Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3055/2025 21.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi:X4, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «borc tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 14135,48 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 82,4 manat pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 19 dekabr 2023-cü il tarixindən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş14135,48( on dörd min yüz otuz beş manat qırx səkkiz qəpik) manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarınaxərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh İddiaçı MMC-yə vurduğu 14135,48 ( on dörd min yüz otuz beş manat qırx səkkiz qəpik) manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Xəbərdarlıqdan da göründüyü kimi qeyd edilən maddəyə əsasən Cavabdehin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdehlə yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün Azərbaycan Respublikasının Mediasiya Şurasına müraciət etmişəm. Təyin edilmiş mediator vasitəsilə cavabdehlə yaranmış mübahisənin həlli mümkün olmamışdır. Buna görə də, mediator “mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2025-cü il tarixli Arayış vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 göstərdi ki, Cavabdeh 19 dekabr 2023-cü il tarixindən "xxxx" MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində tərtib olunmuş və Cavabdeh tərəfindən təsdiqlənmiş "Vurulmuş zərərin təsdiqlənməsi barədə" akta əsasən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 14135,48 manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh "xxxx" MMC-yə vurduğu 14135,48 manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. İddia tələbini müdafiə edərək təmin olunmasını məhkmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qeydiyyat yeri olan Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, küçəsi,ev 46/2,mənzil 34 ünvana bildiriş göndərilmiş, lakin cavabdeh həmin ünvanda yaşamadığından bildiriş və əlavə edilmiş sənədlər məhkəməyə geri qaytarılmış və məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 147-ci maddəsinə əsasən bildiriş və əlavə edilmiş sənədləri cavabdehin sonuncu yaşayış yeri üzrə icra nümayəndəliyinə göndərmiş və Lənkəran şəhəri İHB-nın Lənkəran şəhər 1 saylı sahə inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin bildirişi məhkəməyə daxil olmuşdur. Məhkəmə, göstərilən əsasa və MPM 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Aktdan görünür ki, Cavabdeh fəaliyyəti xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixləri əhatə edən yoxlamada, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 14258.04 manat pulun səhlankarlıq nəticəsində "xxxx" MMC-yə ödənilməməsi müəyyən edilmişdir. Akt Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Əmək müqaviləsi bildirişdən görünür ki, Cavabdeh 01 avqust 2013-cü il tarixindən "xxxx" MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Əmək müqaviləsi xitam verilməsi barədə bildirişdən görünür ki,xx.xx.2024-cü il tarixdə Cavabdeh əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə tədqiq olunmuş xx.xx.2023-cü il tarixli MŞL/MT014/2023-02797 saylı Mediasiya arayışından görünür ki, İddiaçı MMC tətəfindən 60 manat mediasiya xərci ödənilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli Xəbərdarlıq bildirişindən görünür ki, Cavabdeh ziyanın ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış qəbzdən görünür ki, İddiaçı MMC-nin məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 82.40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin "a" bəndinə əsasən "İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda". Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 445.2-ci maddəsinə əsasən Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi, icranın gecikdirilməsi hesab olunur. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, göstərilən normalara əsasən hesab edir ki, iddianın təmin edilməsi qanunvericilik baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı, müəyyən edildi ki, Cavabdeh 9 dekabr 2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində tərtib olunmuş və Cavabdeh tərəfindən təsdiqlənmiş "Vurulmuş zərərin təsdiqlənməsi barədə" akta əsasən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 14258.04 manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Hazırda isə iddiaçı tərəfindən tələb olunan məbləğ 14135.48 manat, yəni akt nəticəsində müəyyən edilmiş məbləğdən azdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sübutlar iddianın təmin edilməsi üçün kifayət edir. Eyni zamanda o, da nəzərə alınmalıdır ki, cavabdehh iddia ərizəsinə etiraz etməmişdir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi xidmət haqqı və dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə, cavabdehdən tuutulavaq dövlət rüsumunun məbləğini nəzərə alaraq iş üzrə ödənilmiş 60 manat mediasiya xərcinin iddiaçıya aid edilməsini əsaslı və qanuni hesabe dir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 14135,48 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı hesabına ödənilsin. İş üzrə ödənilmiş 82,4 manat dövlət rüsumu və 50 manat məbləğində mediasiya xərci Cavabdeh alınaraq İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №e-2(049)-3055/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3055/2025
21.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver