Məhkəmə qərarları › İş №e-2-2(113)-2418/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2418/2025

02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2418/2025 02.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Qanuni nümayəndə, Cavabdeh3 və Cavabdeh1nə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun tutulması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə, Qanuni nümayəndə və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********25052021 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 18834/102 saylı, 23 oktyabr 2024-cü il tarixli əlavəsi üzrə 30 yanvar 2025-ci il tarixə 36754,53 manat (otuz altı min yeddi yüz əlli dörd manat əlli üç qəpik) əsas borc, 1324,75 manat (min üç yüz iyirmi dörd manat yetmiş beş qəpik) faiz borcu və 12,48 manat (on iki manat qırx səkkiz qəpik) cərimə olmaqla, cəmi 38091,76 manat (otuz səkkiz min doxsan bir manat yetmiş altı qəpik) borc və ödənilmiş 204,28 manat (iki yüz dörd manat iyirmi səkkiz qəpik) dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh1 MMC ilə İddiaçı ASC arasında bağlanmış **********25052021 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 18834/102 saylı, 23 oktyabr 2024cü il tarixli əlavəyə əsasən Cavabdeh1 MMC-yə 36 (otuz altı) ay müddətinə illik 14% olmaqla, 36754,53 manat (otuz altı min yeddi yüz əlli dörd manat əlli üç qəpik) kredit verilmişdir. Əlavə olaraq İddiaçı ASC ilə Qanuni nümayəndə arasında 23 oktyabr 2024-cü il tarixli, 20685/102 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində bağlanmış **********25052021 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 18834/102 saylı, 23 oktyabr 2024-cü il tarixli əlavəyə əsasən bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Qanuni nümayəndə borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Əlavə olaraq İddiaçı ASC ilə Cavabdeh3 arasında 23 oktyabr 2024-cü il tarixli, 20684/102 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində 18834/102 saylı, 23 oktyabr 2024-cü il tarixli əlavəyə əsasən bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Cavabdeh3 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən Cavabdeh1 MMC hər ay ödəniş etməli olduğu halda, o, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehlər kredit müqaviləsinə əsasən müəyyən olunmuş müddətdə krediti, ona hesablanacaq faiz və cərimələri ödəməli olduğu halda bu öhdəliyi lazımi qaydada yerinə yetirməməklə ödəniş cədvəlinə uyğun ödənişlər etməmişdir. 23 oktyabr 2024-cü il tarixli əlavə üzrə 30 yanvar 2025-ci il tarixə "xxxx" ASC-yə olan borc 36754,53 manat (otuz altı min yeddi yüz əlli dörd manat əlli üç qəpik) əsas, 1324,75 manat (min üç yüz iyirmi dörd manat yetmiş beş qəpik) faiz və 12,48 manat (on iki manat qırx səkkiz qəpik) cərimə olmaqla, cəmi 38091,76 manat (otuz səkkiz min doxsan bir manat yetmiş altı qəpik) təşkil edir. Cavabdehlərə borcun qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq, bu günə kimi borcun və hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 472.1, 739, 743-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdehlər tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinin tələblərini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında **********25052021 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə bağlanmış və həmin müqaviləyə dair 23 oktyabr 2024-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 18834/102 saylı müqaviləyə əsasən Cavabdeh1 MMC-yə illik 14 (on dörd) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 36754,53 manat (otuz altı min yeddi yüz əlli dörd manat əlli üç qəpik) məbləğində kredit verilməsi razılaşdırılmışdır.

7. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 20684/102 nömrəli zaminlik müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış **********25052021 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və həmin müqaviləyə dair 23 oktyabr 2024-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 18834/102 saylı müqavilə üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

8. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında bağlanmış 20685/102 nömrəli zaminlik müqaviləsinin məzmunundan müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış **********25052021 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və həmin müqaviləyə dair 23 oktyabr 2024-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 18834/102 saylı müqavilə üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

9. İddiaçı ASC tərəfindən tərtib edilmiş kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən Cavabdeh1 MMC tərəfindən xx.xx.2024-cü il tarixli, 18834/102 saylı əlavəyə əsasən İddiaçı ASC-yə ödənilməli olan məbləğ 36754,53 manat əsas, 8474,19 manat faiz olmaqla, ümumilikdə 45228,72 manat təşkil edir.

10. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 2025/104/2718 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış **********25052021 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 23 oktyabr 2024-cü il tarixli, 18834/102 saylı əlavəyə əsasən xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə borcu 36754,53 manat əsas, 1324,75 manat faiz və 12,48 manat cərimə borcu olmaqla, cəmi 38091,76 manat təşkil edir.

11. İddiaçı ASC tərəfindən Cavabdeh3, Qanuni nümayəndə və Cavabdeh1 MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli, 2025/104/2043 nömrəli bildiriş (pretenziya) məktubundan görünür ki, borc məbləğinin qısa müddət ərizində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2504 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 18834/102 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair əlavədə qeyd olunan şərtlər nəzərə alınmaqla cavabdeh "xxxx" MMC-nin İddiaçı ASCyə olan borcu xx.xx.2025-ci il tarixə əsas borc üzrə 36754,53 manat, faiz borcu üzrə 1324,41 manat olmaqla, ümumilikdə 38078,94 manat, xx.xx.2025-ci il tarixə əsas borc üzrə 36754,53 manat, faiz borcu üzrə 1424,47 manat olmaqla, ümumilikdə 38179 manat təşkil edir. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla,zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi

16. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə bağlanmış və həmin müqaviləyə dair 23 oktyabr 2024-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair bağlanmış 18834/102 saylı müqaviləyə əsasən Cavabdeh1 MMC-yə illik 14 (on dörd) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 36754,53 manat (otuz altı min yeddi yüz əlli dörd manat əlli üç qəpik) məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında 23 oktyabr 2024-cü il tarixli, 20685/102 saylı zaminlik müqaviləsi bağlanmış, həmin müqavilədə **********25052021 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 18834/102 saylı, 23 oktyabr 2024-cü il tarixli əlavəyə əsasən bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Qanuni nümayəndə borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. İddiaçı ASC ilə Cavabdeh3 arasında 23 oktyabr 2024-cü il tarixli, 20684/102 saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqavilədə 18834/102 saylı, 23 oktyabr 2024-cü il tarixli əlavəyə əsasən bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Cavabdeh3 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər (borc alan və zaminlər) müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının həmin öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ yaranmışdır.

17. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Qanuni nümayəndə müştərək qaydada **********25052021 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 18834/102 saylı, 23 oktyabr 2024-cü il tarixli əlavəsi üzrə 30 yanvar 2025-ci il tarixə 36754,53 manat əsas borc və 1324,75 manat faiz borcunun tutulması təşkil edir.

18. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin (borcalan və zamin) alınan pul vəsaitini müqavilədə müəyyən edilmiş faizlərilə birlikdə borcverənə qaytarmaq vəzifəsi daşımasını, ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam, faiz borcunun tutulması hissəsində qismən (ekspert rəyinə uyğun olaraq) təmin edilməli, cavabdehlər Qanuni nümayəndə, Cavabdeh3 və Cavabdeh1ndən müştərək qaydada 36754,53 manat (otuz altı min yeddi yüz əlli dörd manat əlli üç qəpik) əsas borc və 1324,41 manat (min üç yüz iyirmi dörd manat qırx bir qəpik) faiz borcu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Belə ki, ekspert rəyindən görünür ki, Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə 30 yanvar 2025-ci il tarixə olan faiz borcu 1324,41 manat təşkil edir.

19. İddia tələbinin digər hissəsini cavabdehlərdən müştərək qaydada 12,48 manat cərimə borcunun tutulması təşkil edir.

20. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

21. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlər Qanuni nümayəndə, Cavabdeh3 və Cavabdeh1ndən müştərək qaydada 12,48 manat (on iki manat qırx səkkiz qəpik) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

22. Eləcə də, iddiaçı 204,28 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.

23. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 204,28 manat (iki yüz dörd manat iyirmi səkkiz qəpik) məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

24. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh3 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh3 birgə qaydada **********25052021 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 18834/102 saylı, 23 oktyabr 2024-cü il tarixli əlavəsi üzrə 36754,53 manat (otuz altı min yeddi yüz əlli dörd manat əlli üç qəpik) əsas borc, 1324,41 manat (min üç yüz iyirmi dörd manat qırx bir qəpik) faiz borcu, 12,48 manat (on iki manat qırx səkkiz qəpik) cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 204,28 manat (iki yüz dörd manat iyirmi səkkiz qəpik) olmaqla, ümumilikdə 38295,70 manat (otuz səkkiz min iki yüz doxsan beş manat yetmiş qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh3 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar