Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2600/2022 09.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdeh X4 qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Bank "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdeh X4 (bundan sonra – cavabdehlər) qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Sənaye” filialı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BKN-A0007-01/21A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2022-ci il tarixinə olan 202036,569 manat əsas borc, 17136,31 manat faiz məbləği, 12916 manat dəbbə borcu, ümumilikdə 232089,52 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat rüsumun, iddia qaldırılması üçün ödənilmiş 122.34 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli BKMG-A0004-01/20A saylı sonrakı ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsus olan 94.10 kv.m ümumi sahədən ibarət Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21, 23, 23A, 23B, mənzil 236 (yeni qaydalarla: AZ 1141 ünvan 1 ünvanlı daşınmaz əmlaka, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli BKMGB0004-01/20A saylı sonrakı ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsus olan 0.06 ha ölçüdən ibarət ünvan 2əşən torpaq sahəsinə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və sonrakı ipoteka ilə təmin edilmiş kredit borcunun həmin sonrakı ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, sonrakı ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehdən tutulması, sonrakı ipoteka predmeti olan 94.10 kv.m ümumi sahədən ibarət Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21, 23, 23A, 23B, mənzil 236 (yeni qaydalarla: AZ 1141 ünvan 1 ünvanlı daşınmaz əmlakın və 0.06 ha ölçüdən ibarət ünvan 2əşən torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2600/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər X6 və Cavabdeh2 qarşı “əmlakın boşaldılması” tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi S.Nəcəfova iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra da cavabdeh tərəfindən ödənişlər edilməmişdir. Bundan əlavə, ipoteka müqaviləsi imzalandıqdan sonra ipoteka ilə yüklü edilmiş torpaq sahəsinin üzərində tikilinin inşa edilməsi ilə bağlı iddiaçıya hər hansı məlumat verilməmişdir, həmin tikili deyil, yalnız torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin ilkin satış qiymətlərinin Məhkəmənin təyin etdiyi ekspertizanın nəticəsinə uyğun müəyyən edilməsinə etiraz etmir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən edilmiş bütün ödənişlər iddiaçı tərəfindən nəzərə alınmamış, iddiaçının təqdim etdiyi hesabdan çıxarışda həmin ödənişlər öz əksini tapmamışdır. Bundan əlavə, tərəflər arasında ipoteka müqaviləsi imzalandıqdan sonra torpaq sahəsi üzərində hündürmərtəbəli tikili inşa edilmiş, lakin həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin tikilinin inşası ilə bağlı olaraq da torpaq sahəsinin dəyəri qalxmış, lakin qiymətləndirmə rəyində ancaq torpaq sahəsi qiymətləndirilmiş, onun üzərində olan tikili qiymətləndirilməmişdir. Bu səbəbdən iddia əsassızdır. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 20 iyul 2020-ci il tarixli BKN-00004-01/20A nömrəli əsas kredit müqaviləsinə əsasən borcverən borcalana bu müqavilə çərçivəsində 60 ay müddətinə maksimum faiz dərəcəsi 35 % olmaqla xx.xx.2025-ci il tarixinədək əlavə müqavilələr bağlamaqla 500.000 manat məbləğinədək kreditlər verə bilər. Müqavilənin 6.1-ci bəndinə əsasən borcalan bu müqavilədən irəli gələn öhdəliklərinin icrası borcverən ilə arasında bağlanmış 20 iyul 2020-ci il tarixli BKMGA0004-01/20A nömrəli sonrakı girov (ipoteka) müqaviləsinə əsasən girov (ipoteka) qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21 23 23A 23B, mənzil 236 (Yeni qaydalarla: AZ1141, ünvan 3 ünvanında yerləşən mənzil və 20 iyul 2020-ci il tarixli BKMG-B0004- 01/20A nömrəli sonrakı girov (ipoteka) müqaviləsinə əsasən girov (ipoteka) qoyulmuş 0,06 ha ölçüdən ibarət Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən torpaq sahəsi ilə təmin olunur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 21 iyul 2020-ci il tarixli BKN-A0004-01/20A nömrəli əlavə kredit müqaviləsinə əsasən borcverən 150000 manat məbləğində krediti illik 23 faizlə 36 ay müddətinə borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən biznes məqsədi ilə istifadə etməyi və onu xx.xx.2023-cü il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 5.1-ci bəndinə əsasən borcalan bu müqavilədən irəli gələn öhdəliklərinin icrası borcverən ilə arasında bağlanmış 20 iyul 2020-ci il tarixli BKMGA0004-01/20A nömrəli sonrakı girov (ipoteka) müqaviləsinə əsasən girov (ipoteka) qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21 23 23A 23B, mənzil 236 (Yeni qaydalarla: AZ1141, ünvan 3 ünvanında yerləşən mənzil və 20 iyul 2020-ci il tarixli BKMG-B0004- 01/20A nömrəli sonrakı girov (ipoteka) müqaviləsinə əsasən girov (ipoteka) qoyulmuş 0,06 ha ölçüdən ibarət Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən torpaq sahəsi əmlak ilə təmin olunur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 22 aprel 2021-ci il tarixli BKN-A0007- 01/21A nömrəli əlavə kredit müqaviləsinə əsasən borcverən 208113 manat məbləğində krediti illik 23 faizlə 36 ay müddətinə borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən xx.xx.2020-ci il tarixli DEN-00001-01/20A və xx.xx.2020-ci il tarixli BKN-A0004- 01/20A saylı kreditlərin bağlanması məqsədilə istifadə etməyi və onu xx.xx.2024-cü il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 5.1-ci bəndinə əsasən borcalan bu müqavilədən irəli gələn öhdəliklərinin icrası borcverən ilə arasında bağlanmış 20 iyul 2020-ci il tarixli BKMGA0004-01/20A nömrəli sonrakı girov (ipoteka) müqaviləsinə əsasən girov (ipoteka) qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21 23 23A 23B, mənzil 236 (Yeni qaydalarla: AZ1141, ünvan 3 ünvanında yerləşən mənzil və 20 iyul 2020-ci il tarixli BKMG-B0004- 01/20A nömrəli sonrakı girov (ipoteka) müqaviləsinə əsasən girov (ipoteka) qoyulmuş 0,06 ha ölçüdən ibarət Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən torpaq sahəsi əmlak ilə təmin olunur. Müqavilənin 6.4-cü bəndinə əsasən borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 təqvim günündən çox gecikdirdikdə, 4-cü gündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc məbləğinin 0,5 %-i məbləğində gündəlik cərimə hesablanır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 20 iyul 2020-ci il tarixli BKMG-A0004- 01/20A nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən bu müqaviləyə görə ipoteka qoyan müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsi üzrə ipoteka qoyanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21 23 23A, 23B mənzil 236 (Yeni qaydalarla: AZ 1141 ünvan 4 ünvanlı mənzil) daşınmaz əmlakı ipoteka saxlayana ipoteka qoyur. Müqavilənin 1.2-ci bəndinə əsasən ipoteka qoyan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc məbləğinin 0,5 %-i məbləğində gündəlik cərimə hesablanır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 20 iyul 2020-ci il tarixli BKMG-B0004- 01/20A nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən bu müqaviləyə görə ipoteka qoyan müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsi üzrə ipoteka qoyanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən torpaq sahəsini ipoteka saxlayana ipoteka qoyur. Müqavilənin 1.2-ci bəndinə əsasən ipoteka qoyan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc məbləğinin 0,5 %-i məbləğində gündəlik cərimə hesablanır. "xxxx" MMC tərəfindən verilmiş rəydən görünür ki, Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən torpaq sahəsinin real bazar dəyəri 215000 manat, likvid dəyəri isə 185000 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsi X3 adına rəsmiləşdirilmişdir. Azərbaycan Rspublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi ev 21, 23, 23A, 23B, mənzil 236 (Yeni qaydalarla: AZ 1141, ünvan 5 ünvanında yerləşən mənzil X3 adına rəsmiləşdirilmişdir. Azərbaycan Rspublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi ev 21, 23, 23A, 23B, mənzil 236 (Yeni qaydalarla: AZ 1141, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, 23A, M12, m1 ünvanında yerləşən mənzil Bank "xxxx" ASC “Sənaye” filialının xeyrinə yüklü edilmişdir. Azərbaycan Rspublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsi Bank "xxxx" ASC “Sənaye” filialının xeyrinə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli **********36 nömrəli məktubdan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 oktyabr 2022-ci il tarixli 9/5677 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli əlavə kredit müqaviləsi üzrə isə xx.xx.2022-ci il tarixədək banka olan borcu 219172,87 manat (əsas borc üzrə 202036,56 manat, faiz borcu üzrə 17136,31 manat) təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş 08 sentyabr 2022-ci il tarixli MB-15/1001 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21, 23, 23A, 23B (Yeni qaydalarla: AZ 1141 ünvan 6 ünvanında yerləşən 236 saylı mənzilin 08 sentyabr 2021-ci il tarixinə hesablanmış bazar dəyəri 200.000 manat, likvid dəyəri 180.000 manat, ünvan 9 torpaq sahəsinin bazar dəyəri 120.000 manat, likvid dəyəri isə 108000 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, işin hallarından məlum olur ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə öhdəliklərin təminatı olaraq Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21, 23, 23A, 23B, mənzil 236 (yeni qaydalarla: AZ 1141 ünvan 1 ünvanlı daşınmaz əmlak və 0.06 ha ölçüdən ibarət Abşeron rayonu, Masazır kəndində torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmiş, həmin müqavilə üzrə iddiaçıya 202036,569 manat məbləğində əsas borc və 17136,31 manat məbləğində faiz borcu ödənilməmiş borcu qalmışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehdən yuxarıda göstərilən kredit borcu məbləği tutulmalı, eyni zamanda tələb kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi göstərilmiş ipoteka predmetlərinə yönəldilməli, qanunvericiliyin tələbələrinə uyğun olaraq əmlakların açıq hərracda satışı həyata keçirilməli, ipoteka predmetlərinin ilkin satış qiyməti ekspert rəyinə uyğun müəyyən edilməlidir. Cavabdeh kredit müqaviləsi üzrə etdiyi bütün ödənişlərin iddiaçı tərəfindən nəzərə alınmadığını, hesabdan çıxarışda həmin ödənişlərin əks olunmadığını bildirmiş, lakin bunu təsdiq edən mötəbər sübutları Məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh əlavə olaraq iddiaya dair etirazında ipoteka ilə yüklü edilmiş torpaq sahəsində ipoteka müqaviləsi bağlandıqdan sonra inşa edilmiş tikilinin qiymətinin ekspertin əmtəəşünaslıq ekspertizasına dair rəyində nəzərə alınmadığını bildirmişdir. Bu səbəbdən həmin tikilinin də qiymətinin hərrac keçirilərkən nəzərə alınmalı olduğunu göstərmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, tərəflər arasında bağlanmış 20 iyul 2020-ci il tarixli BKMG-B0004- 01/20A nömrəli sonrakı ipoteka müqaviləsində ipoteka qoyanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən torpaq sahəsinin (əmlak daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydə alınmışdır) ipoteka ilə yüklü edildiyi göstərilmiş, həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışla həmin torpaq sahəsi iddiaçının xeyrinə yüklü edilmişdir. Göründüyü kimi, torpaq sahəsinin üzərində inşa edilmiş tikili ipoteka ilə yüklü edilməmiş, cavabdehin iddiaçı qarşısında olan öhdəliklərinin təminatı qismində çıxış etmir. Bundan əlavə, həmin tikilinin üzərində cavabdehin mülkiyyət hüququnu təsdiq edən sənədin olmadığı, həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı müəyyən edilmişdir. Bu səbəbdən həmin əmlakın da qiymətləndirilməsinin keçirilməli olması, habelə ipoteka predmetinin açıq hərracda satışı zamanı nəzərə alınmalı olan likvid qiyməti müəyyən edilərkən həmin tikilinin də qiymətinin nəzərə alınmalı olması barədə cavabdehin dəlili əsassızdır. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 12916 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 10000 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində “Bank "xxxx" ASC-nin “Sənaye” filialı ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BKN- A0007-01/21A saylı kredit müqaviləsinin ləğv edilməsi tələbini də irəli sürmüşdür. İşin araşdırılan hallarından, tərəflərin nümayəndələrinin izahatlarından cavabdehin öz öhdəliklərini tam icra etməməsi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Nəticə: Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Bank "xxxx" ASC-nin “Sənaye” filialı ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BKN-A0007- 01/21A saylı kredit müqaviləsinin ləğv edilməli, cavabdehdən 22 aprel 2021-ci il tarixli BKN-A0007- 01/21A saylı əlavə kredit müqaviləsi üzrə 202036,569 manat əsas borc, 17136,31 manat faiz borcu, 10000 manat dəbbə pulu, cəmi 229172,87 manat borc tutularaq iddiaçıya ödənilməli, tələb ipoteka predmetlərinə yönəldilməli, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21, 23, 23A, 23B (Yeni qaydalarla: AZ 1141 ünvan 6 ünvanında yerləşən 236 saylı mənzilin ipoteka predmetinin ilkin satış qiyməti 180.000 manat, ünvan 9 torpaq sahəsinin ilkin satış qiyməti 108000 manat müəyyən edilməklə açıq hərracda satılmalı, göstərilən əmlakların satılmasından əldə edilmiş məbləğdən iddiaçıya olan borclar ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Materiallardan görünür ki, ilkin medasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 400 manat dövlət rüsumu cavabdehə, qalan 122,44 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci də cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bank "xxxx" ASC-nin “Sənaye” filialı ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BKN-A0007-01/21A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh X2 202036,56 (iki yüz iki min otuz altı manat əlli altı qəpik) manat əsas borc, 17136,31 (on yeddi min yüz otuz altı manat otuz bir qəpik) manat faiz borcu, 10000 (on min) manat dəbbə pulu, ümumilikdə 229172,87 (iki yüz iyirmi doqquz min yüz yetmiş iki manat səksən yeddi qəpik) manat məbləğində pul və mediasiya xərci kimi ödənilmiş 400 (dörd yüz) manat tutularaq iddiaçı “Bank "xxxx" ASC-yə ödənilsin. Tələb ipoteka predmetləri olan Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21, 23, 23A, 23B (Yeni qaydalarla: AZ 1141, ünvan 8 ünvanında yerləşən 236 saylı mənzil və ünvan 9 torpaq sahəsinə yönəldilsin. Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21, 23, 23A, 23B (Yeni qaydalarla: AZ 1141, ünvan 8 ünvanında yerləşən 236 saylı mənzilin ilkin satış qiyməti 180.000 (bir yüz səksən min) manat, ünvan 9 torpaq sahəsinin ilkin satış qiyməti 108000 (bir yüz səkkiz min) manat müəyyən edilməklə açıq hərracda satılsın və satışdan əldə olunmuş pul vəsaiti hesabına 202036,56 (iki yüz iki min otuz altı manat əlli altı qəpik) manat əsas borc, 17136,31 (on yeddi min yüz otuz altı manat otuz bir qəpik) manat faiz borcu, 10000 (on min) manat dəbbə pulu, ümumilikdə 229172,87 (iki yüz iyirmi doqquz min yüz yetmiş iki manat səksən yeddi qəpik) manat məbləğində pul və mediasiya xərci kimi ödənilmiş 400 (dörd yüz) manat tutularaq iddiaçı “Bank "xxxx" ASC-yə ödənilsin. Satışdan artıq qalan vəsait cavabdeh X4 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci cavabdeh X2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2600/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2600/2022
09.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver