Məhkəmə qərarları › İş №e-2(125)-1203/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-1203/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-1203/2024 08.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi ilə, İddiaçı X1 Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X1 Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM101900525 saylı restrukturizasiya müqaviləsi üzrə cavabdehdən 5434,54 (beş min dörd yüz otuz dörd manat əlli dörd qəpik) manat məbləğində əsas borc, 190,38 (bir yüz doxsan manat otuz səkkiz qəpik) manat məbləğində müqavilə üzrə hesablanmış faiz borcu, 0,60 (altmış qəpik) manat cərimə borcu, cəmi 5625,52 (beş min altı yüz iyirmi beş manat əlli iki qəpik) manat məbləğində pulun, 76,26 (yetmiş altı manat iyirmi altı qəpik) manat dövlət rüsumunun X1 Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək, bildirmişdir ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanan kredit müqaviləsi üzrə tərəflər arasında ödəniş qaydaları barədə razılaşma vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1 və 260.3-cü maddələrinə əsasən iddianın baxılmamış saxlaması haqqında məhkəmə qərardad çıxarır. Qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumumun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsində nəzərdə tutulan hallarda ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılması əsasları göstərilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrini rəhbər tutaraq, iddiaçı LPO “Bank Standard” KB-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iddia ərizəsinin baxılmamış saxlanılması, həmçinin, ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması və alan adı X1 QSC “Bank Standard” KB, VÖEN: **********, İBAN: AZ54NABZ********************, alanın bankı: bankın adı Azərbaycan Respublikası Mərkəzi Bankı, Kod: 501004, VÖEN: **********, M/h: AZ74NABZ********************, SWİFT: NABZAZ2C hesabına köçürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsi geri qaytarıldığından ödənilmiş 76,26 (yetmiş altı manat iyirmi altı qəpik) manat dövlət rüsumu iddiaçı X1 Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının “Bank Standard” KB, VÖEN: **********, İBAN: AZ54NABZ********************, alanın bankı: bankın adı Azərbaycan Respublikası Mərkəzi Bankı, Kod: 501004, VÖEN: **********, M/h: AZ74NABZ********************, SWİFT: NABZAZ2C hesabına qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X1 Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 76,26 (yetmiş altı manat iyirmi altı qəpik) manat dövlət rüsumu iddiaçı X1 Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının “Bank Standard” KB, VÖEN: **********, İBAN: AZ54NABZ********************, alanın bankı: bankın adı Azərbaycan Respublikası Mərkəzi Bankı, Kod: 501004, VÖEN: **********, M/h: AZ74NABZ********************, SWİFT: NABZAZ2C hesabına qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar