Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3171/2025 14.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçılar İddiaçı Cavabdeh MMC-yə qarşı “əmtəə nişanından istifadənin qadağan edilməsi və sairə” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı (bundan sonra – iddiaçılar) Cavabdeh MMC-yə qarşı (bundan sonra – cavabdeh) qarşı “əmtəə nişanından istifadənin qadağan edilməsi və sairə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti,ev 36E ünvanında yerləşən Cavabdeh MMC-yə (VEÖN **********) məxsus "xxxx" avtomobil ehtiyyat hissələri satışı mağazasında və həmin MMC-yə mxəsus digər ehtiyat hissələri satışı mağazalarında “Hyundai” və "xxxx" əmtəə nişanlarından istifadənin qadağan edilməsi, yəni adıçəkilən MMC-yə məxsus mağazalarda ehtiyat hissələrinin satışının, həmçinin mağazanın vitrinində, daxilində gözlə görünən yerlərdə, mağazanın reklam xarakterli vizit kartlarında, sosial şəbəkə hesablarında (İnstagram və s.) “Hyundai” və "xxxx" əmtəə nişanlarından istifadənin qadağan edilməsi, “Hyundai” və "xxxx" əmtəə nişanlarından istifadəsi qanunsuz hesab edilən məhsulların, yəni inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyərinin yüz faizi həcmində Cavabdeh MMC Məhdud Məsuliyyətli Cəmiyyətinin cərimə edilməsi, cavabdeh tərəfindən iddiaçılar "xxxx" və “X1” şirkətinin əmtəə nişanlarından 2021-2025-ci illər ərzində qanunsuz istifadə etmələri nəticəsində vurulan maddi ziyanın müəyyən edilməsi, vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi, ******* saylı beynəlxalq qeydiyyatla qorunan “Hyundai” əmtəə nişanından və ******* saylı beynəlxalq qeydiyyatla qorunan “Hyundai” xidmət nişanından istifadəyə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması, “Hyundai” ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan malların kompensasiya ödənilmədən məhv edilməsi, ******* saylı beynəlxalq qeydiyyatla qorunan KİA əmtəə nişanından və ******* beynəlxalq qeydiyyatla qorunan "xxxx" xidmət nişanından istifadəyə son qoyulması, "xxxx" ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan malların kompensasiya ödənilmədən məhv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iddia ərizəsində göstərilmiş tələblərdən biri "xxxx" və “X1” şirkətinin əmtəə nişanlarından 2021-2025-ci illər ərzində qanunsuz istifadə etmələri nəticəsində vurulan maddi ziyanın müəyyən edilməsi, vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi”dir, həmin tələb qeyri-müəyyən olmaqla, dəqiq ifadə edilməmiş, tələb edilən maddi ziyanın məbləği və əldən çıxmış faydanın məbləği konkret olaraq göstərilməmiş, bu səbəbdən tələbin nədən ibarət olduğu qeyri-müəyyən olaraq qalmışdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində cavabdehə qarşı yönələn tələb, iddiaçı tərəfindən müəyyən edilməli və konkret olaraq göstərilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddia ərizəsində göstərilmiş digər tələb olan “Hyundai” və "xxxx" əmtəə nişanlarından istifadəsi qanunsuz hesab edilən məhsulların, yəni inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyərinin yüz faizi həcmində Cavabdeh MMC Məhdud Məsuliyyətli Cəmiyyətinin cərimə edilməsi” tələbinə isə ümumiyyətlə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçılara qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı Cavabdeh MMC-yə qarşı “əmtəə nişanından istifadənin qadağan edilməsi və sairə” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçınə geri qaytarılsın. İddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılar İddiaçınə geri qaytarılsın. İddiaçılar İddiaçınə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3171/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3171/2025
14.03.2025 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmtəə nişanından qanunsuz istifadə ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver