Məhkəmə qərarları › İş №e-2-1(120)-730/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-730/2023

07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № e-2-1(120)-730/2023 07.03.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər idarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2022-ci il tarixli, **********146300 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiasına Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2022-ci il tarixli, **********146300 saylı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin 29 noyabr 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı fərdi sahibkarlıq fəaliyyəti ********** saylı VÖEN-ə malik olmaqla dövlət qeydiyyatına alınmışdır. İddiaçı əsas fəaliyyəti müxtəlif növ malların idxalının, eyni zamanda pərakəndə satışının təşkilindən ibarətdir.Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi İddiaçı fəaliyyətini yoxlamaq üçün kameral vergi yoxlaması keçirtmişdir. Bütün tələb olunan sənədlər təqdim edilsə də, cavabdeh vergi orqanı tərəfindən keçirilmiş kameral vergi yoxlamasının nəticəsi kimi qeyd olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə 2021-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsi üzrə aparılan araşdırma zamanı vergi orqanında olan uçot baza məlumatlarına kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı tərəfinizdən xx.xx.2021 -ci il tarixdən xx.xx.2021 -ci il tarixədək olan dövrüzrə 359087,22 (ƏDV-siz) manat dəyərində mal idxal edildiyi halda, malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında fərq yaranması vergidən yayınma halı müəyyən edilmişdir. Belə ki, idxal olunmuş malların gömrük dəyəri 359087,22 manat olduğu halda invoys dəyəri 161787,7 manat təşkil etdiyindən nəticədə 197299.52 manat gəlir olmaqla 39459.90 manat vergi məbləği üzrə kənarlaşma yaranmışdır.Cavabdeh 2021-ci il üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği müəyyən edərək 31.552,96 (otuz bir min beş yüz əlli iki manat, doxsan altı qəpik) AZN məbləğində vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********146300 saylı Qərar qəbul etmişdir. Cavabdehin qəbul etdiyi qərar qanunsuz və əsassızdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş gömrük bəyannamələrindən müəyyən edilir ki, idxal edilmiş malların invoys dəyəri 161.787,74 (yüz altmış bir min yeddi yüz səksən yeddi, yetmiş dörd) manat təşkil edir. Həmin mallar pərakəndə qaydada nəzarət kassa aparatına mədaxil edilməklə müştərilərə təqdim edilmişdir. Malların satışından ƏDV-siz 201.322,40 manat gəlir əldə edilib. Göründüyü kimi iddiaçı hesabat dövrü ərzində 39.534,66 manat mənfəət əldə etmişdir. Qeyd edilənlər 2021-ci ilin gəlir vergisi bəyannaməsində əks etdirilsə də, cavabdeh vergi orqanı tərəfindən əsassız olaraq heç bir qanuna əsaslanmayan rəqəmlər müəyyən edilərək əlavə vergi hesablanmışdır. Məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, cavabdeh vergi orqanı idxal edilən malların uçotunun invoys (faktiki) dəyərlə aparılmasını tələb edir. Həmin mallar idxal edilərkən gömrük orqanı tərəfindən müəyyən edilən statistik dəyərdən 64.635,70 manat ƏDV tutularaq dövlət büdcəsinə ödənilmişdir. Aydındır ki, ƏDV dövlətə ödənilən vergidir. Onun yığımı ilə həm gömrük, həm də vergi orqanları məşğul olur. Odur ki, ödənilmiş ƏDVnin iddiaçı tərəfindən tam həcmdə əvəzləşdirilməsi hüququ vardır. Vergi orqanı qanunvericiliyə əsaslanmadan iddiaçıya hesabat ili üzrə əvəzləşdirilən ƏDV-nin hesablanan ƏDV-dən artıq olduğunu kənarlaşma kimi hesab edərək 2021-ci ilin dekabr ayına əlavə vergi hesablamışdır. Bildirmək istərdik ki, artıq əvəzləşdirmə termini heç bir qanunvericilikdə mövcud deyildir. Həm də, nəzərə alınmalıdır ki, iddiaçı yalnız gömrükdə ödədiyi ƏDV-ni əvəzləşdirmişdir, hansı ki, iddiaçının hüququdur. Malların mədaxili isə invoys dəyəri ilə uçota alındığı üçün təbii ki, ticarət əlavəsi həmin dəyərə tətbiq edilmişdir. Vergi və gömrük orqanlarının müxtəlif qaydalarla işlədiyi üçün yaranan problemə görə vergi ödəyicisinə qanunsuz olaraq cavabdeh vergi orqanı tərəfindən 2021-ci ilin dekabr ayı üçün qanunsuz kameral qaydada əlavə vergi məbləği hesablanmışdır.Göründüyü kimi idxal edilən malların invoys dəyəri 161.787,74 (yüz altmış bir min yeddi yüz səksən yeddi, yetmiş dörd) manat təşkil edir. Lakin gömrük orqanı heç bir sübut olmadan idxal edilən malların gömrük dəyərini 359087,22 (ƏDV-siz) manat müəyyən etmişdir. Hal-hazırda isə cavabdeh vergi orqanı əsassız olaraq müəyyən edilmiş gömrük dəyəri əsasında vergi hesablayır. Bununla bağlı tərəfimizdən dəfələrlə cavabdeh orqana müraciətlər və şikayətlər olunsada cavabdeh vergi orqanı buna heç bir məhəl qoymadan öz mövqeyində qalmışdır. Məhkəmənin diqqətinə çatdırırıq ki, cavabdehin mövqeyi heç bir qanuna əsaslanmayan şəxsi fikirlərdir. Halbuki qanunvericiliyin tələbinə əsasən bütün ziddiyyətli və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir.Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur.Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 121.1-ci maddasinə əsasən. Müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir.Göründüyü kimi bütün lazımı məlumatları və sənədləri cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi əldə etmədən, qanuna müvafiq araşdırma aparmadan, əsassız və qanunsuz olaraq vergi qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq mənfəət vergisi hesablamışdır.Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, cavabdeh tərəfindən qəbul edilmiş vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********146300 saylı qərarı ləğv edilməlidir. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.AR İPM-nin 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikasının İPM-nin 32-ci maddəsinə əsasən, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********146300 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı (VÖEN **********) cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinə (bundan sonra - İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İdarə tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********146300 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İdarə aşağıda qeyd olunan səbəblərə görə iddia tələbi ilə razılaşmır və onu əsassız hesab edir. Belə ki, İddiaçı tərəfindən xx.xx.2021 -ci il tarixdə 2021-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsi üzrə vergi orqanında olan uçot baza məlumatlarına əsasən kameral vergi yoxlaması ilə araşdırma aparılmışdır. Araşdırma zamanı İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə 359087,22 (ƏDV-siz) manat dəyərində mal idxal edildiyi halda, malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında fərq yaranması vergidənyayınma halı kimi müəyyən edilmişdir.İdxal olunmuş malların gömrük dəyəri 359087,22 manat olduğu halda invoys dəyəri 161787,7 manat təşkil etdiyindən nəticədə 197299.52 manat gəlir olmaqla 39459.90 manat vergi məbləği üzrə kənarlaşma yaranmışdır (197299,52*20%=39459,90). Yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********978700 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir.Vergi ödəyicisi tərəfindən kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan təsdiqedici sənədlərin vergi orqanına təqdim edilməməsi səbəbindən yaranmış kənarlaşma kameral vergi hesablaması nəticəsində aradan qaldırılmış və həmin hesablama barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********985300 saylı Qərar təqdim edilmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə dəqiqləşmiş bəyannamə təqdim edilərək hesablanmış 31552,96 manat vergi məbləği azaldıldığı üçün, xx.xx.2022-ci il tarixli **********375800 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan təsdiqedici sənədlərin vergi orqanına təqdim edilməməsi səbəbindən yaranmış kənarlaşma kameral vergi hesablaması nəticəsində aradan qaldırılmış və həmin hesablama barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********146300 saylı Qərar təqdim edilmişdir. Vergi Məcəlləsinin: 16.1.1 -ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmağa, həmin Məcəllənin 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.0.1 -ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72- ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1 -ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1 -ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir.Göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının Vergi Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq (əlaqəli məlumatlardan istifadə etməklə) vergiləri hesablamaq hüququ vardır. 59.1-ci maddəsinə əsasən Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Məcəlləyə əsasən müəyyən edilir.130.1-1-ci maddəsinə əsasən iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Azərbaycan Respublikasının Konstitusiyasının 73.1 -ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Odur ki, İddiaçı iddia tələbi tam əsassızdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Gömrük Komitəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 1000-210/2xx-xx/022316 saylı məktuba əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, fiziki şəxs İddiaçı ilə Çin Xalq Respublikasının hüquqi şəxsi “YİWU CHAORİ İMPORT&EXPORT CO.,LTD” arasında bağlanmış müqavilə əsasında Çin Xalq Respublikasından Azərbaycan Respublikasına mənşə ölkəsi Çin Xalq Respublikası olan müxtəlif adlı mallar idxal etmişdir.İdxal edilmiş mallar İddiaçı tərəfindən aşağıdakı gömrük bəyannamələri ilə bəyan edilib gömrük rəsmiləşdirilməsindən keçirilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə gömrük orqanına elektron formada **********4225 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********4225 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında “3314 ədəd bijuteriya” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 711790 0000, 42-ci qrafasında invoys dəyəri 323,38 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 616,0 manat, 46-cı qrafasında statistik dəyər 362,35 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********4225 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “22000 ədəd mebel aksessuarları” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 830242 0009, 42-ci qrafasında invoys dəyəri 2123,06 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 9029,00 manat, 46cı qrafasında statistik dəyər 5311,18 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********4225 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “520 ədəd avtomobil maqnitafonunun qıraq plastmasları” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 392630 0000, 42-ci qrafasında invoys dəyəri 500,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 5100,00 manat, 46-cı qrafasında statistik dəyər 3000,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********4225 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “100 ədəd 9 dyümlük GPS pleyer” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 852859 9000, 42-ci qrafasında invoys dəyəri 450,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 5100,00 manat, 46-cı qrafasında statistik dəyər 3000,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********4225 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “1 ədəd bıçaq itiləyən dəzgah” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 846039 0000, 42-ci qrafasında invoys dəyəri 90,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1444.0 manat, 46-cı qrafasında statistik dəyər 849,41 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6-ehtiyat üsulu, müvafiq olaraq **********4225 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “17300 ədəd mobil telefon üçün şüşə üzlük” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 392690 9200, 42-ci qrafasında invoys dəyəri 531,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1840.0 manat, 46-cı qrafasında statistik dəyər 1082,35 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6-ehtiyat üsulu, müvafiq olaraq **********4225 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “8378 ədəd mobil telefon üçün çexol” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 392690 9709, 42-ci qrafasında invoys dəyəri 1279,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 4570,00 manat, 46-cı qrafasında statistik dəyər 2688,24 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********4225 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “500 ədəd joystiklər” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 950430 2000, 42-ci qrafasında invoys dəyəri 500,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 2550,00 manat, 46- cı qrafasında statistik dəyər 1500,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6- ehtiyat üsulu İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur.Yuxarıda qeyd olunanlara əsasən “3314 ədəd bijuteriya” adlı mallar üçün mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 240,00 manat, idxal gömrük rüsumu 92,40 manat, əlavə dəyər vergisi 170,71 manat, elektron gömrük xidmətlərinin göstərilməsinə görə 180,00 manat və elektron gömrük xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi 32,40 manat ümumilikdə cəmi 8769,88 manat, müvafiq olaraq “22000 mebel aksessuarları” adlı mallar üçün idxal gömrük rüsumu 451,45 manat, əlavə dəyər vergisi 1706,48 manat, müvafiq olaraq “520 ədəd avtomobil maqnitafonunun qıraq plastmasları” adlı mallar üçün idxal gömrük rüsumu 255,00 manat, əlavə dəyər vergisi 963,90 manat, müvafiq olaraq “100 ədəd 9 dyümlük GPS pleyer” adlı mallar üçün idxal gömrük rüsumu 255,00 manat, əlavə dəyər vergisi 963,90 manat ümumilikdə cəmi 4595,73 manat, müvafiq olaraq “1 ədəd bıçaq itiləyən dəzgah” adlı mallar üçün əlavə dəyər vergisi 259,92 manat, müvafiq olaraq “17300 ədəd mobil telefon üçün şüşə üzlük” adlı mallar üçün idxal gömrük rüsumu 276,00 manat, əlavə dəyər vergisi 380,88 manat, müvafiq olaraq “8378 ədəd mobil telefon üçün çexol” adlı mallar üçün idxal gömrük rüsumu 685,50 manat, əlavə eləyər vergisi 945,99 manat ümumilikdə cəmi 2548,29 manat, müvafiq olaraq “500 ədəd joystiklər” adlı mallar üçün idxal gömrük rüsumu 382,50 manat, əlavə dəyər vergisi 527,85 manat ümumilikdə 910,35 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yuxarıda qeyd olunan mallara gömrük baxışı keçirilərək xx.xx.2021-ci il tarixdə malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə gömrük orqanına elektron formada **********4233 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir.Təqdim edilmiş **********4233 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında “26280 ədəd led lampa” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 853950 0000, 42-ci qrafasında invoys dəyəri 15152,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 52499,00 manat, 46-cı qrafasında statistik dəyər 30881,76 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********4233 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “300 ədəd stol üstü noçnik” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 940520 9900, 42-ci qrafasında invoys dəyəri 280,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 646,0 manat, 46-cı qrafasında statistik dəyər 380,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6-ehtiyat üsulu, müvafiq olaraq **********4233 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “200 ədəd led işıq perxodniki, 16580 ədəd uzadıcı perexodnik” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 853669 9000, 42-ci qrafasında invoys dəyəri 2505,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 6970,00 manat, 46-cı qrafasında statistik dəyər 4100,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6- ehtiyat üsulu, müvafiq olaraq **********4233 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “13000 qablaşdırma qutusu” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 481920 0000, 42-ci qrafasında invoys dəyəri 750,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 5610,00 manat, 46-cı qrafasında statistik dəyər 3300,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən “26280 ədəd led lampa” adlı mallar üçün mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 400,00 manat, GPS xidməti vasitəsilə gömrük müşayiətinin aparılmasına görə gömrük yığımları 10,00 manat, idxal gömrük rüsumu 2624,95 manat, əlavə dəyər vergisi 9996,11 manat, elektron gömrük xidmətlərinin göstərilməsinə görə 90,00 manat və elektron gömrük xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi 16,20 manat ümumilikdə cəmi 17858,94 manat, müvafiq olaraq “300 ədəd stol üstü noçnik” adlı mallar üçün idxal gömrük rüsumu 96,90 manat, əlavə dəyər vergisi 133,72 manat, müvafiq olaraq “200 ədəd led işıq perxodniki, 16580 ədəd uzadıcı perexodnik” adlı mallar üçün idxal gömrük rüsumu 1045,50 manat, əlavə dəyər vergisi 1442,79 manat, müvafiq olaraq “13000 qablaşdırma qutusu” adlı mallar üçün idxal gömrük rüsumu 841,50 manat, əlavə dəyər vergisi 1161,27 manat ümumilikdə cəmi 4721,68 hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yuxarıda qeyd olunan mallara gömrük baxışı keçirilərək xx.xx.2021-ci il tarixdə malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə gömrük orqanına elektron formada **********8568 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********8568 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında “2000 ədəd qablaşdırma qutusu” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 481920 0000, 42-ci qrafasında invoys dəyəri 15,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 50,00 manat, 46-cı qrafasında statistik dəyər 29,41 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 ehtiyat üsulu, müvafiq olaraq **********8568 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “1.192 m3 alminium profil” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 760429 9009, 42-ci qrafasında invoys dəyəri 598,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 4603,60 manat, 46-cı qrafasında statistik dəyər 2708,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən “2000 ədəd qablaşdırma qutusu” adlı mallar üçün mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 120,00 manat, idxal gömrük rüsumu 7,50 manat, əlavə dəyər vergisi 31,95 manat, elektron gömrük xidmətlərinin göstərilməsinə görə 90,00 manat və elektron gömrük xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi 16,20 manat ümumilikdə cəmi 1365,91 manat, müvafiq olaraq “1.192 m3 alminium profil” adlı mallar üçün idxal gömrük rüsumu 230,18 manat, əlavə dəyər vergisi 870,08 manat ümumilikdə cəmi 1106,26 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yuxarıda qeyd olunan mallara gömrük baxışı keçirilərək xx.xx.2021-ci il tarixdə malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə gömrük orqanına elektron formada **********0534 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********0534 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında “480 ədəd əmtəə nişanı bəlli olmayan Basketbol çərçivəsi, 100 dəst basketbol seti (dirək, şit, çərçivə, bərkitmə detalları), 300 ədəd kiçik boks kisəsi (qruşa)” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 950699 9000, 42-ci qrafasında invoys dəyəri 19327,0 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 74963,24 manat, 46-cı qrafasında statistik dəyər 44096,02 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********0534 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “600 ədəd idman jqutu” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 950691 9000, 42-ci qrafasında invoys dəyəri 1285,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 2953,60 manat, 46-cı qrafasında statistik dəyər 1737,41 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********0534 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “200 ədəd badminton raketkası” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 950659 0000,42-ci qrafasında invoys dəyəri 285,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 704,24 manat, 46-cı qrafasında statistik dəyər 414,26 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********0534 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “350 ədəd voleybol topu” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 950662 0000, 42-ci qrafasında invoys dəyəri 280,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 783,64 manat, 46-cı qrafasında statistik dəyər 460,96 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6-ehtiyat üsulu, müvafiq olaraq **********0534 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “100 ədəd əl nasosu” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 841320 0009, 42-ci qrafasında invoys dəyəri 80,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 245,87 manat, 46-cı qrafasında statistik dəyər 144,63 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********0534 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “32 ədəd elektrikli nasos” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 841381 0009, 42-ci qrafasında invoys dəyəri 250,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 530,48 manat, 46-cı qrafasında statistik dəyər 312,05 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********0534 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “150 ədəd top çantası” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 420292 9809, 42-ci qrafasında invoys dəyəri 50,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 238,82 manat, 46-cı qrafasında statistik dəyər 140,48 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən “480 ədəd əmtəə nişanı bəlli olmayan Basketbol çərçivəsi, 100 dəst basketbol seti (dirək, şit, çərçivə, bərkitmə detalları), 300 ədəd kiçik boks kisəsi (qruşa)” adlı mallar üçün mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 400,00 manat, GPS xidməti vasitəsilə gömrük müşayiətinin aparılmasına görə gömrük yığımları 10,00 manat, idxal gömrük rüsumu 11244,49 manat, əlavə dəyər vergisi 15591,19 manat, elektron gömrük xidmətlərinin göstərilməsinə görə 120,00 manat və elektron gömrük xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi 21,60 manat ümumilikdə cəmi 29272,72 manat, müvafiq olaraq “600 ədəd idman jqutu” adlı mallar üçün idxal gömrük rüsumu 443,04 manat, əlavə dəyər vergisi 611,40 manat, “200 ədəd badminton raketkası” adlı mallar üçün idxal gömrük rüsumu 105,64 manat, əlavə dəyər vergisi 145,78 manat, “350 ədəd voleybol topu” adlı mallar üçün idxal gömrük rüsumu 117,55 manat, əlavə dəyər vergisi 162,21 manat ümumilikdə cəmi 1585,62 manat, “100 ədəd əl nasosu” adlı mallar üçün idxal gömrük rüsumu 36,88 manat, əlavə dəyər vergisi 50,90 manat, “32 ədəd elektrikli nasos” adlı mallar üçün idxal gömrük rüsumu 26,52 manat, əlavə dəyər vergisi 100,26 manat, “150 ədəd top çantası” adlı mallar üçün idxal gömrük rüsumu 35,82 manat, əlavə dəyər vergisi 49,44 manat ümumilikdə cəmi 199,82 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yuxarıda qeyd olunan mallara gömrük baxışı keçirilərək xx.xx.2021-ci il tarixdə malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə gömrük orqanına elektron formada **********3678 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir.Təqdim edilmiş **********3678 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında “4.800 m3 lambirin üzlüyü” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 392010 2500, 42-ci qrafasında invoys dəyəri 2205,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 6800,00 manat, 46-cı qrafasında statistik dəyər 4000,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********3678 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “1080 ədəd plasik qutu” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 392310 0000, 42-ci qrafasında invoys dəyəri 72,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 300,00 manat, 46-cı qrafasında statistik dəyər 176,47 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6-ehtiyat üsulu, müvafiq olaraq **********3678 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “324 ədəd salafan paket” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 392329 9000, 42-ci qrafasında invoys dəyəri 307,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1408,00 manat, 46-cı qrafasında statistik dəyər 828,24 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********3678 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “138 ədəd kokteyl fincanı” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 392490 0000, 42-ci qrafasında invoys dəyəri 240,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 600,00 manat, 46-cı qrafasında statistik dəyər 352,94 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********3678 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “5 ədəd reklam trafareti, 42000 ədəd muncuq (təsbeh üçün)” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 392690 9709, 42-ci qrafasında invoys dəyəri 203,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 600,00 manat, 46-cı qrafasında statistik dəyər 352,94 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********3678 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “360 ədəd trap rezini” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 401699 9709, 42-ci qrafasında invoys dəyəri 75,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 180,00 manat, 46-cı qrafasında statistik dəyər 105,88 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 ehtiyat üsulu, müvafiq olaraq **********3678 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “2150 ədəd suvenir sumka” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 420292 9809,42-ci qrafasında invoys dəyəri 504,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1352,00 manat, 46-cı qrafasında statistik dəyər 795,29 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********3678 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “1482 ədəd suvenir fiqurlar” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 442090 9900, 42-ci qrafasında invoys dəyəri 528,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1458,00 manat, 46-cı qrafasında statistik dəyər 857,65 ABŞ dolları, 43cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********3678 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “1936 ədəd hədiyyə qutusu” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 481920 0000, 42-ci qrafasında invoys dəyəri 2184,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 6383,00 manat, 46-cı qrafasında statistik dəyər 3754,71 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********3678 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “0.545 m3 suni ot qazon” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 570330 8800, 42-ci qrafasında invoys dəyəri 150,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 450.0 manat, 46-cı qrafasında statistik dəyər 264,71 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6-ehtiyat üsulu, müvafiq olaraq **********3678 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “520 ədəd avtomobil yumaq üçün şlanq” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 590900 9000, 42-ci qrafasında invoys dəyəri 937,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 2672.0 manat, 46-cı qrafasında statistik dəyər 1571,76 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6-ehtiyat üsulu, müvafiq olaraq **********3678 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “200 cüt usta əlcəyi” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 611699 0000, 42-ci qrafasında invoys dəyəri 50,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 125,00 manat, 46-cı qrafasında statistik eləyər 73,53 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 ehtiyat üsulu, müvafiq olaraq **********3678 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “400000 ədəd dəmir uqolnik” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 730799 8000, 42-ci qrafasında invoys dəyəri 1600,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 7802,00 manat, 46-cı qrafasında statistik dəyər 1589,41 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********3678 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “360 ədəd əl baltası” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 820140 0000, 42-ci qrafasında invoys dəyəri 262,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 500,00 manat, 46-cı qrafasında statistik dəyər 294,12 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 16- ehtiyat üsulu, müvafiq olaraq **********3678 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “620 ədəd usta aləti poçebnik çıxaran” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 820559 8090, 42-ci qrafasında invoys dəyəri 71.0 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 200,00 manat, 46-cı qrafasında statistik dəyər 117,65 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********3678 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “150 ədəd məngənə” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 820570 0000,42-ci qrafasında invoys dəyəri 150,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 450,00 manat, 46-cı qrafasında statistik dəyər 264,71 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********3678 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “15 ədəd çapacaq” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 821192 0000, 42-ci qrafasında invoys dəyəri 55,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 150.0 manat, 46-cı qrafasında statistik dəyər 88,24 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 ehtiyat üsulu, müvafiq olaraq **********3678 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “492 ədəd qayçı” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 821300 0000, 42-ci qrafasında invoys dəyəri 140,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 370,00 manat, 46-cı qrafasında statistik dəyər 217,65 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********3678 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “7200 ədəd qapı stoperi” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 830241 1000, 42-ci qrafasında invoys dəyəri 75,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 190,00 manat, 46-cı qrafasında statistik dəyər 111,76 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6-ehtiyat üsulu, müvafiq olaraq **********3678 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “10 ədəd salafan ağzı yapışdıran aparat” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 842240 0000, 42-ci qrafasında invoys dəyəri 225,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1000,00 manat, 46-cı qrafasında statistik dəyər 588,24 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********3678 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “216 ədəd mətbəx tərəzisi, 3 ədəd qızıl tərəzisi” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 842310 9000, 42-ci qrafasında invoys dəyəri 301,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 800,00 manat, 46-cı qrafasında statistik dəyər 470,59 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********3678 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “100 ədəd şlanq başlığı” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 842490 0000, 42-ci qrafasında invoys dəyəri 260,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1627,00 manat, 46-cı qrafasında statistik dəyər 957,06 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********3678 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “500 ədəd inqubatorun taymeri, 900 ədəd inqubatorun qızdırıcı lampası” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 843691 0000, 42-ci qrafasında invoys dəyəri 283,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1444,00 manat, 46-cı qrafasında statistik dəyər 849,41 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6-ehtiyat üsulu, müvafiq olaraq **********3678 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “110 ədəd payalnik, 100 dəst payalnik naboru” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 851519 0000, 42-ci qrafasında invoys dəyəri 618,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1813,00 manat, 46-cı qrafasında statistik dəyər 1066,47 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********3678 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “200 ədəd payalnik aksesuarı” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 851590 0000, 42-ci qrafasında invoys dəyəri 105,0 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 240,00 manat, 46-cı qrafasında statistik dəyər 141,18 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 16- ehtiyat üsulu, müvafiq olaraq **********3678 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “300 ədəd siçan qovan aparat, 36 ədəd robot süpürgə” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 851679 7000, 42-ci qrafasında invoys dəyəri 427,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1244,00 manat, 46-cı qrafasında statistik dəyər 731,76 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6-ehtiyat üsulu, müvafiq olaraq **********3678 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “600 ədəd lupa” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 901380 9000, 42-ci qrafasında invoys dəyəri 400,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1820,00 manat, 46-cı qrafasında statistik dəyər 1070,59 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********3678 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “800 ədəd ev termometri” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 902511 8000, 42-ci qrafasında invoys dəyəri 63,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 300,00 manat, 46-cı qrafasında statistik dəyər 176,47 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsul olaraq 16-ehtiyat üsulu, müvafiq olaraq **********3678 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “384 ədəd suyun codluğun ölçən ruçka” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 902780 1100, 42-ci qrafasında invoys dəyəri 41,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 300,00 manat, 46-cı qrafasında statistik dəyər 176,47 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6ehtiyat üsulu, müvafiq olaraq **********43678 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “250 ədəd tenis setkası” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 950651 0000, 42-ci qrafasında invoys dəyəri 350.00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 905.00 manat, 46-cı qrafasındakı statistik dəyər 532.35 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6-ehtiyat üsulu, müvafiq olaraq **********3678 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “250 ədəd tenis setkası” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 950699 9000, 42-ci qrafasında invoys dəyəri 230,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 500,00 manat, 46-cı qrafasında statistik dəyər 294,12 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən “4.800 m3 lambirin üzlüyü” adlı mallar üçün mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 240,00 manat, GPS xidməti vasitəsilə gömrük müşayiətinin aparılmasına görə gömrük yığımları 10,00 manat, idxal gömrük rüsumu 1020,00 manat, əlavə dəyər vergisi 1452,60 manat, elektron gömrük xidmətlərinin göstərilməsinə görə 360,00 manat və elektron gömrük xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi 64,80 manat ümumilikdə cəmi 15439,21 manat, müvafiq olaraq “1080 ədəd plasik qutu” adlı mallar üçün idxal gömrük rüsumu 45,00 manat, əlavə dəyər vergisi 62,10 manat, müvafiq olaraq “324 ədəd salafan paket” adlı mallar üçün idxal gömrük rüsumu 211,20 manat, əlavə dəyər vergisi 291,46 manat, müvafiq olaraq “138 ədəd kokteyl fincanı” adlı mallar üçün idxal gömrük rüsumu 90,00 manat, əlavə dəyər vergisi 124,20 manat ümumilikdə cəmi 823,96 manat, müvafiq olaraq “5 ədəd reklam trafareti, 42000 ədəd muncuq (təsbeh üçün)” adlı mallar üçün idxal gömrük rüsumu 90,00 manat, əlavə dəyər vergisi 124,20 manat, müvafiq olaraq “360 ədəd trap rezini” adlı mallar üçün idxal gömrük rüsumu 27,00 manat, əlavə dəyər vergisi 37,26 manat, müvafiq olaraq “2150 ədəd suvenir sumka” adlı mallar üçün idxal gömrük rüsumu 202,80 manat, əlavə dəyər vergisi 279,86 manat ümumilikdə cəmi 761,12 manat, müvafiq olaraq “1482 ədəd suvenir fiqurlar” adlı mallar üçün idxal gömrük rüsumu 218,70 manat, əlavə dəyər vergisi 301,81 manat, müvafiq olaraq “1936 ədəd hədiyyə qutusu” adlı mallar üçün idxal gömrük rüsumu 957,45 manat, əlavə dəyər vergisi 1321,28 manat, müvafiq olaraq “0.545 m3 suni ot qazon” adlı mallar üçün idxal gömrük rüsumu 67,50 manat, əlavə dəyər vergisi 93,15 manat ümumilikdə cəmi 2959,89 manat, müvafiq olaraq “520 ədəd avtomobil yumaq üçün şlanq” adlı mallar üçün idxal gömrük rüsumu 400,80 manat, əlavə dəyər vergisi 553,10 manat, müvafiq olaraq “200 cüt usta əlcəyi” adlı mallar üçün idxal gömrük rüsumu 18,75 manat, əlavə dəyər vergisi 25,88 manat, müvafiq olaraq “400000 ədəd dəmir uqolnik” adlı mallar üçün idxal gömrük rüsumu 1170,30 manat, əlavə dəyər vergisi 1615,01 manat ümumilikdə cəmi 3783,84 manat, müvafiq olaraq “360 ədəd əl baltası” adlı mallar üçün idxal gömrük rüsumu 75,00 manat, əlavə dəyər vergisi 103,50 manat, müvafiq olaraq “620 ədəd usta aləti poçebnik çıxaran” adlı mallar üçün idxal gömrük rüsumu 30,00 manat, əlavə dəyər vergisi 41,40 manat, müvafiq olaraq “150 ədəd məngənə” adlı mallar üçün idxal gömrük rüsumu 67,50 manat, əlavə dəyər vergisi 93,15 manat ümumilikdə cəmi 410,55 manat, müvafiq olaraq “15 ədəd çapacaq” adlı mallar üçün idxal gömrük rüsumu 22,50 manat, əlavə dəyər vergisi 31,05 manat, müvafiq olaraq “492 ədəd qayçı” adlı mallar üçün idxal gömrük rüsumu 55,50 manat, əlavə dəyər vergisi 76,59 manat, müvafiq olaraq “7200 ədəd qapı stoperi” adlı mallar üçün idxal gömrük rüsumu 28,50 manat, əlavə dəyər vergisi 39,33 manat ümumilikdə cəmi 253,47 manat, müvafiq olaraq “10 ədəd salafan ağzı yapışdıran aparat” adlı mallar üçün idxal gömrük rüsumu 50,00 manat, əlavə dəyər vergisi 189,00 manat, müvafiq olaraq “216 ədəd mətbəx tərəzisi, 3 ədəd qızıl tərəzisi” adlı mallar üçün idxal gömrük rüsumu 120,00 manat, əlavə dəyər vergisi 165,60 manat, müvafiq olaraq “100 ədəd şlanq başlığı” adlı mallar üçün əlavə dəyər vergisi 292,86 manat ümumilikdə cəmi 817,46 manat, müvafiq olaraq “500 ədəd inqubatorun taymeri, 900 ədəd inqubatorun qızdırıcı lampası” adlı mallar üçün əlavə dəyər vergisi 259,92 manat, müvafiq olaraq “110 ədəd payalnik, 100 dəst payalnik naboru” adlı mallar üçün idxal gömrük rüsumu 271,95 manat, əlavə dəyər vergisi 375,29 manat, müvafiq olaraq “200 ədəd payalnik aksesuarı” adlı mallar üçün idxal gömrük rüsumu 36,00 manat, əlavə dəyər vergisi 49,68 manat ümumilikdə cəmi 992,84 manat, müvafiq olaraq “300 ədəd siçan qovan aparat, 36 ədəd robot süpürgə” adlı mallar üçün idxal gömrük rüsumu 186,60 manat, əlavə dəyər vergisi 257,51 manat, müvafiq olaraq “600 ədəd lupa” adlı mallar üçün idxal gömrük rüsumu 91,00 manat, əlavə dəyər vergisi 343,98 manat, müvafiq olaraq “800 ədəd ev termometri” adlı mallar üçün əlavə dəyər vergisi 54,00 manat ümumilikdə cəmi 933,09 manat, müvafiq olaraq “384 ədəd suyun codluğun ölçən ruçka” adlı mallar üçün əlavə dəyər vergisi 54,00 manat, müvafiq olaraq “500 ədəd stolüstü tenis roketkası” adlı mallar üçün idxal gömrük rüsumu 135,75 manat, əlavə dəyər vergisi 187,34 manat, müvafiq olaraq “250 ədəd tenis setkası” adlı mallar üçün idxal gömrük rüsumu 75,00 manat, əlavə dəyər vergisi 103,50 manat, ümumilikdə cəmi 555,59 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yuxarıda qeyd olunan mallara gömrük baxışı keçirilərək xx.xx.2021-ci il tarixdə malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə gömrük orqanına elektron formada **********8469 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********8469 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında “1 ədəd Plastmas üyüdən dəzgah” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 846596 0000, 42-ci qrafasında invoys dəyəri 800,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 3644,00 manat, 46-cı qrafasında statistik dəyər 2143,53 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********8469 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “4 ədəd qəlib” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 848010 0000, 42-ci qrafasında invoys dəyəri 93,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 5100,00 manat, 46-cı qrafasında statistik dəyər 3000,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********8469 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “1 ədəd skop istehsalı üçün olan dəzgahın hissəsi” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 846692 8000, 42-ci qrafasında invoys dəyəri 150,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1700.0manat, 46-cı qrafasında statistik dəyər 1000,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6-ehtiyat üsulu, müvafiq olaraq **********8469 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “1.314 m3 alüminium məftil” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 760519 0000, 42-ci qrafasında invoys dəyəri 300,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 3400,00 manat, 46-cı qrafasında statistik dəyər 2000,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********8469 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “160 ədəd hazır döşək üzü” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 630239 9000, 42-ci qrafasında invoys dəyəri 350,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 911,00 manat, 46-cı qrafasında statistik dəyər 535,88 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6-ehtiyat üsulu, müvafiq olaraq **********8469 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “41 ədəd paltar tikən maşının ehtiyyat hissələri, 42 ədəd parça kəsən dəzgah” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 845290 0000, 42-ci qrafasında invoys dəyəri 2250,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 11900.0 manat, 46cı qrafasında statistik dəyər 7000,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6-ehtiyat üsulu, müvafiq olaraq **********8469 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “120000 ədəd hədiyyəlik qablaşdırma üçün paket” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 392329 9000, 42-ci qrafasında invoys dəyəri 10,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 88,40 manat, 46cı qrafasında statistik dəyər 52,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6-ehtiyat üsulu, müvafiq olaraq **********8469 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “1 ədəd kağız kəsən aparat” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 844110 7000, 42-ci qrafasında invoys dəyəri 400,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 2550,00 manat, 46-cı qrafasında statistik dəyər 1500,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********8469 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “1 ədəd kağız qatlayan aparat” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 844180 0000, 42-ci qrafasında invoys dəyəri 25,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 340,00 manat, 46-cı qrafasında statistik dəyər 200,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 ehtiyat üsulu, müvafiq olaraq **********8469 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “12000 ədəd cam balkon təkəri” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 830241 5000, 42-ci qrafasında invoys dəyəri 427,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 2635,00 manat, 46-cı qrafasında statistik dəyər 1550,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********8469 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “150000 ədəd paltar aksesuarları” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 830890 0000, 42-ci qrafasında invoys dəyəri 90,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 918,00 manat, 46-cı qrafasında statistik dəyər 540,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********8469 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “5038 ədəd eynək şüşələri” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 900140 8000, 42-ci qrafasında invoys dəyəri 390,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 2570,40 manat, 46-cı qrafasında statistik dəyər 1512,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********8469 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “3349 ədəd optik eynək” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 900490 9000, 42-ci qrafasında invoys dəyəri 379,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 3417,00 manat, 46-cı qrafasında statistik dəyər 2010,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********8469 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “1764 m2 maqnitli qapı setkası” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 630399 9000,42-ci qrafasında invoys dəyəri 403,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1521,00 manat, 46-cı qrafasında statistik dəyər 894,71 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən “1 ədəd Plastmas üyüdən dəzgah” adlı mallar üçün mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 240.0 manat, GPS xidməti vasitəsilə gömrük müşayiətinin aparılmasına görə gömrük yığımları 10.0 manat, əlavə dəyər vergisi 700,92 manat, elektron gömrük xidmətlərinin göstərilməsinə görə 240.0 manat və elektron gömrük xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi 43,20 manat ümumilikdə cəmi 10082,56 manat, müvafiq olaraq “4 ədəd qəlib” adlı mallar üçün əlavə dəyər vergisi 918,00 manat, müvafiq olaraq “1 ədəd skop istehsalı üçün olan dəzgahın hissəsi” adlı mallar üçün əlavə dəyər vergisi 306,00 manat, müvafiq olaraq “1.314 m3 alüminium məftil” adlı mallar üçün idxal gömrük rüsumu 170,00 manat, əlavə dəyər vergisi 642,60 manat ümumilikdə cəmi 2036,60 manat, müvafiq olaraq “160 ədəd hazır döşək üzü” adlı mallar üçün idxal gömrük rüsumu 136,65 manat, əlavə dəyər vergisi 188,58 manat, müvafiq olaraq “41 ədəd paltar tikən maşının ehtiyyat hissələri, 42 ədəd parça kəsən dəzgah” adlı mallar üçün idxal gömrük rüsumu 595.0 manat, əlavə dəyər vergisi 2249,10 manat, müvafiq olaraq “120000 ədəd hədiyyəlik qablaşdırma üçün paket” adlı mallar üçün idxal gömrük rüsumu 13,26 manat, əlavə dəyər vergisi 18,30 manat ümumilikdə cəmi 3200,89 manat, müvafiq olaraq “1 ədəd kağız kəsən aparat” adlı mallar üçün əlavə dəyər vergisi 459,00 manat, müvafiq olaraq “1 ədəd kağız qatlayan aparat” adlı mallar üçün əlavə dəyər vergisi 61,20 manat, müvafiq olaraq “12000 ədəd cam balkon təkəri” adlı mallar üçün idxal gömrük rüsumu 395,25 manat, əlavə dəyər vergisi 545,44 manat ümumilikdə cəmi 1469,89 manat, müvafiq olaraq “150000 ədəd paltar aksesuarları” adlı mallar üçün idxal gömrük rüsumu 137,70 manat, əlavə dəyər vergisi 190,03 manat, müvafiq olaraq “5038 ədəd eynək şüşələri” adlı mallar üçün əlavə dəyər vergisi 462,67 manat, müvafiq olaraq “3349 ədəd optik eynək” adlı mallar üçün idxal gömrük rüsumu 170,85 manat, əlavə dəyər vergisi 6454,81 manat ümumilikdə cəmi 1607,06 manat, müvafiq olaraq “1764 m2 maqnitli qapı setkası” adlı mallar üçün idxal gömrük rüsumu 228,15 manat, əlavə dəyər vergisi 314,85 manat ümumilikdə cəmi 543 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yuxarıda qeyd olunan mallara gömrük baxışı keçirilərək xx.xx.2021-ci il tarixdə malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə gömrük orqanına elektron formada **********8311 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir.Təqdim edilmiş **********8311 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında “1920 ədəd stol üstü boşqabaltlığı” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 392490 0000, 42-ci qrafasında invoys dəyəri 84,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 212,50 manat, 46-cı qrafasında statistik dəyər 125,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********8311 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “145 ədəd tikiş aksesuarı (qaşlı aplikasiya)” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 392690 9709, 42-ci qrafasında invoys dəyəri 30,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 75,00 manat, 46-cı qrafasında statistik dəyər 44,12 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********8311 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “75 ədəd kartinq maşının remeni” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 401039 0000, 42-ci qrafasında invoys dəyəri 20,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 42,50 manat, 46-cı qrafasında statistik dəyər 25,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********8311 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “6 ədəd qazma qurğu başlığı” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 820719 9000, 42-ci qrafasında invoys dəyəri 70,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 816.0 manat, 46cı qrafasında statistik dəyər 480,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6-ehtiyat üsulu, müvafiq olaraq **********8311 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “1174 ədəd soyuducu ehtiyyat hissəsi (havalandırma pəri, termostat, puskatel, voltimetr)” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 841899 9009, 42-ci qrafasında invoys dəyəri 700.0 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1700,00 manat, 46-cı qrafasında statistik dəyər 1000.0 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********8311 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “1 ədəd saxsı qab düzəltmək üçün mexaniki dəzgah” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 847480 9080, 42-ci qrafasında invoys dəyəri 40,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 170,00 manat, 46-cı qrafasında statistik dəyər 100,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 ehtiyat üsulu, müvafiq olaraq **********8311 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “1 ədəd gözəllik salon aparatı” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 851679 7000, 42-ci qrafasında invoys dəyəri 223,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1700,00 manat, 46-cı qrafasında statistik dəyər 1000,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********8311 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “40 ədəd təhlükəsizlik kamerası” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 852580, 42-ci qrafasında invoys dəyəri 200,00 ABŞ dolları, 45ci qrafasında gömrük dəyəri 1020,00 manat, 46-cı qrafasında statistik dəyər 600,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********8311 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “1 ədəd tatu silmə aparatı” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 854370 9009, 42-ci qrafasında invoys dəyəri 75,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 850,00 manat, 46-cı qrafasında statistik dəyər 500,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6-ehtiyat üsulu, müvafiq olaraq **********8311 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “40926 cüt eynək şüşəsi” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 900140 8000, 42-ci qrafasında invoys dəyəri 3304 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 41745,20 manat, 46-cı qrafasında statistik dəyər 24556,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********8311 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “300 ədəd işıq sayğacı” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 902830 9000, 42-ci qrafasında invoys dəyəri 200 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 2550,00 manat, 46-cı qrafasında statistik dəyər 1500,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********8311 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “6500 ədəd balıq tutanın barabanı” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 950730 0000, 42-ci qrafasında invoys dəyəri 4897.0 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 10676,00 manat, 46-cı qrafasında statistik dəyər 6280,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********8311 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “800 ədəd paplavolk” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 950790 0000, 42-ci qrafasında invoys dəyəri 25,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 60,00 manat, 46-cı qrafasında statistik dəyər 35,29 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən “1920 ədəd stol üstü boşqabaltlığı” adlı mallar üçün mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 400.0 manat, GPS xidməti vasitəsilə gömrük müşayiətinin aparılmasına görə gömrük yığımları 10.0 manat, idxal gömrük rüsumu 31,88 manat, əlavə dəyər vergisi 117,79 manat, elektron gömrük xidmətlərinin göstərilməsinə görə 240,00 manat və elektron gömrük xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi 43,20 manat ümumilikdə cəmi 15148,77 manat, müvafiq olaraq “145 ədəd tikiş aksesuarı (qaşlı aplikasiya)” adlı mallar üçün idxal gömrük rüsumu 11,25 manat, əlavə dəyər vergisi 15,52 manat, müvafiq olaraq “75 ədəd kartinq maşının remeni” adlı mallar üçün idxal gömrük rüsumu 6,38 manat, əlavə dəyər vergisi 8,80 manat, müvafiq olaraq “6 ədəd qazma qurğu başlığı” adlı mallar üçün idxal gömrük rüsumu 40,80 manat, əlavə dəyər vergisi 154,22 manat ümumilikdə cəmi 236,97 manat, müvafiq olaraq “1174 ədəd soyuducu ehtiyyat hissəsi (havalandırma pəri, termostat, puskatel, voltimetr)” adlı mallar üçün idxal gömrük rüsumu 255,00 manat, əlavə dəyər vergisi 351,90 manat, müvafiq olaraq “1 ədəd saxsı qab düzəltmək üçün mexaniki dəzgah” adlı mallar üçün əlavə dəyər vergisi 30,60 manat, müvafiq olaraq “1 ədəd gözəllik salon aparatı” adlı mallar üçün idxal gömrük rüsumu 255,00 manat, əlavə dəyər vergisi 351,90 manat ümumilikdə cəmi 1244,40 manat, müvafiq olaraq “40 ədəd təhlükəsizlik kamerası” adlı mallar üçün idxal gömrük rüsumu 153,00 manat, əlavə dəyər vergisi 211,14 manat, müvafiq olaraq “1 ədəd tatu silmə aparatı” adlı mallar üçün idxal gömrük rüsumu 42,50 manat, əlavə dəyər vergisi 160,65 manat, müvafiq olaraq “40926 cüt eynək şüşəsi” adlı mallar üçün əlavə dəyər vergisi 7514,14 manat ümumilikdə cəmi 8081,43 manat, müvafiq olaraq “300 ədəd işıq sayğacı” adlı mallar üçün idxal gömrük rüsumu 382,50 manat, əlavə dəyər vergisi 527,85 manat, müvafiq olaraq “6500 ədəd balıq tutanın barabanı” adlı mallar üçün idxal gömrük rüsumu 1601,40 manat, əlavə dəyər vergisi 2209,93 manat, müvafiq olaraq “800 ədəd paplavolk” adlı mallar üçün idxal gömrük rüsumu 9,00 manat, əlavə dəyər vergisi 12,42 manat ümumilikdə cəmi 4743,10 hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yuxarıda qeyd olunan mallara gömrük baxışı keçirilərək xx.xx.2021-ci il tarixdə malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. Məlumat üçün bildiririk ki, yuxarıda qeyd olunan gömrük bəyannamələrinin 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur. Qeyd olunan gömrük bəyannamələri ilə İddiaçı tərəfindən idxal edilən malların gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri düzgün hesablanmışdır. Qüvvədə olan gömrük qanunvericiliyinə əsasən mallar və nəqliyyat vasitələri mal sahibi və ya bəyannaməçi tərəfindən gömrük bəyannaməsi verilməsi yolu ilə bəyan olunur və bəyannamədəki məlumatların düzgünlüyünə görə onlar cavabdehlik və məsuliyyət daşıyır. Əlavə olaraq məlumat üçün bildiririk ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən, fiziki şəxs İddiaçı tərəfindən idxal edilmiş malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirildiyi gömrük bəyannamələrinin surətlərini (əlavə olunur) təqdim edirik. Yuxarıda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Gömrük Komitəsi məhkəmə icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə üçüncü şəxs Azərbaycan Respublikası Gömrük Komitəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. İşdə olan Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********46300 saylı qərarına əsasən, İddiaçı 31552.96 manat hesablanmış vergi və siğorta haqqı hesablanmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, vergi orqanı tərəfindən malların gömrük dəyərinə uyğun ƏDV-nin hesablanması üçün Qanunvericilikdə hər hansı hüquqi əsas mövcud deyildir. Mövcud praktikaya uyğun olaraq vergi orqanları mallarını invoys dəyəri ilə uçota alan vergi ödəyicilərinə kameral vergi yoxlaması çərçivəsində uyğunsuzluq məktubları göndərərək malların gömrük dəyəri ilə uçota alınmasını tələb edir, əks halda isə vergi ödəyicilərinə buna müvafiq olaraq əlavə vergi məbləği hesablayırlar. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 139-cu və 143-cü maddələrində vergi ödəyicisinin mülkiyyətində olan aktivlərin uçota alınma qaydası və forması tam şəkildə tənzimlənir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Həmin Məcəllənin 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər və aktivlərin dəyərini artıran digər xərclər (vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən yaranan artım istisna edilməklə) daxil edilir. Sadalanan normalardan aşağıdakı nəticələr əldə edilir: 1. Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malın uçotunu aparmalıdır.2. Vergi ödəyicisi istehsal etdiyi malları istehsal xərclərinə əsasən müəyyənləşdirilən dəyəri ilə uçota alır. 3. Vergi ödəyicisi satın aldığı malları faktiki satınalma qiymətlərinə əsasən, eləcə də malların gətirilməsinə (nəql olunmasına), saxlanılmasına, quraşdırılmasına və digər gəlirdən çıxmaq hüququna malik olmadığı kapital xarakterli xərclərə əsasən müəyyənləşdirilən dəyərinə əsasən uçota alır. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.5-ci maddəsinə əsasən malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsidir. Həmin Qanunun 4.1 və 4.1.1-ci maddələrinə əsasən advalor - malların Azərbaycan Respublikasında gömrük dəyərinə nisbətən faizlə hesablandığı gömrük rüsumu dərəcələrinin növlərindən biridir. Həmin Qanunun 3.5-ci maddəsinə əsasən gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Həmin Qanunun 12ci maddəsində malların gömrük dəyərinin müəyyən edilməsinin üsulları müəyyən edilmişdir ki, onlardan birincisi malların sövdələşmə qiymətidir, yəni malların faktiki alış (invoys) dəyəri əsasında müəyyən edilməsidir. Bu üsuldan istifadə etmək mümkün olmadıqda, gömrük orqanı həmin maddədə göstərilən digər 5 üsuldan ardıcıl olaraq istifadə edir. Həmin Qanununun 13.3-cü maddəsinə əsasən mallar üçün ödənilmiş və ya ödənilməli olan qiymətdən ayrı müəyyənləşdirilmiş aşağıdakı xərclər gömrük dəyərinə daxil edilmir: 1.sənaye qurğuları, maşın və avadanlıq kimi mallar idxal edildikdən sonra həmin mallarla əlaqədar tikintiinşaat, yığılma, quraşdırma, istismar və texniki yardım xərcləri; 2. malların gömrük ərazisində daşınması ilə əlaqədar yaranan əsaslandırılmış xərclər; 3. gömrük ərazisində ödənilməli olan rüsum və digər ödənişlər; 4. malın alınması ilə əlaqədar maliyyələşmə razılaşması çərçivəsində alıcının faiz ödəmələri. Yuxarıda sadalananlara əsasən gömrük dəyəri: gömrük rüsumunun tətbiqi məqsədilə müəyyən edilən malların dəyəridir; ilk öncə malların sövdələşmə (faktiki alış) dəyəri, yəni invoys dəyəri əsasında müəyyən edilir. Bu üsulla müəyyən etmək mümkün olmadıqda, digər 5 üsulla müəyyən edilir. istənilən üsulla hesablanarkən daşıma xərcləri, malın alınması ilə bağlı faiz ödəmələri, tikinti-inşaat, yığılma, quraşdırma, istismar və texniki yardım xərcləri və gömrük rüsumu və digər ödənişlər nəzərə alınmır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəlarının qarşılıqlı təhlilindən belə nəticə əldə olunur ki: 1. Malların gömrük dəyəri gömrük orqanında malların sövdələşmə (invoys) dəyəri əsasında müəyyən edildiyi halda, vergi ödəyicisi həmin malları gömrük dəyəri əsasında uçota ala bilər. 2. Malların gömrük dəyəri gömrük orqanında digər 5 üsuldan biri əsasında müəyyən edildiyi halda, vergi ödəyicisi malları faktiki satınalma (invoys) dəyəri əsasında uçota alır. 3. Mallar yuxarıda qeyd olunan iki üsuldan biri ilə uçota alınarkən, həmin dəyərə daşıma xərcləri, malın alınması ilə bağlı faiz ödəmələri, tikintiinşaat, yığılma, quraşdırma, istismar və texniki yardım xərcləri və gömrük rüsumu və digər ödənişlər də əlavə edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən gömrük orqanının malın gömrük dəyəri bəyan edilərkən təqdim edilmiş məxfi və konfidensial məlumatlardan gömrük dəyərləndirilməsinin məqsədləri üçün istifadə etmək hüququ vardır. Məhkəmə qərarının qəbul edildiyi hallar istisna olmaqla, məlumatı təqdim edən dövlət orqanının və ya şəxsin icazəsi olmadan bu məlumat, digər dövlət orqanları da daxil olmaqla, üçüncü şəxsə verilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən ölkə ərazisinə idxal edilmiş malın faktiki satınalma (invoys) dəyərinə uyğun olaraq vergi ödəyicisi tərəfindən ƏVD ödənilmiş, lakin vergi orqanı malın satılma dəyərinə münasibətdə deyil həmin malın gömrük dəyərinə əsasən ƏDV hesablamışdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarından da müəyyən edildiyi kimi vergi orqanı gətirilmiş malın gömrük dəyərinə əsasən ƏDV-nin hesablanmasında haqlı olmamışdır. Qanunvericilik normalarına əsasən idxal olunan malların mədaxil dəyəri həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. Həmçinin, qeyd olunmalıdır ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən malların statistik dəyərinin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur. Beləliklə, ölkə ərazisinə idxal edilmiş malın faktiki satınalma (invoys) dəyərinə uyğun olaraq vergi ödəyicisi tərəfindən ƏDV ödənilmiş, lakin vergi orqanı malın satılma dəyərinə münasibətdə deyil, həmin malın gömrük dəyərinə əsasən ƏDV hesablamışdır. Maddi hüquq normalarında da müəyyən edildiyi kimi vergi orqanı gətirilmiş malın gömrük dəyərinə əsasən ƏDV-nin hesablanmasında haqlı olmamışdır. Beləliklə, həmin hissədə cavabdehin dəlilləri əsassızdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 242.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 302.1-ci maddəsinə əsasən, malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir. Malın bəyan edilmiş gömrük dəyərinin təsdiqi üçün fiziki şəxs malın əldə olunmasını təsdiq edən müvafiq sənədləri (çek, hesab sənədi və s.) gömrük orqanlarına təqdim edə bilər. Vergi Məcəlləsinin 166.1-ci maddəsində göstərilmişdir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın tarixi təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Lakin iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən mal idxalı ilə satışı arasında yaranmış fərq üzrə iddiaçının hər hansı dəyər əldə etdiyi sübut edilməmiş və ona malların dəyəri (pul vəsaiti) ödənilməmişdir. Yəni, malların (işlər və xidmətlər) dəyəri ödənilmədiyindən qüvvədə olan Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələblərinə əsasən ƏDV hesablanması nəzərdə tutulmur. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********146300 saylı qərar ləğv edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. İnzibati orqanın xx.xx.2022-ci il tarixli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktların özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktların özündə yazılı şəkildə əsaslandırılması yetərli qiymətləndirilmir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-2025/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə prosessual xərc yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********146300 saylı qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar