Məhkəmə qərarları › İş №e-2(060)-5904/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5904/2023

02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5904/2023 02.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulmasına dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 0134072AZN05501 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 177,81 (bir yüz yetmiş yeddi manat səksən bir qəpik) manat faiz borcu, 1552,24 (bir min beş yüz əlli iki manat iyirmi dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 1730,05 (bir min yeddi yüz otuz manat beş qəpik) manat borcun, 0081003AZN40654 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2111,46 (iki min bir yüz on bir manat qırx altı qəpik) manat əsas borc, 80,22 (səksən manat iyirmi iki qəpik) manat faiz borcu, 237,98 (iki yüz otuz yeddi manat doxsan səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 2429,66 (iki min dörd yüz iyirmi doqquz manat altmış altı qəpik) manat borcun, 41010AZNFK********** kart hesabına əsasən tekniki overdraft əməliyyatı üzrə 0,11 (on bir qəpik) manat əsas borc, 0,18 (on səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 0,29 (iyirmi doqquz qəpik) manat borcun tutulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 62 (altmış iki) manat dövlət rüsumunun əvəzinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh(bundan sonra “Borcalan”) arasında xx.xx.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC-17182İB/2020saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Daha sonra həmin Ümumi Şərtlər toplusu çərçivəsində 0134072AZN05501 saylı xx.xx.2019-cu il tarixli Maliyyələşdirmə üçün ərizəyə əsasən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 18.50%, illik cərimə faizi 180% olmaqla 10000 (on min) manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. Bundan başqa tərəflər arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.1.5 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC-17182İB/2020 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Daha sonra həmin Ümumi Şərtlər toplusu çərçivəsində 0081003AZN40654 saylı xx.xx.2022-ci il tarixli Maliyyələşdirmə üçün ərizəyə əsasən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 19%, illik cərimə faizi 180% olmaqla 4821,33 (dörd min səkkiz yüz iyirmi bir manat otuz üç qəpik) manat məbləğində istehlak xərcləri məqsədilə birdəfəlik krediti verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin 0134072AZN05501 saylı maliyyələşdirmə üçün ərizə üzrə sayı 319 gün, 0081003AZN40654 saylı maliyyələşdirmə üçün ərizə üzrə sayı 74 gün, 41010AZNFK********** saylı hesab üzrə texniki overdraft əməliyyatı üzrə isə 320 gün təşkil edir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın 09 iyun 2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: 0134072AZN05501 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 177,81 (bir yüz yetmiş yeddi manat səksən bir qəpik) manat faiz borcu, 1552,24 (bir min beş yüz əlli iki manat iyirmi dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 1730,05 (bir min yeddi yüz otuz manat beş qəpik) manat təşkil edir; - 0081003AZN40654 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2111,46 (iki min bir yüz on bir manat qırx altı qəpik) manat əsas borc, 80,22 (səksən manat iyirmi iki qəpik) manat faiz borcu, 237,98 (iki yüz otuz yeddi manat doxsan səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 2429,66 (iki min dörd yüz iyirmi doqquz manat altmış altı qəpik) manat təşkil edir; - 41010AZNFK********** kart hesabına əsasən tekniki overdraft əməliyyatı üzrə 0,11 (on bir qəpik) manat əsas borc, 0,18 (on səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 0,29 (iyirmi doqquz qəpik) manat təşkil edir. X1 əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə, Kreditdən “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan məqsədlər üçün istifadə edilmədikdə və ya Kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı Bankın əsaslı ehtimalları yarandıqda Bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və/və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda ÜŞT-nin Bank xidmətlərinin göstərilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrinə dair hissəsinə əsasən Bankın qüvvədə olan tariflərində nəzərdə tutulmuş müvafiq xidmət haqqını Banka ödəmək müştərinin vəzifəsidir. Bundan başqa ÜŞT-nin Ödəniş Kartı bölməsi üzrə Karta dair ümumi məlumatlar bölməsində qeyd edilir ki, Kart üzrə texniki overdraft, yəni Hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. X1 əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 62 (altmış iki) manat dövlət rüsumu ödəmişdir. Odur ki, İddiaçı ASC məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə iddia barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin tələblə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki,iş materiallarında olan ÜŞT çərçivəsində 0134072AZN05501 saylı, xx.xx.2019-cu il tarixli Maliyyələşdirmə üçün ərizəyə əsasən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 18,50 %, illik cərimə faizi 180 % olmaqla, 10000 (on min) manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. ÜŞT çərçivəsində 0081003AZN40654 saylı xx.xx.2022-ci il tarixli Maliyyələşdirmə üçün ərizəyə əsasən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 19%, illik cərimə faizi 180% olmaqla 4821,33 (dörd min səkkiz yüz iyirmi bir manat otuz üç qəpik) manat məbləğində istehlak xərcləri məqsədilə birdəfəlik krediti verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 09 iyun 2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: 0081003AZN40654 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2,111.46 (iki min bir yüz on bir manat qırx altı qəpik) manat əsas borc, 80.22 (səksən manat iyirmi iki qəpik) manat faiz borcu, 237.98 (iki yüz otuz yeddi manat doxsan səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 2,429.66 (iki min dörd yüz iyirmi doqquz manat altmış altı qəpik) manat təşkil edir. Gecikmə günlərinin sayı - 74 gün; 0134072AZN05501 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 177.81 (bir yüz yetmiş yeddi manat səksən bir qəpik) manat faiz borcu, 1,552.24 (bir min beş yüz əlli iki manat iyirmi dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 1730.05 (bir min yeddi yüz otuz manat beş qəpik) manat təşkil edir. Gecikmə günlərinin sayı — 319 gün; 41010AZNFK.********** kart hesabına əsasən tekniki overdraft əməliyyatı üzrə 0.11 (on bir qəpik) manat əsas borc, 0.18 (on səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 0.29 (iyirmi doqquz qəpik) manat təşkil edir. Gecikmə günlərinin sayı - 320 gün. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh(bundan sonra “Borcalan”) arasında xx.xx.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC-17182İB/2020saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Daha sonra həmin Ümumi Şərtlər toplusu çərçivəsində 0134072AZN05501 saylı xx.xx.2019-cu il tarixli Maliyyələşdirmə üçün ərizəyə əsasən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 18.50%, illik cərimə faizi 180% olmaqla 10000 (on min) manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. Bundan başqa tərəflər arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.1.5 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC-17182İB/2020 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Daha sonra həmin Ümumi Şərtlər toplusu çərçivəsində 0081003AZN40654 saylı xx.xx.2022-ci il tarixli Maliyyələşdirmə üçün ərizəyə əsasən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 19%, illik cərimə faizi 180% olmaqla 4821,33 (dörd min səkkiz yüz iyirmi bir manat otuz üç qəpik) manat məbləğində istehlak xərcləri məqsədilə birdəfəlik krediti verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin 0134072AZN05501 saylı maliyyələşdirmə üçün ərizə üzrə sayı 319 gün, 0081003AZN40654 saylı maliyyələşdirmə üçün ərizə üzrə sayı 74 gün, 41010AZNFK********** saylı hesab üzrə texniki overdraft əməliyyatı üzrə isə 320 gün təşkil edir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın 09 iyun 2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: 0134072AZN05501 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 177,81 (bir yüz yetmiş yeddi manat səksən bir qəpik) manat faiz borcu, 1552,24 (bir min beş yüz əlli iki manat iyirmi dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 1730,05 (bir min yeddi yüz otuz manat beş qəpik) manat təşkil edir; - 0081003AZN40654 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2111,46 (iki min bir yüz on bir manat qırx altı qəpik) manat əsas borc, 80,22 (səksən manat iyirmi iki qəpik) manat faiz borcu, 237,98 (iki yüz otuz yeddi manat doxsan səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 2429,66 (iki min dörd yüz iyirmi doqquz manat altmış altı qəpik) manat təşkil edir; - 41010AZNFK********** kart hesabına əsasən tekniki overdraft əməliyyatı üzrə 0,11 (on bir qəpik) manat əsas borc, 0,18 (on səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 0,29 (iyirmi doqquz qəpik) manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2019-cu il tarixli və xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini icra etməyərək onun tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2019-cu il tarixli və xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 1552,25 manat və 237,98 məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu 1552,25 manat dəbbə pulunun tutulması hissəsində tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 15 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1%-i qədər olmalıdır.(“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 2622,76 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 62 manat dövlət rüsumunun 46,23 manat əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu kimi ödənilmiş 15,77 manat iddiaçının özünə aid edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh: 0134072AZN05501 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 177,81 (bir yüz yetmiş yeddi manat səksən bir qəpik) manat faiz borcu, 15 (on beş) manat cərimə borcu olmaqla, cəmi 192,81 (yüz doxsan iki manat səksən bir qəpik) manat borc, 0081003AZN40654 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2111,46 (iki min bir yüz on bir manat qırx altı qəpik) manat əsas borc, 80,22 (səksən manat iyirmi iki qəpik) manat faiz borcu, 237,98 (iki yüz otuz yeddi manat doxsan səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 2429,66 (iki min dörd yüz iyirmi doqquz manat altmış altı qəpik) manat borc, 41010AZNFK********** kart hesabına əsasən tekniki overdraft əməliyyatı üzrə 0,11 (on bir qəpik) manat əsas borc, 0,18 (on səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 0,29 (iyirmi doqquz qəpik) manat borc, Ümumilikdə 2622,76 manat borc və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 46,23 (qırx altı manat, iyirmi üç qəpik) manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Dövlət rüsumu kimi ödənilmiş məbləğin 15,77 manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar