Məhkəmə qərarları › İş №e-2-2(113)-2072/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2072/2020

14.08.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2072/2020 14.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, məhkəmə iclas katibi X1 iştirakı ilə, Kreditor MMC-nin borcluşəxs "X3 Sanayi və Ticaret Anonim" Şirkətinin Azərbaycan Republikasındakı Filalına qarşı kranın və əşyaların satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi barədə əmr verilməsinə dair ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Kreditor borcluya qarşı kranın və Qoşma 4-də qeyd olunan əşyaların tərəflərindən satılıb onlara çatası məbləğlərin satışdan daxilolmalar hesabına ödənilməsinə icazə verən məhkəmə əmrininverilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 276.2-cı maddəsinə əsasənməhkəmə əmri aşağıdakı hallarda verilə bilər: 276.2.1.tələb notariat qaydasında təsdiq edilmiş əqdə əsaslanırsa; 276.2.2.tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa; 276.2.3.tələb ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa; 276.2.4.tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə; 276.2.5.tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə; 276.2.6.tələb polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin alınması haqqında verilmişdirsə; 276.2.7.tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə. Həmin Məcəllənin 279.2.1-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa imtina üçün əsasdır: Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, hazırki tələb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276-cı maddəsi ilə nəzərdə tutulmadığından ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 279-cu maddəsinə əsasən, məhkəmə QƏRARA A L D İ: Kreditor MMC-nin borclu şəxs "X3 Sanayi və Ticaret Anonim" Şirkətinin Azərbaycan Republikasındakı Filalına qarşı kranın və əşyaların satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbz geri qaytarılsın. Kreditor MMC-yə izah olunur ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar