Məhkəmə qərarları › İş №e-2-2(113)-120/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-120/2023

08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-120/2023 08.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 qarşı “borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, girov və ipoteka müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 qarşı “borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı LPO İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 (bundan sonra – cavabdehlər) qarşı “borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 11 KT saylı kredit müqaviləsi üzrə tərəfin banka 173 500 manat əsas, 19 660,13 manat məbləğində faiz borcu, 47080,97 cərimə borcu və 24 172,30 illik 5%-lik gecikdirilmiş vaxt üçün hesablanan borc olmaqla ümumilikdə 264 413,40 manat kredit borcunun cavabdehdən tutulması, - tutmanın bağlanmış kredit müqaviləsinin təminatı olaraq bağlanmış xx.xx.2014-cü il tarixli, 12 KT saylı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 218.7 kv.m ümumi, 124 kv.m yaşayış və 94.7 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı mənzilə yönəldilməsi; 2) həmçinin kredit müqaviləsinin təminatı olaraq bağlanmış xx.xx.2014-cü il tarixli,12/1 kt saylı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 49 saylı bağ sahəsinin bir hissəsi, yəni 0,085599 ha torpaq sahəsi yönəldilməsi; 3) bağlanmış 12/2 AK saylı sabit girov müqaviləsinə əsasən girov qoyanın (bankdan götürdüyü kredit əsasında aldığı HOWO ZZ3317N3567W-yük (mühərrik: **********27, buraxılış ili 2011), HOWO ZZ3257N3847A-yük ( mühərrik: **********87, buraxılış ili 2013) və SACHMAN SX3254DT404-yük, (mühərrik: 1113C004409, buraxılış ili 2013) avtomobillərə yönəldilməsi. - yuxarıdakı ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin ipoteka predmetlərinin açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması, 2) eyni zamanda LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında 01 avqust 2014-cü il tarixli 12 KT saylı kredit müqaviləsi üzrə tərəfin banka 193 00 manat əsas, 21 567,92 manat məbləğində faiz borcu, 53 074,69 cərimə borcu və 26 933,76 illik 5% gecikdirilmiş vaxtüçün hesablanan borc olmaqla ümumilikdə 295 076,37 manat ödənilməmiş kredit borcunun cavabdehdən tutulması, hər iki kredit müqaviləsi borc məbləğinin cəmi üzrə hesablanmış 450 manat dövlət rüsumunun cavabdehlərdən tutulması, - tutmanın 1) Kredit müqaviləsinin təminatı olaraq bağlanmış xx.xx.2014-cü il tarixli, 12/1 kt saylı sonrakı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 218.7 kv.m ümumi, 124 kv.m yaşayış və 94.7 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı mənzilə; 2) eyni zamanda bağlanmış kredit müqaviləsinin təminatı olaraq bağlanmış xx.xx.2014-cü il tarixli,12 kt saylı sonrakı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 49 saylı bağ sahəsinin bir hissəsi, yəni 0,085599 ha torpaq sahəsinə; 3) bağlanmış 12/2 AK saylı sabit girov müqaviləsinə əsasən girov qoyulmuş (bankdan götürdüyü kredit əsasında aldığı HOWO ZZ3317N3567W-yük (mühərrik: **********27, buraxılış ili 2011), HOWO ZZ3257N3847Ayük (mühərrik: **********87, buraxılış ili 2013) və SACHMAN SX3254DT404-yük, (mühərrik: 1113C004409, buraxılış ili 2013) avtomobillərə yönəldilməsi. - yuxarıdakı ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin ipoteka predmetlərinin açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir).

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 11 KT saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən borcalana heyvandarlığın inkişafı məqsədilə illik 7 faiz ödənilməsi şərti ilə 60 müddətinə 180 000 manat məbləğində kredit verilmişdir. Bağlanmış kredit müqaviləsinin təminatı olaraq bağlanmış xx.xx.2014-cü il tarixli, 11 KT saylı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 218.7 kv.m ümumi, 124 kv.m yaşayış və 94.7 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. Eyi zamanda bağlanmış kredit müqaviləsinin təminatı olaraq bağlanmış xx.xx.2014-cü il tarixli, 11/1 KT saylı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 49 saylı bağ sahəsinin bir hissəsi, yəni 0,085599 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda bağlanmış 11/2 saylı sabit girov müqaviləsinə əsasən girov qoyan (Cavabdeh1) bankdan götürdüyü kredit əsasında aldığı HOWO ZZ3317N3567W-yük (mühərrik: **********27, buraxılış ili 20.11), HOWO ZZ3257N3847A-yük (mühərrik: **********87, buraxılış ili 2013) və SACHMAN SX3254DT404-yük, (mühərrik: 1113C004409, buraxılış ili 2013) avtomobilləri girov qoymuşdur. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 13.5-cı bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında 01 avqust 2014-cü il tarixli 12 KT saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən borcalana illik 7 (yeddi) faiz ödənilməsi şərti ilə 60 ( altmış) ay müddətinə 200 000 ( iki yüz min) manat məbləğində kredit verilmişdir. Bağlanmış kredit müqaviləsinin təminatı olaraq bağlanmış xx.xx.2014-cü il tarixli, 12/1 KT saylı sonrakı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən 218.7 kv.m ümumi, 124 kv.m yaşayış və 94.7 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. Eyi zamanda bağlanmış kredit müqaviləsinin təminatı olaraq bağlanmış xx.xx.2014-cü il tarixli, 12 KT saylı sonrakı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 49 saylı bağ sahəsinin bir hissəsi, yəni 0,085599 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda bağlanmış 12/2 AK saylı sabit girov müqaviləsinə əsasən girov qoyan bankdan götürdüyü kredit əsasında aldığı HOWO ZZ3317N3567W-yük ( mühərrik: **********27, buraxılış ili 2011), HOWO ZZ3257N3847A-yük ( mühərrik: **********87, buraxılış ili 2013) və SACHMAN SX3254DT404-yük, (mühərrik: 1113C004409, buraxılış ili 2013) avtomobilləri girov qoymuşdur. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılımüraciətlər olunmasına, o cümlədən mübahisənin mediasiya vasitəsilə həllinə cəhd edilməsinə baxmayaraq, cavabdehlər öz öhdəliklərini yerinə yetirməmiş, mediyasiya sessiyasında iştirakı təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi M.Əliyev iddia ərizəsini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlər tərəfindən məhkəmə icraatı dövründə iddiaçıya hər hansı ödəniş edilməmişdir.

4. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişlər.

5. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 30 iyul 2014-cü il tarixli 11KT saylı kredit müqaviləsinə əsasən borc verən heyvandarlığın inkişafı məqsədilə borc alana 180000 manat məbləğində kredit verməsini öhdəsinə götürür.

8. Müqavilənin 2.4-cü bəndinə əsasən borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti bvə kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür.

9. Müqavilənin 6.1-ci bəndinə əsasən kreditdən istifadəyə görə borcalan banka illik 7 faiz olmaqla faiz ödəməlidir. Kreditin əsas borcu bu müqaviləyə əlavə olunmuş cədvəl üzrə müəyyən edilmiş müddət ərzində ödənilmədikdə həmin tarixə borcun qalığı vaxtı keçmiş borca aid edilir və borcalan kredit qalığı tam ödənilənədək qalmış borca görə illik 28 % olmaqla faiz ödəməlidir.

10. Müqavilənin 6.3-cü bəndinə əsaəsn kredit üzrə əsas borcun ödənişi isə güzəşt müddəti 24 bitdikdən sonra xx.xx.2019-cu il tarixinə qədər hər ayın 30- ödənilir.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyesrindən RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil Cavabdeh2 adına rəsmiləşdirilmişdir.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyesrindən RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyesrindən RX ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 49 saylı bağ sahəsinin bir hissəsi Cavabdeh1 adına rəsmiləşdirilmişdir.

14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyesrindən RX ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 49 saylı bağ sahəsinin bir hissəsi olan torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir.

15. İddiaçı tərəfindən verrilmiş 16 may 2022-ci il tarixli **********250 nömrəli arayışdan görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 30 iyul 2014-cü il tarixli 11KT saylı kredit müqaviləsi üzrə 13 may 2022-ci il tarixə yaranmış tələb əsas borc 173500 manat, faiz borcu 19660,13 manat, cərimə borcu 47080,97 manat, ümumilikdə, 264413,40 manat təşkil edir.

16. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 11/2 AK nömrəli sabit girov müqaviləsinə əsasən girov qoyan öz mülkiyyətində olan və bankdan kredit müqaviləsi əsasında götürdüyü kredit hesabına aldığı HOWO ZZ3317N3567W-yük (mühərrik: **********27, buraxılış ili: 2011, tipi: özüboşaldan, şassi: LZZ5EXSC4BN645148, rəng: Ağ) avtomobili, HOWO ZZ3257N3847A-yük (mühərrik: **********87, buraxılış ili: 2013, Tipi: Özüboşaldan, Şassi: LZGJLDT46DX020082, rəngi: Ağ) avtomobili bundan sonra girov predmeti bank qarşısında girov qoyur.

17. Müqavilənin 1.2-ci bəndinə əsasən tərəflərin razılığı ilə girov predmetinin dəyəri 90000 manat məbləğində müəyyən edilir.

18. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 30 iyul 2014-cü il tarixli 11/1KT saylı ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla borcalan arasında bağlanmış 30 iyul 2014-cü il tarixli 11KT saylı kredit müqaviləsinə əsasən 180.000 manat məbləğində 5 il müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminarı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 49 saylı bağ sahəsinin bir hissəsi yəni, 0,085599 ha torpaq sahəsinin girov qoyulması barədə razılığa gəlmişlər.

19. Müqavilənin 3.3-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak 60.000 manat məbləğində qiymətləndirilir.

20. Müqavilənin 4.1-ci bəndinə əsasən ipoteka ilə təmin edilmiş öhdəliyin mahiyyəti ipoteka saxlayanla borcalan arasında Bakı şəhərində bağlanmış 30 iyul 2014-cü il tarixli 11KT saylı Kredit müqaviləsinə əsasən verilən kredit, kredit faizlərinin qaytarılmasından ibarətdir.

21. Müqavilənin 4.2-ci bəndinə əsasən ipoteka ilə təmin edilmiş öhdəliyin ölçüsü 180.000 manat məbləğindədir.

22. Müqavilənin 4.3-cü bəndinə əsasən ipoteka ilə təmin edilmiş öhdəlik 5 il müddətinə icra edilməlidir.

23. İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 30 iyul 2014-cü il tarixli 11KT saylı ipoteka müqaviləsinə əsasən ipoteka salayanla borcalan arasında bağlanmış 30 iyul 2014-cü il tarixli 11 KT saylı Kredit müqaviləsinə əsasən 180000 manat məbləğində 60 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş ünvan 5 ünvanında yerləşən 218,7 kv.m ümumi 124 kv.m yaşayış və 94,7 kv.m yardımçı sahədən ibarət 4 otaqlı mənzilin girov qoyulması barədə razılığa gəlmişlər.

24. Müqavilənin 3.3-cü bəndinə əsasən sonralı ipoteka ilə yüklü edilmiş əmlak 400.000 manat məbləğində qiymətləndirilir.

25. Müqavilənin 4.1-ci bəndinə əsaəsn ipoteka ilə təmin edilmiş öhdəliyin mahiyyəti ipoteka saxlayanla borcalan arasında Bakı şəhərindı bağlanmış 30 iyul 2014-cü il tarixli 11 KT saylı Kredit Müqaviləsinə əsasən verilən kredit, kredit faizlərinin qaytarılmasından ibarətdir.

26. Müqavilənin 4.2-ci bəndinə əsasən sonrakı ipoteka ilə təmin edilmiş öhdəliyin ölçüsü 180.000 manat məbləğindədir.

27. Müqavilənin 4.3-cü bəndinə əsasən sonrakı ipoteka ilə təmin edilmiş öhdəlik 60 ay müddətində icra edilməlidir.

28. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 218.7 kv.m ümumi, 124 kv.m yaşayış və 94.7 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı mənzilin likvid dəyəri 450000 manat, bazar dəyəri 509000 manat, Cavabdeh1 məxsus Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 49 saylı bağ sahəsinin bir hissəsi, yəni 0,085599 ha torpaq sahəsinin likvid dəyəri 76000 manat, bazar dəyəri 85000 manat təşkil edir.

29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/6630 nömrəli ekspert rəyindən görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 11 KT saylı kredit müqaviləsi üzrə tərəfin banka 173 500 manat əsas, 19 660,13 manat məbləğində faiz borcu, 24 169,51 manat illik 5%-lik gecikdirilmiş vaxt üçün hesablanan borcu vardır. LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında 01 avqust 2014-cü il tarixli 12 KT saylı kredit müqaviləsi üzrə tərəfin banka 193 500 manat əsas, 21 567,92 manat məbləğində faiz borcu, 26 933,76 manat lik 5% gecikdirilmiş vaxt üçün hesablanan borcu vardır.

30. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

32. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

33. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

34. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər.

35. Həmin Məcəllənin 295-ci maddasinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

36. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir.

37. Mülki Məcəllənin 298.2-ci maddəsinə əsasən bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır.

38. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. MM-in 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

39. Mülki Məcəllənin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

40. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.

41. Həmin Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

42. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

43. Sözügedən Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

44. Beləliklə, işin hallarından məlum olur ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 11 KT saylı kredit müqaviləsi, LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında 01 avqust 2014-cü il tarixli 12 KT saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə öhdəliklərin təminatı olaraq isə Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 218.7 kv.m ümumi, 124 kv.m yaşayış və 94.7 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı mənzil; Cavabdeh1 məxsus Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 49 saylı bağ sahəsinin bir hissəsi, yəni 0,085599 ha torpaq sahəsi, HOWO ZZ3317N3567W-yük (mühərrik: **********27, buraxılış ili 2011), HOWO ZZ3257N3847A-yük (mühərrik: **********87, buraxılış ili 2013) və SACHMAN SX3254DT404-yük, (mühərrik: 1113C004409, buraxılış ili 2013) avtomobillər göstərilmişdir. Cavabdehlər kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişdir.

45. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən yaranmış kredit borcu məbləği (Cavabdeh1 173500 manat əsas borc, 19660,13 manat faiz borcu, Cavabdeh2 193500 manat əsas borc, 21567,92 manat faiz borcu) tutulmalı, eyni zamanda tələb kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi göstərilmiş ipoteka və girov predmetlərinə yönəldilməli, qanunvericiliyin təlbələrinə uyğun olaraq əmlakın açıq hərracda satışı həyata keçirilməlidir.

46. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən hesablanmış cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

47. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

48. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

49. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq Cavabdeh1 tutulacaq cərimə 8000 manat, Cavabdeh2 tutulacaq cərimə 9000 manat müəyyən edilməlidir.

50. İddia ərizəsindən görünür ki, iddiaçı borcluların icranın gecikdirməsi nəticəsində əsas borc üzrə banka vurulmuş zərər qismində ümumilikdə MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla hesablanmış faiz borcunun ödənilməsi tələbini də irəli sürmüşdür.

51. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir.

52. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

53. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

54. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

55. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

56. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

57. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

58. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

59. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

60. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

61. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehlərin özləri tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır və iddia tələbi həmin hissədə də ekspert rəyinə uyğun müəyyən edilməlidir. Həmin rəy iddiaçı tərəfindən də mübahisələndirilməmişdir.

62. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqavilələri üzrə iddiaçıya borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən Cavabdeh1 173500 manat əsas borc, 19660,13 manat faiz borcu, 8000 manat dəbbə pulu, 24169,51 manat illik 5 faizlə hesablanmış borc tutularaq İddiaçı ASC-yə ödənilməli, Cavabdeh2 193500 manat əsas borc, 21567,92 manat faiz borcu, 9000 manat dəbbə pulu, 26933,76 manat illik 5 faizlə hesablanmış borc tutularaq İddiaçı ASC-yə ödənilməli, tələb ilkin satış qiyməti 450000 manat müəyyən edilməklə mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 218.7 kv.m ümumi, 124 kv.m yaşayış və 94.7 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı mənzilə, ilkin satış qiyməti 76000 manat müəyyən edilməklə mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 49 saylı bağ sahəsinin bir hissəsi, yəni 0,085599 ha torpaq sahəsinə, 12/2 AK saylı sabit girov müqaviləsinə əsasən HOWO ZZ3317N3567W-yük (mühərrik: **********27, buraxılış ili 2011), HOWO ZZ3257N3847A-yük ( mühərrik: **********87, buraxılış ili 2013) və SACHMAN SX3254DT404-yük, (mühərrik: 1113C004409, buraxılış ili 2013) avtomobillərə yönəldilməli, həmin ipoteka və girov predmetləri açıq hərracdan satılmalı və əldə edilmiş vəsait hesabına göstərilən borclar tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

64. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 850 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilməlidir.

65. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

66. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 800 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" MMC-yə ödənilməlidir.

V. Nəticə:

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 173500 manat əsas borc, 19660,13 manat faiz borcu, 8000 manat dəbbə pulu, 24169,51 manat illik 5 faizlə hesablanmış borc, ümumilikdə 225329,64 manat məbləğində pul tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Tələb ilkin satış qiyməti 450000 manat müəyyən edilməklə mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 218.7 kv.m ümumi, 124 kv.m yaşayış və 94.7 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı mənzilə, ilkin satış qiyməti 76000 manat müəyyən edilməklə mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 49 saylı bağ sahəsinin bir hissəsi, yəni 0,085599 ha torpaq sahəsinə, 12/2 AK saylı sabit girov müqaviləsinə əsasən HOWO ZZ3317N3567W-yük (mühərrik: **********27, buraxılış ili 2011), HOWO ZZ3257N3847A-yük ( mühərrik: **********87, buraxılış ili 2013) və SACHMAN SX3254DT404-yük (mühərrik: 1113C004409, buraxılış ili 2013) avtomobillərinə yönəldilsin. Həmin ipoteka və girov predmetləri açıq hərracdan satılsın və əldə edilmiş vəsait hesabına ümumilikdə 225329,64 manat məbləğində borc tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Cavabdeh2 193500 manat əsas borc, 21567,92 manat faiz borcu, 9000 manat dəbbə pulu, 26933,76 manat illik 5 faizlə hesablanmış borc, ümumilikdə 251001,68 manat məbləğində pul tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Tələb ilkin satış qiyməti 450000 manat müəyyən edilməklə mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 218.7 kv.m ümumi, 124 kv.m yaşayış və 94.7 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı mənzilə, ilkin satış qiyməti 76000 manat müəyyən edilməklə mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 49 saylı bağ sahəsinin bir hissəsi, yəni 0,085599 ha torpaq sahəsinə, 12/2 AK saylı sabit girov müqaviləsinə əsasən HOWO ZZ3317N3567W-yük (mühərrik: **********27, buraxılış ili 2011), HOWO ZZ3257N3847A-yük ( mühərrik: **********87, buraxılış ili 2013) və SACHMAN SX3254DT404-yük (mühərrik: 1113C004409, buraxılış ili 2013) avtomobillərinə yönəldilsin. Həmin ipoteka və girov predmetləri açıq hərracdan satılsın və əldə edilmiş vəsait hesabına ümumilikdə 251001,68 manat məbləğində borc tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 850 (səkkiz yüz əlli) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Aparılmış ekspertiza tədqiqatları ilə bağlı 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22), 800 (səkkiz yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar