Məhkəmə qərarları › İş №e-2(078)-527/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-527/2021

21.04.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-527/2021 21.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı kreditor Nümayəndə1 MMC-nin Borclu qarşı borc tələbi barədə məhkəmə əmri verilməsinə dair ərizəsini Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək müəyyən e t d i m: Nümayəndə1 MMC Borclu qarşı məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 1144.53 (bir min yüz qırx dörd manat əlli üç qəpik) manat məbləğində dəymiş zərərin, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq kreditora ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kreditorun məhkəməyə təqdim etdiyi ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlir ki, onun məhkəmə əmri verilməsi haqqında ərizəsi qəbul edilməkdən imtina olunmalıdır. Belə ki, məhkəmə əmrinin çıxarılması barədə ərizənin məzmunundan görünür ki, kreditor borclu ilə aralarında xx xxxxxx 2021-ci il tarixdə bağlanmış pərakəndə alqı-satqı müqaviləsi üzrə hazırkı borc məbləğini tələb edir. Lakin, ərizəyə kreditor və borclu arasında bağlanmış hər hansı bir sadə yazılı əqd əlavə edilməmişdir. Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Göründüyü kimi, qanunvericilik məhkəmə əmrinin verilməsinin iki əsasını nəzərdə tutur ki, bunlar kreditorun tələbinin aşkar olması və kreditorun tələbinin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanmasıdır. Həmin Məcəllənin 276.2 və 276.2.2-ci maddələrinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279-cu maddəsində ərizəyə baxılmanın sadələşdirilmiş qaydasının yolverilməzliyi qeyd olunmuşdur. Həmin maddənin tələbinə əsasən məhkəmə əmrinin verilməsi ilə bağlı ərizənin qəbul olunmasından imtina əsaslarından biri də verilmiş tələbin bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamasıdır. Yuxarıda qeyd olunan maddələrin tələbindən göründüyü kimi kreditorun hazırki iş üzrə tələbinə əmr icraatı qaydasında baxılıb məhkəmə əmri çıxarılması üçün tərəflər arasında sadə yazılı əqd olmalı idi. Azərbaycan Respublikası MPM-nin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Bundan əlavə olaraq Nümayəndə1 MMC-yə izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264 və 279.3-cü maddələrini rəhbər tutaraq q ə r a r v e r d i m: Kreditor Nümayəndə1 MMC-nin Borclu qarşı borc tələbi barədə məhkəmə əmri çıxarılmasına dair ərizəsinin qəbul edilməsindən imtina olunsun və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə kreditora geri qaytarılsın. Nümayəndə1 MMC-yə izah olunsun ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. İddia verilərsə kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz. Hakim Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar