Məhkəmə qərarları › İş №e-2(125)-1462/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-1462/2025

23.01.2025 · Əmr icraatı - Ödənilməmiş əmək haqqı üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-1462/2025 23.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi ilə, Kreditor Tələbkar ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, m ü əy y ə n e t d i : Kreditor Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən işə daha ciddi yanaşılmasını ekispedizya məsələsinin həll edilməsini və əlavə ekizpediziya təyin edilməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Məhkəməsinin xx.xx.2024 cü il tarixli qərarına əsasən mühasibatlıq ekispertizası keçirilməsi üçün zəruri sənədlərin eksbertə təqdim olunması vəzifəsi hüquqi şəxs Gəncə Bazar Store MMC-yə həvalə edilmişdir lakin, Gəncə Bazar Store MMC Gəncə şəhər Məhkəməsinin xx.xx.2024 cü il tarixli qərarını icra etməmiş, Məhkəmə tərəfindən öz qərarını icrasını təmin etmək məqsədi ilə Gəncə Bazar Store MMC-yə qarşı heç bir tədbir görülməmişdir, Gəncə Bazar Store MMC tərəfindən əlavə zəruri sənədlərin qərəzli şəkildə gizlədilməsi düzgün təqdim edilməməsi halları müşahidə olunmaqdadır.Məhkəmə ekispedizyasının həyata keçirilməsini gecikməsi ilə əlaqədər daha ciddi tədbirlər görərək Gəncə Bazar Store MMC-yə qarşı hüquqi tədbirlər tətbiq etməlidir.Tərəfimdən elektron məhkəmə vasitəsi ilə xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 xx.xx.2025 tarixdə ünvanlanmış vəsadətlərimə hörmətli X1 tərəfindən hələdə heç bir reaksiya verilməmişdir. Qanunvericiliyə əsasən vəsadətlərə vaxdında baxılması,tərəflərin hüquqlarının qorunması vacibdir. Bu səbəbdən təqdim etdiyi vəsadətlərin Məhkəmə tərəfindən nəzərə alınması və müvafiq qərarın verilməsi üçün məhkəmədən dərhal tədbir görülməsini xahiş edir. İlkin ekispedizyanın nəticəsi qeyri-kafi və yalnış və geri qaytarılmış hesab olunursa əlavə ekispedizyanın təyin edilməsi zəruridir. Əlavə ekizpedisiya işin ədalətli və düzgün həllinə habelə məhkəmənin müvafiq qərar verməsinə imkan yaradacaqdır Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, tələb aşkar olmadığından və mübahisəli olduğundan məhkəmə əmrinin verilməsindən imtina edilməlidir. Məhkəmə qeyd edir ki, kreditorun hazırkı ərizə ilə irəli sürdüyü tələb mülki-prosessual qanunvericiliyə əsasən, barəsində məhkəmə əmri qəbul edilən hallar sırasında nəzərdə tutulmamışdır. Bundan başqa, ərizənin məzmunundan aydın olur ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet üzərindən məhkəməyə təqdim edilmiş hazırkı müraciət digər mülki işin baxılması ilə əlaqədardır. Məhkəmə tərəfindən Tələbkar izah olunur ki, həmin iş üzrə müstəqil qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən, 276.1. Kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 276.2. Məhkəmə əmri aşağıdakı hallarda verilə bilər: 276.2.1. tələb notariat qaydasında təsdiq edilmiş əqdə əsaslanırsa; 276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa; 276.2.3. tələb ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa; 276.2.4. tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə; 276.2.5. tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə; 276.2.6. tələb polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin alınması haqqında verilmişdirsə; 276.2.7. tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə. 279.2. Bundan başqa, aşağıdakı hallar da imtina üçün əsasdır: 279.2.1. verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa; 279.2.2. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa; 279.2.3. ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa. 279.3. Ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 275-279-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Kreditor Tələbkar məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar