Məhkəmə qərarları › İş №e-2-2(113)-1742/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1742/2021

27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1742/2021 27.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Əlisurət qızına və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC cavabdehlər Cavabdeh1 Əlisurət qızına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh1 arasında bağlanmış 25 iyul 2019-cu il tarixli, X1 kreditlər üzrə 03/113 saylı ümumi müqavilə və həmin müqavilənin kreditləşmənin xüsusi şərtlərinə dair 25.07.2019-cu il tarixli 01 saylı əlavəsinə əsasən 999.980 manat məbləğində əsas, 128 955,63 manat məbləğində faiz, 62 345,22 manat məbləğində cərimə, ümumilikdə 1.191.280,85 manat məbləğində borcun məhkəməyə müraciət üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 94,50 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, borc tələbinin qeyd olunan kreditin təminatı kimi bank xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi 46A (yeni qaydalarla ünvan 1 ünvanında 0.0307 ha torpaq sahəsində yerləşən 704.20 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə, ünvan 2 ünvanında 0.35 ha torpaq sahəsində yerləşən 128.9 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə, Cavabdeh1 məxsus ünvan 9 (yeni qaydalarla ünvan 3 ünvanında 0.0169 ha torpaq sahəsində yerləşən 507.80 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiyməti müəyyən edilməklə əmlaklarln açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra cavbdehlər yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmaqla əmlak tam boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh1 arasında bağlanmış 25 iyul 2019-cu il tarixli, X1 kreditlər üzrə 03/113 saylı ümumi müqavilə və həmin müqavilənin Kreditləşmənin xüsusi şərtlərinə dair 25.07.2019-cu il tarixli 01 saylı əlavəsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 16% olmaqla 1.000.000 manat kredit verilmişdir. İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh2 arasında 25 iyul 2019-cu il tarixli 13/113 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Cavabdeh2 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh2 arasında 25 iyul 2019-cu il tarixli, 01/113 saylı ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi 46A (yeni qaydalarla ünvan 1 ünvanında 0.0307 ha torpaq sahəsində yerləşən 704,20 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh2 arasında 25 iyul 2019-cu il tarixli, 01/113 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan ünvan 2 ünvanında 0.35 ha torpaq sahəsində yerləşən 128.9 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh1 arasında 25 iyul 2019-cu il tarixli, 02/113 saylı ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan ünvan 9 (yeni qaydalarla ünvan 3 ünvanında 0.0169 ha torpaq sahəsində yerləşən 507.80 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən borcalan hər ay ödəniş etməli olduğu halda, o bu öhdəliyini normal yerinə yetirməmişdir. Beləliklə, 09.02.2021-ci il tarixə olan maliyyə arayışına əsasən borcalanın banka 999.980 manat məbləğində əsas, 128.955,63 manat məbləğində faiz, 62.345,22 manat məbləğində cərimə, ümumilikdə 1.191.280,85 manat məbləğində borcu qalmışdır. Cavabdehlərə kreditin qaytarılması haqqında tərəfimizdən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. Buna görə də bank olaraq öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. 19.08.2021-ci il tarixdə iddiaçının nümayəndəsi iddia ərizəsinə dəyişiklik barədə ərizə verərək, İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh1 arasında bağlanmış 25 iyul 2019-cu il tarixli, X1 kreditlər Üüzrə 03/113 saylı ümumi müqavilə və həmin müqavilənin Kreditləşmənin xüsusi şərtlərinə dair 25.07.2019-cu il tarixli 01 saylı əlavəsinə əsasən 999.980 manat məbləğində əsas, 213 398,39 manat məbləğində faiz, 84 277,06 manat məbləğində cərimə, ümumilikdə 1 297 655,45 manat məbləğində borc, məhkəməyə müraciət üçün ödənilmiş 30,40 manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 94.50 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, borc tələbinin qeyd olunan kreditin təminatı kimi bank xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi 46A (yeni qaydalarla ünvan 1 ünvanında 0,0307 ha torpaq sahəsində yerləşən 704,20 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə, Cavabdeh1 məxsus ünvan 9 (yeni qaydalarla ünvan 3 ünvanında 0,0169 ha torpaq sahəsində yerləşən 507,80 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiyməti müəyyən edilməklə əmlakların açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra cavabdehlər yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi dəqiqləşmiş iddia tələbini müdafiə edib, iddia ərizəsinin və iddia ərizəsinə dyişiklik edilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ASC (bank) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış 25 iyul 2019-cu il tarixli, X1 kreditlər üzrə 03/113 saylı ümumi müqavilədən görünür ki, həmin müqavilə borclanma limitin ayrılması və kreditlərin verilməsi, rəsmiləşdirilməsi və istifadə olunması ilə bağlı bank və borc alan arasındakı münasibətləri tənzimləyir. Bank bu müqavilədə və xüsusi şərtlərdə müəyyən olunmuş şərtlərlə borc alana kredit verə bilər, borc alan kredit verildiyi təqdirdə kredit məbləğini, onun faizlərini və digər ödənişləri kredit müqaviləsi ilə nəzərdə tutulmuş vaxtda və şərtlərlə qaytarmağı öhdəsinə götürür. Borc alan krediti yalnız xüsusi şərtlərdə əks olunan təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin: 3.1-ci maddəsinə əsasən bank müvafiq borcalanlara hazırkı müqavilənin şərtlərinə uyğun olaraq xüsusi şərtlər ilə müəyyən edilmiş məbləğ, valyuta və müddətə borclanma limitini ayırır, 3.1.4-cü maddəsinə əsasən borclanma limitindən xüsusi şərtlərdə göstərilən müddət ərzində istifadə oluna bilər. 3.1.7-ci maddəsi borclanma limiti bankın daxili qaydalarına uyğun olaraq zəruri sənəd və məlumatlar təqdim olunduqda rəsmiləşdirildikdən (ipoteka (girov) müqaviləsi bağlanılıb dövlət qeydiyyatına alındıqdan, sığorta şəhadətnaməsi təqdim edildikdən), komissiya haqları ödənildikdən sonra ayrılır. 4.2.1-ci maddəsinə əsasən kredit məbləği təminat rəsmiləşdirildikdən və sığorta şəhadətnaməsi təqdim edildikdən (kredit təminatla ayrıldığı və xüsusi şərtlərdə tələb olunduğu halda), həmçinin bankın daxili qaydalarına uyğun olaraq zəruri sənəd və məlumatlar təqdim olunduqdan və xidmət haqları ödənildikdən (tələb olunduğu halda) sonra verilir. 4.2.12-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə bütün öhdəliklərin (əsas və faiz borcu) tam ödənilməsi üçün vəsait yetərli olmadıqda həmin vəsait ilk olaraq cərimə faizləri (olduğu təqdirdə), ikinci növbədə ödəniş cədvəlində qeyd olunan tarixə hesablanmış, lakin ödənilməmiş faizlər, sonra gecikmiş əsas borc (olduğu təqdirdə), daha sonra isə əsas borcun ödənilməsinə yönəldilir. 4.2.13-cü maddəsinə əsasən bu müqavilə üzrə ödəniş müddəti çatanadək ABŞ dolları/AVRO məzənnəsi dəyişdiyi təqdirdə kreditin ödənilməsi ödəniş anına mövcud məzənnə üzrə ediləcək. Müqavilə borc alanın imzası və bankın imzası və möhürü ilə təsdiq edilmişdir. 03/113 saylı 25.07.2019-cu il tarixli X1 kreditlər üzrə ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 01 saylı əlavəyə əsasən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Əlavənin: - 1-ci bəndinə əsasən hazırkı əlavə bank və borc alan arasında bağlanmış 03/113 saylı 25.07.2019-cu tarixli X1 kreditlər üzrə ümumi müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur. -2-ci bəndinə əsasən bank aşağıdakı şərtlərlə kredit verməyi, borc alan isə aldığı krediti (əsas borcu) qaytarmağı və kreditdən istifadəyə görə hesablanacaq faizləri kredit müqaviləsi ilə müəyyən olunan müddətdə və qaydada banka ödəməyi öhdəsinə götürür. -2.3-cü bəndinə əsasən kreditin məqsədli təyinatı restoranın tikintisinin başa çatdırılması və cari kreditin bağlanması kimi razılaşdırılmışdır; -2.5-ci bəndinə əsasən kreditin məbləği 1.000.000 (bir milyon) manat müəyyən edilmişdir. -2.7-ci bəndinə əsasən kredit üzrə illik faiz dərcəsi 16 (on altı) %, manatın ABŞ dollarına nisbətdə dəyəri 1,75 manatdan 1,90 manatadək olarsa, müqavilənin 1.4-cü bəndində qeyd edilən kreditin illik faiz dərəcəsi 33 % olacağı müəyyən edilmişdir. -2.17-ci bəndinə əsasən tərəflərin 1-ci tranşın Cavabdeh2 Bank Respublika ASC-də 500 000 (beş yüz min) AZN məbləğindəki kredit limiti çərçivəsindən verilən 200 000 (iki yüz min) AZN məbləğindəki kreditinin bağlanması üçün ayrılacaq və verildikdən sonra həmin bankdakı limitdaxili kreditin tam bağlanması barədə məktub təqdim edilməsi; 2-ci tranşın 300 000 (üç yüz min) AZN məbləğində ayrılacaq və tranşın verilməsi yalnız Cavabdeh2 Bank Respublika ASC-də olan kredit limitinin ləğv olunması və borcun olmaması barədə məktub təqdim olunduqdan sonra veriləcəyi; 3-cü tranşın Monitorinq həyata keçirildikdən sonra Bankın rəyinə əsasən ayrılacağı; 6 (altı) ay sonra kreditin təyinatı üzrə monitorinq keçiriləcəyi barədə tərəflər razılığa gəlmişlər. -2.14-cü bəndinə əsasən təminata dair müqavilənin tarixi və nömrəsi aşağıdakılardır: 25.07.2019-cu il tarixli 13/113 saylı zaminlik müqaviləsi; 25.07.2019-cu il tarixli 01/113 saylı ipoteka müqaviləsi; 25.07.2019-cu il tarixli 02/113 saylı ipoteka müqaviləsi; 25.07.2019-cu il tarixli 01/113 saylı sonrakı İpoteka müqaviləsi Əlavə borc alanın imzası və bankın imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC tərəfindən verilmiş 135000/2387 saylı 19.08.2021-ci il tarixli maliyyə arayışı ilə təsdiq edilir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 iyul 2019-cu il tarixli, X1 kreditlər üzrə 03/113 saylı ümumi müqavilə və həmin müqavilənin Kreditləşmənin xüsusi şərtlərinə dair 25.07.2019-cu il tarixli 01 saylı əlavəsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 16% olmaqla 1.000.000 manat kredit verilmişdir. 19.08.2021-ci il tarixə Cavabdeh1 və Cavabdeh2 999.980 manat əsas, 213 398,39 manat faiz, 84 277,06 manat cərimə, ümumilikdə 1 297 655,45 manat borcu vardır. İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 (zamin) arasında bağlanmış 25 iyul 2019-ci il tarixli 13/113 (Z) saylı zaminlik müqaviləsi ilə müəyyən edilir ki, həmin müqavilənin “1.1-ci bəndinə əsasən zamin borc alanın kreditor qarşısında yaranmış, bu Müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 1.2-ci bəndinə əsasən icrası zaminliklə təmin olunmuş əsas öhdəlik və onun məzmunu 03/113 saylı, 25 iyul 2019-cu il tarixli X1 kreditlər üzrə ümumi müqavilə və həmin müqaviləyə Kreditləşmənin xüsusi şərtlərinə dair 25 iyul 2019-cu il tarixli 01 saylı əlavə ilə müəyyən olunur. 1.11-ci bəndinə əsasən zamin əsas borc, hesablanmış istifadə faizi, dəbbə pulu, maliyyə sanksiyası, tələbin yönəldilməsi ilə bağlı bütün növ xərclər, habelə borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borcalanla eyni həcmdə, birgə məsuliyyət daşıyır. 1.12-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik (borc), habelə kredit müqaviləsi üzrə hüquqlar hər hansı bir səbəbdən, o cümlədən vərəsəlik, hüquqi varislik qaydasında başqa şəxsə keçdikdə, borcalan öldükdə və ya hüquqi şəxs ləğv edildikdə zaminlik qüvvəsində qalır. 2.4.3-cü bəndinə görə bu müqavilənin 1.2-ci bəndində qeyd olunmuş müqavilədə nəzərədə tutulmuş digər hallarda; kreditor kredit müqaviləsi üzrə əsas və faiz borclarını zaminin sərəncamı olmadan, akseptsiz qaydada onun bankdakı hesabından tuta (silə) bilər. Müqavilə kreditorun imzası və möhürü ilə, borc alanın və zaminin imzası ilə təsdiq edilmişdir. İddiaçı ASC (ipoteka saxlayan), Cavabdeh1 (borc alan) və Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanmış 01/113 saylı 25.07.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ilə müəyyən edilir ki, ipoteka saxlayan ilə borclu arasında 03/113 saylı, 25 iyul 2019-cu il tarixli X1 Kreditlər üzrə Ümumi Müqavilə və həmin müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair 25 iyul 2019-cu il tarixli 01 saylı Əlavəyə əsasən 24 ay müddətinə ayrılmış 1.000.000 manat məbləğində veriləcək kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilələr ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Həmin müqavilənin: -2.2-ci bəndinə əsasən ipotekanın predmeti Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 46A ünvanında 0,0307 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 704.20 kv.m olan fərdi yaşayış evdir. -2.4-cü bəndinə əsasən ipoteka predmetinin bazar dəyəri müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən verilmiş rəyə müvafiq olaraq 13.06.2019-cu il tarixə 713.000 manat məbləğində müəyyən edilmişdir. -2.6-cı bəndinə əsasən ipotekaya qoyulmuş əmlak ipoteka saxlayanın tələbi kredit müqaviləsindən irəli gələn əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzin ödənilməsini məhkəmənin müvafiq qətnaməsinin (qərarının) qəbul edilməsi tarixindən (istər məhkəmə qətnaməsindən (qərarından) əvvəl, istərsə də ondan sonra) asılı olmayaraq tam həcmdə təmin edir. 3.1.8-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən gec olmayaraq ipoteka saxlayanla razılaşdırılmış sığorta şirkətində öz vəsaitləri hesabına bu müqavilənin 2.2-ci bəndində göstərilmiş ipoteka predmetini sığortalamaq (zədələnməsi, məhv olunması, yaxud hər hansı digər formada itkisi). Sığorta müqaviləsi ipoteka saxlayanın xeyrinə bankın tələbi ilə bu müqavilənin müddətinə və ya qısa müddətə bağlanıla bilər. Sığorta müqaviləsinin müddətinin uzadılması üçün ipoteka qoyan həmin müqavilənin başa çatmasına 10 iş günü qalmış sığorta müqaviləsinin müddətinin uzadılmasını və ya yeni müqavilənin bağlanmasını təmin edib (İpoteka müqaviləsinin uzadılan tarixinədək sığortalanmalı) təsdiqedici sənədləri banka təqdim etməlidir. Bu müqaviləyə uyğun olaraq bağlanılmış sığorta müqaviləsi üzrə ipoteka saxlayana ödəniləcək sığorta məbləği kredit məbləğindən az olmamalıdır. 3.2.1-ci bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlaka onun təyinatına uyğun olaraq sahib olmaq və istifadə etmək, bu şərtlə ki, istifadə əmlakın məhv edilməsinə, zədələnməsinə və ya onun dəyərinin azaldılmasına səbəb olmasın. 4.1.1-ci bəndinə əsasən ipoteka ilə təmin edilmiş öhdəliklər üzrə ödənişlər 90 (doxsan) təqvim günü və daha çox gecikdirildikdə ipoteka saxlayan tərəfindən ipoteka ilə təmin edilmiş əmlaka tutma yönəltmək hüququ yaranır. Müqavilə borc alan, ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmişdir. İddiaçı ASC (ipoteka saxlayan), Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış 02/113 saylı 25.07.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ilə müəyyən edilir ki, ipoteka saxlayan ilə borclu arasında 03/113 saylı, 25 iyul 2019-cu il tarixli X1 kreditlər üzrə ümumi müqavilə və həmin müqaviləyə Kreditləşmənin xüsusi şərtlərinə dair 25 iyul 2019cu il tarixli 01 saylı əlavəyə əsasən 24 ay müddətinə ayrılmış 1.000.000 manat məbləğində veriləcək kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilələr ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Həmin müqavilənin: -2.2-ci bəndinə əsasən ipotekanın predmeti ünvan 4 ünvanında 0.0169 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 507.80 kv.m olan fərdi yaşayış evidir. -2.4-cü bəndinə əsasən ipoteka predmetinin bazar dəyəri müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən verilmiş rəyə müvafiq olaraq 13.06.2019-cu il tarixə 511.200 manat məbləğində müəyyən edilmişdir. -2.6-cı bəndinə əsasən ipotekaya qoyulmuş əmlak “İpoteka saxlayan”ın tələbi Kredit Müqaviləsindən irəli gələn əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzin ödənilməsini məhkəmənin müvafiq qətnaməsinin (qərarının) qəbul edilməsi tarixindən (istər məhkəmə qətnaməsindən (qərarından) əvvəl, istərsə də ondan sonra) asılı olmayaraq tam həcmdə təmin edir. -3.1.8-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən gec olmayaraq “ipoteka saxlayan”la razılaşdırılmış sığorta şirkətində öz vəsaitləri hesabına bu müqavilənin 2.2-ci bəndində göstərilmiş ipoteka predmetini sığortalamaq (zədələnməsi, məhv olunması, yaxud hər hansı digər formada itkisi). Sığorta müqaviləsi “İpoteka saxlayan”ın xeyrinə Bankın tələbi ilə bu Müqavilənin müddətinə və ya qısa müddətə bağlanıla bilər. Sığorta müqaviləsinin müddətinin uzadılması üçün “İpoteka qoyan" həmin müqavilənin başa çatmasına 10 (on) iş günü qalmış sığorta müqaviləsinin müddətinin uzadılmasını və ya yeni müqavilənin bağlanmasını təmin edib (İpoteka müqaviləsinin uzadılan tarixinədək sığortalanmalı) təsdiqedici sənədləri Banka təqdim etməlidir. Bu müqaviləyə uyğun olaraq bağlanılmış sığorta müqaviləsi üzrə “İpoteka saxlayan”a ödəniləcək sığorta məbləği Kredit məbləğindən az olmamalıdır. -3.2.1-ci bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlaka onun təyinatına uyğun olaraq sahib olmaq və istifadə etmək, bu şərtlə ki, istifadə əmlakın məhv edilməsinə, zədələnməsinə və ya onun dəyərinin azaldılmasına səbəb olmasın. -4.1.1-ci bəndinə əsasən ipoteka ilə təmin edilmiş öhdəliklər üzrə ödənişlər 90 (doxsan) təqvim günü və daha çox gecikdirildikdə ipoteka saxlayan tərəfindən ipoteka ilə təmin edilmiş əmlaka tutma yönəltmək hüququ yaranır. Müqavilə borc alan (ipoteka qoyan) və ipoteka saxlayan tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli 16.07.2019-cu il tarixli Çıxarışla təsdiq edilir ki, ünvan 5 ünvanında 0,0307 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 704.20 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli 02.08.2019-cu il tarixli Çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 46A ünvanında 0.0307 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 704.20 kv.m olan fərdi yaşayış evi üzərində Cavabdeh2 hüququ İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli 17.07.2019-cu il tarixli Çıxarışla təsdiq edilir ki, ünvan 6 ünvanında 0,0307 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 704,20 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli 02.08.2019-cu il tarixli Çıxarışla təsdiq edilir ki, ünvan 4 ünvanında 0,0169 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 507,80 kv.m olan fərdi yaşayış evi üzərində Cavabdeh1 hüququ İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC (ipoteka saxlayan), Cavabdeh1 (borc alan) və Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanmış 01/113 saylı 25.07.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka saxlayan ilə borclu arasında 03/113 saylı, 25 iyul 2019-cu il tarixli X1 kreditlər üzrə ümumi müqavilə və həmin müqaviləyə Kreditləşmənin xüsusi şərtlərinə dair 25 iyul 2019-cu il tarixli 01 saylı əlavəyə əsasən 24 ay müddətinə ayrılmış 1.000.000 manat məbləğində veriləcək kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilələr ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Həmin müqavilənin: -2.2-ci bəndinə əsasən ipotekanın predmeti ünvan 7 ünvanında 0.35 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 128.9 kv.m olan əmlak kompleksidir. -2.4-cü bəndinə əsasən ipoteka predmetinin bazar dəyəri müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən verilmiş rəyə müvafiq olaraq 17.05.2019-cu il tarixə 8.750.000 manat məbləğində müəyyən edilmişdir. -2.7-ci bəndinə əsasən ipotekaya qoyulmuş əmlak “İpoteka saxlayan”ın tələbi Kredit Müqaviləsindən irəli gələn əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzin ödənilməsini məhkəmənin müvafiq qətnaməsinin (qərarının) qəbul edilməsi tarixindən (istər məhkəmə qətnaməsindən (qərarından) əvvəl, istərsə də ondan sonra) asılı olmayaraq tam həcmdə təmin edir. -3.1.8-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən gec olmayaraq “ipoteka saxlayan”la razılaşdırılmış sığorta şirkətində öz vəsaitləri hesabına bu müqavilənin 2.2-ci bəndində göstərilmiş ipoteka predmetini sığortalamaq (zədələnməsi, məhv olunması, yaxud hər hansı digər formada itkisi). Sığorta müqaviləsi “İpoteka saxlayan”ın xeyrinə Bankın tələbi ilə bu Müqavilənin müddətinə və ya qısa müddətə bağlanıla bilər. Sığorta müqaviləsinin müddətinin uzadılması üçün “İpoteka qoyan" həmin müqavilənin başa çatmasına 10 (on) iş günü qalmış sığorta müqaviləsinin müddətinin uzadılmasını və ya yeni müqavilənin bağlanmasını təmin edib (İpoteka müqaviləsinin uzadılan tarixinədək sığortalanmalı) təsdiqedici sənədləri Banka təqdim etməlidir. Bu müqaviləyə uyğun olaraq bağlanılmış sığorta müqaviləsi üzrə “İpoteka saxlayan”a ödəniləcək sığorta məbləği Kredit məbləğindən az olmamalıdır. -3.2.1-ci bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlaka onun təyinatına uyğun olaraq sahib olmaq və istifadə etmək, bu şərtlə ki, istifadə əmlakın məhv edilməsinə, zədələnməsinə və ya onun dəyərinin azaldılmasına səbəb olmasın. -4.1.1-ci bəndinə əsasən ipoteka ilə təmin edilmiş öhdəliklər üzrə ödənişlər 90 (doxsan) təqvim günü və daha çox gecikdirildikdə ipoteka saxlayan tərəfindən ipoteka ilə təmin edilmiş əmlaka tutma yönəltmək hüququ yaranır. Müqavilə borc alan, ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ********** saylı 02.08.2019-cu il tarixli Çıxarışla təsdiq edilir ki, ünvan 7 ünvanında 0.35 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 128,9 kv.m olan əmlak kompleksi üzərində Cavabdeh2 hüququ İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC tərəfindən ipoteka qoyan Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 11.12.2020-ci il tarixli,135000/492 saylı xəbərdarlıq məktubundan görünür ki, kredit müqaviləsi üzrə borcun qısa müddət ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçı ASC-nin ipoteka qoyana ünvanladığı 15.12.2020-ci il tarixli ipotekaya tutma yönəldilməsi barədə bildiriş və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 14.01.2021-ci tarixli bildirişi ilə təsdiq edilir ki, Cavabdeh1 məxsus olan ünvan 9 (yeni qaydalarla ünvan 8 ünvanında 0.0169 ha torpaq sahəsində yerləşən 507.80 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır. İddiaçı ASC-nin ipoteka qoyana ünvanladığı 15.12.2020-ci il tarixli ipotekaya tutma yönəldilməsi barədə bildiriş və bildirişin qeydə alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 14.01.2021-ci tarixli məktubu ilə təsdiq edilir ki, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 46A ünvanında 0.0307 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 704,20 kv.m olan fərdi yaşayış evinə tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır. 10.12.2020-ci il tarixli 1011 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsində tutma yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün İddiaçı ASC tərəfindən 63 manat ödənilmişdir. 10.12.2020-ci il tarixli 1012 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsində tutma yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün İddiaçı ASC tərəfindən 31,50 manat ödənilmişdir. -"xxxx" MMC-nin 23 iyul 2021-ci il tarixli, 115 saylı qiymətləndirmə rəyinə əsasən müəyyən edilir ki, ünvan 9 ünvanında 0.0169 ha torpaq sahəsində yerləşən 507.80 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin hazırkı bazar qiyməti 800.000 manat, likvid qiyməti 680.000 manat; Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 46A ünvanında 0.0307 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 704.20 kv.m olan fərdi yaşayış evinin hazırkı bazar qiyməti 1.150.000 manat, likvid qiyməti 977.000 manat; ünvan 7 ünvanında 0.35 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 128.9 kv.m olan əmlak kompleksinin hazırkı bazar qiyməti 14.000.000 manat, likvid qiyməti 11.900.000 manat təşkil edir. - "xxxx" MMC-nin 01 sentyabr 2021-ci il tarixli, 115 saylı qiymətləndirmə rəyinə əsasən müəyyən edilir ki, ünvan 9 ünvanında 0.0169 ha torpaq sahəsində yerləşən 507.80 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin hazırkı bazar qiyməti 483.000 manat, likvid qiyməti 400.000 manat; Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 46A ünvanında 0.0307 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 704.20 kv.m olan fərdi yaşayış evinin hazırkı bazar qiyməti 685.000 manat, likvid qiyməti 550.000 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 25 iyul 2019-cu il tarixli, X1 kreditlər üzrə 03/113 saylı ümumi müqavilə və həmin müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 25.07.2019-cu il tarixli 01 saylı əlavə bağlanmışdır. İddiaçı ASC Cavabdeh1 müqavilədə və əlavədə müəyyən edilmiş şərtlərlə 1.000.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə və əlavə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə 19.08.2021-ci il tarixə Cavabdeh1 banka 999.980 manat əsas, 213 398,39 manat faiz borcu yaranmışdır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə olan halda məhkəmə Cavabdeh1 03/113 saylı Ümumi Müqavilə və həmin müqavilənin kreditləşmənin xüsusi şərtlərinə dair 25.07.2019-cu il tarixli 01 saylı Əlavə üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı ASC Cavabdeh1 999.980 manat əsas, 213 398,39 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. İddiaçı ASC-nin 84.277,06 manat məbləğində dəbbə pulunun ödənilməsinə dair iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tutulması tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm borclunun əsaslı mənafelərini nəzərə alaraq tutulması tələb olunan dəbbə pulunun azaldılaraq 50.000 (əlli min) manat məbləğində müəyyən edilməsini ədalətli hesab edir. Bununla yanaşı iş materiallardan görünür ki, İddiaçı ASC borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 iyul 2019-cu il tarixli, X1 kreditlər üzrə 03/113 saylı ümumi müqavilə və həmin müqavilənin kreditləşmənin xüsusi şərtlərinə dair 25.07.2019cu il tarixli 01 saylı Əlavə üzrə borc alanın öhdəliklərinin təminatı olaraq İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh2 arasında 25 iyul 2019-cu il tarixli, 01/113 saylı və Kapital Bank” ASC ilə Cavabdeh1 arasında 25 iyul 2019-cu il tarixli, 02/113 saylı ipoteka müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən müvafiq olaraq Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi 46A (yeni qaydalarla ünvan 1 ünvanında 0,0307 ha torpaq sahəsində yerləşən 704,20 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi və Cavabdeh1 mülkiyyətində olan ünvan 9 (yeni qaydalarla ünvan 3 ünvanında 0.0169 ha torpaq sahəsində yerləşən 507.80 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Müqavilələr qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” AR Qanununda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan ünvan 10 ünvanında 0,0169 ha torpaq sahəsində yerləşən 507,8 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılmalı, tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 11 ünvanında 0,0347 ha torpaq sahəsində yerləşən 704,2 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC -nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh2 qaytarılmalı, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada tutulmalıdır. Bundan əlavə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı 2 qiymətləndirici şirkətinin rəyi alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş 23 iyul 2021-ci il tarixli, 115 saylı qiymətləndirmə rəyinə əsasən ünvan 9 ünvanında 0.0169 ha torpaq sahəsində yerləşən 507.80 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin hazırkı bazar qiymətinin 800.000 manat, likvid qiymətinin 680.000 manat; Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 46A ünvanında 0.0307 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 704.20 kv.m olan fərdi yaşayış evinin hazırkı bazar qiymətinin 1.150.000 manat, likvid qiymətinin isə 977.000 manat məbləğində olması müəyyən edildiyi halda "xxxx" MMC-nin 01 sentyabr 2021-ci il tarixli, 115 saylı qiymətləndirmə rəyinə əsasən ünvan 9 ünvanında 0.0169 ha torpaq sahəsində yerləşən 507.80 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin hazırkı bazar qiymətinin 483.000 manat, likvid qiymətinin 400.000 manat; Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 46A ünvanında 0.0307 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 704.20 kv.m olan fərdi yaşayış evinin hazırkı bazar qiyməti 685.000 manat, likvid qiymətinin 550.000 manat olması müəyyən edilir. Məhkəmə ipoteka predmetləri olan əmlakların ilkin satış qiymətini müəyyən edərkən onu qeyd etməyi zəruri sayır ki, ipoteka predmetləri olan əmlaklar ipoteka müqavilələri bağlanarkən də qiymətləndirilmiş və iöpoteka müqaviləsində həmin qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 46A ünvanında 0.0307 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 704.20 kv.m olan fərdi yaşayış evinin bazar qiyməti 713.000 manat, ünvan 9 ünvanında 0.0169 ha torpaq sahəsində yerləşən 507.80 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar qiyməti 511.200 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi 2019-cu ildə ipoteka müqavilələri bağlanarkən ipoteka predmetlərinin müəyyən edilmiş bazar qiymətləri (müvafiq olaraq 483.000 və 685.000 manat) ilə Vecon Consulting” MMC-nin qiymətləndirici rəyində müəyyən edilmiş bazar qiymətləri (müvafiq oalraq 511.200 və 713.000 manat) əhəmiyyətli dərəcədə fərqlənmədiyi halda "xxxx" MMC-nin qiymətləndirmə rəyi ilə müəyyən edilmiş bazar qiymətləri (800.000 və 1.150.000) digər rəylərlə müəyyən edilmiş qiymətlərdən kəskin surətdə fərqlənir (təxminən 60%). Belə olan halda məhkəmə "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinin iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etdiyini nəzərə alaraq həmin rəydə müəyyən edilmiş bazar qiyməti və likvid dəyəri ağlabatan hesab etmir. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Digər tərəfdən məhkəmə daşınmaz əmlak bazarında qiymətlərin daim dinamikada olmasını nəzərə alaraq ipoteka predmetləri olan əmlakların likvid dəyərinin sonuncu alınmış rəyə - "xxxx" MMC-nin 01 sentyabr 2021-ci il tarixli, 115 saylı qiymətləndirmə rəyinə əsasən müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ünvan 11 ünvanında 0,0347 ha torpaq sahəsində yerləşən 704,2 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 550.000 (beş yüz əlli min) manat məbləğində; ünvan 10 ünvanında 0,0169 ha torpaq sahəsində yerləşən 507,8 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 400.000 (dörd yüz min) manat məbləğində müəyyən edilməlidir. İddianın əmlak satıldıqdan sonra cavabdehlər yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmaqla əmlak tam boşaldılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, ipoteka qoyanın ipoteka qoyulmuş əmlak açıq hərracda satılanadək borcu ödəmək, eyni zamanda açıq hərracda ipoteka predmetini əldə etmək hüququ olduğundan, digər tərəfdən ipoteka predmeti olan əmlak açıq hərracdan satılaraq alqı-satqı rəsmiləşdirilənədək həmin əmlak üzrə mülkiyyət hüququ ipoteka qoyana məxsus olduğundan hazırkı mərhələdə məhkəmə qətnaməsi ilə əmlakın boşaldılmasının qət edilməsi hazırkı iş üzrə ipoteka qoyanın qanunla qorunan hüquqlarını pozur. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, “İpoteka haqqında” AR Qanununun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göstərilən maddənin məzmunundan da göründüyü kimi ipoteka predmeti olan yaşayış sahəsi satıldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə həmin sahəni tərk etməyən ipoteka qoyan və onun ailə üzvlərinin həmin sahədən məcburi çıxarılması həmin sahənin boşaldılması barədə məhkəmə qərarı olmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında həyata keçirilə bilər. Odur ki, ipoteka qoyanın yaşayış sahəsindən çıxarılması barədə məhkəmə qərarının qəbul edilməsi ipoteka saxlayanın qanunla qorunan hüquqlarının müdafiəsi baxımından da zəruri hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakın boşaldılması tələbinə dair hissədə iddia rədd edilməlidir. Bununla yanaşı iş materiallarından həmçinin görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 iyul 2019-cu il tarixli, X1 kreditlər üzrə 03/113 saylı Ümumi Müqavilə və həmin müqavilənin kreditləşmənin xüsusi şərtlərinə dair 25.07.2019-cu il tarixli 01 saylı Əlavə üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi bank ilə Cavabdeh2 arasında 25.07.2019-cu il tarixli 13/113 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin Cavabdeh2 borc alan Cavabdeh1 Əlisurət qızının 03/113 saylı Ümumi Müqavilə və həmin müqavilənin kreditləşmənin xüsusi şərtlərinə dair 25.07.2019-cu il tarixli 01 saylı Əlavədən irəli gələn öhdəliklərinə zamin durmuşdur. Mülki Məcəllənin: 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə 25.07.2019-cu il tarixli 13/113 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 digər Cavabdeh1 Əlisurət qızının 03/113 saylı Ümumi Müqavilə və həmin müqavilənin kreditləşmənin xüsusi şərtlərinə dair 25.07.2019-cu il tarixli 01 saylı Əlavədən irəli gələn öhdəliklərinə zamin durduğunu, Cavabdeh1 isə həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini nəzərə alaraq hesab edir ki, 03/113 saylı Ümumi Müqavilə və həmin müqavilənin kreditləşmənin xüsusi şərtlərinə dair 25.07.2019cu il tarixli 01 saylı Əlavə üzrə əsas, faiz borcları və dəbbə pulu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 94,50 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, qiymətləndiricinin rəyinin verilməsinə görə ödənilməli olan 900 (doqquz yüz) manat pul vəsaitinin 800 (səkkiz yüz) manat hissəsi cavabdehlər Cavabdeh1 Əlisurət qızından və Cavabdeh2 müştərək qaydada, 100 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq "xxxx" MMC-nin bank hesabına (VÖEN:**********, "xxxx" ASC-nin Yasamal filialı, VÖEN: **********, kod: 512565, h/h:AZE30AZRT********************, m/h: AZE02NABZ********************; SWİFT:AZRTAZ22) ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 25.07.2019-cu il tarixli X1 Kreditlər üzrə 03/113 saylı Ümumi Müqavilə və 25.07.2019cu il tarixli Kreditləşmənin xüsusi şərtlərinə dair 01 saylı Əlavə üzrə 999.980 (doqquz yüz doxsan doqquz min doqquz yüz səksən) manat məbləğində əsas borc, 213.398,39 manat (iki yüz on üç min üç yüz doxsan səkkiz manat otuz doqquz qəpik) məbləğində faiz borcu, 50.000 (əlli min) manat məbləğində dəbbə pulu, ümumilikdə 1.263.378,39 (bir milyon iki yüz altmış üç min üç yüz yetmiş səkkiz manat otuz doqquz qəpik) məbləğində borc, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 94,50 manat (doxsan dörd manat əlli qəpik) məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 Əlisurət qızından və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 11 ünvanında 0,0347 ha torpaq sahəsində yerləşən 704,2 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 550.000 (beş yüz əlli min) manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh2 qaytarılsın. Tələb üzrə tutma Cavabdeh1 Əlisurət qızının mülkiyyətində olan ünvan 10 ünvanında 0,0169 ha torpaq sahəsində yerləşən 507,8 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 400.000 (dörd yüz min) manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 Əlisurət qızına qaytarılsın. Satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh1 Əlisurət qızından və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qiymətləndiricinin rəyinin verilməsinə görə ödənilməli olan 900 (doqquz yüz) manat pul vəsaitinin 800 (səkkiz yüz) manat hissəsi cavabdehlər Cavabdeh1 Əlisurət qızından və Cavabdeh2 müştərək qaydada, 100 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq "xxxx" MMC-nin bank hesabına (VÖEN:**********, "xxxx" ASC-nin Yasamal filialı, VÖEN: **********, kod: 512565, h/h:AZE30AZRT********************, m/h: AZE02NABZ********************; SWİFT:AZRTAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar