Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Qazax rayon İş № e-2(023)-1788/2025 26.09.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlu, Kreditor Qazax şəhəri, Azadlıq küçəsi, ev 241-də qeydiyyatda olmaqla, Ağstafa rayonu, Dağkəsəmən kəndində yaşayan Şıxlı̇ nskaya Şahnaz Natı̇ q qızının, borclu Qazax şəhəri, Heydər Əliyev prospekti, ev 61a, mənzil 34-də qeydiyyatda olan, Qazax şəhəri, Azadlıq küç, ev 241-də yaşayan Şıxlı̇ nskı̇ y İ̇lyas Mustafa oğluna qarşı aliment tələbinə dair ərizəsinə baxaraq, müəyyən etdi: Şıxlı̇ nskaya Şahnaz Natı̇ q qızının məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, borclu Şıxlı̇ nskı̇ y İ̇lyas Mustafa oğlu ilə ailə quraraq xx.xx.2019-cu ildə nikahlarını rəsmi qeydiyyatdan keçirmiş və birgə nikahlarından xx.xx.2020-ci il tarixdə Raul və xx.xx.2022-ci il tarixdə Altay adlı uşaqları olmuşdur. Borclu ilə nikahlarının ilk dövrlərində münasibətləri yaxşı olsa da, sonradan cavabdehin ailəsində laqeydliyi və ailəsinə ümumiyyətlə maraqlanmaması nəticəsində anlaşılmazlıqlar baş verməyə başlamışdı. Borclu "AzRosPromİnvest" Ltd-də işləyir. Buna görədə hesab edir ki, uşaqlarının saxlanılmaları üçün 2 uşağının saxlanması üçün Şıxlı̇ nskı̇ y İ̇lyas Mustafa oğlunun qazancının hər ay qazancın (başqa gəlirlərinin 1/3) hissəsi miqdarında aliment tutulmalıdır. O hamilə olduğu üçün nikahın pozulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edə vəya gələ bilmədiyi üçün əmr qaydasında işə baxılmasını xahiş etmişdir. Üçüncü övladı dünyaya gəldikdə təkrar olaraq aliment tələbi ilə məhkəməyə müraciət edəcəkdir. Kreditor Şıxlı̇ nskaya Şahnaz Natı̇ q qızı məhkəməyə ərizə təqdim edərək, xx.xx.2020ci il tarixdə Raul və xx.xx.2022-ci il tarixdə Altay adlı uşaqların saxlanması üçün borclu Şıxlı̇ nskı̇ y İ̇lyas Mustafa oğlunun hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsində aliment tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 276.2.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında işlər üzrə məhkəmə əmri verilə bilər. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. “Doğum haqqında” şəhadətnamələrinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə X2 və xx.xx.2022-ci il tarixdə X1 adlı uşaqları anadan olmuş, onların ata qrafasında Şıxlı̇ nskı̇ y İ̇lyas Mustafa oğlu, ana qrafasında isə Şıxlı̇ nskaya Şahnaz Natı̇ q qızı kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə uyğun olaraq 2 uşağa görə — qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət etdiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM)-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası MPM-nin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçrilmədən və izahatları dinlənilmək üçün tərəflər çağrılmadan çıxarılır. MPM-nin 10.8-1-ci maddəsinə əsasən həmin Məcəllənin 280-ci maddəsində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçrilmədən və tərəflərin və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 275.2-ci maddəsinə əsasən bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunun 8.2-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizənin verilməsinə görə dövlət rüsumunun dərəcəsinin 100 manat olmasını, kreditorun dövlət rüsumu ödəməkdən azad olunmaslı nəzərə alınaraq 100 manat məbləğində dövlət rüsumu borclu Şıxlı̇ nskı̇ y İ̇lyas Mustafa oğlundan tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə əmri dərhal icraya yönəlməlidir. Yuxarda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275, 276,280-282 və 284-cü maddələrini rəhbər tutaraq məhkəmə əmr etdi: xx.xx.1989-cu ildə anadan olmuş, Qazax şəhəri, Heydər Əliyev prospekti, ev 61a, mənzil 34-də qeydiyyatda olan, Qazax şəhəri, Azadlıq küç, ev 241-də yaşayan Şıxlı̇ nskı̇ y İ̇lyas Mustafa oğlundan xx.xx.2025-ci ildən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissə miqdarında aliment tutularaq xx.xx.1997ci ildə Ağstafa rayonu Dağkəsəmən kəndində anadan olmuş, Qazax şəhəri, Azadlıq küç, ev 241-də qeydiyyatda olan və yaşayan Şıxlı̇ nskaya Şahnaz Natı̇ q qızının xeyrinə ödənilsin. Şıxlı̇ nskı̇ y İ̇lyas Mustafa oğlundan 100 (bir yüz) manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri dərhal icra edilsin. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №e-2(023)-1788/2025
Qazax Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(023)-1788/2025
26.09.2025 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver