Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № e-2(056)-3353/2025 18.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin - Cavabdeh qarşı «pul tələbi» barədə iddiası üzrə mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC - Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1411.85 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi 34.11 manat olmaqla, cəmi 1445.96 manat pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə "xxxx" ASC (bundan sonra Kreditor) arasında bağlanmış xx.xx.2023-cü tarixli, 01/23 Ni-li zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, İddiaçı pambıq məhsulunun istehsalı üçün Cavabdehin kreditləşdirilməsini təmin etmək məqsədilə Kreditor qarşısında zaminliklə təmin edilmiş öhdəlik götürmüşdür. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə uyğun olaraq Kreditor Cavabdehə kredit xətti açaraq, onu zəruri maliyyə vəsaiti ilə təmin etmiş (hesabdan çıxarış əlavə edilir), İddiaçı isə həmin vəsaitin ödənilməsinə zamin qismində öhdəlik götürmüşdür. Cavabdeh, sözügedən kredit müqaviləsinin ödəniş şərtlərinə əməl etməmiş və Kreditor qarşısında öhdəliyı yaranmışdır. Kreditor tərəfindən Zamin-İddiaçıya təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdehin Kreditora əsas və faiz borcu olmaqla, ümumilikdə 1411.85 manat borcu mövcud olmuş və zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə, həmin borc tam şəkildə Zamin-İddiaçı tərəfindən Kreditora ödənilmişdir. Son nəticədə Cavabdehin İddiaçıya zaminliklə təmin edilmiş öhdəlik üzrə ümumilikdə 1411.85 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən İddiaçının pretenziyasına cavab verilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddiasını müdafiə edərək, əlavə olaraq göstərmişdir ki, fərdi sahibkar statusunda olan Cavabdeh ilə təmsil etdiyi təşkilat arasında bağlanmış müqavilə əsasında pambıq istehsalı üçün "xxxx" ASC-nin cavabdehə ayırdığı 1411.85 manat kredit borcu tam şəkildə təmsil etdiyi təşkilat tərəfindən zamin olaraq ödənilmişdir. Son nəticədə Cavabdehin iddiaçı təşkilata zaminliklə təmin edilmiş öhdəlik üzrə ümumilikdə 1411.85 manat borcu yaranmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib və aşağıda istinad olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, hazırkı iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki iş materiallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə fərdi sahibkar statusunda olan Cavabdeh ilə iddiaçı təşkilat arasında bağlanmış müqavilə əsasında pambıq istehsalı üçün "xxxx" ASC-nin cavabdehə ayırdığı 1411.85 manat kredit borcunun tam şəkildə iddiaçı təşkilat tərəfindən zamin olaraq ödənilmiş vəsaiti əvəzinin ödənilməsindən yaranmışdır. “Elektron məhkəmə” X1 Sevil Hacıqulu qızına aid məlumatdan görünür ki, o, fərdi sahibkar statusundadır. Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Beləliklə göründüyü kimi hazırkı mülki iş üzrə Cavabdeh fiziki şəxs olsa da, lakin o, fərdi sahibkar statusunda olmaqla, fəaliyyəti İddiaçı MMC ilə bağlanmış 2024-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısı barədə Müqavilə əsasında özünə məxsus torpaq sahəsində pambıq istehsalından ibarət olmaqla, hazırkı iddia tələbi isə həmin fəaliyyətin maliyyələşməsi məqsədilə ayrılmış kreditdən yaranmışdır. Məhkəmə işin aidiyyət məsələsinin araşdırılan hallarına, istinad olunan prosessual hüquq normalarına əsaslanıb və hazırkı iş üzrə mübahisə tərəflərinin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə mübahisə tərəflərindən Cavabdeh fərdi sahibkar statusunda fiziki şəxs olduğu, iddiaçı təşkilatın isə hüquqi şəxs olduğu hallarda, həmçinin onların arasındakı araşdırma predmeti kommersiya mübahisəsi olaraq cavabdehin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yarandığından hazırkı iddia tələbinə Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.1, 45.2 və 45.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 25-26, 31, 45, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin - Cavabdeh qarşı «pul tələbi» barədə iddiası üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-3353/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(056)-3353/2025
18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver