Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-14/2025 28.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “dəmir yolu xətti üzərinə yığılmış əşyaların çıxarılması və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: maneələrin aradan qaldırılması) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “dəmir yolu xətti üzərinə yığılmış əşyaların çıxarılması və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Dəmir yol xətti üzərinə və onun mühafizə zolağına yığılmış bütün əşyaların oradan çıxarılması, dəmir yolu xəttinin üzərinə və mühafizə zolağına tökülmüş şeber, qum, beton və sair materialların oradan təmizlənməsi və dəmir yolu xəttindən istifadəyə mane olan bütün halların aradan qaldırılması öhdəliyinin, dəmir yolu xətti üzərində tikilmiş mövcud hasarın sökülməsi, vaqonların hərəkətinə sərbəst şərait yaradılması öhdəliyinin, İddiaçı ASC ərazisində inşa edilmiş yarımstansiyanın sökülməsi öhdəliyinin Cavabdeh2 üzərinə qoyulması və İddiaçı ASC-nə məxsus dəmir yol xətti və mühafizə zolağına hər hansı əşyaların yığılması və həmin zonanın zəbt edilməsinin, İddiaçı ASC-nə məxsus əsas və paralel dəmiryolu xətlərinin üstünün örtülməsinin, dəmir yolu xəttinin üzərinə və mühafizə zolağına maneələr yığılmasının cavabdeh İsmayılov Ağamikayılll oğluna qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC 60-cı illərdə dövlət müəssisəsi olaraq yaradılmış və sonradan səhmdar cəmiyyətinə çevrilərək özəlləşdirilmişdir. Səhmdar cəmiyyəti özəlləşdirilən zaman dövlət tərəfindən dəmir yolu xətti Emissiya prospektində onun edilmişdir. Həmin dəmir yolu xətlərinin bir hissəsi baş dəmir yolu, bir hissəsi daxili, digər bir hissəsi isə çöl dəmir yolunu təşkil edir. Bu dəmir yolu xəttinin bir hissəsi Cavabdeh2 mülkiyyətində olan obyektin ərazisindən keçir. Bir müddət bundan əvvələ qədər bu dəmir yolu xəttindən intensiv surətdə istifadə edirdi. Lakin bir müddətdir ki, həmin dəmir yolu xətlərindən dəmir yolu vaqonları ilə yük gətirmədiklərinə görə istifadə etməmişdi. Hazırda həyata keçirmək istədiyi işlər üzrə öz istehsalat sahəsinə dəmir yolu vasitəsilə yük gətirməyi planlaşdır. Lakin məlum olmuşdur ki, dəmir yolunun cavabdehin obyektindən keçən hissəsində dəmir yolu xəttinin araları və üzəri şeben ilə doldurulmuş və həmin ərazidə dəmir yolu xətlərinin üzərinə müxtəlif mallar yığılmışdır. Bu səbəbdən də hazırda dəmir yolu xəttindən istifadə etmə imkanından məhrum olmuşdu. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq Cavabdeh2 qısa müddət ərzində dəmiryolunun onun obyektindən keçən hissəsində dəmiryolu xəttinin üzərinə yığdığı malları həmin ərazidən çəkərək başqa yerə yerləşdirməsini və dəmir yolu xəttinin istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün əraziyə yerləşdirilmiş şeber materialının oradan yığılmasını xahiş etdi. Dəmiryolu xəttinin onun mülkiyyətində olması ilə bağlı əvvəllər digər təşkilatlarla da məhkəmə müstəvisində çəkişmə olmuş və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə dəmir yolu xəttinin bizim mülkiyyətimizdə olması müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, Cavabdeh2 tərəfindən İddiaçı ASC-nin ərazisinin bir hissəsi zəbt olunaraq orada elektrik yarımstansiyası inşa edilmişdir. Yarımstansiyanın bizim ərazimizdən qısa müddətdə sökülüb çıxarılması ilə bağlı müraciət olunub, lakin heç bir reaksiya verilməyib.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
6. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki işdə isə iddianın qanuni əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsi nəzərdən keçirilə bilər.
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
8. Maddənin məzmunundan da görünür ki, neqator iddianın təmin edilməsi üçün bir neçə şərt mövcud olmalıdır:
1. Mübahisəli əmlak mülkiyyətçinin (iddiaçının) sahibliyində olmalı;
2. Cavabdeh həmin əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər etməli;
3. Həmin hərəkətlər hüquqazidd olmalıdır.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
10. Məhkəmə qeyd edir ki, iddia şərti olaraq aşağıdakı 2 hissədən ibarətdir : 1-cisi dəmir yol xəttindən istifadəyə maneələrin aradan qaldırılması və s., 2-cisi yarımstansiyanın sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması.
11. Məhkəmə hazırkı mübahisənin həlli baxımından hesab edir ki, ilk növbədə iddianın 1-ci hissəsinə qiymət verilməlidir.
12. Ona görə də, öncə müəyyən edilməli olan məqam iddiaçının istifadəsinə dəmir yolu xəttlərinin verilib-verilməməsi təşkil edir.
13. İş materiallarına əlavə edilmiş "xxxx" QSC tərəfindən təsdiq edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus dalan dəmir yolunun sentyabr 2022-ci il tarixli 543 nömrəli pasportundan görünür ki, ümumi uzunluğu 2147 p/m təşkil edən dalan dəmir yolu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsusdur.
14. Göründüyü kimi, ümumi uzunluğu 2147 p/m təşkil edən dalan dəmir yolu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsusdur.
15. Bundan sonra qeyd edilmiş dəmir yolunun Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsindən keçib-keçməməsi müəyyən edilməlidir.
16. Məhkəmə tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus dalan dəmir yolunun Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsindən keçib-keçməməsinin müəyyən edilməsi məqsədi ilə, "xxxx" QSC-nin mütəxəssisi cəlb edilməklə Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı üzrə məhkəmə-mühəndis-texniki ekspertizası təyin edilmişdir.
17. Bakı Kommersiya Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı üzrə "xxxx" QSC-nin mütəxəssisi X2 tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən İddiaçı ASC-yə məxsus Dalan dəmir yoluna 24 yanvar 2024-cü il tarixdə tərəflərin nümayəndələrinin iştirakı ilə baxış keçirilmişdir. Bu zaman İddiaçı ASC-yə məxsus Dalan dəmir yolunun ümumi uzunluğu, ayrı-ayrı hissələrinin ölçüləri, marşurut boyu hansı ərazilərdən keçdiyi müəyyənləşdirilmişdir.
18. Qeyd edilmiş mütəxəssis rəyindən görünür ki: - Baxış zamanı İddiaçı ASC-yə məxsus olan 1960-cı illərdə inşa edilmiş Dalan dəmir yolunun 543 N-li pasportuna və X1 əsasən 2147 metr uzunluğunda olması, Dalan dəmir yolunun "xxxx" ASC-nə məxsus olan dalan dəmir yoluna (həmin dalan dəmir yolu "xxxx" QSC-nin Keşlə stansiyasına birləşir) N-siz yoldəyişən ilə birləşdiyi, bu yoldəyişəndən başlamaqla Baksol yoluna qədər davam etməsi, Baksol yolunu kəsərək Cavabdeh2 məxsus sahibkarlıq obyektinin ərazisindən keçməsi və oradan İddiaçı ASC-yə məxsus olan istehsalat ərazisinə daxil olması müəyyən edilmişdir. - Baxış zamanı İddiaçı ASC-yə məxsus olan Dalan dəmir yolunun "xxxx" ASC-nə məxsus olan dalan dəmir yoluna birləşdiyi N-siz yoldəyişəndən Cavabdeh2 məxsus sahibkarlıq obyektinin girişinə qədər 965 metr təşkil etdiyi müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, həmin dəmir yolu Cavabdeh2 məxsus olan sahibkarlıq obyektinin içərisinə daxil olduqdan sonra dəmiryolu xətləri qoşalaşır və əsas dəmir yolundan vaqonların verilib götürülməsi üçün əsas dəmir yoluna paralel olan dəmir yolu ayrılır, yəni burada İddiaçı ASCyə məxsus dörd ədəd relsdən ibarət olan iki paralel dəmir yolu vardır. İddiaçı ASC-yə məxsus dəmiryolunun Cavabdeh2 məxsus sahibkarlıq obyektinin ərazisindən keçən hissəsinin uzunluğu 296 metr (əsas dəmir yolu-204 metr və paralel dəmir yolu 92 metr) təşkil edir. Cavabdeh2 məxsus sahibkarlıq obyektinin ərazisindən keçən İddiaçı ASC-yə məxsus olan Dalan dəmir yolunun üzəri bu hissədə torpaq-şeben qarışığı ilə qismən örtülmüş, bəzi yerlərdə isə dəmir yolunun üzəri betonla bağlanmışdır. Həmin dəmiryolu xətləri (4 relsdən ibarət olan iki ədəd dəmir yolu) İddiaçı ASC-nin istehsalat sahəsi ilə Cavabdeh2 məxsus sahibkarlıq obyektinin arasında olan dəmiryolu vaqonunun keçməsi üçün nəzərdə tutulmuş darvazadan keçərək İddiaçı ASC-nin istehsalat sahəsinə daxil olur. - İddiaçı ASC-nin istehsalat sahəsinin içərisində ona məxsus dəmir yolunun uzunluğu 422 metr təşkil edir (Cavabdeh2 məxsus sahibkarlıq obyektindən keçib gələn əsas dəmir yolu-186 metr, paralel dəmir yolu 186 metr, əsas dəmir yolu xəttindən paralel dəmir yolunu keçid-50 metr və istehsalat sahəsinin sərhədi boyu keçən dəmiryolu isə 464 metr). - İddiaçı ASC-yə məxsus olan bu dəmiryolu xəttinin istismarı üçün zəruri olan sanitar zolaq dəmiryolu xəttinin kənarından hər tərəfə minimum 8 metr təşkil edir. (7 metr uzunluqda olan şpalların dəyişdirilməsi üçün).
19. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı ASC-yə məxsus dəmir yolu Cavabdeh2 istifadəsində olan torpaq sahəsindən keçir.
20. Bundan başqa iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, göstərilən ərazidən işlək olmayan dəmir yolu xətti keçir. Lakin dəmir yol xəttinin bir hissəsi görünür, böyük hissəsinin ləğv olunaraq sökülməsi və ya torpağın altında olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır.
21. Yuxarıda qeyd edilmiş Azərbaycan Dəmir Yolları” QSC-nin mütəxəssisi X2 tərəfindən verilmiş mütəxəssis rəyindən göründüyü kimi, mübahisəli dəmir yolu xətti məhz İddiaçı ASC-yə məxsusdur və qeyd edilən dəmir yolu xəttinin 296 metr hissəsi Cavabdeh2 istifadəsində olan torpaq sahəsindən keçməklə, üzəri torpaq-şeben qarışığı ilə qismən örtülmüş, bəzi yerlərdə isə dəmir yolunun üzəri betonla bağlanmışdır.
22. Belə olan halda, Məhkəmə hesab edir ki, “Azərkimya İstehsal və X3” ASC-yə məxsus dəmir yolu xətti üzərinə və onun mühafizə zolağına yığılmış bütün əşyaların çıxarılması, şeber, qum, beton və sair materialların oradan təmizlənməsi və dəmir yolu xəttindən istifadəyə mane olan bütün halların aradan qaldırılması öhdəliyi, dəmir yolu xətti üzərində tikilmiş mövcud hasarın sökülməsi, vaqonların hərəkətinə sərbəst şərait yaradılması öhdəliyi Cavabdeh2 üzərinə qoyulmalı və “Azərkimya İstehsal və X3” ASC-yə məxsus dəmir yol xətti və mühafizə zolağına hər hansı əşyaların yığılması və həmin zonanın zəbt edilməsi, əsas və paralel dəmiryolu xətlərinin üstünün örtülməsi, dəmir yolu xəttinin üzərinə və mühafizə zolağına maneələrin yığılması Cavabdeh2 qadağan edilməlidir.
23. Bundan sonra Məhkəmə qeyd edir ki, iddianın digər yəni, yarımstansiyanın sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsinə qiymət verilməlidir.
24. Məhkəmə qeyd edir ki, iddianın qeyd edilən hissəsinin həlli üçün ilk növbədə Cavabdeh2 aid olan yarımstansiyanın İddiaçı ASC-yə məxsus olan torpaq sahəsinə daxil olub-olmaması müəyyən edilməlidir.
25. İş matariallarına əlavə edilmiş İddiaçı ASC-yə aid xx.xx.2010-cu il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 2096-cı məhəllə, 507-ci küçə 9 c ünvanında yerləşən ümumi sahəsi 8.171,4 kv.m olan əmlak kompleksi kimi müəssisə İddiaçı ASC-yə məxsusdur.
26. Qeyd edilmiş çıxarışdan görünür ki, əmlak dövlət mülkiyyətində və İddiaçı ASCnin istifadəsində olan 0.67889 ha torpaq sahəsində yerləşir.
27. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, 2096-cı məhəllə, 507-ci küçə 9 ünvanında yerləşən əmlakın xx.xx.2007-ci il tarixli texniki pasportundan görünür ki, ümumi sahəsi 8.171,4 kv.m olan əmlakın tikinti altı sahəsi 6788,9 kv.m təşkil edir.
28. Bundan başqa qeyd edilmiş texniki pasportun son səhifəsindən görünür ki, torpaq sahəsinin faktiki ölçüsü 34210.3 kv.m təşkil edir.
29. İş materiallarında olan Cavabdeh2 məxsus aid xx.xx.2015-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 2096-cı məhəllə, 507-ci küçə 9 d ünvanında yerləşən ümumi sahəsi 3667 kv.m olan əmlak kompleksi kimi müəssisə Cavabdeh2 məxsusdur.
30. Qeyd edilmiş çıxarışdan görünür ki, əmlak dövlət mülkiyyətində və Cavabdeh2 istifadəsində olan 0.32528 ha torpaq sahəsində yerləşir.
31. Bundan başqa iş materiallarından görünür ki, Cavabdeh2 ilə Əmlak Məsələləri dövlət Xidməti arasında Bakı şəhəri, Nərimanov rayonu, 2096-cı məhəllə, 507-ci küçə 9 D ünvanındakı əmlak kompleksinin yerləşdiyi 13253 kv.m torpaq sahəsinin Cavabdeh2 icarəyə verilməsi barədə xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanmışdır.
32. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, təqdim edilən yarımstansiya tikilisinin təqribən 63 kv.m (9x7) hissəsinin İddiaçı ASC-nin iddia etdiyi torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir.
33. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 tərəfindən inşa edilən sözügedən transformator binasının bir hissəsi qonşu sahəyə düşür. Transformatorun ümumi tikinti altı sahəsi 76.3 kv.m təşkil edir. Həmin sahənin 19.4 kv.m hissəsi digər əraziyə düşür.
34. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, yuxarıda qeyd edildiyi kimi analoji rəy yəni, Cavabdeh2 tərəfindən inşa edilən sözügedən transformator binasının bir hissəsi qonşu sahəyə düşür. Transformatorun ümumi tikinti altı sahəsi 76.3 kv.m təşkil edir. Həmin sahənin 19.4 kv.m hissəsi digər əraziyə düşməsi barədə rəy verilmişdir.
35. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının iddia etdiyi sahə, qonşu əmlak kompleksinin inşa etdiyi elektrik yarımstansiyasının 19.9 kv.m hissəsi iddiaçının istifadəsində olan (texniki pasporta əsasən) torpaq sahəsinin hüdudları daxilində (bir hissəsində) inşa olunmuşdur.
36. Yuxarıda qeyd edilmiş sənədlərdən də, göründüyü kimi, həm iddiaçının, həm də, cavabdehin istifadəsində olan torpaq sahələri dövlət mülkiyyətindədir. Cavabdehin istifadəsində olan torpaq sahəsinə dair Əmlak Məsələləri dövlət Xidməti ilə icarə müqaviləsi olsa da, iddiaçının istifadəsində olan torpaq sahəsinə dair icarə müqaviləsi yoxdur.
37. Həmçinin də, yuxarıda qeyd edilmiş rəylərdən görünür ki, Cavabdeh2 məxsus yarımstansiyanın (transformator) bir hissəsi ( bir rəydə 19.4 kv, digər rəydə 19.9 kv.m) İddiaçı ASC-nin istifadəsində olan torpaq sahəsinə düşmüşdür.
38. Məhkəmə iclasında qeyd edilmiş yarımstansiyanın (transformator) nə zaman inşa edildiyi araşdırılmışdır.
39. Məhkəmə iclasında iştirak edən hər iki tərəf qeyd edilmiş yarımstansiyanın (transformator) artıq uzun müddətdir (20 ildən çox) inşa edildiyini bildirmişlər.
40. İddiaçı tərəfin nümayəndəsi də, məhkəmənin sualına cavab olaraq qeyd edilmiş yarımstansiyanın (transformator) inşa edilən zaman iddiaçının xəbəri olduğunu bildirmişdir.
41. Bundan başqa məhkəmə iclasında və rəylərdən də müəyyən edilmişdir ki, qeyd edilmiş yarımstansiyanın (transformator) böyük bir sahəni yəni, 76.3 kv.m sahəni əhatə etməklə torpağa birləşdirilmişdir.
42. Bu isə Məhkəmədə o nəticəyə gəlmək üçün əsas verir ki, qeyd edilmiş yarımstansiyanın (transformator) bir hissəsinin ( bir rəydə 19.4 kv, digər rəydə 19.9 kv.m) sökülməsi mümkünsüzdür. Yəni yarımstansiyanın (transformator) bir hissənin sökülməsi, digər tərəfə bərkidilməsi halı mümkün deyildir.
43. Həmçinin nəzərə alınmalıdır ki, yarımstansiyanın (transformator) sökülməsi Cavabdeh2 sahibkarlıq fəaliyyətinin iflic olması ilə nəticələnə bilər.
44. Məhkəmə qeyd olunan halla bağlı aşağıda qeyd olunan hüquq normalarına nəzər yetirilməsini zəruri bilir.
45. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
46. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
47. Həmin Məcəllənin 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
48. Həmin Məcəllənin 172.2-ci maddəsinə əsasən Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər.
49. Həmin Məcəllənin 172.3-cü maddəsinə əsasən əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir.
50. Qeyd edilmiş normalardan da, göründüyü kimi, sahibliyin müdafiəsi ilə bağlı iddianın dərhal, uzağı məhrumetmə və ya pozuntu anından başlayaraq bir il ərzində qaldırılması ilə bağlı qayda da özbaşınalığın qarşısının təxirəsalınmadan alınmasına yönəlmişdir. Göstərilən müddətlər keçdikdən sonra yaranan sahiblik vəziyyəti yeni bir statuskvo kimi qəbul edilir və bu səbəbdən sahibliyin müdafiəsi iddiaları istisna olunur.
51. Hazırkı işin müəyyən edilmiş hallarından da, göründüyü kimi, qeyd edilmiş yarımstansiya (transformator) kifayət qədər uzun müddət (20 ildən də artıq) əvvəl inşa edilmiş və bunun inşasından iddiaçının da xəbəri olmuş, yarımstansiyanın (transformator) inşası zamanı etiraz etməmiş, bütün bu müddət ərzində hər hansı bir iddia qaldırmamışdır.
52. Ona görə də, Məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia təmin edilə bilməz.
53. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
V. Nəticə:
54. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. “Azərkimya İstehsal və X3” ASC-yə məxsus dəmir yolu xətti üzərinə və onun mühafizə zolağına yığılmış bütün əşyaların çıxarılması, şeber, qum, beton və sair materialların oradan təmizlənməsi və dəmir yolu xəttindən istifadəyə mane olan bütün halların aradan qaldırılması öhdəliyi, dəmir yolu xətti üzərində tikilmiş mövcud hasarın sökülməsi, vaqonların hərəkətinə sərbəst şərait yaradılması öhdəliyi Cavabdeh2 üzərinə qoyulsun. “Azərkimya İstehsal və X3” ASC-yə məxsus dəmir yol xətti və mühafizə zolağına hər hansı əşyaların yığılması və həmin zonanın zəbt edilməsi, əsas və paralel dəmiryolu xətlərinin üstünün örtülməsi, dəmir yolu xəttinin üzərinə və mühafizə zolağına maneələrin yığılması Cavabdeh2 qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov