Məhkəmə qərarları › İş №e-2(046)-135/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-135/2023

18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-135/2023 18.05.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı LPO Dəmir Bank ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kredit müqaviləsi üzrə 399.54 manat əsas kredit borcu, 716.30 manat faiz borcu, 420.36 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 62.88 manat olmaqla, ümumilikdə 1599.08 manat kredit borcunun, ödənilmiş 36 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. iddiaçı DəmirBank ASC tələbi belə əsaslandırmışdır ki, Cavabdeh ilə DəmirBank ASC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh, illik 29 faiz olmaqla 24 ay müddətinə 2100 manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdeh banka cəmi 1599.08 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 36 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, Dəmir Bank” ASC ilə Cavabdeh arasında illik 29 faiz olmaqla, 24 ay müddətinə 2100 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehdən tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzidən məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, 2(046)-1800/2022 №-li mülki iş üzrə tərəfinizdən xx.xx.2022-ci tarixdə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017- ci il tarixli KM019T08170019 saylı kredit müqaviləsi üzrə tərtib edilmiş kassa mədaxil orderləri (ödəniş qəbzləri), kassa məxaric orderi, cari hesabdan çıxarış (cari, ssuda, faiz və cərimə hesabları göstərilməklə kredit verilən tarixdən xx.xx.2022-ci il tarixədək olan), maliyyə arayışı (ödənişlər tarixlərlə birlikdə göstərilməklə) Qeyd edilir ki, təqdim olunmuş hesabdan çıxarışlar ksero surət olduğundan borcalan tərəfindən aparılmış ödənişlərin tarixləri aydın şəkildə görsənmir. Vəsatətin verilmə səbəbi: təyin olunmuş məhkəmə-mühasibat ekspertizasının metodikasına görə tədqiqatın (hesablamalar) ilkin sənədlər əsasında aparılması. İddiaçı "xxxx" ASC iddia ərizəsində əsas kredit borcundan əlavə faiz borcunun cavabdehdən xahiş etmişdir. Bununla əlaqədar məhkəmə tərəfindən məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat ilə müəyyən edilmişdir ki, İddiaçı "xxxx" ASC iddia ərizəsində tələb etdiyi faiz borcunun hesablanması ilə əlaqədar (çıxarış (cari, ssuda, faiz və cərimə hesabları göstərilməklə kredit verilən tarixdən iddia olunan tarixədək olan), maliyyə arayışı (ödənişlər tarixləri) təqdim edilmədiyindən faiz borcunun hesablanması mümkün olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı "xxxx" ASC-nin Cavabdeh 716.30 manat faiz borcunu tələb etməkdə haqlı deyildir. Eləcə də məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehdən 420.36 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 20.36 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 57.95 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 36 manat dövlət rüsumunun 30 manatı cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, LPO Dəmir Bank ASC-nin iddiası qismən təmin edilməli, Cavabdeh 399.54 manat əsas kredit borcu 20.36 manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olan 62.88 manat olmaqla cəmi 482.78 manat kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq LPO Dəmir Bank ASC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 399.54 manat əsas kredit borcu 20.36 manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olan 62.88 manat olmaqla cəmi 482.78 manat kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar