Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-354/2025 25.11.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X41 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndələri X27 və X2 iştirakları ilə, İddiaçı cavabdeh “X28” X43ə qarşı «İşə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərzəsi ilə məhkəməyə müraciət edərək, cаvabdeh Cavabdeh1 hüquqi şəxsin “X28” X43 tərəfindən verilmiş 12 mart 2025-ci il tarixli 18-1-16/3-1-308/2025 nömrəli əmrin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və 12 mart 2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1987-1995-ci illərdə Azərbaycan Tibb Universitetinin 1-ci Müalicə profilaktika fakültəsini həkim reanimotoloq-anestezioloq ixtisası üzrə təhsil almışdır. 2000-ci ildə isə X1 həkim cərrah kimi 1 (bir) illik ixtisasdəyişmə kursunu bitirərək, Səhiyyə Nazirliyi tərəfindən təyinatla (5 illik müqavilə ilə) indiki Pirallahı rayonunun ərazisindəki Cilov adasında yerləşən Bakı Baş Səhiyyə İdarəsinin nəzdnində olan 12 nömrəli X32 1 ştat vahidi cərrah, 0.5 ştat vahidi isə lor həkimi vəzifəsində çalışmışdır. Sonradan 12 nömrəli tibbi sanitar hissənin (TSH) adı dəyişilərək 16 saylı Birləşmiş şəhər Xəstəxanası (BŞX) olmuşdur. 2014-cü ildə Birləşmiş şəhər Xəstəxanasının (BŞX) nəzdində X16 Yardım Şöbəsi (TTYŞ) yaradılarkən, mövcud kadrlar hesabına 1 ştat vahidi TTYŞ-si həkimi, 0,5 ştat vahidi isə cərrah həkimi kimi 2022-ci ilədək işləmişdir. Sonradan 0,5 ştat vahidi kəsilərək 1 ştat vahidi TTYŞ-si həkimi saxlanılmışdır. 2021-ci ildə həmin müəssə yəni - 16 saylı Birləşmiş şəhər Xəstəxanası, Cavabdeh1n (TƏBİB) nəzdinə keçrilmişdir. Bundan sonra TƏBİB-in nəzdində olan “X28” X36 Çilov bölməsi adı ilə fəaliyyətini davam etdirmiş və iddiaçı həkim İddiaçı da həmin vəzifədə öz fəaliyyətini 2025-ci ilin mart ayınadək davam etdirmişdir. İddiaçının həkim kimi 26 (iyirmi altı) il iş stajı vardır. İddiaçı işlədiyi müəssisədə heç bir qayda pozuntusuna yol verməmiş, işinə ciddi yanaşmaqla üzərinə düşən tapşırıq və vəzifələri vaxtıvaxtında yerinə yetirmiş, işlədiyi müddət ərzində işində hər hansı nöqsan və ya qüsur olması barədə rəhbərlik tərəfindən ona heç bir irad tutulmamışdır. Əksinə Çilov adasında yerləşən Təcili Təxirəsalınmaz və Təcili Yardım şöbəsində səhiyyədəki xidmətlərinə görə rəhbərlik tərəfindən fəxri fərman və əmək haqqından əlavə pul mükafatları ilə təltif edilmişdir. Lakin 15 noyabr 2023-cü il tarixdə Cavabdeh1n “X28” X35 və “Bakı Baş Səhiyyə Mərkəzi” X35 ştatına və strukturuna əlavə və dəyişikliklərin edilməsi haqqında 18-1/3-2-1506/2023 saylı ərmi verilmişdir. Həmin ərmə əsasən BBSM-in 45 nömrəli Şəhər Poliklinikasının “Pirallahı həkim məntəqəsi” BBSM-in strukturunda ləğv edilmiş və PTM-in strukturuna verilmişdir. “Pirallahı həkim məntəqəsi”nin bazasında və İddiaçı BBSM-in 45 nömrəli Şəhər Poliklinikasının “Cilov həkim məntəqəsi” BBSM-in strukturunda ləğv edilmiş, PTM-in “Cilov bölməsi” strukturunda ləğv edilmiş və “Cilov bölmə”sinin bazasında və mövcud ştat vahidləri hesabına PTM-in strukturunda, Cilov qəsəbəsi ünvanında “Cilov Ailə Sağlamlıq Mərkəzi” (Cilov ASM) yaradımışdır. Həmçinin əmrin 8.1 bəndinə əsasən Pirallahı ASM və Cilov ASM-in əmək fəaliyyətini icra edəcək əməkdaşlarla əmək qanunvericiliyinə əsasən əmək münasibətlərinin tənzimlənməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Buna baxmayaraq Cavabdeh1n və cavabdeh “X28” X29 qəbul etdiyi xx.xx.2025-ci il tarixli 18-1- 16/3-1-308/2025 saylı əmr ilə İddiaçı müddətsiz bağlanmış əmək müqaviləsinə iddiaçıya heç bir əsas olmadan, hər hansı bir iş təklif edilmədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Hesab edirik ki, İddiaçı barəsində Cavabdeh1n “X28” X38 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 18-1-16/3-1-308/2025 saylı əmri qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” və “c” bəndləri, 69-cu maddəsinin 7-ci hissəsi, 76-cı maddəsinin, 77-ci maddəsinin 2-ci və 3-cü hissəsinin, 79-cu maddəsinin 1-ci hissəsinin 6cı bəndi və 80-ci maddəsinin 2-ci hissəsinin tələblərinin kobud şəkildə pozulması ilə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində işəğötürənin əsas vəzifələri bunlardır: b) bu Məcəllənin və Əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Həmin Məcəllənin 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. 2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «a» və «b» bəndləri ilə ləğv edilərkən işçilərə: orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti; işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. Həmin Məcəllənin 80-ci maddəsinin 2-ci hissəssinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmənin diqqətinə çatdırırıq ki, iddiaçı peşəkar işçidir, işlədiyi müddətdə həmişə işinin öhdəsindən layiqincə gəlmiş və işinə vicdanla yanaşmışdır. İşçinin 26 (iyirmi altı) ilə yaxın əmək stajı var, hazırda isə işsizdir. Özü isə 1993-cü ildən Qubadlı rayonundan məcburi köçkündür və müvəqqəti olaraq ailə üzvləri ilə birlikdə Bakı şəhərində məskunlaşmışdır. (əsas məcburi köçkün vəsiqəsi №196020 əlavə edilir). Bundan başqa iddiaçı eyni zamanda müharibə veteranıdır. (əsas Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 14 may 2016-cı il tarixli 057844 №li vəsiqə əlavə edilir). Himayəsində dörd övladı vardır. Heç yerdən gəliri yoxdur. Bütün bunlar barədə işlədiyi cavabdeh qurumun rəhbərliyinin də məlumatı var. Eyni zamanda, məhkəmənin diqqətinə çatdırırıq ki, iddiaçı işdən azad olunarkən onun işdə saxlanması məsələsi ümumiyyətlə müzakirə olunmamış, ona rəsmi şəkildə iş təklif edilməmişdir. Halbuki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 01 may tarixli 2130 nömrəli Fərmanı “əhaliyə göstərilən ilkin tibbi-sanitariya yardımının kefiyyətinin yüksəldilməsi və ilkin səhiyyə xidmətinə əlçatanlığın təmin edilməsi” məqsədi ilə verilmişdir. Lakin iddia ərizəsinə əlavə edilmiş Cavabdeh1n 15 noyabr 2023-cü il tarixdə “X28” X35 və “Bakı Baş Səhiyyə Mərkəzi” X35 ştatına və strukturuna əlavə və dəyişikliklərin edilməsi haqqında 18-1/3-2-1506/2023 saylı ərmi də məhz ölkə başçısının qeyd olunan Fərmanının icrası ilə əlaqədar qəbul edilməsinə baxmayaraq, cavabdeh bu imkandan sui-istifadə edərək, yeni yaradılmış “Cilov Ailə Sağlamlıq Mərkəzi” (Cilov ASM)də iddiaçının çalışdığı ştatın boş və vakant olmasına baxmayaraq onu işlə təmin etməmişdir. İddiaçıya bu boş qalmış vakan ştat hansı səbələrə görə işəğötürən tərəfindən təklif edilmədiyi hələ də bizdə sual doğurmaqdadır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 01 may tarixli 2130 nömrəli Fərmanında məqsəd işçilərin işdən çıxarılaraq işsiz qalması deyil, əksinə uzun illər tibb sahəsində çalışmış, peşəkar intizamlı işçilərin əhaliyə göstərilən ilkin tibbi-sanitariya yardımının kefiyyətinin yüksəldilməsi və ilkin səhiyyə xidmətinə əlçatanlığın təmin edilməsi olmalıdır. Nəzərə alsaq ki, qeyd olunan ərazi adadır, ora gediş gəliş yalnız helikopter və ya gəmi ilə olur, belə olan halda həmin yerdə ilkin tibbi xidmət əlçatan olmalıdır. Cavadeh isə bu Fərmandan öz məqsədlərinə uyğun şəkildə istifadə etmiş və iddiaçıya digər alternativ iş təklif etməmiş və boş qalmış ştata isə iddiaçını işə qəbul etməkdən müxtəlif bəhanələrlə yayınmaqdadır. Belə ki, bizdə olan məlumata görə hazırda “X28” X35 özündə Cərrahiyə Şöbəsində və X37 Şöbəsində boş ştat vahidləri mövcuddur. Onu da qeyd edirik ki, cavabdeh qurum tərəfindən burda da ayrıseçkiliyə yol verilmiş əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq məktubunu gec təqdim etmiş həkim vəzifəsində işləyən iddiaçıya xəbərdarlıq məktubunu Əmək Məcəlləsinin tələblərinə uyğun göndərməmişdir. İddiaçı isə haqlı olaraq ona qanuna zidd təqdim edilmiş xəbərdarlıq məktubu ilə razılaşmayaraq onu imzalamaqdan imtina etmişdir. Qeyd edilənlərdən görünür ki, cavabdehin ümumi işçilərinin sayında hər hansı cüzi azalmaya yol verilsə də iddiaçının həmin əsasla işdən çıxarılması tam qanunsuzdur. Bu cür əmək mübahisəsi ilə bağlı işlərdə sübutetmə vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Həqiqətən işçilərin sayının ixtisar edilməsinə zərurət yaranırsa və ixtisarı zəruri edən hallarla bağlı sübutlar təqdim edilməlidir. Göründüyü kimi, lakin cavabdeh qurumiddiaçını işdən azad edərkən bu halları araşdırmamış və nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16.4-cü maddəsinə əsasən ayrıseçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Cavabdeh tərəfindən qəbul edilən əmr tam qanunsuz və əsassızdır. İddiaçının hüquqlarının təmin olunması üçün məhkəmə tərəfində müvafiq qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bundan başqa, iddiaçı digər bir problemlə qarşılaşmışdır. Belə ki, iddiaçı işdən qanunsuz azad edildikdən sonra qeyd olunan məsələnin araşdırılması və prosessual müdafiə hüquqlarının bərpa edilməsi məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan vəkilə (X13) müraciət etmiş, həmin vəkil iddiaçı və digər bir neçə şəxsdən külli miqdarda pul mənimsəyərək onlara yardım edəcəyini, hətta işə bərpa edəcəyinə dair yalan vədlər vermişdir. Beləliklə də iddiaçının həmçinin digər şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətləri öz iradələrindən asılı olmayan səbəblərdən pozulmuşdur. Hazırda həmin işlə bağlı iddiaçı və digər zərərçəkmiş şəxslərin şikayəti həm Azərbaycan Respublikası Vəkillər Kollegiyasında, həm Pirallahı rayon prokurorluğunda və Pirallahı rayon Polis İdarəsinin İstintaq Şöbəsində icraatdadır. Bizdə olan məlumatlara görə artıq cinayət işi də başlanılmışdır. Bununla bağlı müvafiq sorğular verilmiş, hələlik cavabları əldə edilməmişdir. Həmçinin bizdə olan bütün sənədləri məhkəməyə təqdim edirik, digər sənədlərin və iş üzrə qəbul olunan qərarların əldə edilməsi üçün isə müvafiq cavablar əldə edildikdən sonra təqdim ediləcəkdir.Prosessual müddətləri uzatmamaq niyyətilə iddia ərizəmizi məhkəməyə ünvanlayırıq və icraata qəbul edildikdən və iş üzrə iclas təyin edildikdən sonra işin materiallarına əlavə ediləcəkdir. Yuxarıda qeyd olunan məsələ ilə bağlı araşdırma aparıldığından və hələ cinayət işi istintaq mərhələsində olduğundan iddiaçı prosessual müddətləri buraxmamaq və işi daha da uzatmamaq üçün qanunvericilikdə nəzərdə tutulan məhkəmədən əvvəl Mediasiya Təşkilatına müraciət etmişdir. Mediatorun bütün səylərinə baxmayaraq cavabdeh tərəfindən heç bir nümayəndə prosesdə iştirak etmək istəməmişdir. Bununla bağlı Bakı 2 saylı Mediasiya Təşkilatından xx.xx.2025-ci il tarixində ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış əldə edilmiş və həmin arayış hazırda iddia ərizəmizə əlavə edilmişdir. Göründüyü kimi, iddiaçının hazırki tələbinin həlli yalnız məhkəmə qaydasında mümkündür. Heç bir təqsiri olmadan uzun illərdir həkim adını layiqincə yerinə yetirən işçinin müddətsiz əmək müqaviləsinə xitam verilməsi və bu halın müəssisədə aktiv vakansiyanın olduğu halda edilməsi qanunvericiliyin tələblərinə zidd olmaqla bərabər iddiaçının da bir vətəndaş kimi hüquqlarının pozulması ilə nəticələnmişdir. Hesab edirik ki, cavabdehin iddiaçının əmək fəaliyyətinə xitam verilməsinə dair əmri tam qanunsuz və əsassızdır. Belə ki, fəaliyyəti müsbət qiymətləndirildiyindən iddiaçı dəfələrlə təriflər almış, başqa müəssisələrə əvəzə getmişdir. Fəaliyyəti dövründə heç bir ciddi nöqsana yol verməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Qeyd edilməlidir ki, əmək müqaviləsinin məcburi bağlanmasının qadağan edilməsi məcburi əməyin leqallaşdırılmasının qarşısını alır. Əməyin azadlığı əmək hüququnun əsas prinsiplərindən olmaqla Əmək Məcəlləsinin məcburi əməyin qadağan edilməsi adlı 17-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə əsasən, hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Məcburi əməklə bağlı qadağalar bir sıra beynəlxalq aktlarda - “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 8-ci maddəsinin üçüncü hissəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 4-cü maddəsinin 2-ci hissəsində, X12 (bundan sonra – BƏT) “Məcburi əmək haqqında” 1930-cu il və “İcbari əməyin ləğv edilməsi haqqında” 1957-ci il tarixli Konvensiyalarında da təsbit olunmuşdur. BƏT-in “Məcburi əmək haqqında” Konvensiyasının 2-ci maddəsinə görə, “məcburi və ya icbari əmək” dedikdə, hər hansı bir şəxsdən hər hansı bir cəza təhlükəsi altında tələb olunan, bunun üçün həmin şəxsin könüllü olaraq öz xidmətlərini təklif etmədiyi hər cür iş və ya xidmət başa düşülür. Məcburi əməyin qadağan edilməsi BƏT-in 18 iyun 1998-ci ildə qəbul etdiyi “Əmək sahəsində təməl prinsiplər və hüquqlar və onların reallaşdırılması mexanizmi haqqında” Bəyannaməsi ilə əmək münasibətlərinin tənzimlənməsində əsas prinsiplərdən biri olaraq qəbul edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası əmək hüquqlarını müdafiə edir (AR Konstitusiyasının 35-ci maddəsi). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını təmin edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 5-ci hissəsinə görə işdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərsə işəgötürən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (AR ƏMm.71). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin 6-cı hissəsində qeyd edilmişdir ki, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Ona görə də biz Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər» müddəalarına uyğun olaraq pozulmuş hüquqlarımın bərpa olunması tələbi ilə məhkəməyə müraciət edirik. Cavabdehin qanunsuz hərəkətləri və özbaşınalığı nəticəsində iddiaçının əmək hüquqları ilə yanaşı sosial hüquqları da pozulmuşdur. İddiaçı 26 il həmin tibb müəssisəsində həkim kimi işləməyinə, müddətsiz əmək müqaviləsi olmasına, məcburi köçkün statusunun olmasına və müharibə veteranı olmasına baxmayaraq, işində heç bir təqsiri olmasa belə - işdən əsassız olaraq azad edilmişdir. Lakin, hazırda həmin müəssisədə iddiaçıdan sonra işə düzələn həkimlər öz vəzifəsində işləməyə davam edir və bizdə olan məlumata əsasən hazırda həmin sahə üzrə aktiv vakansiyalar vardır. Eyni zamanda, cavabdehin rəhbərliyi qanunsuz şəkildə iddiaçı ilə bərabər bir neçə şəxsi də işdən çıxararkən onlara öz xahişləri ilə işdən çıxmalarına dair yazılı ərizələr imzalatdırmışdır. Lakin, iddiaçı heç bir yerə imza etməmişdir. Qeyd olunan məsələ ilə bağlı iddiaçı müddətləri keçirmədən hüquqlarının müdafiəsi ilə bağlı vəkil ilə müqavilə bağlamış, lakin həmin vəkil də (X13) iddiaçının inamından sui-istifadə edərək dələduzluq etdiyi üçün barəsində cinayət işi açılmışdır. Qeyd olunan səbəbdən iddiaçının məhkəməyə müraciət etməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddət, iddiaçının təqsiri ucbatından buraxılmadığından həmin müddət üzürlü hesab edilərək bərpa edilməli və iddia ərizəmiz baxılması üçün icraata qəbul edilməlidir. Qeyd edilənlərə əsasən hesab edirik ki, göstərilən hüquq normalarına uyğun olaraq məhkəmədən cаvabdeh Cavabdeh1 hüquqi şəxsin “X28” X11 verilmiş 12 mart 2025-ci il tarixli 18-1-16/3-1- 308/2025 nömrəli əmrin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və 12 mart 2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh olunanlara və Аzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 149 və 150-ci maddələrinin müddəalarını rəhbər tutaraq, məhkəmədən XAHİŞ EDİRİK; Cаvabdeh Cavabdeh1 hüquqi şəxsin “X28” X38 tərəfindən verilmiş12 mart 2025-ci il tarixli 18-1-16/3-1-308/2025 nömrəli əmrin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və 12 mart 2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının iddiaçıya ödənilməsi barədə yekun məhkəmə aktı (qətnamə) çıxarasınz. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndələri X27 və X7 hər biri ayrılıqda iddianı etiraf etmədi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. xx.xx.2025-ci il tarixdə cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X38 və “X28” X21rşı “işə bərpa və məcburi iş buraxmaya görə pul tələbinə” dair iddia Ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsi üzrə e- 2(094)-354/2025 saylı iş Sizin icraatınızdadır. Bildirirəm, “X28” X35 12 mart 2025-ci il tarixli 18-1-16/3-1-308/2025 nömrəli əmrinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin, iş materiallarından göründüyü kimi şəxs xx.xx.2025-ci tarixində mediasiyaya müraciət etmiş və xx.xx.2025-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Şəxsin işdən çıxarıldığı tarix ilə mediasiya və məhkəməyə müraciət etdiyi tarix arasında təxminən 6 aylıq müddət mövcuddur ki, bu da 1 aylıq müddətin ötməsinə səbəb olmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində qeyd olunur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, Mülki Məcəllənin 375.2ci maddəsini rəhbər tutaraq, iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil etiraz təqdim edərək, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə etiraz etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı hüquqlarının müdafiəsi üçün vəkil X8 etibarnamə vermişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, Alıyev X20 regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə X8 verilmiş etibarnayə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan şikayətdən görünür ki, İddiaçı “vəkilin qanunsuz hərəkətləri (cinayət hadisəsi) barədə şikayətlə müvafiq dövlət orqanlarına müraciət etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X14 və qeyriləri ərizə ilə Pirallahı rayon prokurorluğuna müraciət edərək, vəkil X4 etibardan sui-istifadə və aldatma yolu ilə onların ümumilikda 15000 manat məbləğində pulunu ələ keçirdiyini, habelə Pirallahı rayon məhkəməsinin adından saxta qarar hazırladığını bildirmiş, kollektiv müraciət əsasında Pirallahı rayon prokurorluğunda araşdırma aparılmışdır. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü vəkil X13 özgə əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib, bu niyyətini həyata keçirmək üçün X19 Çilov bölümünün bağlanması ilə əlaqədar İşsiz qalan şəxslərin işə bərpa edilməsi və Çilov bölümünün bağlanması barədə əmrin ləğv edilməsi üçün məhkəməyə müraciət edib lehinə qərar çıxarıdıracağı barədə yalan vədlər verərək mediasiya prosesinda iştirak etmədən, eləcə də məhkəməyə müraciət etməyib Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə i sy ərzində müraciət edilməsi müddətini ötürərək, 2025-ci ilin mart ayında X17 1200,0 manat, X5 1500,0 manat, X15 1667,0 manat, X9 1500,0 manat, X6 500,0 manat, X3 1500,0 manat olmaqla, ümumilikdə 7867,0 manat məbləğində pulu vahid niyyatla ala keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi müəyyən olunmuşdur. Buna görə də X4 etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə vətəndəşların ümumilikdə 7867,0 manat olmaqla xeyli miqdarda əmlakını ələ keçirməsi faktına görə Azarbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanması, Cinayət işi ibtidai istintaqın aparılması üçün istintaq aidiyyəti üzrə Pirallahı RPİ-nin İB-nə göndərilməsi, Qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan 250136004N-li cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaq aparılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli şikayətin məzmununda qeyd edilmişdir ki, biz X19 Çilov adasında yerləşən Təcili Təxirəsalınmaz və Təcili Yardım şöbəsindən qanunsuz olaraq 2025-ci il mart ayında İşdən çıxarılmışıq. Müvafiq məsələ fərdi əmək mübahisəsi yaratdığı üçün məhkəməyə müraciət etmə qərarı almışdıq. Bu halla bağlı vəkilə ehtiyacımız olduğu üçün X10 müraciət etdik. Mübahisə predmeti ilə bağlı Nərimanov rayonunda yerləşən Cavidanın kabineti kimi təqdim edilən kabinetdə (özü belə təqdim edib, lakin sonradan bəlli olur ki, kabinet ona məxsus deyildir.) biz 10 nəfər iddiaçılar Cavidanla görüşdük. Bu barədə müzakirələr etdik. Bildirdi ki, əlaqələri geniş olduğu üçün mübahisəni 100 faiz bizim xeyrimizə həll edə bilər. Bunun müqabilində 10 nəfərdən ümumilikde 20000,0 manat hüquqi yardım göstərilməsinə göre haqq istədi. Biz bu məbləğin 15000,0 manatını ödedik, 5000,0 manatını isə işin sonunda ödəyəcəyimizə dair söz verdik. 15000,0 manat məbləğin yarısını kartla, yarısını isə nağd ödədik. Bununla bağlı hər hansı müqavilə bağlamadıq. Sadəcə mobil notariat tətbiqindən vəkil etibarnaməsi təqdim etdik. C.Osmanlı məsələ ilə elaqədar olaraq ilkin mediasiya sessiyası üçün mediasiya təşkilatına müraciət etməli olduğunu qeyd etdi. Bir müddət sonra mediasiya sessiyasında iştirak etdiyini və "İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi ilə bağlı arayış aldığını, Pirallahı Rayon Məhkəməsinə müraciət edəcəyini bildirdi. Habelə bununla eyni zamanda TƏBİB-in qərarının qanunsuz olduğu halı ilə bağlı şikayətçilər adından Bakı İnzibati Məhkəməsinə də müraciət edəcəyini dedi (Çilov adası əhalisi adından). C.Osmanlı ilə bundan sonra mütəmadi olaraq əlaqə saxladıqda hazırda işin Pirallahı Rayon Məhkəməsinin icraatında olduğu və davam etdiyi bildirilirdi. İşə baxan hakim ise onun bildirdiyinə görə Faiq Qasımov idi. Cavidandan məhkəmənin nəticəsinin necə olduğunu dəfələrlə soruşduqda narahat olmayın, hakimlə danışmışam iş artıq sizin xeyrinizə həll olunacaqdır deyilirdi. Məsələdən narahat olduğumuz üçün İddiaçıların adından başqa hüquqşünasın köməyi ilə E-məhkəmə sisteminə daxil olduq ki, İşin hazırda hansı durumda olduğunu öyrənək. Lakin sayta giriş etdikdə heç bir iddiaçının adında mülki məhkəmə işi olduğu barədə məlumat tapa bilmədik. Bununla bağlı yanlışlıq ola biləcəyini güman etdiyimiz üçün Pirallahı Rayon Məhkəməsinə qaynar xətti vasitəsilə zəng etdik. Məhkəmədən bizə bildirildi ki, sizin hər hansı bir iddianız məhkəməyə daxil olmamışdır. Məsələ ilə bağlı Cavidanla əlaqə saxladıqda o qeyd etdi ki, mən özüm gizli şəkildə iş gördüyüm üçün e-məhkəmədə müvafiq işlərin görülməməsi normaldır. Özüm məhkəməyə tapşırıq vermişəm ki, işlə bağlı heç kimə məlumat verilməsin (dediyinə görə guya bərk-bərk tapşırıq verib məhkəməyə). Biz bununla bağlı yenə məhkəməyə müraciət etdikdə bildirildi ki, vəkil yalan danışır və məhkəmənin adından istifade edir. Vəkillər Kollegiyasına şikayət etməyimizi məhkəmə əməkdaşı bildirdi. Cavidana bu barədə biz yenidən müraciət etdikde yeniden görüş təşkil edəcəyini bildirdi. Sonra isə zənglərimizə cavab vermədi. Bir müddət sonra Cavidanın "ofisində" görüş təşkil edildi, bizdə iştirak etdik. O, bildirdi ki, qətnamələr hazırdır. Biraz səbirli olun iyun ayının sonlarına təqdim olunacaqdır. Biz iyun ayının sonunu gözlədik və yenidən Cavidanla görüşdükdə qətnamənin artıq çıxdığını bildirdi və bizə onu gösterdi. Müvafiq qətnamədə Pirallahı Rayon Məhkəməsinin adı, Azərbaycan Respublikasının Dövlət Gerbi və qətnamənin elektron imzlandığı barədə QR kod əks olunurdu. Bu qətnaməni biz şikayətçilərin 7 nəfəri gördü. Cavidan bildirdi ki, mən qətnaməni bu gün sizə təqdim etməyəcəyəm. Qarşı tərəfə məhkəmə tərəfindən çatdırıldıqdan sonra mən qətnaməni sizə təqdim edəcəyəm. Habelə əlavə olaraq bildirdi ki, mən elə bir variant edəcəm ki, qərar onlara gec teqdim olunsun və onların şikayət müddəti çox az qalsın (biz sonradan Öyrəndik ki, AR MPM-ə görə qətnamə təqdim olunduqdan bir ay sonra ondan şikayət vermə hüququ olur. Bu məsələdə də bizə kələk gəldiyi aşkar oldu). Bundan sonra qətnamənin təqdim olunması üçün Cavidana müraciət etdikdə o xx.xx.2025-ci il tarixdə bizə qətnamənin təqdim olunacağını bildirdi. Lakin həmin gün bizimlə görüş təşkil etmədi, görüşü təxirə salaraq iyulun 30-na, sonra iyulun 31-nə görüş təyin etdi. Qətnaməni təqdim etmədiyi təqdirdə özünə hətta söyüş də söydü. Lakin 31 iyulda Cavidanla dəfələrlə əlaqə saxlamağımıza baxmayaraq görüşdən imtina etdi va vaxtı olmadığını bildirdi. Bu barədə şikayət edəcəyimizi bildirdikdə kimə istiyirsiz şikayət edin, mən həmin quruma qətnamələri təqdim edəcəyəm. Əgər 31 iyulda qətnamələri təqdim etməsəm sizinlə bərabər prokurorluğa gedib heç bir iş görmədiyimi və sizə qarşı dələduzluq etdiyimi və ödədiyiniz 15 min manat məbləği mənimsədiyimi etiraf edəcəyəm. Qeyd edək ki, yuxarıdaki hallarla bağlı səs yazıları mövcuddur və şahid ifadələri ilə təsdiq edilə bilər. Ümumiləşdirsək Cavidanın məsuliyyətə səbəb olan aşağıdakı hərəkətlərinin sübutlara (Ses yazısı və ifadeler) təsdiq olunmaqla mövcud olduğunu qeyd edə bilərik:1. Hüquqi yardımla bağlı müqavilə bağlamadan bizden nağd qaydada 15 min manat pul almışdır. 2. 10 nəfər iddiaçının etibarından və vəkillik peşəsinin nüfuzundan istifadə edərək məhkəməyə müraciət edəcəyini vəd etmiş ve nəticədə məhkəməyə müraciət etməmişdir. 3. Məhkəmənin, hakimin, hakim köməkçisinin adından qanunsuz istifadə etmiş, onlara qanunsuz şəkildə təsir edəcəyini bildirmiş ve İşin xeyrimizə hell ediləcəyi barədə vədlər vermişdir. 4. Ali Məhkəmədə adamlarının olduğunu bildirmiş və işi xeyrimizə həll edəcəyi barədə söz vermişdir. 5. İşi 100 faiz, mütləq şəkildə lehimizə həll edəcəyini bildirmişdir. 6. Saxta sənəd, yəni məhkəmənin adından qətnamə hazırlamışdır və bunu bizə göstərmişdir. Müvafiq qətnamənin təqdim ediləcəyi barədə söz vermişdir. Qətnaməni Pirallahı Rayon Məhkəməsinin əməkdaşı Ülvi adlı şəxslə hazırladığını bildirmişdir. 7. Bizim işlə bağlı məhkəmə proseslərində İştirak etdiyini bildirmişdir (Məhkəmə təsdiq etmir). 8. Pirallahı Rayon Məhkəməsinin Dəftərxana müdirinə 200-300 manat pul verdiyini bildirmişdir. Pul verilməsinin əsası və səbəbi kimi qətnamənin tərəflərə tez təqdim olunması göstərilmişdir. Xahiş edirik, X13 barəsində məsuliyyət tədbirləri (cinayət, mülki, intizam məsuliyyət tədbirləri) həyata keçirəsiniz və bizə dəymiş maddi zərərin ödənilməsinə köməklik göstərəsiniz. İş materiallarında olan X4 xx.xx.2025-ci il tarixli ifdəsinin məzmunuda qeyd edilmişdir ki, “Mənə verilən suallara cavab olaraq bildirirəm ki, mən yuxarıda qeyd olunan ünvanda yəni Bakı şəhəri Yasamal rayonu Məmmədzadə 105 A ünvanında yaşayıram. 2025-ci ilin təxminən mart ayında Abdullasoy Təbriz mənimlə telefon əlaqəsi saxlayaraq qanunsuz işdən çıxarılması ilə bağlı müraciəti olduğunu və bununla bağlı görüşmək istədiyi qeyd etdi. Mən Nərimanov metro stansiyası yaxınlığında Təbriz ilə görüşdüm. Görüş zamanı onun yanında bir nəfər də var idi. Görüş zamanı onlar mənə Cilov adasında yerləşən tibb bölməsinin bağlandığını və onları oradan qeyri qanuni çıxarıldığnı mənə bildirdilər. Mən onlara bunun üçün məhkəməyə müraciət etmək lazım olduğunu qeyd etdim.Hüquqi yardım göstərilməsi üçün xidmət haqqı olaraq 7300 manat lazım olduğunu qeyd etdim.Təxminən 10 gün sonra Təbriz deyilən məbləği mənim kart hesabıma yəni 7300 manat pul göndərdi. Həmin şəxslər mənə etibarnamə verdilər və mən onların hər biri ilə müqavilə bağladım. Müqavilə bağlandıqdan sonra mənə mediasiyaya mürtaciət etdim. Mediasiyada iş vətəndaşlara oxşar iş təklifləri olduğu və barışa biləcəkləri üçün gecikdi. Sonra həmin şəxslər pullarını məndən geri istədilər. Mən həmin şəxslərin pulların geri qaytardım. Sual: Zərərçəkmiş şəxslər sizin onlardan işin həlli üçün ümumilikdə 20000 manat lazım olduğunu bildirdiyinizi qeyd edir.Bu barədə nə deyə bilərsiniz? Cavab:Bildirirəm ki zərərçəkmiş şəxslər yalan danışır mən 20000 manat deyil 6 nəfərə hüquqi yardım üçün 7300 manat xidmət haqqı almışam. Sual:İfadənizə əlavəniz varmı? Cavab: İfadəmə əlavəm yoxdur düzgün yazılıb düzgünlüyünü imzamla təsdiq edirəm.” İş materiallarında olan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin xx.xx.2025-ci il tarixli 1632 saylı məktubundan görünür ki, Rəyasət Həyəti tərəfindən vəkil C.İ.Osmanlının Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması ilə bağlı məhkəmayə müraciət edilməsi qərara alınmış və iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək onun vəkillik fəaliyyəti dayandırılmışdır. Məhkəmə iddiaçını və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək və işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olmaqla, aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh1n xx.xx.2023cü il tarixli “X26” X35 və “Bakı Baş Səhiyyə Mərkəzi” publik şəxsin ştatın və strukturuna əlavə və dəyişiklik edilməsi haqqında əmrin surətindən görünür ki, 1.BBSM-in 45 nömrəli Şəhər Poliklinikasının “Pirallahı həkim məntəqəsi" BBSM-in strukturunda ləğv edilsin və PTM-in struxtununə verilsin.
2. “Pirallahı həkim məntəqəsi"nin bazasında və mövçud ştat vahidləri hesabına PTM-in strukturunda, ünvan 2 ünvanda "Pirallahı Ailə Sağlamlıq Mərkəzi" (Pirallahı ASM) yaradılsın.
3. BBSM-İin 45 nömrəli Şəhər Poliklinikasının"Cilov həkim məntəqəsi" BBSM-in strukturunda ləğv edilsin.
4. PTM-n "Cilov bölməsi” PTM-in strukturunda ləğv edilsin və "Cilov bölməsinin bazasında və mövcud ştat vahidləri hesabına PTM-in strukturunda, Cilov qəssbəsi ünvanında “Cilov Ailə Sağlamlıq Mərkəzi” (Cilov ASM) yaradılsın.
5. PTM-ın ştat vahidlərinə "Direktorun ilkin səhiyyə xidmətləri üzrə müavini" vəzifəsinin əlavə edilməsi, habelə bu əmrin 1 nömrəli əlavəsinə uyğun olaraq PTM-in və BBSM-in strukturuna müvafiq dəyişikliklərin ədilməsi TƏBİB-in İnsan resusları departamentinin rəhbəri tərəfindən təmin edilsin.
6. Pirallahı ASM və Cilov ASM-in cihaz və avadanlıqlarla təchiz edilməsi TƏBİB-in Resursların idarə olunması departamentinin rəhbərinə tapşırilsin.
7. Bu əmrdən İrəli gələn maliyyə məsələlərini təmin edilməsi TƏBİB-in Maliyyə departamentinin rehbərinə tapşırılmışdır.
8. Pirallahı ASM və Cilov ASM-if fəaliyyətinin təmin edilməsi ilə əlaqədar müvafiq olaraq PTM-in və BBSM-in rəhbərlərinə tapşırılsın. 8.1 Pirallahı ASM və Çilov ASM-in əmək fəaliyyətini icra edəcək əməkdaşlarla əmək qanunvericiliyinə əsasən əmək münasibəllərinin tənzimlənməsini təmin etsinlər. 8.2. Pirallahı ASM və Cilov ASM-in maddi-texniki techizatını, kommunal xidmətlerlə bağlı xərclərini və digər zəruri ehtiyaclarını təmin etsinlər. 8.3. bu əmrdən irəli gələn diger məsələləri həll etsinlər.
9. TƏBİB-in aidiyyəti struktur-bölmələrinin, PTM-in və BBSM-in bu əmrlə tanış edilməsi Müraciətlərlə iş departamentinin rəhbərinə tapşırılsın.
10. Əmrin icrasına nəzarət TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilova həvalə edilsin. İş materiallarında olan Bakı 2 saylı Mediasiya təşkilatının MSB/2-0847 N-li, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, “X28” X35 nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən X19 (Cilov bölməsi üzrə) daxili əvəzçilik Cərrahiyyə şöbəsinə həkim ümumi cərrah vəzifəsinə (0,5 ştat vahidi) qəbul edilmişdir. İş materiallarında olan 12 mart 2025-ci il tarixli 18-1-16/3-1-308/2025 saylı “İddiaçının əmək müqaviləsinə xitam verilməsi haqqında" əmrin məzmununda qeyd edilmişdir ki, “1. ünvan 4 ünvanında yerləşən “X28” X35 TTTY şöbəsində (Çilov bölməsi üzrə) təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsində çalışan İddiaçı ilə bağlanmış 036BFBM000208 nömrəli əmək muqaviləsinə xx.xx.2025-ci il tarixindən xitam verilsin. 2.Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətinə görə 13,31 təqvim günü ödənilsin və işçi ilə son haqq-hesab aparılsın. 3.AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən işçiyə "X28” PHŞdə bir ildən beş ilədək əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 1,4 misli miqdarında işdənçıxarma müavinəti ödənilsin. 4.İddiaçı son haqq-hesabı, əmək kitabçası və həmin əmrin surəti AR Əmək Məcəlləsinin 83 maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilsin.” İş materiallarında olan xx.xx.2025-ci il tarixli məktubun məzmununda qeyd edilmişdir ki, Sizin əmək münasəbətləri haqqında xx.xx.2025-ci il tarixli müraciətinizə Cavabdeh1 X43də (TƏBİB) adiyyəti üzrə baxılmışdır. Bildiririk ki, TƏBİB-in İcraçı direktorunun 15 sentyabr 2023-cü il tarixli əmri də “Bakı Baş Səhiyyə Mərkəzi” X35 tabeliyində olan Pirallahı həkim məntəqəsinin bazasında “Pirallanı Ailə Sağlamlıq Mərkəzi” və Çilov həkim məntəqəsinin, həmçinin “X28" X35 tabeliyində olan Çilov bölməsinin bazasında "Çilov Ailə Sağlamlıq Mərkəzi" yaradılmışdır. Belə ki, Çilov adasında əhalinin ehtiyacları nəzərə alınmaqla keyfiyyəti və əlçatan tibbi xidmətin təxmin, olunması istiqamətində müvafiq işlər görülməkdədir. Əlavə olaraq qeyd edirik ki, struktur dəyişikliyi ilə əlaqədar olaraq İşçilərin əmək münasibətləri Azerbaycan Respublikasının Əmək Məcəlləsinə və digər aidiyyəti qanunvericilik aktlarına uyğun olaraq tənzimlənir. Qeyd etdeyiniz digər məsələ ilə bağlı bildiririk ki, TƏBİB-ini İcraçı direktorunun vətəndaş qəbulu növbəlik prinsipinə əsasən aparılır. Müraciətiniz nəzərə alınaraq, növbəti aylarda Qəbulda iştirakınız, nəzərdə tutula bilər. Nəzərə almağınızı xahiş edirik. İş materiallarında olan xx.xx.2025, xx.xx.2025, xx.xx.2025-ci il tarixli məktubun məzmununda qeyd edilmişdir ki, “Bildiririk ki, “X28” PHŞ-nin strukturuna daxil olan Çilov adası bölməsində hazırda 103 nəfər işçi çalışır. Onlardan 12 nəfəri ali tibb həkim ixtisaslı, 19 nəfəri orta tibb ixtisaslı, 72 nəfəri isə qeyri-tibb peşə və vəzifələrdə çalışır. Qeyd edirik ki, adada yaşayan əhalinin sayının az olması və 28 May NQÇ-nin müasir tipli xəstəxanasının olması səbəbindən son 1 il ərzində Çilov adası bölməsində çalışan ümumi işçilərin 80%-nin heç bir əmək funksiyası qeydə alınmamışdır. Tibbi xidmətin optimallaşdırılması, əhaliyə göstərilən ilkin tibbi-sanitar yardımın yüksəldilməsi və ilkin səhiyyə xidmətinin əlçatanlığının təmin edilməsi məqsədilə Cavabdeh1n 15 sentyabr 2023-cü il tarixli 18-1-/3-11506/2023 nömrəli əmrinə əsasən 18 dekabr 2024-cü il tarixində “X28” PHŞnin Çilov adası bölməsi müəssisənin strukturundan ləğv edilmiş, “X28” PHŞnin strukturunda 43 ştat vahidindən ibarət “Çilov Ailə Sağlamlıq Mərkəzi” (Çilov ASM) yaradılmışdır. Yeni ştat cədvəlinə əsasən hazırda adada çalışan 103 nəfər işçidən 36 nəfəri peşə və vəzifələrinə uyğun olaraq Çilov ASM-də, 30 nəfəri “X28” PHŞ-nin Pirallahı adasında yerləşən əsas binasında ixtisas və peşələrinə uyğun vəzifələrdə, 37 nəfəri ixtisaslarına uyğun TƏBİB tabeli digər tibb müəssisələrində yerləşdirilməsi və 1 nəfərin əmək müqaviləsinə xitam verilməklə Çilov ASM yaradılması nəzərdə tutulmuşdur. İş materiallarında olan Həmkarlar İttifaqı Komitəsi PTM HİK-nin xx.xx.2025-ci il tarixli 48 saylı protokolundan çıxarışın surətindən görünür ki, PTM Həmkarlar İttifaqı Komitəsi Azərbaycan Respublikası Əmək Məcəllənin 79-cu maddəsinin tələblərini yerinə yetirməklə, X19 Çilov adası bölməsində xitam verilməsi nəzərdə tutulmuş işcilərin hər birinə həssaslıqla yanaşmaqla onların yaşayiş yerlərinə yaxın ərazilərdə (TƏBİB tabeli müəsisələrdə) ixtisaslarına uyğun işlə təmin edilməsi tədqirdə qeyd olunan məsələyə etiraz etmir. İş materiallarında olan İddiaçıa ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçıa Yeni ştat cədvəlinə əsasən “təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim” ştat vahidi ixtisar edilməsi, onunla bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xəbərdarlığı aldığı tarixdən 4 təqvim həftəsi sonra xitam veriləcəyi, Xəbərdarlıq müddəti (bu xəbərdarlığın sizə təqdim olunması tarixindən sizinlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi tarixi arasındakı müddət) ərzində iş axtarmağınıza imkan yaradılması məqsədilə, siz əmək haqqınız saxlanılmaqla hər iş həftəsində bir iş günü əmək funksiyanızın icrasından azad edilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, Sizə X28 PHŞ-də 3 il, 3 ay əmək staiınız olduğuna görə, orta aylıq əmək haqqınızın 1.4 misli miqdarında işdənçıxarma müavinəti ödəniləcəkdir. Xəbərdarlıq müddəti ərzində ixtisasınıza uyğun olan iş yeri müəyyən edilərsə, Sizə bu barədə əlavə məlumat veriləcəkdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən X19 (Cilov bölməsi üzrə) daxili əvəzçilik Cərrahiyyə şöbəsinə həkim ümumi cərrah vəzifəsinə (0,5 ştat vahidi) qəbul edilmişdir. X28” X35 ştat cədvəlinə əsasən Ştat vahidi ixtisar edildiyinə görə İddiaçı əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 - ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən ləğv edilmişdir. Azərbaycan Respublikasının 70-ci maddəsinin “b” bəndinə görə əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində göstərilən əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır. Bunu AR Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsi tələb edir. Lakin işəgötürən həmkarlar ittifaqı təşkilatının razılığını alınmayıb. Belə ki, “Həmkarlar ittifaqları haqqında” Qanunun 1-ci maddəsində qeyd olunub: “Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin ... əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün ... birləşdiyi ... müstəqil ictimai, qeyrisiyasi təşkilatdır”. Göründüyü kimi, həmkarlar ittifaqı “işçilərin birləşdiyi təşkilat” kimi xarakterizə olunur. Həmin Qanunun 11-ci maddəsində isə qeyd olunub ki, həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir. İşçi həmkarlar ittifaqı təşkilatına ona görə üzv olur ki, əmək müqaviləsinin ləğvi zamanı öz həmkarları tərəfindən müdafiə olunsun. Odur ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsində “həmkarlar ittifaqı təşkilatının razılığı” deyildikdə həmkarlar ittifaqı təşkilatının bütün üzvlərinin yığıncağında verilmiş razılıq nəzərdə tutulur. - Razılıq qərarda deyil, protokoldan çıxarışla ifadə olunub. Bu, qanunvericiliyə ziddir. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinin üçüncü cümləsində qeyd olunub: “Həmkarlar ittifaqı təşkilatı ... özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir”. Göründüyü kimi, “əsaslandırılmış yazılı qərar” ifadəsindən istifadə olunub. Qərar tələb edilməsinin səbəbi isə onunla bağldır ki, həmkarlar ittifaqı təşkilatı kollegial qurumdur, kollegial iradə qərarda ifadə olunur. Beləliklə, əmək müqaviləsi həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan ləğv edildiyinə görə, əmr qanunsuzdur. Məhkəmə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə əmr ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmalı və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, “X28” X43 tərəfindən verilmiş 12 mart 2025-ci il tarixli 18-1-16/3-1-308/2025 nömrəli əmri ləğv edilməli, İddiaçı işə bərpa edilməli və məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı ona ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə T E T D İ:
İddia təmin edilsin. “X28” X43 tərəfindən verilmiş 12 mart 2025-ci il tarixli 18-1-16/3-1-308/2025 nömrəli əmri ləğv edilsin. İddiaçı işə bərpa edilsin və məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı ona ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Faiq Qasımov