Məhkəmə qərarları › İş №e-2(022)-1569/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-1569/2025

30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-1569/2025 30.09.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi ilə, «X1» açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 21 noyabr 2022-ci il tarixli, AGİD**********5 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 500 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 78 manat 14 qəpik, cəmi 578 manat 14 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: 01 sentyabr 2025-ci il tarixdə «X1» açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 21 noyabr 2022-ci il tarixli, AGİD**********5 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 500 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 78 manat 14 qəpik, cəmi 578 manat 14 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin tarixdə Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməli olduğu həmin şəxsə izah edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, hesab edir ki, iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” informasiya sisteminin “Şəxsin fərdi məlumatları” altsistemindən çıxarışdan görünür ki, Cavabdeh 24 sentyabr 2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarından isə görünür ki, «X1» açıq səhmdar cəmiyyəti tərəfindən 01 sentyabr 2025-ci il tarixdə, yəni Cavabdeh ölümündən 1 il 11 ay 9 gün sonra, həmin şəxsə qarşı iddia ərizəsi ilə “Elektron Məhkəmə” informasiya vasitəsilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikasının qüvvədə olan mülki-prosessual qanunvericiliyinə görə isə ölmüş şəxsin Azərbaycan Respublikası MPM-nin 48 və 49-cu maddələri ilə təsbit olunmuş mülki-prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Buna görə də məhkəmə hesab edir ki, ölmüş şəxsə qarşı iddia qaldırılması, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi və ya mübahisəyə mahiyyəti üzrə baxılması qeyri-mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırılanadək ölmüş, buna görə də iş üzrə mülki-prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti olmayan şəxsin cavabdeh kimi qəbul edilərək, həmin şəxsin hüquqi varisinin işə cəlb edilməsi yolu ilə mülki işə mahiyyəti üzrə baxılması mülki-prosessual qanunvericiliyin tələblərinə zidd olduğuna görə iddiaçının nümayəndəsinə izah edilməlidir ki, «X1» açıq səhmdar cəmiyyəti Cavabdehun vərəsələrinə qarşı məhkəmədə iddia qaldıra bilər. “M.Xocalıyevin şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2014-cü il tarixli Qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı bank məhkəmədə 24 sentyabr 2023cü il tarixdə ölmüş şəxsə qarşı iddia qaldırdığına, lakin mülki-prosessual qanunvericiliyin tələbinə əsasən ölmüş, yəni mülki-prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmayan şəxsə qarşı iddia qaldırılmasına yol verilmədiyinə görə və bu səbəbdən də hazırki mülki işə məhkəmədə baxılmalı olmadığına görə, iş üzrə icraata xitam verilməsi üçün mülki işin iddia icraatına keçirilməsi “prosessual qənaət” prinsipi baxımından məqsədəuyğun sayılmamalı, hazırki mülki iş üzrə icraata xitam verilməsi haqqında qərardad qəbul edilməli, iddiaçının nümayəndəsinə izah edilməlidir ki, «X1» açıq səhmdar cəmiyyəti Cavabdeh vərəsələrinə qarşı məhkəmədə iddia qaldıra bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 13.4, 261.0.1, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İşə məhkəmədə baxılmalı olmadığına görə «X1» açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 21 noyabr 2022-ci il tarixli, AGİD**********5 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 500 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 78 manat 14 qəpik, cəmi 578 manat 14 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsi üzrə icraata xitam verilsin. İddiaçının nümayəndəsinə izah edilsin ki, «X1» açıq səhmdar cəmiyyəti Cavabdeh vərəsələrinə qarşı məhkəmədə iddia qaldıra bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Biləsuvar rayon Məhkəməsinə, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar