Məhkəmə qərarları › İş №e-2-2(113)-1367/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1367/2021

11.02.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1367/2021 11.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Aslanov Kamal Sahib oğlunun katibliyi ilə, X1 Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 14688 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə müəyyən etmişdir ki, X4 2 iddia tələblərdən biri “aktın etibarsız hesab edilməsi tələbi” inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrlə bağlı olduğundan həmin tələbə inzibati məhkəməsində baxılmalıdır. Belə ki, iddiaçı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi (biri Bakı Kommersiya Məhkəməsinə, digəri Bakı İnzibati Məhkəməsinə aiddir) iddia ərizəsində birləşdirmişdir. Həmçinin iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmiş, belə ki, X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edən bəndi seçmişdir, halbuki istehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respbulikasının Qanunun 1-ci maddəsinə əsasən istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs hesab edildiyi göstərilmişdir. Bu isə o dəməkdir ki, şəxs qazı öz şəxsi tələbatı üçün (evdə, bağda) istifadə edirsə o, istehlakçı kimi dövlət rüsumunun ödənilməsindən azaddır, əksinə şəxs öz şəxşi tələbatını ödəmək üçün deyil, sahibkarlıq fəaliyyəti (istixana, mehmanxana, restoran və sair) ilə bağlı qazı istifadə edirsə və bunun nəticəsində qazanc əldə edirsə o, istehlakçı statusuna malik olmadığına görə, dövlət rüsumu ödəməlidir. Azərbaycan Respublikasının İPM-nin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 152.1.5 və 152.1.7-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə və bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X1 Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. X2 izah edilsin ki, Cavabdehnə qarşı cərimənin silinməsinə dair kommersiya mübahisəsi ilə bağlı tələblə dövlət rüsumunun ödənilməsi haqqında sənəd (qəbz) əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Həmçinin X2 izah edilsin ki, aktın etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət edilməlidir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar