Məhkəmə qərarları › İş №e-2-2(113)-3178/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3178/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3178/2025 19.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC BOKT-un cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı “hərrac protokolunun imzalanmış hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: hərrac protokolu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC BOKT-un cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı “hərrac protokolunun imzalanmış hesab edilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC BOKT (bundan sonra – iddiaçı) cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “hərrac protokolunun imzalanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Xammal və X19 Mərkəzi "xxxx" MMC ilə "xxxx" ASC arasında həmin banka ipoteka qoyulmuş, Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin (yeni qaydalarla: Gəncə şəhəri, Bakı küçəsi, 65 nömrəli fərdi yaşayış evi) hərracdan əldə edilməsinə dair hərrac protokolunun imzalanmış hesab edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-1766/2015-ci il tarixli qətnaməsinə əsasən X3, X8, X4 və "xxxx" MMC-dən müştərək qaydada cəmi 51091 manat məbləğində pul vəsaitinin tutulub "xxxx" ASC-yə ödənilməsi, tutmanın ipoteka predemeti olan Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinə 0,0722 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, evin ilkin satış qiyməti 90.000 manat müəyyən edilməsi, fərdi yaşayış evinin açıq hərracdan satılması və hərracdan satıldıqdan sonra bir ay müddətində evin boşaldılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra məhkəmənin xx.xx.2015- ci il tarixli 2(044)/1766/2015 saylı məktubu ilə icra olunması üçün aidiyyatı üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Sözügedən İcra idarəsi tərəfindən xx.xx.2015- ci il tarixli qərarla qətnamənin icrasına başlanılmış və icra məmuru tərəfindən xx.xx.2015- ci il tarixliməktubla hərracın keçirilməsi Hərrac Mərkəzi "xxxx" MMC-yə tapşırılmışdır. Bundan sonra Hərrac Mərkəzi "xxxx" MMC ipoteka predmetinin ilkin satış qiyməti 90000 manat olmaqla hərracın keçirilməsini xx.xx.2015-ci il tarixə təyin etmiş, bu barədə tərəflərə xx.xx.2015-ci il tarixli bildiriş göndərilmişdir. Birinci hərrac baş tutmadığına görə hərrac təşkilatı təkrar hərracın keçirilməsini xx.xx.2015-ci il tarixə təyin etmiş və bu barədə tərəflərə xx.xx.2015-ci il tarixli bildiriş göndərmiş, satış qiymətinin 15 % azaltmaqla, 76500 manat müəyyən edilmişdir. Təkrar hərrac baş tutmamış və hərrac təşkilatı tərəflərə və icra məmuruna xx.xx.2016-cı il tarixli məktub göndərərək təkrar hərracın baş tutmadığını bildirmiş, tələbkara ipoteka predmetinin təkrar hərracdakı satış qiymətindən 25% aşağı olmayan qiymətə - 57375 manata əldə etmək hüququnu, bu müddətdə əldə edilməzsə ipoteka xitam veriləcəyini izah etmişdir. Hərrac Mərkəzi “Külək "xxxx" ASC-yə ünvanlanmış ipoteka predemeti olan Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin 0,0722 ha torpaq sahəsinin alqı-satqısı üçün müqavilə bağlanması barədə xx.xx.2016-cı il tarixli, 04/69 nömrəli bildiriş məktubu "xxxx" ASC tərəfindən xx.xx.2016-cı il tarixli, 13/271 nömrəli məktubla cavablandırılaraq Hərrac Mərkəzinə bildirilmişdir ki, “sözügedən əmlakların qeyd olunmuş qiymətlərlə, yəni təkrar hərracdakı ilkin satış qiymətlərindən 25% aşağı olan qiymətlərlə Bank tərəfindən alınmasına heç bir etiraz yoxdur. Bundan başqa həmin məktubda bank tərəfindən ipoteka predmetlərini əldə edilməsi üçün alqı-satqı müqaviləsinin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat verilməsi xahiş edilmişdir. Həmin məktub Hərrac Mərkəzi tərəfindən xx.xx.2016-cı il tarixdə qəbul edilmişdir. Lakin hərrac təşkilatı ipoteka predmetinin satılması barədə sənədləri xx.xx.2016-cı ildə icra məmuruna qaytarmış və icra məmuru da icra sənədinin məhkəməyə qaytarılması barədə xx.xx.2018-ci il tarixli qərar çıxarılaraq həmin icra sənədləri Gəncə şəhəri Nizami rayon Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar X6, X10, X7 və "xxxx" MMC-nin "xxxx" ASC-yə olan 51091,0 manat məbləğində borcu üzrə tələb hüququ İddiaçı QSC-yə güzəşt edilmiş və borca dair sənədlər təhvil-təslim aktına əsasən "xxxx" ASC-dən İddiaçı QSC-yə təhvil verilmişdir. İddiaçı QSC Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)- 1766/2015-ci il tarixli qətnaməsinin icrasını təmin edilməsi üçün xx.xx.2018-ci il tarixli 1205 nömrəli məktubla Gəncə şəhəri üzrə İcra İdarəsinə müraciət edərək Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-1766/2015 saylı icra sənədinin icrası barədə məlumat verilməsini xahiş etmişdir. Daha sonra İddiaçı QSC tərəfindən icra sənədinin məhkəməyə qaytarılması barədə icra məmurunun xx.xx.2018-ci il tarixli qərarından şikayət verilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-328/2019 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, icra məmurunun xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, həmin icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-328/2019 nömrəli qərardadı icra edilməsi üçün xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə daxil olmuşdur. İcra məmuru xx.xx.2023-cü il tarixli məktubla ipoteka predmeti olan evin hərracda satılması üçün "xxxx" MMC-yə sifariş vermişdir. "xxxx" MMC ipoteka predmetinin ilkin satış qiyməti 90000 manat olmaqla hərracın keçirilməsini xx.xx.2023-cü il tarixə təyin etmiş, bu barədə tərəflərə xx.xx.2023-cü il tarixli bildiriş göndərilmişdir.Həmin tarixdə hərrac baş tutmadığına görə hərrac təşkilatı təkrar hərracın keçirilməsini xx.xx.2023-cü il tarixə təyin etmiş, bu barədə tərəflərə xx.xx.2025-ci il tarixli bildiriş göndərmiş, satış qiymətini 15% azaltmaqla 76500 manat müəyyən etmişdir. Təkrar hərrac da baş tutmamış, bundan sonra ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli protokol və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, X5 məxsus yuxarıda qeyd olunan fərdi yaşayış evini İddiaçı QSC əldə edərək, bu barədə öz adına mülkiyyət sənədi almışdır. Bununla razılaşmayan X9 cavabdehlər "xxxx" ASC-yə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə, "xxxx" MMC-yə və İddiaçı QSC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Gəncə şəhəri üzrə İcra İdarəsi cəlb edilməklə) qarşı iddiaçı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Svetlana Abbasova iddia ərizəsində əvvəllər onun mülkiyyətində olmuş Gəncə şəhəri, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın, onun nəticələrinin - ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli 76/1 nömrəli protokolun, "xxxx" MMC ilə İddiaçı QSC arasında bağlanmış ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli müqavilənin və əmlaka İddiaçı QSC-nin mülkiyyət hüququnun qeydə alınmasına dair xx.xx.2023-cü il tarixli ********** nömrəli qeydin etibarsız hesab edilməsi, X9 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 10 nömrəli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, Gəncə şəhəri, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair DƏDKR publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində aparılmış qeydin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 23(125)- 2032/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC tərəfindən Gəncə şəhəri, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinə dair keçirilmiş hərracın, onun nəticələrinin - ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli 76/1 nömrəli protokolun, cavabdehlər "xxxx" MMC ilə İddiaçı QSC BOKT arasında bağlanmış ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli müqavilənin və Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinə (yeni qaydalarla Gəncə şəhəri, Bakı küçəsi, 65 nömrəli daşınmaz əmlak, reyestr nömrəsi **********29- 10301) cavabdeh İddiaçı QSC-nin mülkiyyət hüququnun qeydə alınmasına dair xx.xx.2023-cü il tarixli ********** nömrəli qeydin etibarsız hesab edilməsi, iddiaçı X9 ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 10 nömrəli ipoteka müqaviləsi üzrə (Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli, yeni qaydalarla Gəncə şəhəri, Bakı küçəsi, 65 nömrəli daşınmaz əmlakın yüklü edilməsinə dair) ipotekaya xitam verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2024-cü il tarixli 2(104)-1344/2024 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bundan sonra Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının sözügedən qətnaməsindən "xxxx" ASC tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(102)-262/2025 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 25 iyul tarixli 2(104)-1344/2024 nömrəli qətnaməsi qismən – “Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinə (yeni qaydalarla Gəncə şəhəri, Bakı küçəsi, 65 nömrəli daşınmaz əmlak, reyestr nömrəsi **********29-10301) cavabdeh İddiaçı QSC BOKT-un mülkiyyət hüququnun qeydə alınmasına dair xx.xx.2023-cü il tarixli ********** nömrəli qeydin etibarsız hesab edilməsi, iddiaçı X9 ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 10 nömrəli ipoteka müqaviləsi üzrə (Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli, yeni qaydalarla Gəncə şəhəri, Bakı küçəsi, 65 nömrəli daşınmaz əmlakın yüklü edilməsinə dair) “ipotekaya xitam verilməsi” hissəsində ləğv edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması, işin qətnamənin ləğv olunan hissəsində yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır. Qeyd olunan mülki iş hal-hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Ali Məhkəmə yuxarıda qeyd olunan qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə,“İpoteka haqqında” Qanunun 43-cü maddəsinə əsasən, yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı yeni hərracların keçirilməsi həmin Qanunun tələblərinə ziddir. Bu nöqteyi-nəzərdən Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin "xxxx" MMC tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin satılması üzrə keçirilmiş hərracın etibarsız sayılmasına aid hissədə gəldikləri nəticəni qanuni və əsaslı hesab etmişdir. Lakin Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin ipotekaya xitam verilməsi barədə nəticəyə gələrkən işin mahiyyəti üzrə düzgün həll olunması üçün zəruri olan həddə işin hallarınıaraşdırmadığı qənaətinə gəlmişdir. Ali Məhkəmə hesab etmişdir ki, tələbkar olaraq İddiaçı QSC tələb hüququ ona güzəşt edildikdən sonra xx.xx.2018-ci il tarixli 1205 nömrəli məktubla Gəncə şəhəri üzrə İcra İdarəsinə müraciət edərək, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1766/2015 nömrəli icra sənədinin icrası barədə məlumat verilməsini xahiş etmiş, daha sonra icra sənədinin məhkəməyə qaytarılması barədə icra məmurunun xx.xx.2018-ci il tarixli qərarından şikayət vermiş və həmin məhkəmənin xx.xx.2019-cu il tarixli 2(044)-328/2019 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, icra məmurunun xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, həmin icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Nizami Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(044)-328/2019 nömrəli qərardadı icra edilməsi üçün xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri üzrə icra idarəsinə daxil olmuş və bundan sonra icra məmuru xx.xx.2023-cü il tarixli məktubla ipoteka predmeti olan evin hərracda satılması üçün "xxxx" MMC-yə sifariş vermişdir. Bu hallar ona dəlalət edir ki, tələbkar İddiaçı QSC icranın eyni zamanda ipoteka predmetinin hərracda satılmaqla onun xeyrinə tamamlanmasında hüquqi marağa malik olmuş və özündən asılı olan ardıcıl hərəkətləri etmişdir. Ali Məhkəmənin qərarında qeyd olunur ki, icra sənədinin məhkəməyə qaytarılması barədə icra məmurunun qərarının ləğv olunması haqqında Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-328/2019 nömrəli qərardadında da məhkəmə gəldiyi nəticəni əsaslandırarkən bildirmişdir ki, “hazırkı işdə ipoteka saxlayan qanunla müəyyən edilmiş vaxtda üzürlü səbəblərdən ipoteka predmetini almaq imkanından istifadə etməmişdir. Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli qərarında qeyd olunan mövqeyinə görə ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququ o halda yaranmış olur ki, ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməsin. ... Məhkəmə onu da qeyd edir ki, yuxarıda göstərilən qaydada fərdi yaşayış evinin ipoteka saxlayanın adına rəsmiləşdirilməməsi hələ icra sənədinin icrası mümkün olmayan sənəd kimi məhkəməyə qaytarılması üçün əsas deyildir”. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 dekabr 2022-ci il tarixli 04/2022 nömrəli Qərardadı ilə “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tətbiqinə aydınlıq gətirilmişdir. Həmin qərardadın 39-cu bəndində qeyd olunub ki, ipoteka predmetini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsici müddətdir. Çünki ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 gün ərzində bu imkandan istifadə etməzsə həm predmeti əldə etmək, həm də ipoteka hüququnu itirir. Odur ki, ipoteka saxlayan müvafiq elanın dərc olunduğu vaxtdan keçən 30 gün ərzində ipoteka predmetini əldə etməlidir. Həmin Qərardadın 58-ci bəndində göstərilir ki, müqavilənin hərracda bağlanması mülki qanunvericiliyin müqavilənin bağlanmasına dair ümumi qaydalarından fərqlənən xüsusi bir prosedurdur (Mülki Məcəllə, maddə 414). Digər tərəfdən, ipoteka predmetinə tutmanın yönəldilməsiəmlakın hərracdan könüllü deyil, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi satışınıehtiva edir. Könüllü keçirilən hərraclardan fərqli olaraq, belə hərraclar zamanı hərrac təşkilatçısıəmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında deyil, məcburi icra tədbirləriçərçivəsində icra məmurunun sifarişi əsasında hərəkət edir. Hərrac təşkilatçısı hərracın qanunla müəyyən edilmiş qaydalara uyğun keçirilməsini təmin etməklə, qaydalara uyğun keçirilmiş hərracın nəticələrinə dair protokolu imzalamaq vəzifəsini daşıyır. Qərardadın 57-ci bəndində göstərildiyi kimi, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassızimtina etməsi və yaxud yayınmasızamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. “İpoteka haqqında” Qanunun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. "xxxx" ASC tərəfindən hərrac təşkilatı "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli cavab məktubunda ipoteka saxlayan, ipoteka predmetini qəbul etdiyini bildirmiş, əmlakın bankın mülkiyyətinə keçirilməsi üçün müvafiq prosedura başlamağı xahiş etmişdir. “İpoteka haqqında” Qanunun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. X21 "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə hər hansı bir müqavilə göndərilməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyaları tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 dekabr 2022-ci il tarixli 04/2022 saylı Qərardad qəbuletmişdir. Yuxarıda göstərilən Qərardadın qərar hissəsinin 4-cü bəndinə əsasən hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi və yaxud yayınması zamanı ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi (və ya) zərərin əvəzinin ödənilməsi barədə iddia qaldıra bilər. Sözügedən qərardadın qərar hissəsinin 5-ci bəndinə görə Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayanın adına daşınmazəmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. Qeyd olunan Qərardadın 65-ci bəndində göstərilir ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilməsi tələbinə baxılarkən başqa məhkəmənin icraatında hərrac protokolunun imzalanmış hesab edilməsinə dair mülki işin olması Mülki -Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə əsasən icraatın dayandırılması, həmin iddianın təmin edilməsinə dair qanuni qüvvəsini almış məhkəmə aktının olması isə iddianın rədd edilməsi üçün əsas olacaqdır. Hesab edilir ki, Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən 2016-cı ildə hərrac keçirilərkən “İpoteka haqqında” Qanunun 43.7-1-ci maddəsinin tələblərinə düzgün riayət edilməmiş, "xxxx" ASC-nin təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka əmlakını əldə etmək və bununla bağlı protokol imzalamaq barədə razılığı olmasına və bu barədə Hərrac Mərkəzinə yazılı şəkildə məktub göndərilməsinə baxmayaraq, həmin razılıq məktubuna Hərrac Mərkəzi tərəfindən heç bir münasibət bildirilməmiş, Bankla protokol imzalanmamış, son nəticədə Hərrac Mərkəzi həmin protokolu imzalamaqdan yayınmışdır. 2016-cı ildə keçirilmiş hərracda ipoteka predmetinin ipotekasaxlayan tərəfindən əldə edilməsi ilə bağlı hərrac protokolunun imzalanmaması, ipoteka saxlayanın təqsiri nəticəsində deyil, məhz hərrac təşkilatının təqsiri nəticəsində baş vermişdir ki, bu da son nəticədə ipoteka əmlakının bank tərəfindən 30 gün müddətində əldə edilməsini əngəlləmişdir. Bunun nəticəsində ipoteka saxlayan (tələbkar) “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsində müəyyən edilmiş sübyektiv hüququnu həyata keçirə bilməmişdir. Yəni "xxxx" ASC-yə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsinə uyğun olaraq ipoteka premetinin əldə olunması ilə əlaqədar öz iradə ifadəsini aydın şəkildə ifadə etdiyi halda, hərrac təşkilatı və icra məmurunun hərəkətsizliyi nəticəsində bunun baş verməməsi ipoteka saxlayanın ziyanına təfsir edilərək ipotekaya xitam verilə bilməz.

3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-1766/2015-ci il tarixli qətnaməsinə əsasən tutmanın yönəldiyi X9 tərəfindən xx.xx.2013-cü il tarixli 10 nömrəli ipoteka müqaviləsi əsasında "xxxx" ASC-yə ipoteka qoyulmuş Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli (yeni qaydalarla Gəncə şəhəri, Bakı küçəsi, 65 nömrəli) fərdi yaşayış evinin hazırkı ipoteka saxlayan İddiaçı QSC BOKT tərəfindən əldə olunması barədə hərrac protokolunun cavabdeh Azərbaycan Respublikası Xammal və X19 Mərkəzi "xxxx" MMC tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi B.İmanverdiyev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışa görə Gəncə şəhəri Bakı küçəsində mülkiyyətində olan 0.0722 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 28.6 kv.m yaşayış, 15.2 kv.m köməkçi sahədən ibarət 53 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 155 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat tarixi: xx.xx.2008; qeydiyyat nömrəsi: **********).

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa görə Gəncə şəhəri Bakı küçəsində yerləşən 53 saylı fərdi yaşayış evi xx.xx.2013-xx.xx.2016-cı il tarixləri üçün "xxxx" ASC-nin Gəncə Filialının xeyrinə yüklü edilmişdir.

10. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)- 1766/2015-ci il tarixli qətnaməsinə əsasən X3, X8, X4 və "xxxx" MMC-dən müştərək qaydada cəmi 51091 manat məbləğində pul vəsaitinin tutulub "xxxx" ASC-yə ödənilməsi, tutmanın ipoteka predemeti olan Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinə 0,0722 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, evin ilkin satış qiyməti 90.000 manat müəyyən edilməsi, fərdi yaşayış evinin açıq hərracdan satılması və hərracdan satıldıqdan sonra bir ay müddətində evin boşaldılması qət edilmişdir.

11. "xxxx" ASC ilə “Aqrarkredit QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun “Aqrarkredit QSC-yə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqaviləyə əlavə - xx.xx.2017-ci il tarixli, S-FK-GEN-93 nömrəli akta görə X6 "xxxx" ASCyə xx.xx.2013-cü il tarixli, 10/a nömrəli kredit müqaviləsi üzrə sənədlər “Aqrarkredit QSCyə təhvil verilmişdir.

12. Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X11 tərəfindən "xxxx" MMC-yə X5 məxsus Gəncə şəhəri Bakı küçəsində yerləşən 53 saylı fərdi yaşayış evi barədə hərracın keçirilməsi haqqında sifariş göndərilmişdir.

13. "xxxx" MMC tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsi, "xxxx" ASC, X9, X13 və X14 xx.xx.2015-ci il tarixli, 01 nömrəli açıq hərracın keçirilməsinə dair bildiriş ünvanlanaraq X5 məxsus Gəncə şəhəri Bakı küçəsində yerləşən 53 saylı fərdi yaşayış evi barədə xx.xx.2015-ci il tarixdə keçiriləcək hərracın yeri və vaxtı barədə məlumat verilmişdir.

14. "xxxx" MMC tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsi, "xxxx" ASC, X9, X13 və X14 xx.xx.2015-ci il tarixli, 01/2 nömrəli açıq hərracın keçirilməsinə dair bildiriş ünvanlanaraq X5 məxsus Gəncə şəhəri Bakı küçəsində yerləşən 53 saylı fərdi yaşayış evi barədə xx.xx.2015-ci il tarixdə keçiriləcək hərracın yeri və vaxtı barədə məlumat verilmişdir.

15. "xxxx" MMC tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsi, "xxxx" ASC, X9, X13 və X14 xx.xx.2015-ci il tarixli, 02 nömrəli açıq hərracın keçirilməsinə dair bildiriş ünvanlanaraq X5 məxsus Gəncə şəhəri Bakı küçəsində yerləşən 53 saylı fərdi yaşayış evi barədə xx.xx.2015-ci il tarixdə keçiriləcək hərracın yeri və vaxtı barədə məlumat verilmişdir.

16. "xxxx" MMC tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsi, "xxxx" ASC, X9, X13 və X14 xx.xx.2015-ci il tarixli, 02/2 nömrəli açıq hərracın keçirilməsinə dair bildiriş ünvanlanaraq X5 məxsus Gəncə şəhəri Bakı küçəsində yerləşən 53 saylı fərdi yaşayış evi barədə xx.xx.2015-ci il tarixdə keçiriləcək hərracın yeri və vaxtı barədə məlumat verilmişdir.

17. "xxxx" MMC tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsi, "xxxx" ASC, X9, X13 və X14 xx.xx.2016-cı il tarixli məlumat ünvanlanaraq Gəncə şəhəri ünvan 2iş hərracların baş tutmadığı və bu barədə “Market” qəzetinin xx.xx.2016-cı il tarixli nömrəsində məlumat dərc edildiyi bildirilmişdir.

18. "xxxx" ASC tərəfindən Külək” MMC-yə ünvanlanış xx.xx.2016-cı il tarixli, 13/271 nömrəli məktubla Gəncə şəhəri Bakı küçəsində yerləşən 53 saylı fərdi yaşayış evinin qeyd olunmuş qiymətlərlə, yəni təkrar hərracdakı ilkin satış qiymətlərindən 25% aşağı olan qiymətlərlə Bank tərəfindən alınmasına heç bir etiraz olmadığı bildirilmiş və ipoteka predmetinin bankın mülkiyyyətinə keçirilməsi tarixini müəyyənləşdirib rəsmi məlumat verilməsi xahiş edilmişdir (məktub "xxxx" ASC-nin sifarişi əsasında “FAMKO” sürətli poçt xidməti vasitəsi ilə xx.xx.2016-cı il tarixində Hərrac Mərkəzi “Külək “MMC-yə çatdırılmışdır – i.v.98-99).

19. Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2032/2024 saylı qətnaməsi ilə iddiaçı X2 iddiası qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC tərəfindən Gəncə şəhəri, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinə dair keçirilmiş hərracın, onun nəticələrinin - ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli 76/1 nömrəli protokolun, cavabdehlər "xxxx" MMC ilə İddiaçı QSC BOKT arasında bağlanmış ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli müqavilənin və Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinə (yeni qaydalarla Gəncə şəhəri, Bakı küçəsi, 65 nömrəli daşınmaz əmlak, reyestr nömrəsi **********29- 10301) cavabdeh İddiaçı QSC-nin mülkiyyət hüququnun qeydə alınmasına dair xx.xx.2023-cü il tarixli ********** nömrəli qeydin etibarsız hesab edilməsi, iddiaçı X9 ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 10 nömrəli ipoteka müqaviləsi üzrə (Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli, yeni qaydalarla Gəncə şəhəri, Bakı küçəsi, 65 nömrəli daşınmaz əmlakın yüklü edilməsinə dair) ipotekaya xitam verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

20. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2024-cü il tarixli 2(104)-1344/2024 saylı qətnaməsi ilə Gəncə Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(125)-2032/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(125)-2032/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(102)-262/2025 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 25 iyul tarixli 2(104)-1344/2024 nömrəli qətnaməsi qismən – “Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinə (yeni qaydalarla Gəncə şəhəri, Bakı küçəsi, 65 nömrəli daşınmaz əmlak, reyestr nömrəsi **********29-10301) cavabdeh İddiaçı QSC BOKT-un mülkiyyət hüququnun qeydə alınmasına dair xx.xx.2023-cü il tarixli ********** nömrəli qeydin etibarsız hesab edilməsi, iddiaçı X9 ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 10 nömrəli ipoteka müqaviləsi üzrə (Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli, yeni qaydalarla Gəncə şəhəri, Bakı küçəsi, 65 nömrəli daşınmaz əmlakın yüklü edilməsinə dair) “ipotekaya xitam verilməsi” hissəsində ləğv edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması, işin qətnamənin ləğv olunan hissəsində yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır.

22. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.

24. Həmin Məcəllənin 415.7-ci maddəsinə əsasən onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər.

25. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun:

26. 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

27. 41.5-ci maddəsinə əsasən hərrac açıq auksion formasında keçirilir.

28. 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

29. 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur.

30. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.[86]

31. 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

32. 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən məhkəmə təcrübəsində ipoteka saxlayanın əmlakın əldə edilməsi ilə bağlı ipoteka haqqında qanunvericilikdə müəyyən edilmiş 30 təqvim günü ərzində onun iradəsindən asılı olmayan səbəblərdən (hərrac təşkilatının protokolu imzalamaqdan yayınması və ya imtina etməsi) hərrac protokolunun imzalanmaması hallarına rast gəlinir (bənd 55). Bu baxımdan qeyd olunmalıdır ki, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər. Nəzərə alınmalıdır ki, müqavilənin hərracda bağlanması mülki qanunvericiliyin müqavilənin bağlanmasına dair ümumi qaydalarından fərqlənən xüsusi bir prosedurdur (Mülki Məcəllə, maddə 414). Digər tərəfdən, ipoteka predmetinə tutmanın yönəldilməsi əmlakın hərracdan könüllü deyil, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi satışını ehtiva edir. Könüllü keçirilən hərraclardan fərqli olaraq, belə hərraclar zamanı hərrac təşkilatçısı əmlakın mülkiyyətçisi, və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında deyil, məcburi icra tədbirləri çərçivəsində icra məmurunun sifarişi əsasında hərəkət edir. Hərrac təşkilatçısı hərracın qanunla müəyyən edilmiş qaydalara uyğun keçirilməsini təmin etməklə, qaydalara uyğun keçirilmiş hərracın nəticələrinə dair protokolu imzalamaq vəzifəsini daşıyır. Bu baxımdan, qanunla müəyyən edilmiş qaydada protokolu imzalamaq vəzifəsinin hərrac təşkilatının üzərinə qoyulması müqavilə bağlamağa məcburetmə deyil, qanunla hərrac təşkilatının üzərinə qoyulmuş vəzifənin icra etməyə məcburetmə kimi qiymətləndirilməlidir. Bu isə, Mülki Məcəllənin müqavilə bağlamağa məcburetməni qadağan edən 390.3-cü maddəsi ilə hər hansı ziddiyyət təşkil etmir. Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər. Bu zaman qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra hərracın yekunlarına dair protokolu əvəz etməklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması əsasını təşkil etdiyi üçün məhkəmə qətnaməsində əmlakın ipoteka saxlayan tərəfindən hansı şərtlərlə əldə edildiyi dəqiq göstərilməlidir. Həmçinin qeyd olunmalıdır ki, bu cür məhkəmə qətnamələri ilə ipoteka saxlayanın ipoteka predmetini qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində əldə etməsi müəyyən olunduğundan, bu hal həmin müddətin kəsici müddət olması ilə bağlı yuxarıda ifadə edilmiş hüquqi mövqe ilə hər hansı ziddiyyət təşkil etmir (57-60-cı bəndlər).

34. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1766/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi əsasında Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, sonuncunun sifarişi əsasında cavabdeh tərəfindən icra sənədində göstərilmiş ipoteka predmeti bağlı hərrac təşkil edilmişdir. İpoteka predmeti ilə bağlı birinci hərrac xx.xx.2015-ci il tarixə təyin edilmiş, baş tutmadığı üçün cavabdeh tərəfindən ikinci hərrac xx.xx.2015-ci il tarixə təyin edilmişdir. Həmin tarixə təyin edilmiş hərrac baş tutmadığı üçün ipoteka saxlayana cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli ipoteka predmetinin alqı-satıqısı üçün müqavilə bağlanması barədə bildiriş (i.v.13) ünvanlanaraq ipoteka predmetinin əldə edilməsi təklif edilmişdir. Tələbkar bank tərəfindən cavabdehə 21 yanvar 2016-cı il tarixli 13/271 nömrəli məktub ünvanlanaraq ipoteka predmetinin tərəfindən əldə olunması məqsədilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin onun adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsi xahiş olunmuşdur. Həmin məktub cavabdeh tərəfindən rəsmi qaydada xx.xx.2016-cı il tarixində qəbul edilmişdir (i.v.98-99).

35. Bu səbəbdən məhkəmə hesab edir ki, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanın müvafiq müraciəti olduğu halda hərrac təşkilatı olan cavabdeh protokolu imzalamaqdan yayındığından iddiaçı ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi” tələbi barədə hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur, iddiaçı tərəfindən verilmiş hazırkı iddia əsaslıdır və təmin edilməlidir.

36. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia edilməli, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-1766/2015-ci il tarixli icra sənədinə əsasən tutmanın yönəldiyi X9 tərəfindən xx.xx.2013-cü il tarixli 10 nömrəli ipoteka müqaviləsi əsasında "xxxx" ASC-yə ipoteka qoyulmuş Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli (yeni qaydalarla Gəncə şəhəri, Bakı küçəsi, 65 nömrəli) fərdi yaşayış evinin ipoteka saxlayan iddiaçı tərəfindən əldə olunması barədə hərrac protokolu cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-1766/2015ci il tarixli icra sənədinə əsasən tutmanın yönəldiyi X9 tərəfindən xx.xx.2013-cü il tarixli 10 nömrəli ipoteka müqaviləsi əsasında "xxxx" ASC-yə ipoteka qoyulmuş Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli (yeni qaydalarla: Gəncə şəhəri, Bakı küçəsi, 65 nömrəli) fərdi yaşayış evinin hazırkı ipoteka saxlayan İddiaçı QSC BOKT tərəfindən əldə olunması barədə hərrac protokolu cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilsin. Cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-dən 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı QSC BOKT-a ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar