Məhkəmə qərarları › İş №e-2(051)-966/2021

Mingəçevir Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №e-2(051)-966/2021

21.04.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Mingəçevir şəhəri İş № e-2(051)-966/2021 21.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ S urət Mən, Mingəçevir şəhər Məhkəməsinin hakimi Paşayev Nemət Şirkət oğlu Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli 42 C ünvanında yerləşən Kreditor MMC-nin Borclu qarşı pulun tutulmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim: Kreditor MMC Borclu Nisyə satış müqaviləsi üzrə 478.4 manat əsas borc, 42 manat cərimə borcu və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 540.4 manat məbləğində pulun alınaraq Kreditor MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Kreditor MMC Borclu arasında bağlanmış xx.xx.2019-cu tarixli MNGK01799 saylı Nisyə Alqı-Satqı müqaviləsinə əsasən Borcluya 649 manat məbləğinə məişət məhsulu kreditlə nisyə satılmışdır. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş "Ödəniş qrafiki’nin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, kreditin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada, yəni aylıq 40 manat məbləğində icra etməmiş və nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Borcluya dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o öhdəliyini yerinə yetirməmişdir. Nəticədə borclunun kreditora 478.4 manat məbləğində əsas borcu və 42 manat cərimə borcu olmaqla, cəmi 520.4 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci (borclunun icranı gecikdirməsi) maddəsinə əsasən öhdəliyin, onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin məcəllənin 442-ci (öhdəliyin icra edilməməsi) maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin məcəllənin 385-ci maddəsinə əsasən bir şəxs (borclu), başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR MPM-nin 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. AR MPM-nin 276.2.2-ci maddəsinə əsasən 276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, əmr etdim: xx.xx.1992-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 478.4 (dörd yüz yetmiş səkkiz manat qırx qəpik) manat əsas borc, 42 (qırx iki) manat cərimə borcu və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 540.4 (beş yüz qırx manat qırx qəpik) manat məbləğində pul alınaraq Kreditor MMC -nin xeyrinə ödənilsin. Borclıı məhkəmə əmrini aldıqdan 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. HAKİM NEMƏT PAŞAYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar