Məhkəmə qərarları › İş №e-2-2(113)-4624/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4624/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4624/2023 26.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 342790-CNS-35810 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə banka borclu olduğu 2122,33 manat məbləğində əsas borc, 132,94 manat məbləğində faiz borcu, 98,51 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə 2353,78 manat pul məbləğinin, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 342790-CNS-40535 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə banka borclu olduğu 4038,86 manat məbləğində əsas borc, 379,32 manat məbləğində faiz borcu, 200,94 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə 4619,12 manat pul məbləğinin və 100 manat ödənilmiş mediasiya xərcinin Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 342790- CNS-35810 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 23 faiz hesablanması şərti ilə xx.xx.2024-cü il tarixədək (24 ay müddətinə) 3000 (üç min) manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit verilmişdir. Lakin borclu şəxs üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə Cavabdeh banka ümumilikdə 2353,78 manat məbləğində borcu qalmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 342790-CNS-40535 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 23 faiz hesablanması şərti ilə xx.xx.2024-cü il tarixədək (24 ay müddətinə) 4495 (dörd min dörd yüz doxsan beş) manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit verilmişdir. Lakin borclu şəxs üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə Cavabdeh banka ümumilikdə 4619,12 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən Cavabdeh xəbərdarlıq edilmiş, lakin bundan sonra da kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. İddiaçı tərəfindən cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur. Bu səbəbdən iddiaçı tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həmin tələbə riayət edilməsi məqsədi ilə Mediasiya Şurasına müraciət edilmiş, mediator təyin edilmiş, mediator tərəfindən ilkin mediasiya sessiyası təşkil edilərək keçirilmiş və müvafiq arayış verilmişdir. Bakı 12 saylı Mediasiya Təşkilatının “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli, MŞB/12/2023-00569 saylı arayışından müəyyən olunur ki, Cavabdeh kommersiya mübahisəsi üzrə ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiya xərcini ödəmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 462.1, 739.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 342790- CNS-35810 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh illik 23 (iyirmi üç) faiz hesablanmaq şərti ilə xx.xx.2024-cü il tarixədək 3000 (üç min) manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit verilmişdir.

8. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 342790-CNS-35810 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka olan borcu 2122,33 manat məbləğində əsas, 132,94 manat məbləğində faiz, 98,51 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2353,78 manat təşkil edir.

9. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 342790-CNS- 40535 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh illik 23 (iyirmi üç) faiz hesablanmaq şərti ilə xx.xx.2024-cü il tarixədək 4495 (dörd min dörd yüz doxsan beş) manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit verilmişdir.

10. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 342790-CNS-40535 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka olan borcu 4038,86 manat məbləğində əsas, 379,32 manat məbləğində faiz, 200,94 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4619,12 manat təşkil edir.

11. İddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli, 4726P nömrəli pretenziya məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli, 342790-CNS-35810 nömrəli kredit müqaviləsi üzrə borc məbləğinin 3 (üç) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

12. İddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli, 4727P nömrəli pretenziya məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli, 342790-CNS-40535 nömrəli kredit müqaviləsi üzrə borc məbləğinin 3 (üç) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8211 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, 342790-CNS-35810 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə olan borcu 14 iyul 2023-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas borc üzrə 1919,03 manat, faiz borcu üzrə 87,05 manat, 23 noyabr 2023-cü il tarixə (ekspertiza tədqiqatı keçirilən tarixə) əsas borc üzrə 1919,03 manat, faiz borcu üzrə 245,21 manat məbləğində müəyyən edilir. Qeyd edilir ki, xx.xx.2022-ci il tarixli, 342790-CNS-35810 nömrəli kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh cərimə borcu hesablanmadı. İş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, 342790-CNS-40535 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC olan borcu 14 iyul 2023-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas borc üzrə 4038,86 manat, faiz borcu üzrə 345,86 manat, 23 noyabr 2023-cü il tarixə (ekspertiza tədqiqatı keçirilən tarixə) əsas borc üzrə 4038,86 manat, faiz borcu üzrə 678,73 manat məbləğində müəyyən edilir. Qeyd edilir ki, xx.xx.2022-ci il tarixli, 342790-CNS-40535 nömrəli kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh cərimə borcu hesablanmadı.

14. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 342790-CNS-35810 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh bankdan illik 23 (iyirmi üç) faiz hesablanmaq şərti ilə xx.xx.2024-cü il tarixədək 3000 (üç min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 342790-CNS-40535 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh bankdan illik 23 (iyirmi üç) faiz hesablanmaq şərti ilə xx.xx.2024-cü il tarixədək 4495 (dörd min dörd yüz doxsan beş) manat məbləğində kredit verilmişdir. İddiaçı müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş və hal-hazırda iddiaçıya borcu yaranmışdır. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi

18. İddia tələbinin bir hissəsini cavabdehdən tərəflər arasında bağlanmış xx.xx.2022ci il tarixli, 342790-CNS-35810 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə banka borclu olduğu 2122,33 manat məbləğində əsas borc, 132,94 manat məbləğində faiz borcu, xx.xx.2022-ci il tarixli, 342790-CNS-40535 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə banka borclu olduğu 4038,86 manat məbləğində əsas borc, 379,32 manat məbləğində faiz borcunun tutulması təşkil edir.

19. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8211 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu və hesablanmış faizlərin tutulması hissəsində qismən təmin edilməli (xx.xx.2022-ci il tarixli, 342790-CNS-40535 saylı kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində tam), Cavabdeh xx.xx.2022ci il tarixli, 342790-CNS-35810 saylı kredit müqaviləsi üzrə 1919,03 manat (min doqquz yüz on doqquz manat üç qəpik) əsas borc, 87,05 manat (səksən yeddi manat beş qəpik) faiz borcu, xx.xx.2022-ci il tarixli, 342790-CNS-40535 saylı kredit müqaviləsi üzrə 4038,86 manat (dörd min otuz səkkiz manat səksən altı qəpik) əsas borc, 345,86 manat (üç yüz qırx beş manat səksən altı qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.

20. İddia tələbinin digər hissəsini cavabdehdən tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 342790-CNS-35810 saylı kredit müqaviləsinə əsasən 98,51 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, 342790-CNS-40535 saylı kredit müqaviləsinə əsasən 200,94 manat cərimə borcunun tutulması təşkil edir.

21. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

22. Məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 342790-CNS-35810 saylı kredit müqaviləsi üzrə 98,51 manat (doxsan səkkiz manat əlli bir qəpik) cərimə, xx.xx.2022-ci il tarixli, 342790-CNS-40535 saylı kredit müqaviləsi üzrə 200,94 manat (iki yüz manat doxsan dörd qəpik) cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır.

23. Eləcə də, iddiaçı 100 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

24. Məhkəmə hesab edir ki, 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

25. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 342790-CNS-35810 saylı kredit müqaviləsi üzrə 1919,03 manat (min doqquz yüz on doqquz manat üç qəpik) əsas borc, 87,05 manat (səksən yeddi manat beş qəpik) faiz borcu, 98,51 manat (doxsan səkkiz manat əlli bir qəpik) cərimə olmaqla, ümumilikdə 2104,59 manat (iki min yüz dörd manat əlli doqquz qəpik), xx.xx.2022-ci il tarixli, 342790-CNS-40535 saylı kredit müqaviləsi üzrə 4038,86 manat (dörd min otuz səkkiz manat səksən altı qəpik) əsas borc, 345,86 manat (üç yüz qırx beş manat səksən altı qəpik) faiz borcu, 200,94 manat (iki yüz manat doxsan dörd qəpik) cərimə olmaqla, ümumilikdə 4585,66 manat (dörd min beş yüz səksən beş manat altmış altı qəpik), 100 (yüz) manat mediasiya xərci olmaqla, cəmi 6790,25 manat (altı min yeddi yüz doxsan manat iyirmi beş qəpik) məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar