Məhkəmə qərarları › İş №e-2-2(113)-1727/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1727/2020

23.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1727/2020 23.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, İddiaçı fərdi firmasının “xxxxxxxx” x2rşı pul tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı fərdi firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı fərdi firması ilə “xxxxxxxxxx” MMC arasında bağlanmış 05 iyul 2019-cu il tarixli 23/U saylı satınalma müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə “xxxxxxxx” ASC-nin Nəsimi filialı tərəfindən verilmiş 22.07.2019-cu il tarixli 11/BT2019/022“ saylı İcra Qarantiyasında nəzərdə tutulan 70000 manat məbləğdən 67200 manat məbləğində pulun İddiaçı fərdi firmasına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13 iyun 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2-3(103)-131/2020 saylı qərarı ilə “xxxxxxxx” ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla x1 “xxxxxxxx” ASC-nin ləğvedicisi təyin edilmişdir. Buna görə də hesab edirəm ki, tələbin irəli sürüldüyü bank müflis elan edildiyinə görə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində irəli sürülən tələblərin dairəsi müəyyən edilmişdir. Həmin Qanunun “Tələblərin qeydə alınması” adlanan 76-cı maddəsindən görünür ki, bu Qanunun 77.1 və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və Qanunun 76.2.1-76.2.3-cü maddələrində göstərilən məlumatları ləğvediciyə təqdim etməlidirlər. Azərbaycan x1nun rəsmi saytından çıxarılmış məlumatdan görünür ki, “xxxxxxxx” ASC-nin kreditorları 02 iyun 2020-ci il tarixdən 15 iyul 2020-ci il tarixə kimi kreditor tələbinin qeydiyyata alınması üçün Bakı şəhəri Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, məhəllə 2054, ləğv prosesində olan “xxxxxxxx” ASC-nin baş ofisinə müraciət edə bilərlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı fərdi firmasının “xxxxxxxx” x2rşı pul tələbi barədə iddia ərizəsinin icraata qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı fərdi firmasına qaytarılsın. Kreditor tələbinin qeydiyyata alınması üçün 02 iyun 2020-ci il tarixdən 15 iyul 2020-ci il tarixə kimi Bakı şəhəri Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, məhəllə 2054, ləğv prosesində olan “xxxxxxxx” ASC-nin baş ofisinə müraciət etmək, həmçinin öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 76.2.1-76.2.3-cü maddələrində göstərilən məlumatları ləğvediciyə təqdim etmə hüququ İddiaçı fərdi firmasına izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar