Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2020/2025 14.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “İddiaçı” Şirkətinin cavabdeh ”İS.M.M.” MMC-yə qarşı “kompensasiyanın ödənilməsi və malların məhv edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əmtəə nişanı, kompensasiya) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “İddiaçı” Şirkətinin cavabdeh ”İS.M.M.” MMC-yə qarşı “kompensasiyanın ödənilməsi və malların məhv edilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “İddiaçı” Şirkəti (bundan sonra-iddiaçı) cavabdeh ”İS.M.M.” MMC-yə (bundan sonra-cavabdeh) qarşı “kompensasiyanın ödənilməsi və malların məhv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 17 dekabr 2024-cü il tarixli №3-33- 1100/000102Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli MG9457 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 88AB709/88AB710 nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********1507 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş "xxxx" əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: 1-ci mal mövqeyi üzrə TOYOTA əmtəə nişanlı 500 kq yağ və yanacağın filterləri, **********; 6-cı mal mövqeyi üzrə TOYOTA əmtəə nişanlı 296 kq qarışıq ehtiyat hissələri, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi və cavabdehdən 7000 (yeddi min) manat məbləğində kompensasiyanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Hüquq sahibi, baş ofisi: 1 Toyota-Cho, Toyota-Shi, Aichi-Ken 471-8571, Yaponiya ünvanında yerləşən “İddiaçı” (“TOYOTA) Şirkətinə ünvanlanmış 17 dekabr 2024-cü il tarixli №3-33-1100/000102Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına (“Qərar”) və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında Ərizəçiyə və Bəyannaməçiyə” verdiyi 17 dekabr 2024-cü il tarixli №102Q saylı Bildirişinə əsasən, hüquqi ünvanı: AZ1009, Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev, ev 98, m. 15 olan Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli MG9457 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 88AB709/88AB710 nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və bəyannaməçi "xxxx" MMC (VÖEN: **********) tərəfindən bəyan edilmiş mallara gömrük nəzarəti altında baxış keçirilmiş və baxış zamanı **********1507 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş "xxxx" əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: 1-ci mal mövqeyi üzrə TOYOTA əmtəə nişanlı 500 kq yağ və yanacağın filterləri, **********; 6-cı mal mövqeyi üzrə TOYOTA əmtəə nişanlı 296 kq qarışıq ehtiyat hissələri, **********) kontrafakt olması əlamətləri aşkar olunmuşdur və həmin malların buraxılışı 10 (on) iş günü müddətinə 16 dekabr 2024-cü il tarixindən 30 dekabr 2024-cü il tarixinədək dayandırılmışdır. Bakı Baş Gömrük İdarəsinin müvafiq Qərarı və Bildirişi bu İddia Ərizəsinə əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 163 saylı Qərarınn tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi "xxxx" Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1, idxalçı (mal sahibi) Cavabdeh MMC-yəvə bəyannaməçi "xxxx" MMC-yə dərhal yazılı Bildiriş göndərilmişdir və eyni zamanda, yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin 17 dekabr 2024-cü il tarixli №3-33-1100/000102Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarının təsdiqlənmiş surəti hüquq sahibi "xxxx" Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1 17 dekabr 2024-cü ildə rəsmən təqdim olunmuşdur. Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş və buraxılışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən dayandırılmlış "xxxx" əmtəə nişanlı kontrafakt əlamətli mallardan nümunənin götürülməsi ilə bağlı tərəflərin iştirakı ilə Gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında 17 dekabr 2024- cü il tarixli müvafiq Akt tərtib edilmişdir. Qeyd olunan Akt bu iddia ərizəsinə əlavə olunur. Hüquq sahibi "xxxx" Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2, Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş və buraxılışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən dayandırılmış "xxxx" əmtəə nişanlı malların kontrafakt olubolmaması barədə müvafiq rəyin verilməsi üçün hüquq sahibi "xxxx" Şirkətinin baş ofisinə müraciət etmiş və hüquq sahibi "xxxx" Şirkətinin ekspertləri tərəfindən buraxılışı dayandırılmış malların fotoşəkillərinə baxış keçirərək və malların müşayiətedici müvafiq məlumatlarını yoxlayaraq, buraxılışı dayandırılmış həmin malların kontrafakt olması faktını təsdiqləmişlər. Qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən 17 dekabr 2024-cü il tarixli 3-33-1100/000102Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarın və həmin Qərara müvafiq olaraq “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında” verdiyi 17 dekabr 2024-cü il tarixli №102Q saylı Bildirişin İddiaçı "xxxx" Şirkətinə və həmçinin, Bəyannaməçi və Cavabdeh MMC-yə vaxtında rəsmən təqdim olunmasına və Qərarın “Qeyd” hissəsində Cavabdehin “Qərardan onun təqdim olunduğu vaxtdan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya “İnzibatı İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən 30 gün müddətində birbaşa yaxud Bakı Baş Gömrük İdarəsi vasitəsi ilə Dövlət Gömrük Komitəsinə inzibati şikayət verməsi hüququnun olması faktının qeyd olunmasına baxmayaraq, Bəyannaməçi və ya Cavabdeh MMC özlərinin qanuni hüquqlarından istifadə etməmiş və inzibati akt olan Qərarın mübahisələndirilməsinə və ya ləğvinə dair məhkəməyə və ya Dövlət Gömrük Komitəsinə inzibati şikayət təqdim etməmişlər. Bu fakt isə öz növbəsində, həm Bəyannaməçinin və həm də Cavabdeh MMC-nin Bakı Baş Gömrük İdarəsinin Qərarları ilə razı olduqlarını və idxal etdikləri "xxxx" əmtəə nişanlı malların kontrafakt olduğunu, və bununla da İddiaçı "xxxx" Şirkətinin qanunla tanınan və qorunan əqli mülkiyyət hüquqlarını pozduqlarını etiraf etdiklərini təsdiqləyir. Hüquq sahibi "xxxx" Şirkəti müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə Ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 17 dekabr 2024-cü il tarixli №3-33-1100/000102Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən buraxılışı 30 dekabr 2024-cü il tarixinədək dayandırılmış Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli MG9457 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 88AB709/88AB710 nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********1507 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş "xxxx" əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: 1-ci mal mövqeyi üzrə TOYOTA əmtəə nişanlı 500 kq yağ və yanacağın filterləri, **********; 6-cı mal mövqeyi üzrə TOYOTA əmtəə nişanlı 296 kq qarışıq ehtiyat hissələri, **********) üzərinə müvəqqəti təminat tədbirinin tədbiq edilməsi qaydasında məhkəmə tərəfindən 1 (bir) ay müddətinə həbsin qoyulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-16(113)-943/2024 saylı 26 dekabr 2024-cü il tarixli Qərardadı ilə hüquq sahibi "xxxx" Şirkətinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə Ərizəsi təmin edilərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 17 dekabr 2024-cü il tarixli №3-33-1100/000102Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən buraxılışı 30 dekabr 2024-cü il tarixinədək dayandırılmış Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli MG9457 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 88AB709/88AB710 nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********1507 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş "xxxx" əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: 1-ci mal mövqeyi üzrə TOYOTA əmtəə nişanlı 500 kq yağ və yanacağın filterləri, **********; 6-cı mal mövqeyi üzrə TOYOTA əmtəə nişanlı 296 kq qarışıq ehtiyat hissələri, **********) üzərinə 24 yanvar 2025-ci il tarixinədək həbs qoyulmuşdur. Bakı Kommersiya Məhkəməsinin №e-16(113)-943/2024 saylı 26 dekabr 2024-cü il tarixli Qərardadı bu İddia Ərizəsinə əlavə olunur. Cavabdeh MMC isə ona məxsus malların üzərinə həbsin qoyulması barəsində Bakı Kommersiya Məhkəməsinin qəbul etdiyi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında Qərardadını mübahisələndirməyib və həmin Qərardadın ləğvinə dair məhkəməyə şikayət verməmişdir. Bu fakt isə öz növbəsində, Cavabdeh MMC-nin həm Bakı Baş Gömrük İdarəsinin müvafiq Qərarı və həmçinin Bakı Kommersiya Məhkəməsinin müvafiq Qərardadı ilə razı olduğunu, və idxal etdiyi "xxxx" əmtəə nişanlı malların kontrafakt olduğunu, və bununla da İddiaçı "xxxx" Şirkətinin qanunla tanınan və qorunan əqli mülkiyyət hüquqlarını pozduğunu etiraf etdiyini bir daha təsdiqləyir. Qeyd etmək istəyirik ki, hüquq sahibi "xxxx" Şirkətinə məxsus "xxxx" və “LEXUS” əmtəə nişanları dünyada tanınmış nişanlar olmaqla bərabər, Azərbaycanda da müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır və bu nişanlara dair "xxxx" Şirkətinin müəlliflik və əqli mülkiyyət hüquqları Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müvafiq qaydada tanınır və qorunur. Azərbaycan Respublikasında qeydiyyata alınmış "xxxx" Şirkətinin Əmtəə Nişanlarının Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WİPO) Beynəlxalq Reyestrinin Madrid Monitorunun on-line məlumat bazasından əldə edilmiş Qeydiyyat Məlumatlarının surətləri (qeydiyyat təsnifat kodları, qeydiyyat nömrələri və qüvvədə olma tarixləri ilə) bu İddia Ərizəsinə əlavə olunur. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş "xxxx" Şirkətinə məxsus "xxxx" və “LEXUS” əmtəə nişanlarının Azərbaycan Respublikasının ərazisində qüvvədə olması barədə xx.xx.2020-ci il tarixli müvafiq bildirişlər bu iddia ərizəsinə əlavə olunur. Həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən "xxxx" Şirkətinə məxsus "xxxx" və “LEXUS” əmtəə nişanları Tərkibində Əqli Mülkiyyət Hüquqlarının obyektləri olan mallarının Gömrük Reyestrinə daxil edilmişdir və müvafiq qaydada qorunur. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli müvafiq Sərəncamı bu iddia ərizəsinə əlavə olunur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbaərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilməmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli Sərəncamına görə “İddiaçı” şirkətinə məxsus "xxxx" və “Lexus” əmtəə nişanları adları altında olan malların 3 mart 2025-ci il tarixinədək reyestrə daxil edilməsi nəzərdə tutulmuşdur.
8. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişə görə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Reyestrinin Madrid Monitorunun online məlumat bazasına əsasən Toyota” və “Lexus” əmtəə nişanları 03 mart 2025-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
9. Bakı Baş Gömrük İdarəsinin “malların buraxılışının dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli Qərarına görə Cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli MG9457 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 88AB709/88AB710 nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və **********1507 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “Hyundai”, “Kia” və "xxxx" əmtəə nişanlı avtomobilin ehtiyat hissələrinin buraxılışı 10 iş günü müddətində dayandırılmışdır
10. “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında Ərizəçiyə və Bəyannaməçiyə” 102Q saylı bildirişə əsasən, Bakı Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixliŞ 3-33-1100/000102Q nömrəli qərarına əsasən "xxxx" əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: 1-ci mal mövqeyi üzrə TOYOTA əmtəə nişanlı 500 kq yağ və yanacağın filterləri, **********; 6-cı mal mövqeyi üzrə TOYOTA əmtəə nişanlı 296 kq qarışıq ehtiyat hissələri, **********) kontrafakt olması əlamətləri aşkar olunmuşdur və həmin malların 16 dekabr 2024-cü il tarixindən 30 dekabr 2024-cü il tarixinədək dayandırılmışdır.
11. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
12. Belə ki “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin birinci və ikinci abzasına görə əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir.
13. Həmin Qanunun 26-cı maddəsinin birinci və ikinci abzasına görə əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır.
14. Həmin Qanunun 32-ci maddəsinin birinci abzasına görə bu Qanunun 25-ci və 26cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.
15. Həmin Qanunun 33-cü maddəsinə görə bu Qanunun icrası ilə əlaqədar əmtəə nişanına dair müstəsna hüququn pozulması barədə mübahisəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəmədə baxılır.
16. Həmin Qanunun 34-cü maddəsinə görə əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. Mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən aşağıda göstərilən malların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qərar qəbul edə bilər: a) hüquq pozuntusunun obyekti olan malların; b) gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların.
17. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əqli mülkiyyət hüquqları - müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqlardır.
18. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən əqli mülkiyyət hüquqlarının sahibi (hüquq sahibi) - əqli mülkiyyət hüquqlarının məxsus olduğu fiziki və ya hüquqi şəxsdir, o cümlədən folklore nümunələrinə (ənənəvi mədəni nümunələrə) münasibətdə Azərbaycan Respublikasıdır.
19. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən kontrafakt məhsul – əmtəə nişanları, coğrafi göstəricilər və ya onları qarışdıracaq dərəcədə oxşar nişanlarla qeyriqanuni təchiz olunan maldır.
20. Həmin Qanunun 3-cü maddəsinə əsasən əqli mülkiyyət hüquqlarının mülki hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər, ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə gətirib çıxarmamalı və Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilməlidir.
21. Həmin Qanunun 7-ci maddəsinə əsasən məhkəmə hüquqpozmaya səbəb olan malların kompensasiya ödənilmədən ticarət şəbəkəsindən çıxarılması, malların hazırlanmasında (istehsalında) istifadə olunan materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Belə məsələlərə baxılarkən üçüncü şəxslərin qanuni maraqları nəzərə alınmalıdır.
22. 20 mart 1883-cü il tarixli “Sənaye mülkiyyətinin mühafizəsi haqqında” Paris Konvensiyasının (1900-cü il dekabrın 14-də, 1911-ci il iyunun 2-də, 1925-ci il noyabrın 6da, 1934-cü il iyunun 2-də, 1958-ci il oktyabrın 31-də, 1967-ci il iyulun 14-də, 1990-cı il oktyabrın 2-də edilmiş dəyişikliklərlə) 9-cu maddəsinin 1-ci bəndinə əsasən əmtəə nişanı yaxud firma adı ilə qeyri-qanuni təchiz edilmiş hər hansı məhsul, bu məhsul həmin işarə, yaxud firma adının qanuni mühafızə hüququ olan İttifaq ölkəsinə idxal prosesində həbs edilir.
23. Konvensiyanın 10-cu maddəsinə əsasən bundan qabaqkı maddənin müddəaları məhsulların mənşəi, yaxud istehsalçının, sənayeçinin, yaxud təcirin şəxsiyyətininin həqiqiliyi barədə düzünə, yaxud dolayı yolla yalan göstərişlərdən istifadə edilən halda tətbiq edilir. İstehsalla, hazırlama ilə, yaxud məhsulu satmaqla məşğul olan və fiziki, yaxud hüquqi şəxs olmasından asılı olmayaraq hər hansı istehsalçı, sənayeçi, yaxud tacir yalandan məhsulun mənşə yeri kimi göstərilən yerdə, yaxud bu yerin olduğu rayonda, ya yalandan göstərilən ölkədə, ya da mənşə haqqında yalan göstəriş tətbiq olunan ölkələ məskən salmışsa, maraqlı tərəf hesab olunur.
24. Konvensiyanın 10bis maddəsinə əsasən İttifaq ölkələri həmin İttifaqda iştirak edən ölkələrin vətəndaşları üçün qeyri-səmimi rəqabətdən təsirli müdafiə təmin etməlidirlər. Sənaye və ticari işlərdə namusldu adətlərə zidd olan rəqabət aktı qeyri-səmimi rəqabət aktı hesab olunur. Məsələn, aşağıdakılar qadağan olunur:
1. müəssisə, məhsullar, yaxud rəqibin sənaye, yaxud ticari fəaliyyət baxımından hər hansı bir üsulla qarışıqlıq yarada bilən fəaliyyətlər;
2. kommersiya fəaliyyətini yerinə yetirərkən müəssisəni, məhsulları, yaxud rəqibin sənaye, yaxud ticarət fəaliyyətini hörmətdən sala bilən uydurma fikirlər; 32.
3. kommersiya fəaliyyətini yerinə yetirərkən əmtəənin xarakteri, hazırlanma qaydası, xüsusiyyətləri, işlətməyə yararlı olması, yaxud miqdarı baxımından cəmiyyəti çaşdıra bilən göstərişlər, yaxud fıkirlərin istifadə edilməsi.
25. Konvensiyanın 10ter maddəsinə əsasən İttifaq ölkələri İttifaqın başqa ölkələrinin vətəndaşları üçün 9, 10 və 10bis maddələrində göstərilən fəaliyyətin qarşısını effektli almaq üçün qanuni vasitələr təmin etməyi öhdələrinə götürür. Bundan başqa onlar mövcudluğu ölkələrinin qanunları ilə ziddiyyət təşkil etməyən və marağı olan sənayeçiləri, istehsalçıları, tacirləri təmsil edən ittifaq və birliklər üçün məhkəmə, yaxud inzibati orqanlar vasitəsilə 9, 10 və 10bis maddələrində nəzərdə tutulmuş fəaliyyətlərin baxılan ölkələrin ittifaq və birlikləri üçün mühafizə xahiş edilən ölkənin qanunu çərçivəsində qarşısını almaq üçün tədbirlər görməyi öhdələrinə götürürlər.
26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçıya məxsus əmtəə nişanından istifadə etməklə kontrafakt malları ölkə ərazisinə keçirməyə cəhd edilmiş və həmin malların kontrafakt olduğu aşkar edildikdən sonra hüquq sahibi məlumatlandırılmış, ölkəyə daxil edilməsi məhdudlaşdırılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi birinci hissədə əsaslı olduğundan təmin edilməlidir.
27. Bundan əlavə iddiaçı cavabdehdən 7000 manat məbləğində kompensasiyanın tutulmasını xahiş etmişdir.
28. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.
29. Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” AR Qanununun 34-cü maddəsinin tələbinə əsasən hüquqi sahibinin “vurulmuş ziyanın və çəkdiyi xərclərin” əvəzinə min manatdan əlli min manatadək məbləğdə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb etmək hüquq vardır.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
31. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, iddiaçı 7000 manat məbləğində kompensasiyanı tələb edərkən pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin, habelə hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri barədə məhkəməyə sübut təqdim etməlidir.
32. Lakin iddianın kompensasiya tələbinə dair hissəsi yuxarıda göstərilən xüsusatlar baxımından əsaslandırılmamış və məhkəməyə heç bir sübut təqdim olunmamışdır.
33. Digər tərəfdən məhkəmə qeyd edir ki, işin araşdırılması zamanı müəyyən edildi ki, iddiaçının məhv edilməsini xahiş etdiyi mallar dövriyyəyə buraxılmadan üzərinə öncə Gömrük orqanı tərəfindən, daha sonra məhkəmə qərardadları əsasında həbs qoyulmuş, məhkəmə araşdırması zamanı iddiaçıya zərər dəyməsi faktı öz təsdiqini tapmamışdır.
34. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli MG9457 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 88AB709/88AB710 nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********1507 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş "xxxx" əmtəə nişanlı mallar (XİFMN üzrə malın adı və kodu: 1-ci mal mövqeyi üzrə TOYOTA əmtəə nişanlı 500 kq yağ və yanacağın filterləri, **********; 6-cı mal mövqeyi üzrə TOYOTA əmtəə nişanlı 296 kq qarışıq ehtiyat hissələri, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4-cü maddəsinə görə müəlliflik mübahisələri üzrə - müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar.
37. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən və iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
V. Nəticə:
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı Baş Gömrük İdarəsinin 17 dekabr 2024-cü il tarixli 3-33-1100/000102Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli MG9457 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 88AB709/88AB710 nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********1507 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş "xxxx" əmtəə nişanlı mallar (XİFMN üzrə malın adı və kodu: 1-ci mal mövqeyi üzrə TOYOTA əmtəə nişanlı 500 kq yağ və yanacağın filterləri, **********; 6-cı mal mövqeyi üzrə TOYOTA əmtəə nişanlı 296 kq qarışıq ehtiyat hissələri, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" MMC-dən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova