Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8947/2025 12.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 mart 2020-ci il tarixli, 243 nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2025-ci il tarixli, 14-2-2/3-1K-3355/2025 №-li əmrin ləğv edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsinin 10-cu dərəcəli mühəndisi vəzifəsi işinə bərpa olunmasına dair qərar çıxarılması, Cavabdeh Bakı X4 İdarəsindən təklif aldığı müvafiq işlə (BRQİİ-nin Nizami rayonu üzrə Müayinə və istismara qəbul xidmətində 10-cu dərəcəli mühəndis) təmin olunması və onunla Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinin tələbləri çərçivəsində əmək müqaviləsi bağlamaq öhdəliyinin Cavabdeh BRQİİ-nin üzərinə qoyulması, iddiaçının xeyrinə məcburi iş buraxmaya görə işlə təmin olunacağı günə qədər olan müddət üçün orta aylıq əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, 2012-ci ildən fasiləsiz olaraq Azərbaycan Respublikasının Dövlət NeftŞirkətinin (SOCAR) "Azəriqaz" İB-nin struktur bölmələrində işləyir. "Azəriqaz" İB-nin Bakı X4 İdarəsinin İnsan resursları şöbəsinin səlahiyyətli şəxsləri tərəfindən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinin tələblərinə zidd olaraq, işçinin rəyi nəzərə alınmadan, işçiləri maksimum asılı vəziyyətdə saxlamaq üçün, işçinin iradəsinin əleyhinə onunla müddətli əmək müqaviləsi bağlamağa məcbur edilir. Hesab edir ki, "Azəriqaz"İB-nin BRQİİ-ninİnsan resursları şöbəsinin səlahiyyətli şəxsləri tərəfindən mənə münasibətdə müddətli əmək müqaviləsi bağlamaq istəyi Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinin tələblərinə ziddir. 31 mart 2023cü il tarixli,14-2-2/3-1K-199/2023 nömrəli əmrlə “müddətli əmək müqaviləsinin” müddətinin bitməsi səbəbi ilə işdən azad edilmişdir. Hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmiş, 3 instansiya məhkəməsi onun lehinə qərar vermişdir. İşə bərpa olunduqdan sonra da ona qarşı yenidən təzyiqlər, təqiblər davam etdirilib. Cavabdeh İB-də 2025-ci ilin aprel ayından başlayaraq işçilərin peşəkarlıq səviyyəsinin müəyyənləşdirilməsi, biliklərinin test imtahanı üsulu ilə yoxlanılması təşkil edilib. Qeyri-şəffaf test imtahanından 82.5%nəticə əldə etmişdir. xx.xx.2025-ci il tarixində "Azəriqaz"İB-nin BRQİİ-nin İnsan resursları şöbəsinin rəisi Aytən Rəhimova tərəfindən digər şəxslərin iştirakı ilə ona yeni iş təklif edilmiş, yenidən onunla müddətli əmək müqaviləsi bağlamağa cəhd edilmişdir. Təklif Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinin tələblərinə zidd olduğu üçün onun tərəfindən qəbul edilməmişdir. Cavabdeh İB-nin Bakı X4 İdarəsinin İnsan resursları şöbəsindən yeni iş təklifi aldığından, BRQİİ-dən ona yeni əmək müqaviləsi bağlamaq təklif edildiyindən, xx.xx.2025-ci il tarixində onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilməsi üçün xx.xx.2025-ci il tarixində aidiyyəti üzrə Cavabdeh İB-nə müraciət etmişdir. Başqa işə keçmək istəyi ilə bağlı mövcud əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilməsi barədə 14-2-2/1-İ-14605-5/2025 nömrəli ərizəsinin mətni (Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinin tələblərinə əməl edilməsi) Cavabdeh İB-nin rəsmilərini qane etmədiyindən, zamanında mahiyyəti üzrə cavablandırılmamış, əmək müqaviləsinə xitam verilməsi barədə müraciəti təmin edilməmişdir. Onu işdən azad etmək üçün müvafiq tapşırıqlar verilib və başqa istiqamətdə sənədləşdirmə işlərinə (bildiriş, ştat vahidlərinin ixtisarı, Həmkarlar təşkilatı ilə razılaşmalar və s.) başlanılmışdır. xx.xx.2025-ci il tarixli, 14-2-2/3-1K-3355/2025 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin ”b” bəndinə əsasən, ştatların ixtisar edilməsi bəhanəsi ilə qeyri-qanuni olaraq işdən azad edilmişdir. xx.xx.2025-ci il tarixli, 14-2-2/3-1K-3355/2025 nömrəli əmrin verilməsi üçün əsas olaraq xx.xx.2025-ci il tarixli, 14-2-2/3-11-17759/2025 nömrəli xəbərdarlıq məktubuna və Həmkarlar ittifaqı təşkilatının razılığına istinad edilir. İddiaçı Cavabdeh İB-nə qarşı həmçinin maddi və mənəvi ziyanın ödənilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki hüquq pozuntusu nəticəsində ona vurduqları 120 min manat həcmində maddi və mənəvi zərərin əvəzinin hüquq pozuntusu törətmiş cavabdeh hüquqi şəxs tərəfindən tam həcmdə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin Baş direktorunun 31 mart 2023-cü il tarixli,14-2-2/3-1K-199/2023 nömrəli və 13 noyabr 2025-ci il tarixli, 14-2- 2/3-1K-3355/2025 nömrəli əmri ilə qeyri-qanuni olaraq işdən azad edilməyi və digər səbəblərdən Cavabdeh İB rəsmilərinin hüquqa zidd əməli nəticəsində xeyli miqdarda maddi itkilərlə üzləşmiş, mənəvi zərərə məruz qalmışdır. Cavabdeh İB-nin Baş direktorunun“Neftçilər günü” peşə bayramı münasibəti ilə 20 sentyabr 2023-cü il tarixinə Cavabdeh siyahı tərkibində olan işçilərinin hər birinin 500 manat məbləğində birdəfəlik mükafatlandırılması haqqında xx.xx.2023-cü il tarixli,14-2-2/3-1İ-1059/2023 nömrəli əmrinin əhatə dairəsindən Cavabdeh İBrəsmilərinin təqsirli hərəkətləri nəticəsində (xx.xx.2023-cü il tarixli,14-2-2/3-1K-199/2023 nömrəli əmr) kənarda qalmışdır. Cavabdeh İB-nin Baş direktorunun“Neftçilər günü” peşə bayramı münasibəti ilə 20 sentyabr 2024-cü il tarixinə Cavabdeh siyahı tərkibində olan işçilərinin hər birinin 500 manat məbləğində birdəfəlik mükafatlandırılması haqqında 2024-cü il tarixli əmrinin əhatə dairəsindən də Cavabdeh İB rəsmilərinin təqsirli hərəkətləri nəticəsində (işə bərpa olunma haqqında məhkəmə qərarının icrasının xx.xx.2024-cü il tarixinədək gecikdirilməsi) kənarda qalmışdır. Performans əsaslı illik mükafatlandırma” barədə xx.xx.2024-cü il tarixli, 14-2/3- 1K-639/2024 nömrəli əmrin icrası zamanı Cavabdeh İB rəsmilərinin təqsirli hərəkətləri nəticəsində (xx.xx.2023-cü il tarixli,14-2-2/3-1K-199/2023 nömrəli əmrlə işdən azad edilməyi, işə bərpa olunma haqqında məhkəmə qərarının icrasının xx.xx.2024-cü il tarixinədək gecikdirilməsi) əmrin əhatə dairəsindən kənarda qalmışdır. İllik mükafatlandırma orta hesabla 3-4 min manat təşkil edir. Performans əsaslı illik mükafatlandırma” barədə 2025-ci il tarixli əmrin icrası zamanı da Cavabdeh İB rəsmilərinin təqsirli hərəkətləri nəticəsində ( 13.11. 2025-ci il tarixli, 14-2-2/3-1K-3355/2025 nömrəli əmrlə işdən azad edilməyi) əmrin əhatə dairəsindən kənarda qalmışdır. İllik mükafatlandırma orta hesabla 3-4 min manat təşkil edir. Cavabdeh İB rəsmilərinin təqsirli hərəkətləri nəticəsində 2023-2024-cü illər ərzində (xx.xx.2023-cü il tarixli,14-2-2/3-1K- 199/2023 nömrəli əmr) əmək haqqı artımının əhatə dairəsindən kənarda qalmışdır. Cavabdeh İB rəsmilərinin təqsirli hərəkətləri nəticəsində (xx.xx.2023-cü il tarixli,14-2-2/3- 1K-199/2023 nömrəli əmr) SOCAR işçilərinə hər iş günü üçün ödənilən 5 manat yemək pulunun əhatə dairəsindən 19 ay (hər ay orta hesabla 110 azn) kənarda qalmışdır. 2023 və 2025-ci illərdə məhkəmə çəkişmələri zamanı ödənilən dövlət rüsumları, hüquqi yardım və s. üçün onun tərəfindən xeyli miqdarda vəsait itkisinə məruz qalmışdır. "Azəriqaz" İB tərəfindən 19 ay müvəqqəti iş buraxmaya görə hesablanmış əmək haqqından müəyyən tutulmalardan sonra qalıq vəsait bank hesabıma köçürülmüşdür. 19 ay üçün hesablanmış əmək haqqımdan məcburi dövlət sosial sığorta haqları üçün tutulmuş 3% həcmində vəsaitin və qanuna görə işəgötürən tərəfindən işçinin məcburi dövlət sosial sığortası üçün ödənilməsi tələb olunan 22% həcmində vəsaitin (ümumilikdə 4475.64 azn) ödənilməsi Cavabdeh İB-nin rəsmiləri tərəfindən qəsdən təmin edilməmişdir. 2024-cü ildə 4475.64 azn vəsaitin DSMF-a ödənilməsi sosial sığorta hesabının xeyli miqdarda artımına, 2025-ci ilin əvvəlində sosial sığorta hesabında olan vəsaitlərin illik infilyasiya tempinə uyğun olaraq, indeksləşdirilməsi zamanı sosial sığorta hesabının xeyli miqdarda artımına və nəticədə təqaüdünün xeyli miqdarda artımına səbəb ola bilərdi. Cavabdeh İB rəsmilərinin təqsirli hərəkətləri nəticəsində xeyli miqdarda maddi zərərə düşmüşdür. Zamanında 3 dəfə peyvənd olunmağıma baxmayaraq, COVİD 19-a qarşı peyvənd olunmama bəhanəsi ilə 2021-ci ilin sonunda qeyri-qanuni olaraq əmək haqqımnn xeyli hissəsi tutulmuşdur. Cavabdeh İB rəsmilərinin təqsirli hərəkətləri nəticəsində 20000 azn-dən artıq maddi ziyana və 100 min azndən artıq mənəvi zərərə məruz qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8952/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi ziyan tələbinə dair e-2(011)-8952/2025 saylı mülki iş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair e-2(011)-8947/2025 saylı mülki işin bir icraatda birləşdirilməsi və mülki işə e-2(011)-8947/2025 nömrə verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələblərini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələblərinə etiraz edərək, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan: Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İlyasov X3 rayonundan məcburi köçkündür. Şəhid ailə üzvü vəsiqəsinin surətindən görünür ki, İddiaçı şəhid ailəsi üzvüdür. 14-2-2/3-1K-1410/2024 saylı xx.xx.2024-cü il tarixli işə bərpa olunma barədə Əmrdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı şöbəsinə 10-cu dərəcəli mühəndis vəzifəsinə (müddətsiz) bərpa edilməsi və xx.xx.2023-cü il tarixdən məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi əmr edilmişdir. xx.xx.2024 - xx.xx.2024-cü ilə aid haqq-hesab vərəqəsindən görünür ki, xx.xx.2023cü il tarixdən məcburi iş buraxmaya görə və xx.xx.2024-cü il tarixdə işə bərpa olunan vaxtdan həmin ayın sonunadək İddiaçı ödənilməli olan əmək haqqı hesablanmışdır. Cavabdeh İB-nin xx.xx.2025-ci il tarixli əmrindən görünür ki, Cavabdeh İB-nin hüquqi şəxs statusuna malik olmayan Bakı Regional Qazın Satışı və Bakı X4 Departamentlərinin ləğv edilməsi, onların bazasında Bakı X4 İdarəsinin yaradılması əmr edilmişdir Cavabdeh İB-nin tarixli məktubundan görünür ki, İddiaçı mövcud vakansiylar çərçivəsində Cavabdeh İB-nin Bakı RQİİ-nin Xətai rayonu üzrə Müayinə və istismara qəbul xidmətində 10-cu dərəcəli mühəndis vəzifəsi təklif edilmiş, iş təklifini qəbul edəcəyi təqdirdə İddiaçı ilə müddətli əmək müqaviləsi bağlanacağı bildirilmişdir. AR Dövlət Neft Şirkəti Cavabdeh İB-nin Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin qərarından görünür ki, X1 Bakı Regionall Qazın Satışı Departamentinin və Bakı X4 Departamentinin ləğvi ilə əlaqədar iş təklifini qəbul etməyən işçilərlə bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinə razılıq vermişdir. Cavabdeh İB-nin 14-2-2/3-1K-3355/2025 saylı, xx.xx.2025-ci il tarixli əmrindən görünür ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatların ixtisar edilməsi səbəbindən Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin 10-cu dərəcəli mühəndisi İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh İB-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı müddətli əmək müqaviləsi bağlanacağı üçün iş təklifindən imtina etməsi səbəbi ilə xx.xx.2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş və xəbərdarlıq məktubunda qeyd olunan gözləmə müddəti bitdiyi üçün xx.xx.2025-ci il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh İB-nin 14-2-2/3-1İ-1059/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, 20 sentyabr 2023-cü il tarixinə Cavabdeh İB-nin siyahı tərkibində olan işçilərin hər biri 500 manat məbləğində birdəfəlik mükafatlandırılmışdır. Cavabdeh İB-nin 14-2/3-1K-639/2024 saylı, xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, SOCAR-ın struktur təşkilatlarının əməkdaşları 2023-cü il üzrə performans əsaslı illik mükafatlandırılması nəticələrinə əsasən işçi kateqoriyalarına uyğun olmaqla müəyyən ardıcıllıqla və ödəniş tarixinə olan işçilərin say tərkibi nəzərə alınmaqla birdəfəlik mükafatlandırılmışdır. Cavabdeh İB-nin 14-2/3-1K-429/2025 saylı, xx.xx.2025-ci il tarixli əmrindən görünür ki, 19 sentyabr 2025-ci il tarixinə SOCAR-ın siyahı tərkibində olan işçilərinin ( SOCAR-ın idarə heyətinin üzvləri istisna olmaqla) hər biri 500 manat məbləğində birdəfəlik mükafatlandırılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: j) işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək; 11.1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; 54.1. 1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: ...işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini;
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; 71.1 İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 77.4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 78.2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; ... məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; 80.1 Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 177.1. Orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir. 177.6. Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 300.1. Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. 304.2. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin məcburi dövlət sosial sığorta olunması, o cümlədən onun əlavə sığorta olunubolunmaması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu:
2. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 19.1. Məcburi dövlət sosial sığortasının vəsaitləri dövlət sosial müdafiə fondunda cəmləşdirilir, bu Qanuna və başqa müvafiq normativ hüquqi aktlara uyğun olaraq sosial sığorta ödəmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanma xərclərinin və digər xərclərin maliyyələşdirilməsinə sərf edilir. Sığorta vəsaitlərinin başqa məqsədlərə yönəldilməsinə yol verilmir. “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikası Qanunu: 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarı:
75. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar...Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, birləşdirilmiş işlər üzrə iddia tələblərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Tərəflərin izahatları, təqdim edilmiş sübutlarla müəyyən edilmiş işin halları ondan ibarətdir ki, Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli işə bərpa olunma barədə əmri ilə İddiaçı xx.xx.2023-cü il tarixdən Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı, satışı, müştəri xidmətləri şöbəsinə 10-cu dərəcəli mühəndis vəzifəsinə müddətsiz olaraq işə bərpa edilmiş və xx.xx.2023-cü il tarixdən məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq ödənilmişdir. Cavabdeh İB-nin xx.xx.2025-ci il tarixli əmrinə əsasən Cavabdeh İB-nin hüquqi şəxs statusuna malik olmayan Bakı Regional Qazın Satışı və Bakı X4 Departamentləri ləğv edilmiş, onların bazasında Bakı X4 İdarəsi yaradılmışdır. Yeni yaradılmış Bakı X4 İdarəsində ləğv edilmiş Bakı Regional Qazın Satışı və Bakı X4 Departamentlərinin əməkdaşlarına iş təklif edilmiş, iş təklifini qəbul etməyən işçilərin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. Lakin, iddiaçı müddətsiz əsaslarla işləməsinə baxmyaraq, Cavabdeh İB tərəfindən İddiaçı Cavabdeh İB-nin Bakı RQİİ-nin Xətai rayonu üzrə Müayinə və istismara qəbul xidmətində 10-cu dərəcəli mühəndis vəzifəsi təklif edilmiş, iş təklifini qəbul edəcəyi təqdirdə İddiaçı ilə müddətli əmək müqaviləsi bağlanacağı bildirilmişdir. İddiaçı müddətli əmək müqaviləsinin bağlanmasından imtina etdiyi üçün xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatların ixtisar edilməsi səbəbindən Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin 10-cu dərəcəli mühəndisi İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh İB tərəfindən cavabdeh təşkilatda struktur dəyişikliyindən əvvəl və sonra mövcud olmuş 10-cu dərəcə mühəndis ştatının sayı və ştat cədvəlləri məhkəməyə təqdim edilmədiyindən, struktur dəyişikliyindən sonra cavabdeh təşkilatda 10-cu dərəcə mühəndis ştatının sayının azalmasını, ştatların həqiqətən ixtisar edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçının özünə müddətli əsaslarla 10-cu dərəcəli mühəndis vəzifəsinin təklif edilməsi də belə nəticəyə gəlməyə əsas verir ki, Cavabdeh İB-də struktur dəyişikliyindən sonra iddiaçının ştatının ixtisarının real olması sübut olunmur. Bundan başqa, iş materialları ilə təsdiq edilir ki, İddiaçı ilə Cavabdeh İB arasında daha əvvəl müddətli əmək müqaviləsi bağlanılmasına və müddətin bitməsi səbəbindən əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, məhkəmələr tərəfindən iddiaçının Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı şöbəsində mühəndis kimi əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması nəzərə alınaraq, işə bərpa olunması qət edilmişdir. Odur ki, Cavabdeh İB tərəfindən iddiaçıya yenidən mühəndis vəzifəsinin müddətli təklif edilməsi anlaşılan olmamış və iddiaçı müddətli əmək müqaviləsinin bağlanmasından imtina etməkdə haqlı olmuşdur. Həmçinin, ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən, iddiaçının peşəkarlıq səviyyəsinin işəgötürən tərəfindən müəyyən edilib-edilməməsi, iddiaçının məcburi köçkün və şəhid ailəsi üzvü olmasına baxmayaraq, üstünlük hüququnun hansı səbəbdən tətbiq edilməməsi ilə bağlı iş materiallarında sübutlar aşkar edilməmişdir. AR Dövlət Neft Şirkəti Cavabdeh İB-nin Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin qərarından isə görünür ki, Həmkarlar İttifaqının iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinə razılığı formal olmuş, razılıq ümumi qaydada verilmiş və yalnız işçilərin yeni iş təklifini qəbul etməməsinə əsaslanmışdır. Lakin, konkret olaraq məhz iddiaçıya münasibətdə iş təklifini hansı səbəbdən qəbul etməməsi araşdırılmamışdır. Şərh edilənləri ümumiləşdirərək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh İB-nin 14-2-2/3-1K-3355/2025 saylı, xx.xx.2025-ci il tarixli əmri ləğv olunmalı, İddiaçı Cavabdeh İB-nin Bakı X4 İdarəsində ləğv edilmiş Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı, satışı və müştəri xidməti Şöbəsində tutduğu 10-cu dərəcəli mühəndis vəzifəsinə uyğun vəzifəyə işə bərpa olunmalı, xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Cavabdeh İB tərəfindən İddiaçı ödənilməlidir. Belə ki, cavabdehin nümayəndəsi Cavabdeh İB-də baş vermiş struktur dəyişikliklərindən sonra iddiaçının işdən azad olunduğu Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı, satışı və müştəri xidməti Şöbəsinin yeni yaradılmış Bakı X4 İdarəsində Müştri xidmətləri şöbəsi və Kommersiya şöbələrinə uyğun gəldiyini qeyd etmiş, eyni zamanda Cavabdeh İB-də struktur dəyişikliklərinin davam etdiyini də əlavə etmişdir. Yəni, əmr ləğv olunsa da, iddiaçının əvvəlki vəzifəsinə işə bərpa olunması mümkün deyil və cavabdeh təşkilatda struktur dəyişikliklərinin davam etməsi ehtimal olunur. Odur ki, qətnamə icra olunarkən iddiaçı cavabdehin həmin vaxtki strukturu və iddiaçının işdən azad olunduğu vəzifə nəzərə alınmaqla işə bərpa olunmalıdır. İddianın təmin edilməyən hissələrinə münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti ləğv edildiyi üçün iddiaçının həmin Depatamnetin Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsinin 10-cu dərəcəli mühəndisi vəzifəsi işinə bərpa olunması barədə tələbi təmin edilə bilməz. Həmçinin iddiaçı təklif aldığı Cavabdeh İB-nin BRQİİ-nin Nizami rayonu üzrə Müayinə və istismara qəbul xidmətində 10-cu dərəcəli mühəndis vəzifəsində işlə təmin olunmasını xahiş etsə də, ona məhz həmin rayon üzrə iş təklif edildiyi ümumiyyətlə sübut olunmur. Odur ki, iddia tələbi məhz Nizami rayonu üzrə Müayinə və istismara qəbul xidmətində 10-cu dərəcəli mühəndis vəzifəsində işlə təmin olunması hissəsində də təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, birləşdirilmiş iş üzrə maddi və mənəvi ziyanın ödənilməsi tələbləri aşağıdakılara əsasən rədd edilməlidir. Əmək Məcəlləsinin yuxarıda qeyd edilən 300-cü maddəsindən görünür ki, Əmək Məcəlləsinin tələblərinin pozulması ilə əmək müqaviləsinə xitam verilmiş işçiyə dəymiş maddi zərər iki hissədən ibarətdir: 1) işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqından və 2) digər zərərlərdən, yəni, vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkilən xərc, mənəvi ziyan, işçinin işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu. Göründüyü kimi, əmək müqaviləsinə xitam verilmiş işçi dəymiş maddi zərər kimi işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqını və işdən çıxarılması ilə əlaqədar çəkdiyi xərclərin əvəzini tələb edə bilər. Xərclərlə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. İddiaçının əvvəlki işdən azad olunması barədə əmr ləğv edildiyi və məhkəmə qətnaməsi ilə işə bərpa olunduğu üçün, həmin dövr üçün orta əmək haqqı hesablanaraq ödənilmişdir. O cümlədən, hazırki qətnamə qanuni qüvvəyə minərək iddiaçı işə bərpa olunarsa, yenidən iş buraxma dövrü üçün orta əmək haqqı hesablanaraq ödəniləcəkdir. İddiaçının maddi zərər kimi tələb etdiyi iş buraxdığı dövrdə işçilərə ödənilən birdəfəlik mükafatlar (əlamətdar günlər və illik performansa görə birdəfəlik ödənilən mükafatlar), eləcə də yemək pulu isə orta əmək haqqı hesablanarkən nəzərə alınan ödənclərə daxil deyildir. Bundan başqa, xx.xx.2024 - xx.xx.2024-cü ilə aid haqq-hesab vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdən məcburi iş buraxmaya görə və xx.xx.2024-cü il tarixdə işə bərpa olunan vaxtdan həmin ayın sonunadək İddiaçı ödənilməli olan əmək haqqı hesablanmış və oktyabr ayının əmək haqqı ilə birgə ödənilmişdir. Odur ki, iddiaçı 2024-cü ilin oktyabr ayı ilə yanaşı məcburi iş buraxma dövrü üçün ona hansı məbləğdə əmək haqqı hesablandığını (o cümlədən, mükafatların, yemək pulunun nəzərə alınmadığını) bilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyası üçün müraciət etmiş, cavabdeh tərəfindən isə iddia müddətinin tətbiqi ilə bağlı ərizə verilmişdir. Odur ki, iddiaçı xx.xx.2024-cü il tarixdən əvvəl hüququnun pozulduğunu aşkar etdiyi pul tələbləri ilə bağlı iddia müddətini də ötürmüşdür. O cümlədən, 2021-ci ildə əmək haqqından tutulmanın əsasız hesab edilməsi tələbi ilə bağlı iddia müddəti ötürülmüşdür. Maddi zərərin cavabdeh tərəfindən 19 ay məcburi işburaxma dövrü üçün hesablanmış əmək haqqından DSMF-yə ödənişlərin edilməməsi ilə əsaslandırılmış hissəsinə münasibətdə, məhkəmə hesab edir ki, işəgötürən tərəfindən DSMF-yə sığorta haqlarının ödənilməməsi ilə bağlı işçi həmin məbləğin maddi zərər kimi özünə ödənilməsini deyil, işəgötürəndən tutularaq DSMF-yə ödənilməsini tələb edə bilər. Həmçinin yuxarıda qeyd edilən “Əmək pensiyaları” haqqında Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pençiyaçılarının sığorta kapitalının artması onların pensiyasının hər ay avtomatik artmasına səbəb olmur. Bu zaman pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud yenidən hesablandığı gündən sonra 6 il işlədikdə maddədə göstərilən hesablama qaydasına uyğun olaraq əmək pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanır. Hazırki halda isə iddiaçının əmək pensiyasının yenidən hesablanmasına əsaslar müəyyən olunmadığı üçün bununla bağlı iddiaçıya maddi zərər vurulması da sübut olunmur. Məhkəmə eyni zamanda bildirir ki, cavabdeh tərəfindən 19 ay məcburi işburaxma dövrü üçün hesablanmış əmək haqqından DSMF-yə sığorta haqlarının ödənilib-ödənilməməsinə hazırki işə baxılarkən hüquqi qiymət verilməmişdir. Mənəvi zərərlə bağlı hissədə isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hər hansı mənəvi iztirab (sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi) yaşaması barədə sübutlar təqdim edilməmişdir. Mənəvi sarsıntıya görə zərərin ödənilməsi tələblərinin təmin edilməsi üçün bir qayda olaraq əsas qismində hüquq pozuntusu aradan qaldırıldıqdan sonra belə bərpası mümkün olmayan mənəvi itkilər çıxış edə bilər. Hazırki halda isə, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə razılaşmayaraq, dərhal məhkəmə müdafiəsi hüququndan istifadə etmiş və məhkəmənin qərarı ilə işə bərpa olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, mənəvi zərərin ödənilməsi hissəsində iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh İB-nin 14-2-2/3-1K-3355/2025 saylı, xx.xx.2025-ci il tarixli əmri ləğv olunsun, İddiaçı Cavabdeh İB-nin Bakı X4 İdarəsində ləğv edilmiş Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı, satışı və müştəri xidməti Şöbəsində tutduğu 10-cu dərəcəli mühəndis vəzifəsinə uyğun vəzifəyə işə bərpa olunsun. xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Cavabdeh İB tərəfindən İddiaçı ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. 100 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli