manat səksən qəpik) manat dəbbə borcu, ümumilikdə 3.293,90 (üç min iki yüz doxsan üç manat doxsan qəpik) manat məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 53 (əlli üç) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidməti haqqı alınaraq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. Cavabdeh məxsus olan çəkisi 55.28 qram, əyarı 583, təyin edilmiş qiyməti 5.592,07 (beş min beş yüz doxsan iki manat yeddi qəpik) manat olan sep və qolbaq açıq hərracda satılsın və borc həmin qızıl-zinət əşyalarının hərracdan satışından əldə olunan vəsait hesabına Bank "xxxx" ASC-yə ödənilsin. Borcun ödənilməsindən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-7334/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7334/2024
17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver