Məhkəmə qərarları › İş №e-2(027)-2492/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2492/2024

09.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2492/2024 09.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “vəzifəsindən azad olunmağı barədə müvafiq dəyişiliklərin vergi orqanında qeydə alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxıb, M ü ə y y ə n e t d i m: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixindən həmin MMC-nin baş direktoru vəzifəsindən azad olunmağı barədə müvafiq dəyişiliklərin vergi orqanında qeydə alınmasının təmin edilməsi cavabdehə həvalə ediləməsi və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-nin Müşahidə Şurasının xx.xx.2020-ci il tarixli qərarı ilə həmin cəmiyyətə Baş Direktor təyin olunmuşdur. İşlədiyi müddət ərzində qanunvericiliyin tələbinə əsasən MMC hər rübə uyğun olaraq müvafiq orqanlara hesabat təqdim etmişdir. Bu müddətdə MMC-ə qarşı müvafiq orqanlar tərəfindən hər hansı pozuntu aşkar olunmamışdır. Cavabdeh MMC-nin Müşahidə Şurasının xx.xx.2022-ci il tarixli 09/2022 saylı qərarı (əlavə olunur) ilə Baş Direktor kimi tutuduğum vəzifədən azad olunmuş və bu barədə müvafiq məlumatlar elektron sistemə daxil edilmişdir (əlavə olunur). Qanunverciliyin tələbinə görə MMC bu barədə məlumatı 40 gün ərzində X1 göndərməlidir. Məlumatın vaxtında göndərilməməsi ona bir sıra problemlər yartmaqdadır. Hal-hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər idarəsi qeydiyyatda olduğu rayonun məhkəməsinə Cavabdeh MMC tərəfindən 2023-cü il üçün vergi, işsizlikdən sığorta haqqı və məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişlərin vaxtında ödənilmədiyi üçün müəsissənin rəhbəri kimi onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə müraciət olunmuşdur. Qeyd olunan dəyişiliklərin vaxtında müvafiq orqana təqdim olunmaması və məsuliyyət daşımadığı hər hansı bir əməl görə mənə tətbiq olunan sanksiya Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə nəzərdə tutulan hüquqularımın pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbinı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və bildirmişdir ki, iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismənm təmin edilməlidir. Belə ki, iş materialarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı Cavabdeh MMC-nin baş direktoru vəzifəsindən azad edilmişdir. İş materiallarında olan Dövlət Vergi Xidmətinin məktubundan görünür ki, qanunvericiliklə Dövlət Vergi Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclası zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə İddiaçı Cavabdeh MMC-nin baş direktoru vəzifəsindən azad edilmişdir. Lakin, dəyişikliyin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə Cəmiyyətin əvvəlki qanuni təmsilçisinin (direktorunun) vəzifədən azad olunması və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə qərar (qərarlar) və yeni rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək qeydiyyat orqanına təqdim olunmalıdır. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; ikincisi, iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinə bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cu il tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işə götürənə göndərilən məlumat forması, habele qeydiyyat alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildiriş məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qayda”larının 3.4.-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökümət” potalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işə götürən tərəfindən və ya “elektron hökümət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işə götürənin səlahiyyət verdiyi şəxlər tərəfindən həyata keçirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişikliyin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə Cəmiyyətin əvvəlki qanuni təmsilçisinin (direktorunun) vəzifədən azad olunması və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə qərar (qərarlar) və yeni rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək qeydiyyat orqanına təqdim olunmalıdır. Beləliklə, məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə təhqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia təmin olunmalı, İddiaçı xx.xx.2022-ci il tarixindən Cavabdeh MMC -nin baş direktoru vəzifəsindən azad olunmağı barədə müvafiq dəyişiliklərin vergi orqanında qeydə alınmalı və İddiaçı xx.xx.2022-ci il tarixindən Cavabdeh MMC -nin baş direktoru vəzifəsindən azad olunmağı barədə müvafiq dəyişiliklərin vergi orqanında qeydə alınması Cavabdeh MMC-nə və Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixindən Cavabdeh MMC -nin baş direktoru vəzifəsindən azad olunmağı barədə müvafiq dəyişiliklərin vergi orqanında qeydə alınsın. İddiaçı xx.xx.2022-ci il tarixindən Cavabdeh MMC -nin baş direktoru vəzifəsindən azad olunmağı barədə müvafiq dəyişiliklərin vergi orqanında qeydə alınması Cavabdeh MMC-nə və Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar