Azərbaycan Respublikası adından QƏRAR İş № e-2-1(120)-732/2023 07.03.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər idarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2022-ci il tarixli, **********848600 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiasına Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2022-ci il tarixli, **********848600 saylı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin 29 noyabr 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı fərdi sahibkarlıq fəaliyyəti ********** saylı VÖEN-ə malik olmaqla dövlət qeydiyyatma alınmışdır. İddiaçı əsas fəaliyyəti geyim paltarların idxalının, eyni zamanda pərakəndə satışının təşkilindən ibarətdir. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi İddiaçı fəaliyyətini yoxlamaq üçün kameral vergi yoxlaması keçirtmişdir. Bütün tələb olunan sənədlər təqdim edilsədə, cavabdeh vergi orqanı tərəfindən keçirilmiş kameral vergi yoxlamasının nəticəsi kimi qeyd olunmuşdur ki, uçot baza məlumatlarına əsasən vergi ödəyicisinin 2021-ci il üzrə gömrük məlumatlarına əsasən 384706,1 (ƏDV-siz) manat dəyərində idxalı olduğu halda kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı fərdi sahibkar tərəfindən 2021-ci il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında fərq yaranması vergidən yayınma halı kimi qiymətləndirilmişdir Belə ki, idxal olunmuş malların gömrük dəyəri 384706,1 manat olduğu halda invoys dəyəri 293396,4 manat təşkil etdiyi nəticədə 91309,7 manat gəlir olmaqla 18261,94 manat vergi məbləği üzrə kənarlaşma yaranmışdır. Qeyd olunanlar vergiyə cəlb edilən dövriyyənin azaldılması və vergidən yayınma riskinin olması kimi qiymətləndirilir. Cavabdeh 2021-ci il üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği müəyyən edərək 12.579,05 (on iki min beş yüz yetmiş doqquz manat, beş qəpik) AZN məbləğində vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********848600 saylı Qərar qəbul etmişdir. Cavabdehin qəbul etdiyi qərar qanunsuz və əsassızdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş gömrük bəyannamələrindən müəyyən edilir ki, idxal edilmiş malların invoys dəyəri 293.396,38 (iki yüz doxsan üç min üç yüz doxsan altı, otuz səkkiz) manat təşkil edir. Həmin mallar pərakəndə qaydada nəzarət kassa aparatına mədaxil edilməklə müştərilərə təqdim edilmişdir. Malların satışından ƏDV-siz 317.750,85 manat gəlir əldə edilib. Göründüyü kimi iddiaçı hesabat dövrü ərzində 24.354,46 manat mənfəət əldə etmişdir. Qeyd edilənlər 2021-ci ilin gəlir vergisi bəyannaməsində əks etdirilsə də, cavabdeh vergi orqanı tərəfindən əsassız olaraq heç bir qanuna əsaslanmayan rəqəmlər müəyyən edilərək əlavə vergi hesablanmışdır. Məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, cavabdeh vergi orqanı idxal edilən malların uçotunun invoys (faktiki) dəyərlə aparılmasını tələb edir. Həmin mallar idxal edilərkən gömrük orqanı tərəfindən müəyyən edilən statistik dəyərdən 69.247,09 manat ƏDV tutularaq dövlət büdcəsinə ödənilmişdir. Aydındır ki, ƏDV dövlətə ödənilən vergidir. Onun yığımı ilə həm gömrük, həm də vergi orqanları məşğul olur. Odur ki, ödənilmiş ƏDV-nin iddiaçı tərəfindən tam həcmdə əvəzləşdirilməsi hüququ vardır. Vergi orqanı qanunvericiliyə əsaslanmadan iddiaçıya hesabat ili üzrə əvəzləşdirilən ƏDV-nin hesablanan ƏDV-dən artıq olduğunu kənarlaşma kimi hesab edərək 2021-ci ilin dekabr ayına əlavə vergi hesablamışdır. Artıq əvəzləşdirmə termini heç bir qanunvericilikdə mövcud deyildir. Həm də, nəzərə alınmalıdır ki, iddiaçı yalnız gömrükdə ödədiyi ƏDV-ni əvəzləşdirmişdir, hansı ki, iddiaçının hüququdur. Malların mədaxili isə invoys dəyəri ilə uçota alındığı üçün təbii ki, ticarət əlavəsi həmin dəyərə tətbiq edilmişdir. Vergi və gömrük orqanlarının müxtəlif qaydalarla işlədiyi üçün yaranan problemə görə vergi ödəyicisinə qanunsuz olaraq cavabdeh vergi orqanı tərəfindən 2021-ci ilin dekabr ayı üçün qanunsuz kameral qaydada əlavə vergi məbləği hesablanmışdır. Göründüyü kimi idxal edilən malların invoys dəyəri 293.396,38 (iki yüz doxsan üç min üç yüz doxsan altı, otuz səkkiz) manat təşkil edir. Lakin gömrük orqanı heç bir sübut olmadan idxal edilən malların gömrük dəyərini 384706,1 (ƏDV-siz) manat müəyyən etmişdir. Halhazırda isə cavabdeh vergi orqanı əsassız olaraq müəyyən edilmiş gömrük dəyəri əsasında vergi hesablayır. Bununla bağlı dəfələrlə cavabdeh orqana müraciətlər və şikayətlər olunsa da cavabdeh vergi orqanı buna heç bir məhəl qoymadan öz mövqeyində qalmışdır. Cavabdehin mövqeyi heç bir qanuna əsaslanmayan şəxsi fikirlərdir. Halbuki qanunvericiliyin tələbinə əsasən bütün ziddiyyətli və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Göründüyü kimi bütün lazımı məlumatları və sənədləri cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi əldə etmədən, qanuna müvafiq araşdırma aparmadan, əsassız və qanunsuz olaraq vergi qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq mənfəət vergisi hesablamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, cavabdeh tərəfindən qəbul edilmiş vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********848600 saylı qərarı ləğv edilməlidir. Ona görə iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, xx.xx.2021 -ci il tarixdə 2021 -ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsi üzrə aparılan araşdırma zamanı vergi orqanında olan uçot baza məlumatlarına əsasən, vergi ödəyicisi İddiaçı 2021-ci il üzrə 384706,1 (ƏDV-siz) manat dəyərində idxal edilmiş malları olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı fərdi sahibkar tərəfindən 2021-ci il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında fərq yaranması vergidənyayınma halı kimi qiymətləndirilmişdir. İdxal olunmuş malların gömrük dəyəri 384706,1 manat olduğu halda invoys dəyəri 293396,4 manat təşkil etdiyi, nəticədə 91309,7 manat gəlir olmaqla 18261,94 manat vergi məbləği üzrə kənarlaşma yaranmışdır (91309,7*20%=18261,94). Yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli, **********344000 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan təsdiqedici sənədlərin vergi orqanına təqdim edilməməsi səbəbindən yaranmış kənarlaşma kameral vergi hesablaması nəticəsində aradan qaldırılmış və həmin hesablama barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********985300 saylı qərar təqdim edilmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi tərəfindən dəqiqləşmiş bəyannamə təqdim edilərək hesablanmış vergi məbləğindən 12579,05 manat azaldıldığı üçün vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********388800 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan təsdiqedici sənədlərin vergi orqanına təqdim edilməməsi səbəbindən yaranmış kənarlaşma kameral vergi hesablaması nəticəsində aradan qaldırılmış və həmin hesablama barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********236100 saylı qərar təqdim edilmişdir. Bundan başqa yenidən xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi tərəfindən dəqiqləşmiş bəyannamə təqdim edilərək hesablanmış vergi məbləğindən 12579,05 manat azaldılmış və vergi ödəyicisinə xx.xx.2022-ci **********392100 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan təsdiqedici sənədlərin vergi orqanına təqdim edilməməsi səbəbindən yaranmış kənarlaşma kameral vergi hesablaması nəticəsində aradan qaldırılmış və həmin hesablama barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********848600 saylı qərar təqdim edilmişdir. Göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının Vergi Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq (əlaqəli məlumatlardan istifadə etməklə) vergiləri hesablamaq hüququ vardır. Odur ki, iddiaçı X1 iddia tələbi tam əsassızdır.Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən iddiaçı X1 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Gömrük Komitəsi tərəfindən xx.xx.2022ci il tarixli, 1000-210/2xx-xx/022317 saylı məktuba əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, fiziki şəxs İddiaçı ilə Çin Xalq Respublikasının hüquqi şəxsi “YİWU CHAORİ İMPORT&EXPORT CO.,LTD” arasında bağlanmış müqavilə əsasında Çin Xalq Respublikasından Azərbaycan Respublikasına mənşə ölkəsi Çin Xalq Respublikası olan müxtəlif adlı mallar idxal etmişdir. İdxal edilmiş mallar İddiaçı tərəfindən aşağıdakı gömrük bəyannamələri ilə bəyan edilib gömrük rəsmiləşdirilməsindən keçirilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə gömrük orqanına elektron formada **********0843 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********0843 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında “4370 cüt idman ayaqqabıları (krasovka)" adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 640319 0000, 42-ci qrafasında invoys dəyəri 7033,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 13785,00 manat, 46-cı qrafasında statistik dəyər 8108,82 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********0843 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “53285 cüt kişi ayaqqabısı” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 640419 9000, 42-ci qrafasında invoys dəyəri 6956,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 17790,00 manat, 46-cı qrafasında statistik dəyər 10464,71 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən “4370 cüt idman ayaqqabıları (krasovka)” adlı mallar üçün mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 240.0 manat, GPS xidməti vasitəsilə gömrük müşayiətinin aparılmasına görə gömrük yığımları 10.0 manat, idxal gömrük rüsumu 2067,75 manat, əlavə dəyər vergisi 2898,50 manat, elektron gömrük xidmətlərinin göstərilməsinə görə 90,00 manat və elektron gömrük xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi 16,20 manat ümumilikdə cəmi 11673,48 manat, müvafiq olaraq “53285 cüt kişi ayaqqabısı” adlı mallar üçün idxal gömrük rüsumu 2668,50 manat, əlavə dəyər vergisi 3682,53 manat ümumilikdə 6351,03 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yuxarıda qeyd olunan mallara gömrük baxışı keçirilərək xx.xx.2021-ci il tarixdə malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə gömrük orqanına elektron formada **********1135 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********1135 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında “1083 ədəd qadın kurtkası” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 610290 9000, 42-ci qrafasında invoys dəyəri 3441,38 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 7750,00 manat, 46-cı qrafasında statistik dəyər 4558,82 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********1135 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “6530 ədəd kişi şalvarı” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 610349 0000, 42-ci qrafasında invoys dəyəri 6798,68 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 15508.0 manat, 46-cı qrafasında statistik dəyər 9122,35 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6-ehtiyat üsulu, müvafiq olaraq **********1135 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “1922 ədəd qadın yubkası” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 610459 0000, 42-ci qrafasında invoys dəyəri 2247,23 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 5325,00 manat, 46-cı qrafasında statistik dəyər 3132,35 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********1135 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “1465 ədəd qadın yubkası” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 610469 0000, 42-ci qrafasında invoys dəyəri 1877,44 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 4215,00 manat, 46-cı qrafasında statistik dəyər 2479,41 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 ehtiyat üsulu, müvafiq olaraq **********1135 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “3000 ədəd qadın alt paltarı" adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 610899 0000, 42-ci qrafasında invoys dəyəri 539,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1100,00 manat, 46-cı qrafasında statistik dəyər 647,06 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********1135 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “222 cüt qadın ayaqqabıları” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 640399 9800, 42-ci qrafasında invoys dəyəri 1354,61 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 2340,00 manat, 46-cı qrafasında statistik dəyər 1376,47 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 — ehtiyat üsulu İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən “1083 ədəd qadın kurtkası” adlı mallar üçün mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 240,00 manat, GPS xidməti vasitəsilə gömrük müşayiətinin aparılmasına görə gömrük yığımları 10,00 manat, idxal gömrük rüsumu 1162,50 manat, əlavə dəyər vergisi 1649,25 manat, elektron gömrük xidmətlərinin göstərilməsinə görə 90,00 manat və elektron gömrük xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi 16,20 manat ümumilikdə cəmi 13338,17 manat, müvafiq olaraq “6530 ədəd kişi şalvarı” adlı mallar üçün idxal gömrük rüsumu 2326,20 manat, əlavə dəyər vergisi 3210,16 manat, müvafiq olaraq “1922 ədəd qadın yubkası” adlı mallar üçün idxal gömrük rüsumu 798,75 manat, əlavə dəyər vergisi 1102,28 manat, müvafiq olaraq “1465 ədəd qadın yubkası” adlı mallar üçün idxal gömrük rüsumu 632,25 manat, əlavə dəyər vergisi 872,50 manat ümumilikdə cəmi 8942,14 manat, müvafiq olaraq ‘3000 ədəd qadın alt paltarı” adlı mallar üçün idxal gömrük rüsumu 165,00 manat, əlavə dəyər vergisi 227,70 manat, müvafiq olaraq “222 cüt qadın ayaqqabıları” adlı mallar üçün idxal gömrük rüsumu 351,00 manat, əlavə dəyər vergisi 484,38 manat ümumilikdə cəmi 1228,08 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yuxarıda qeyd olunan mallara gömrük baxışı keçirilərək xx.xx.2021-ci il tarixdə malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə gömrük orqanına elektron formada **********1926 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********1926 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında “13576 ədəd kişi şalvarı” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 610349 0000, 42-ci qrafasında invoys dəyəri 17733,83 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 44219,01 manat, 46-cı qrafasında statistik dəyər 26011,18 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********1926 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “1174 ədəd qadın vetrovkası” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 610290 9000, 42-ci qrafasında invoys dəyəri 1863,19 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 4420.0 manat, 46-cı qrafasında statistik dəyər 2600,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6ehtiyat üsulu, müvafiq olaraq **********1926 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “913 ədəd qadın şalvarı” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 610469 0000, 42-ci qrafasında invoys dəyəri 945,49 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 2108,00 manat, 46-cı qrafasında statistik dəyər 1240,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən “13576 ədəd kişi şalvarı” adlı mallar üçün mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 400,00 manat, idxal gömrük rüsumu 6632,85 manat, əlavə dəyər vergisi 9225,33 manat, elektron gömrük xidmətlərinin göstərilməsinə görə 60,00 manat və elektron gömrük xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi 10,80 manat ümumilikdə cəmi 18659,48 manat, müvafiq olaraq “1174 ədəd qadın vetrovkası” adlı mallar üçün idxal gömrük rüsumu 663,00 manat, əlavə dəyər vergisi 914,94 manat, müvafiq olaraq “913 ədəd qadın şalvarı” adlı mallar üçün idxal gömrük rüsumu 316,20 manat, əlavə dəyər vergisi 436,36 manat ümumilikdə cəmi 2330,50 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yuxarıda qeyd olunan mallara gömrük baxışı keçirilərək xx.xx.2021-ci il tarixdə malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə gömrük orqanına elektron formada **********1811 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********1811 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında “3282 ədəd kişi şalvarı” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 610349 0000, 42-ci qrafasında invoys dəyəri 4028,48 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 8902.0 manat, 46-cı qrafasında statistik dəyər 5236,47 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6-ehtiyat üsulu, müvafiq olaraq **********1811 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “3116 ədəd qadın üçün küləkçələr” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 610290 9000, 42-ci qrafasında invoys dəyəri 5127,86 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 11202.0 manat, 46-cı qrafasında statistik dəyər 6589,41 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 ehtiyat üsulu İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən “3282 ədəd kişi şalvarı” adlı mallar üçün mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 240,00 manat, idxal gömrük rüsumu 1335,30 manat, əlavə dəyər vergisi 1885,91 manat, elektron gömrük xidmətlərinin göstərilməsinə görə 60,00 manat və elektron gömrük xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi 10,80 manat ümumilikdə cəmi 7531,12 manat, müvafiq olaraq “3116 ədəd qadın üçün küləkçələr” adlı mallar üçün idxal gömrük rüsumu 1680,30 manat, əlavə eləyər vergisi 2318,81 manat ümumilikdə cəmi 3999,11 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yuxarıda qeyd olunan mallara gömrük baxışı keçirilərək xx.xx.2021-ci il tarixdə malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə gömrük orqanına elektron formada **********2049 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********2049 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında “1996 cüt qadın idman ayaqqabısı, 144 cüt uşaq idman ayaqqabısı, 360 cüt kişi idman ayaqqabısı” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 640319 0000, 42-ci qrafasında invoys dəyəri 4326,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 9795,00 manat, 46-cı qrafasında statistik dəyər 5761,76 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən “1996 cüt qadın idman ayaqqabısı, 144 cüt uşaq idman ayaqqabısı, 360 cüt kişi idman ayaqqabısı” adlı mallar üçün mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 120,00 manat, GPS xidməti vasitəsilə gömrük müşayiətinin aparılmasına görə gömrük yığımları 10,00 manat, idxal gömrük rüsumu 1469,25 manat, əlavə dəyər vergisi 2050,96 manat, elektron gömrük xidmətlərinin göstərilməsinə görə 30,00 manat və elektron gömrük xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi 5,40 manat ümumilikdə cəmi 3685,61 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yuxarıda qeyd olunan mallara gömrük baxışı keçirilərək xx.xx.2021-ci il tarixdə malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə gömrük orqanına elektron formada **********2616 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********2616 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında “540 cüt qadın çüstü (tərlik)” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 640419 1000, 42-ci qrafasında invoys dəyəri 350,00 ABŞ dolları, 45ci qrafasında gömrük dəyəri 700,00 manat, 46-cı qrafasında statistik dəyər 411,76 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6ehtiyat üsulu, müvafiq olaraq **********2616 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “612 cüt uşaq idman ayaqqabısı (krasovka)” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 640319 0000, 42-ci qrafasında invoys dəyəri 800,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1650,0 manat, 46-cı qrafasında statistik dəyər 970,59 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən “540 cüt qadın çüstü (tərlik)” adlı mallar üçün mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 120,00 manat, idxal gömrük rüsumu 105,00 manat, əlavə dəyər vergisi 166,50 manat, elektron gömrük xidmətlərinin göstərilməsinə görə 60,00 manat və elektron gömrük xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi 10,80 manat ümumilikdə cəmi 1051,35 manat, müvafiq olaraq “4 ədəd qəlib” adlı mallar üçün əlavə dəyər vergisi 918,00 manat, müvafiq olaraq “612 cüt uşaq idman ayaqqabısı (krasovka)” adlı mallar üçün idxal gömrük rüsumu 247,50 manat, əlavə dəyər vergisi 341,55 manat ümumilikdə cəmi 589,05 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yuxarıda qeyd olunan mallara gömrük baxışı keçirilərək xx.xx.2021-ci il tarixdə malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə gömrük orqanına elektron formada **********3773 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********3773 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında “60 cüt qadın idman ayaqqabısı” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 640319 0000, 42-ci qrafasında invoys dəyəri 156,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 272,00 manat, 46-cı qrafasında statistik dəyər 160,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********3773 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “90 cüt kişi parça idman ayaqqabısı” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 640411 0000, 42-ci qrafasında invoys dəyəri 142,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 263,50 manat, 46-cı qrafasında statistik dəyər 155,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6-ehtiyat üsulu, müvafiq olaraq **********3773 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “196m2 dermantin parça” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 590390 0000, 42-ci qrafasında invoys dəyəri 200,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 2155,60 manat, 46-cı qrafasında statistik dəyər 1268,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu: müvafiq olaraq **********3773 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “1660 ədəd qadın çantası” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 420221 0000, 42-ci qrafasında invoys dəyəri 1900,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 3570,00 manat, 46-cı qrafasında statistik dəyər 2100,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən “60 cüt qadın idman ayaqqabısı” adlı mallar üçün mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 120,00 manat, idxal gömrük rüsumu 40,80 manat, əlavə dəyər vergisi 77,90 manat, elektron gömrük xidmətlərinin göstərilməsinə görə 60,00 manat və elektron gömrük xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi 10,80 manat ümumilikdə cəmi 2193,24 manat, müvafiq olaraq “90 cüt kişi parça idman ayaqqabısı” adlı mallar üçün idxal gömrük rüsumu 39,52 manat, əlavə dəyər vergisi 54,54 manat, müvafiq olaraq “196m2 dermantin parça” adlı mallar üçün idxal gömrük rüsumu 107,78 manat, əlavə dəyər vergisi 407,41 manat, müvafiq olaraq “1660 ədəd qadın çantası” adlı mallar üçün idxal gömrük rüsumu 535,50 manat, əlavə dəyər vergisi 738,99 manat ümumilikdə cəmi 1883,74 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yuxarıda qeyd olunan mallara gömrük baxışı keçirilərək xx.xx.2021-ci il tarixdə malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə gömrük orqanına elektron formada **********8870 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********8870 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında “216 cüt qadın krasovkası, 768 cüt uşaq krasovkası” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 640319,0000, 42-ci qrafasında invoys dəyəri 1211,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 2700,00 manat, 46-cı qrafasında statistik dəyər 1588,24 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********8870 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “3219 ədəd kişi rubaşkası” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 610590 9000, 42-ci qrafasında invoys dəyəri 2646,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 5536,00 manat, 46-cı qrafasında statistik dəyər 3256,47 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 ehtiyat üsulu İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən “216 cüt qadın krasovkası, 768 cüt uşaq krasovkası” adlı mallar üçün mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 120,00 manat, idxal gömrük rüsumu 405,00 manat, əlavə dəyər vergisi 580,50 manat, elektron gömrük xidmətlərinin göstərilməsinə görə 60,00 manat və elektron gömrük xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi 10,80 manat ümumilikdə cəmi 3152,65 manat, müvafiq olaraq “3219 ədəd kişi rubaşkası” adlı mallar üçün idxal gömrük rüsumu 830,40 manat, əlavə dəyər vergisi 1145,95 manat ümumilikdə cəmi 1976,35 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yuxarıda qeyd olunan mallara gömrük baxışı keçirilərək xx.xx.2021 -ci il tarixdə malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə gömrük orqanına elektron formada **********8466 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********8466 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında “1440 cüt qadın krasovkası, 4020 cüt kişi krasovkası” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 640319 0000, 42-ci qrafasında invoys dəyəri 9537,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 21840,00 manat, 46-cı qrafasında statistik dəyər 12847,06 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********8466 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “720 cüt qadın ayaqqabısı” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 640399 9800, 42-ci qrafasında invoys dəyəri 2000,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 3480,00 manat, 46-cı qrafasında statistik dəyər 2047,06 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********8466 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “576 cüt qadın krasovkası” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 640411 0000,42-ci qrafasında invoys dəyəri 560,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1050,00 manat, 46-cı qrafasında statistik dəyər 647,65 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 ehtiyat üsulu İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən “1440 cüt qadın krasovkası, 4020 cüt kişi krasovkası” adlı mallar üçün mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 240,00 manat, idxal gömrük rüsumu 3276,00 manat, əlavə dəyər vergisi 4564,08 manat, elektron gömrük xidmətlərinin göstərilməsinə görə 60,00 manat və elektron gömrük xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi 10,80 manat ümumilikdə cəmi 9768,09 manat, müvafiq olaraq “720 cüt qadın ayaqqabısı” adlı mallar üçün idxal gömrük rüsumu 522,00 manat, əlavə dəyər vergisi 720,36 manat, müvafiq olaraq “576 cüt qadın krasovkası” adlı mallar üçün idxal gömrük rüsumu 157,50 manat, əlavə dəyər vergisi 217,35 manat ümumilikdə cəmi 1617,21 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yuxarıda qeyd olunan mallara gömrük baxışı keçirilərək xx.xx.2021-ci il tarixdə malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə gömrük orqanına elektron formada **********8521 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********8521 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında “1546 cüt kişi üçün idman ayaqqabıları” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 640319 0000, 42-ci qrafasında invoys dəyəri 3657,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 8088,00 manat, 46-cı qrafasında statistik dəyər 4757,65 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən “1546 cüt kişi üçün idman ayaqqabıları” adlı mallar üçün mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 120,0 manat, idxal gömrük rüsumu 1213,20 manat, əlavə dəyər vergisi 1695,82 manat, elektron gömrük xidmətlərinin göstərilməsinə görə 30,00 manat və elektron gömrük xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi 5,40 manat ümumilikdə cəmi 3064,42 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yuxarıda qeyd olunan mallara gömrük baxışı keçirilərək xx.xx.2021-ci il tarixdə malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə gömrük orqanına elektron formada **********8589 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********8589 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında “450 ədəd qadın paltoları” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 610290 1000, 42-ci qrafasında invoys dəyəri 945,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 2295,00 manat, 46-cı qrafasında statistik dəyər 1350,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********8589 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “22850 ədəd tekstil materiallarından qadın alt paltarları” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 610899 0000, 42-ci qrafasında invoys dəyəri 1600,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 3740,00 manat, 46-cı qrafasında statistik dəyər 2200,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********8589 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “1650 ədəd tekstil materiallarından kişi və uşaq jiletləri” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 611190 9000, 42-ci qrafasında invoys dəyəri 3240,0 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 7650,00 manat, 46-cı qrafasında statistik dəyər 4500,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 ehtiyat üsulu, müvafiq olaraq **********8589 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “1472 set uşaq geyim dəstləri” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 620920 0000, 42-ci qrafasında invoys dəyəri 950,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 3400,00 manat, 46-cı qrafasında statistik dəyər 2000,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********8589 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “3000 ədəd maşın və ya əl toxunuşlu trikotaj büsthalterlər” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 621210 9000, 42-ci qrafasında invoys dəyəri 502,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1020,00 manat, 46-cı qrafasında statistik dəyər 600,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6-ehtiyat üsulu, müvafiq olaraq **********8589 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “3600 ədəd uşaq şalvarları” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 611130 9000, 42-ci qrafasında invoys dəyəri 1950,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 4930,00 manat, 46-cı qrafasında statistik dəyər 2900,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********8589 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “4800 ədəd kişi idman şalvarları” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 610349 0000, 42-ci qrafasında invoys dəyəri 3752,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 13940,00 manat, 46-cı qrafasında statistik dəyər 8200,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********8589 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “9172 ədəd qadın üçün lasinalar” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 610469 0000, 42-ci qrafasında invoys dəyəri 8245,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 18870,00 manat, 46-cı qrafasında statistik dəyər 11100,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********8589 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “500 ədəd məktəbli bel çantaları” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 420211 1000, 42-ci qrafasında invoys dəyəri 593,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1198,00 manat, 46-cı qrafasında statistik dəyər 705,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən “450 ədəd qadın paltoları” adlı mallar üçün mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 400,00 manat, idxal gömrük rüsumu 344,25 manat, əlavə dəyər vergisi 547,06 manat, elektron gömrük xidmətlərinin göstərilməsinə görə 120,00 manat və elektron gömrük xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi 21,60 manat ümumilikdə cəmi 20978,13 manat, müvafiq olaraq “22850 ədəd tekstil materiallarından qadın alt paltarları” adlı mallar üçün idxal gömrük rüsumu 561,00 manat, əlavə dəyər vergisi 774,18 manat, müvafiq olaraq “1650 ədəd tekstil materiallarından kişi və uşaq jiletləri” adlı mallar üçün idxal gömrük rüsumu 1147,50 manat, əlavə dəyər vergisi 1583,55 manat, müvafiq olaraq “1472 set uşaq geyim dəstləri” adlı mallar üçün idxal gömrük rüsumu 510,00 manat, əlavə dəyər vergisi 703,80 manat ümumilikdə cəmi 5280,03 manat, müvafiq olaraq “3000 ədəd maşın və ya əl toxunuşlu trikotaj büsthalterlər" adlı mallar üçün idxal gömrük rüsumu 153,00 manat, əlavə dəyər vergisi 211,14 manat, müvafiq olaraq “3600 ədəd uşaq şalvarları” adlı mallar üçün idxal gömrük rüsumu 739,50 manat, əlavə dəyər vergisi 1020,51 manat, müvafiq olaraq “4800 ədəd kişi idman şalvarları” adlı mallar üçün idxal gömrük rüsumu 2091,00 manat, əlavə dəyər vergisi 2885,58 manat ümumilikdə cəmi 7100,73 manat, müvafiq olaraq “9172 ədəd qadın üçün lasinalar” adlı mallar üçün idxal gömrük rüsumu 2830,50 manat, əlavə dəyər vergisi 3906,09 manat, müvafiq olaraq “500 ədəd məktəbli bel çantaları” adlı mallar üçün idxal gömrük rüsumu 179,78 manat, əlavə dəyər vergisi 248,09 manat ümumilikdə cəmi 7164,46 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yuxarıda qeyd olunan mallara gömrük baxışı keçirilərək xx.xx.2021-ci il tarixdə malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə gömrük orqanına elektron formada **********1675 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********1675 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında “2400 cüt kişi üçün krasofkalar” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 640319 0000, 42-ci qrafasında invoys dəyəri 4750,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 11084,00 manat, 46-cı qrafasında statistik dəyər 6520,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən “2400 cüt kişi üçün krasofkalar” adlı mallar üçün mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 240,00 manat, GPS xidməti vasitəsilə gömrük müşayiətinin aparılmasına görə gömrük yığımları 10,00 manat, idxal gömrük rüsumu 1662,60 manat, əlavə dəyər vergisi 2339,39 manat, elektron gömrük xidmətlərinin göstərilməsinə görə 30,00 manat və elektron gömrük xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi 5,40 manat ümumilikdə cəmi 4287,39 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yuxarıda qeyd olunan mallara gömrük baxışı keçirilərək xx.xx.2021-ci il tarixdə malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. Yuxarıda qeyd olunan gömrük bəyannamələrinin 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1 -ci maddəsinə əsasən (ehtiyat üsul) idxal olunan malların gömrük dəyərini bu Qanunun 13 - 17-ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri bu Qanunun 7.1 -ci maddəsinə uyğun olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir. Yuxarıda qeyd olunan gömrük bəyannamələri ilə İddiaçı tərəfindən idxal edilən malların gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri düzgün hesablanmışdır. Qüvvədə olan gömrük qanunvericiliyinə əsasən mallar və nəqliyyat vasitələri mal sahibi və ya bəyannaməçi tərəfindən gömrük bəyannaməsi verilməsi yolu ilə bəyan olunur və bəyannamədəki məlumatların düzgünlüyünə görə onlar cavabdehlik və məsuliyyət daşıyır. Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən, fiziki şəxs İddiaçı tərəfindən idxal edilmiş malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirildiyi gömrük bəyannamələrinin surətlərini (əlavə olunur) təqdim edərək, yuxarıda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Gömrük Komitəsi məhkəmə icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə üçüncü şəxs Azərbaycan Respublikası Gömrük Komitəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. İşdə olan Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********848600 saylı qərarına əsasən, X2 12579.05 manat hesablanmış vergi və siğorta haqqı hesablanmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, vergi orqanı tərəfindən malların gömrük dəyərinə uyğun ƏDV-nin hesablanması üçün Qanunvericilikdə hər hansı hüquqi əsas mövcud deyildir. Mövcud praktikaya uyğun olaraq vergi orqanları mallarını invoys dəyəri ilə uçota alan vergi ödəyicilərinə kameral vergi yoxlaması çərçivəsində uyğunsuzluq məktubları göndərərək malların gömrük dəyəri ilə uçota alınmasını tələb edir, əks halda isə vergi ödəyicilərinə buna müvafiq olaraq əlavə vergi məbləği hesablayırlar. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 139-cu və 143-cü maddələrində vergi ödəyicisinin mülkiyyətində olan aktivlərin uçota alınma qaydası və forması tam şəkildə tənzimlənir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəəmaterial ehtiyatlarına aid etməyə borcludur. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Həmin Məcəllənin 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər və aktivlərin dəyərini artıran digər xərclər (vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən yaranan artım istisna edilməklə) daxil edilir. Sadalanan normalardan aşağıdakı nəticələr əldə edilir: 1. Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malın uçotunu aparmalıdır.2. Vergi ödəyicisi istehsal etdiyi malları istehsal xərclərinə əsasən müəyyənləşdirilən dəyəri ilə uçota alır. 3. Vergi ödəyicisi satın aldığı malları faktiki satınalma qiymətlərinə əsasən, eləcə də malların gətirilməsinə (nəql olunmasına), saxlanılmasına, quraşdırılmasına və digər gəlirdən çıxmaq hüququna malik olmadığı kapital xarakterli xərclərə əsasən müəyyənləşdirilən dəyərinə əsasən uçota alır. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.5-ci maddəsinə əsasən malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsidir. Həmin Qanunun 4.1 və 4.1.1-ci maddələrinə əsasən advalor - malların Azərbaycan Respublikasında gömrük dəyərinə nisbətən faizlə hesablandığı gömrük rüsumu dərəcələrinin növlərindən biridir. Həmin Qanunun 3.5-ci maddəsinə əsasən gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: malların sövdələşmə qiyməti ilə; eyni malların sövdələşmə qiyməti ilə; eynicinsli malların sövdələşmə qiyməti ilə;dəyərin çıxılması üsulu ilə;dəyərin toplanması üsulu ilə; ehtiyat üsulu ilə. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Həmin Qanununun 13.3-cü maddəsinə əsasən mallar üçün ödənilmiş və ya ödənilməli olan qiymətdən ayrı müəyyənləşdirilmiş aşağıdakı xərclər gömrük dəyərinə daxil edilmir: 1.sənaye qurğuları, maşın və avadanlıq kimi mallar idxal edildikdən sonra həmin mallarla əlaqədar tikintiinşaat, yığılma, quraşdırma, istismar və texniki yardım xərcləri; 2. malların gömrük ərazisində daşınması ilə əlaqədar yaranan əsaslandırılmış xərclər; 3. gömrük ərazisində ödənilməli olan rüsum və digər ödənişlər; 4. malın alınması ilə əlaqədar maliyyələşmə razılaşması çərçivəsində alıcının faiz ödəmələri. Yuxarıda sadalananlara əsasən gömrük dəyəri: gömrük rüsumunun tətbiqi məqsədilə müəyyən edilən malların dəyəridir; ilk öncə malların sövdələşmə (faktiki alış) dəyəri, yəni invoys dəyəri əsasında müəyyən edilir. Bu üsulla müəyyən etmək mümkün olmadıqda, digər 5 üsulla müəyyən edilir. istənilən üsulla hesablanarkən daşıma xərcləri, malın alınması ilə bağlı faiz ödəmələri, tikinti-inşaat, yığılma, quraşdırma, istismar və texniki yardım xərcləri və gömrük rüsumu və digər ödənişlər nəzərə alınmır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəlarının qarşılıqlı təhlilindən belə nəticə əldə olunur ki: 1. Malların gömrük dəyəri gömrük orqanında malların sövdələşmə (invoys) dəyəri əsasında müəyyən edildiyi halda, vergi ödəyicisi həmin malları gömrük dəyəri əsasında uçota ala bilər. 2. Malların gömrük dəyəri gömrük orqanında digər 5 üsuldan biri əsasında müəyyən edildiyi halda, vergi ödəyicisi malları faktiki satınalma (invoys) dəyəri əsasında uçota alır. 3. Mallar yuxarıda qeyd olunan iki üsuldan biri ilə uçota alınarkən, həmin dəyərə daşıma xərcləri, malın alınması ilə bağlı faiz ödəmələri, tikintiinşaat, yığılma, quraşdırma, istismar və texniki yardım xərcləri və gömrük rüsumu və digər ödənişlər də əlavə edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən gömrük orqanının malın gömrük dəyəri bəyan edilərkən təqdim edilmiş məxfi və konfidensial məlumatlardan gömrük dəyərləndirilməsinin məqsədləri üçün istifadə etmək hüququ vardır. Məhkəmə qərarının qəbul edildiyi hallar istisna olmaqla, məlumatı təqdim edən dövlət orqanının və ya şəxsin icazəsi olmadan bu məlumat, digər dövlət orqanları da daxil olmaqla, üçüncü şəxsə verilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 tərəfindən ölkə ərazisinə idxal edilmiş malın faktiki satınalma (invoys) dəyərinə uyğun olaraq vergi ödəyicisi tərəfindən ƏVD ödənilmiş, lakin vergi orqanı malın satılma dəyərinə münasibətdə deyil həmin malın gömrük dəyərinə əsasən ƏDV hesablamışdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarından da müəyyən edildiyi kimi vergi orqanı gətirilmiş malın gömrük dəyərinə əsasən ƏDV-nin hesablanmasında haqlı olmamışdır. Qanunvericilik normalarına əsasən idxal olunan malların mədaxil dəyəri həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. Həmçinin, qeyd olunmalıdır ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən malların statistik dəyərinin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur. Beləliklə, ölkə ərazisinə idxal edilmiş malın faktiki satınalma (invoys) dəyərinə uyğun olaraq vergi ödəyicisi tərəfindən ƏDV ödənilmiş, lakin vergi orqanı malın satılma dəyərinə münasibətdə deyil, həmin malın gömrük dəyərinə əsasən ƏDV hesablamışdır. Maddi hüquq normalarında da müəyyən edildiyi kimi vergi orqanı gətirilmiş malın gömrük dəyərinə əsasən ƏDV-nin hesablanmasında haqlı olmamışdır. Beləliklə, həmin hissədə cavabdehin dəlilləri əsassızdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 242.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 302.1-ci maddəsinə əsasən, malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir. Malın bəyan edilmiş gömrük dəyərinin təsdiqi üçün fiziki şəxs malın əldə olunmasını təsdiq edən müvafiq sənədləri (çek, hesab sənədi və s.) gömrük orqanlarına təqdim edə bilər. Vergi Məcəlləsinin 166.1-ci maddəsində göstərilmişdir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın tarixi təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Lakin iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən mal idxalı ilə satışı arasında yaranmış fərq üzrə iddiaçının hər hansı dəyər əldə etdiyi sübut edilməmiş və ona malların dəyəri (pul vəsaiti) ödənilməmişdir. Yəni, malların (işlər və xidmətlər) dəyəri ödənilmədiyindən qüvvədə olan Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələblərinə əsasən ƏDV hesablanması nəzərdə tutulmur. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********848600 saylı qərar ləğv edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. İnzibati orqanın xx.xx.2022-ci il tarixli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktların özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktların özündə yazılı şəkildə əsaslandırılması yetərli qiymətləndirilmir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-2025/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə prosessual xərc yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin iddiaçı X3 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********848600 saylı qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №e-2-1(120)-732/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-732/2023
07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver