Məhkəmə qərarları › İş №e-2-2(113)-361/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-361/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-361/2021 29.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi X2 iştirakı ilə, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh2 və Cavabdeh1nə (MMC) qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19.08.2010-cu il tarixli, 161 saylı kredit müqaviləsinin təminatı qismində “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş ipoteka qoyan X3 məxsus ünvan 1 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 42,22 kv.m., yaşayış sahəsi 29.22 kv.m. olan mənzilin sökülməsi nəticəsində iddiaçıya vurulmuş 37640,38 manat maddi və 32708.26 manat əldən çıxmış fayda üzrə zərərin əvəzi cavabdehlər X6 və Cavabdeh1 MMC-dən tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış 19.08.2010-cu il tarixli, 161 saylı kredit müqaviləsinə əsasən, Borc alana 300 ay müddətinə, illik 8% ödəməsi şərtilə 40000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə bank ilə ipoteka qoyan Cavabdeh2 arasında sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 42,44 kv.m, yaşayış sahəsi 29,22 kv.m olan mənzilin ipoteka qoyulması haqqında 20.08.2010-cu il tarixli, 24 saylı Alqı-Satqı və İpoteka müqaviləsi bağlanmışdır. İpoteka hüququnun qeydiyyata alınmasına dair Banka AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 27.10.2010-cu il tarixli, MA seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən yüklülük Çıxarışı verilmişdir. Cavabdeh2 tərəfindən müqavilə üzrə öhdəliklər pozulmuş və Bank qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır. Daha sonra İddiaçı ASC-nin əməkdaşları tərəfindən ipoteka predmeti olan ünvan 1 ünvanına baxış keçirilərkən məlum olmuşdur ki, mənzil ipoteka saxlayan İddiaçı ASC-nin razılığı və məlumatı olmadan Cavabdeh1 MMC tərəfindən sökülmüş və ipoteka qoyan Cavabdeh2 sökülmüş mənzilin yerində inşa edilmiş binada digər bir mənzil verilmişdir. Bununla əlaqədar, İddiaçı ASC tərəfindən 04.09.2020-ci il tarixli ərizə ilə Cavabdeh1 MMC-yə müraciət edilmiş və Cavabdeh1 MMC-nin 07.09.2020-ci il tarixli, 23 saylı cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 174 ünvanında yerləşən binanın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.02.2016cı il tarixli 86 saylı qərarına və Yasamal rayonu İcra başçısının müvafiq sərəncamına əsasən, bina qəzalı vəziyyətdə olmasını nəzərə alaraq söküntüsü Cavabdeh1 MMC-yə həvalə edilmişdir və A.M.Şərifzadə 174 küçəsində yerləşən Cavabdeh2 məxsus 98 saylı mənzilin mülkiyyətçisinin razılığı ilə sökülmüş, əvəzində 20.07.2017-ci il tarixli müqaviləyə əsasən Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 174 ünvanında yerləşən 169 saylı təmirli mənzil verilmişdir. İpoteka predmetinin Bankda yüklü olduğu halda İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmadan, Bankın yazılı razılığı olmadan ipoteka qoyan Cavabdeh2 tərəfindən mənzilin cavabdeh “xxxx” MMC-nin sərəncamına verilməsi, sonuncunun da yuxarıda qeyd edilənləri bildiyi və bilməli olduğu halda təqsirli və hüquqazidd əməllər (delikt) törətməklə həmin ipoteka predmetini əldə etməklə onun söküntüsünü aparması bankın hüquqlarının pozulması kimi qiymətləndirilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC tərəfindən İddiaçı ASC-yə vurulmuş zərər ödənilməlidir. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışına əsasən 01 oktyabr 2020-ci il tarixə Cavabdeh2 33778,38 manat əsas, 3862,50 manat faiz borcu var. Mərkəzi Bankın uçot dərəcəsi ilə hesablanmış əldən çıxmış fayda isə 32708,26 manat təşkil edir. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinə dəyişiklik edilməsi barədə ərizə verərək 19.08.2010-cu il tarixli. 161 saylı kredit müqaviləsinin təminatı qismində İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş ipoteka qoyan Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 42,22 kv.m., yaşayış sahəsi 29,22 kv.m. olan mənzilin sökülməsi nəticəsində İddiaçı ASC-yə vurulmuş 32410,07 manat maddi və 28396,72 manat əldən çıxmış fayda üzrə zərərin əvəzi cavabdehlər Cavabdeh2 və “xxxx” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X5 iddianı qəbul etmədiyini bildirərək rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 174 nömrəli ev qəzalı vəziyyətdə olduğuna görə sökülməsi üçün “xxxx” MMC-yə təhvil verilmişdir. Həmin evin 98 nömrəli mənzili 2 otaqlı, ümumi sahəsi 42,22 kv.m, yaşayış sahəsi 29,22 kv.m. Cavabdeh2 məxsusdur. Həmin mənzil əvəzləşdirilərək, ona ümumi sahəsi təxminən 96 kv.m olan yeni mənzil verilmişdir. Cavabdeh2 məxsus ünvan 1 kredit müqaviləsinin təminatı qismində İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi barədə məlumatsız olmuşlar. İş materiallarında olan: - Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 22.06.2017-ci il tarixli, «Yasamal rayonu, X9 küçəsi 174 ünvanda yerləşən istismar müddəti başa çatmış yaşayış binasının sökülməsi və yeni yaşayış binasının tikintisinin layihələndirilməsi haqqında» sərəncamı ilə Yasamal rayonu, X9 küçəsi, 174 ünvanında yerləşən istismar müddəti başa çatmış 5 mərtəbəli yaşayış binasının sakinlərinin qarşılıqlı razılaşma əsasında “xxxx” MMC tərəfindən köçürülərək həmin binanın Azərbaycan Respublikası FHN-nin əlaqədar təşkilatınınmüvafiq rəyi əsasında sökülməsinə icazə verilməsi qərara alınmışdır. - 20.07.2017-ci il tarixli müqavilə ilə 17.09.2010-cu il tarixində, ********** qeydiyyat və 597 reyestr nömrəsi ilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* saylı Çıxarış” ilə ğz mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 7 blokda ümumi sahəsi 46.2 kv.m. olan 2 otaqlı 98 saylı mənzilini sökmək üçün Cavabdeh1 MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində Cavabdeh2 üçünnəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. - Cavabdeh1 MMC-nin 07.09.2020-ci il tarixli, 23 saylı məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 174 ünvanında yerləşən binanın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı qərarına və Yasamal rayonu İcra başçısının müvafiq sərəncamına əsasən, bina qəzalı vəziyyətdə olmasını nəzərə alaraq söküntüsü Cavabdeh1 MMC-yə həvalə edilmişdir və A.M.Şərifzadə 174 küçəsində yerləşən Cavabdeh2 məxsus 98 saylı mənzilin mülkiyyətçisinin razılığı ilə sökülmüş, əvəzində 20.07.2017-ci il tarixli müqaviləyə əsasən Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 174 ünvanında yerləşən 169 saylı təmirli mənzil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Ümumiyyətlə, mülki qanunvericilikdə öhdəliklərin əmələ gəlmə əsasları aşağıdakı kimi fərqləndirilmişdir: - müqavilədən əmələ gələn öhdəliklər; - qanundan irəli gələn öhdəliklər (əsassız varlanma, özgə işlərini tapşırıqsız aparma); - mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Hər hansı bir öhdəliyin yaranması üçün yuxarıda göstərilən əsaslardan biri mövcud olmalıdır, yəni, öhdəliyin həm müqavilə üzrə, həm də digər əsaslarla əmələ gəlməsi mümkün deyildir. Hazırkı iddianın predmetini 32410,07 manat maddi və 28396,72 manat əldən çıxmış fayda təşkil edir. İddiaçı iddianın faktiki əsası kimi Cavabdeh1 MMC tərəfindən onun razılığı olmadan ipoteka predmeti olan mənzilin sökülməsinə, hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097-ci maddələrinə, həmçinin, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 27.3, 30.1, 32.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İddiaçı iddianın əsaslarından biri kimi ona istinad edir ki, ipoteka predmetinin Bankda yüklü olduğu halda İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmadan, Bankın yazılı razılığı olmadan ipoteka qoyan Cavabdeh2 tərəfindən mənzilin cavabdeh “xxxx” MMC-nin sərəncamına verilməsi, sonuncunun da yuxarıda qeyd edilənləri bildiyi və bilməli olduğu halda təqsirli və hüquqazidd əməllər (delikt) törətməklə həmin ipoteka predmetini əldə etməklə onun söküntüsünü aparması bankın hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Lakin məhkəmə bu xüsusatı əsassız hesab edir. İddiaçının hüquqi əsas kimi istinad etdiyi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən ipoteka qoyanın ipoteka predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində xitam verildikdə və ipoteka qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə ipoteka hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Bu hüquqları tam müdafiə olunmayan (əvəz kimi verilən əşya və (və ya) müvafiq əvəz ipoteka predmetinin dəyərindən aşağı olduqda) ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələb yerinə yetirilmədikdə ipoteka qoyanın aldığı müvafiq əvəzə tutmanı yönəldə bilər. Məhkəmə hazırkı işin hallarını qeyd olunan normanın müddəalarına uyğun şərh edərək qeyd edir ki, ipoteka müqaviləsinin predmeti olan mənzil sökülmüş olsa da, onun əvəzinə ipoteka qoyan cavabdehə verilmiş mənzil üzərində iddiaçı bankın ipoteka hüququna xitam verilməmiş və ona çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə etmiş və həmin hüquq bugünkü gündə də davam etməkdədir. Yəni, iddia tələbnin yönəldiyi cabdehlərin hərəkətləri nəticəsində ipoteka saxlayan kimi banka hər hansı zərərin dəyməsi mübahisənin əsasını təşkil edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı mübahisə üzrə yuxarıda qeyd olunduğu kimi delikt nəticəsində vurulmuş zərər mövcud olmadığından digər əsaslar üzrə araşdırılma aparılmasına zərurət yoxdur. Həmçinin, “xxxx” ASC qarşısında öhdəliklərin daşıyıcısı Cavabdeh2dur və iddiaçının kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia rədd edilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1nə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar