Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3220/2022 22.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın satılması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 69,38 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ünvan 1 ünvanında yerləşən “Təzə bazar Elektrik malları” mağazasında fərqləndirici əlaməti Çin istehsalı 1 vahidinin qiyməti 55 manat olan 20 ədəd projektor led (200), Çin istehsalı 1 vahidinin qiyməti 79 manat olan 35 ədəd projector led (400), Çin istehsalı 1 vahidinin qiyməti 39 manat olan 12 ədəd projector led (100), Çin istehsalı 1 vahidinin qiyməti 25 manat olan 16 ədəd kransteyn (tv), Çin istehsalı 1 vahidinin qiyməti 25 manat olan 4 ədəd güzgü işıq, Çin istehsalı 1 vahidinin qiyməti 13 manat olan 48 ədəd plafon qara qutu, Çin istehsalı 1 vahidinin qiyməti 9 manat olan 5 ədəd plafon led, Çin istehsalı 1 vahidinin qiyməti 14 manat olan 25 ədəd mirsa plafon, Çin istehsalı 1 vahidinin qiyməti 18 manat olan 14 ədəd plafon oval, Çin istehsalı 1 vahidinin qiyməti 20 manat olan 13 ədəd potic plafon, Çin istehsalı olan 1 vahidinin qiyməti 13 manat olan 9 ədəd speak sensor led, Çin istehsalı olan 1 vahidinin qiyməti 17 manat olan 18 ədəd fonsi plafon, ümumilikdə 6787 manat məbləğində siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirən məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir, belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi inzibati orqan olduğundan və borcların dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi üçün vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması barədə iddia tələbi onun ümumi (publik) hüquq sahəsindən irəli gələn fəaliyyəti ilə bağlı tələb olduğundan mübahisə subyekt tərkibinə və mübahisənin irəli gəldiyi hüquq münasibətinin xarakterinə görə inzibati mübahisə olduğundan, hazırki tələbə inzibati icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırki tələbə kommersiya mübahisəsi ilə bağlı mülki icraat qaydasında baxılmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın satılması tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə izah edilsin ki, hazırki tələblə Bakı İnzibati Məhkəməsinə müraciət edilməlidir. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3220/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3220/2022
22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver