Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5175/2024 23.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həşimova Günay Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən 18 oktyabr 2023-cü il tarixdə ödənilmiş 5200 (beş min iki yüz) manatın Ləğv prosessində olan Cavabdeh2 ASC ilə İddiaçı MMC arasında bağlanılmış 19 iyun 2023-cü il tarixli 350/M nömrəli kredit müqaviləsi üzrə borc məbləğindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ləğv prosessində olan Cavabdeh2 ASC ilə İddiaçı MMC arasında bağlanılmış 19 iyun 2023-cü il tarixli 350/M nömrəli kredit müqaviləsi üzrə İddiaçı MMC tərəfindən 18 oktyabr 2023-cü il tarixdə 5200 (beş min iki yüz) manat borc ödənilmiş, lakin həmin ödəniş borc məbləğindən silinməmişdir. Bununla əlaqədar olaraq ödənilmiş 5200 manatın Muğanbank” ASC ilə İddiaçı MMC arasında bağlanılmış 19 iyun 2023-cü il tarixli 350/M nömrəli kredit müqaviləsi üzrə borc məbləğindən silinməsi ilə əlaqədar cavabdehə yazılı və şifahi müraciətlər edilsə də cavabdeh qanunvericiliyin tələbini pozaraq qeyd edilən ödənişi borc məbləğindən silməmişdir. Azərbaycan Respublikası Qanunvericiliyinin tələbinə əsasən cavabdeh ödənilmiş 5200 manatı yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə borcdan siliməsinə görə öhdəlik daşıyır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə materialları araşdıraraq hesab edir ki, hazırkı mübahisəyə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından iş icraata xitam verilməlidir. Göründüyü kimi, hazırkı halda iddiaçı "xxxx" ASC-nin ləğvedicisi kimi Əmanətlərin Sığortalanması Fonduna qarşı tələb irəli sürmüşdür və tələb edilən pul vəsaitləri ləğv prosesində olan bankdakı iddiaçıya məxsus hesablarda olan pul vəsaitləridir. “Banklar haqqında” Qanunun 68-ci maddəsinə əsasən bank iflas proseduruna başlanılmasına dair ərizənin təmin olunması haqqında məhkəmənin qərarına müvafiq surətdə müflis elan edilir və banka ləğvedici (ləğvedicilər) təyin edilir. “Banklar haqqında” Qanunun 77.1-ci maddəsinə əsasən, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. Həmin Qanunun 82-ci maddəsində müflis elan olunmuş banklara qarşı tələblərin xüsusi ödəniş qaydası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iflas prosesində olan zaman banka qarşı irəli sürülmüş kreditor tələblər ləğvediciyə təqdim edilməli olduğundan məhkəmələrin icraatında olan həmin işlər üzrə icraata MPM-nin 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Qeyd edilən qərarda qeyd edilir ki, bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçının ləğv prosesinda olan "xxxx" ASC-nin ləğvedicisi qismində Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürülmüş və bankla bağlanmış müqavilədən irəli gələn kreditor tələbə kommersiya mübahisəsi kimi mülki iddia icraatı qaydasında baxıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı tələblə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə müəyyən edir ki, ********** nömrəli qəbzə əsasən 72 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən 72 manat məbləğində dövlət rüsumu da qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh ƏMS-yə qarşı «borcun silinməsi» tələbinə dair iş üzrə icraata xitam verilsin. ********** nömrəli qəbzə əsasən 72 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. X1
Məhkəmə qərarları › İş №e-2-2(113)-5175/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5175/2024
23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver