Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5681/2025 24.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, Ərizəçi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Maraqlı şəxs MMC arasında mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, X1 tərəfindən xx.xx.2024-cü il tarixli "xxxx" QSC ilə Maraqlı şəxs MMC arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 tərəfindən xx.xx.2024-cü ildə "xxxx" QSC ilə Maraqlı şəxs MMC arasında barışıq sazişi təsdiq etməklə Maraqlı şəxs MMC tərəfindən "xxxx" QSC-yə 16.520,03 (on altı min beş yüz iyirmi manat sıfır üç qəpik) manat məbləğində borcun ödənilməsinə dair razılığa gəlmişdir. Barışığın şərtlərinə əsasən Maraqlı şəxs MMC "xxxx" QSC qarşısında 16.520,03 (on altı min beş yüz iyirmi manat sıfır üç qəpik) manat məbləğində borcun olduğunu qeyd-şərtsiz qəbul etmiş və 30 iyun 2024cü il tarixindən gec olmayaraq həmin borc məbləğini qanunvericiliyə uyğun olaraq "xxxx" QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. Maraqlı şəxs MMC barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliklərini tam şəkildə icra etməmiş, həmin borcdan cəmi 8.260 (səkkiz min iki yüzaltmış manat) manat məbləğində ödəniş etmiş, lakin, qalan 8.260,03 (səkkiz min iki yüzaltmış manat sıfır üç qəpik) manat borcun ödənişini təmin etməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsində isə təsbit olunmuşdur ki, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli MŞB/8/2024-00878 nömrəli barışıq sazişi Ərizəçi Qapalı Səhmdar Cəmiyyəti (birinci tərəf) ilə Maraqlı şəxs MMC (ikinci tərəf) arasında aşağıdakı şərtlərlə bağlanmışdır:
1. Birinci tərəf: Ərizəçi Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) nümayəndəsi X2 şəxsində təmsil olunan, İkinci tərəf: Maraqlı şəxs (VÖEN: **********) nümayəndəsi X4 şəxsində təmsil olunan, birinci tərəfə olan ƏDV daxil 16.520,03 AZN (on altı min beş yüz iyirmi manat üç qəpik) borcunu etiraf etdiyini və bu borc məbləğinin ikinci tərəf Maraqlı şəxs bu saziş imzalandıqdan sonra xx.xx.2024-cü il tarixədək tam həcmdə nağdsız qaydada (birinci tərəfin bank hesabına) ödəniləcəyinə dair ikinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır.
2. İkinci tərəf: Maraqlı şəxs (VÖEN: **********) nümayəndəsi X4, Birinci tərəf: Ərizəçi Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) olan ƏDV daxil 16.520,03 AZN on altı min beş yüz iyirmi manat üç qəpik) məbləğində borcunu etiraf edir və bu saziş imzalandıqdan sonra xx.xx.2024-cü il tarixədək tam həcmdə nağdsız qaydada birinci tərəfin (hüquqi şəxsin) bank hesabına ödəniləcəyinə dair öz üzərinə öhdəlik götürür.
3. Tərəflər razılaşırlar ki, bu saziş üzrə ikinci tərəf Maraqlı şəxs MMC öz üzərinə götürdüyü öhdəliklərini pozduqda (ödənişi sazişdə qeyd olunan (xx.xx.2024-cü il tarixdən tam şəkildə 10 gün gecikməklə ödədikdə), birinci tərəf Ərizəçi QSC Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyəti məhkəməyə müraciət etmək (bu sazişi təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır. Məhkəmə qeyd edir ki, mediasiya sessiyasında mediatorun iştirakı ilə tərəflər arasında bağlanmış və imzalanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-00878 nömrəli barışıq sazişi qanunvericiliyin və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin tələblərinə uyğun tərtib olunmuş tərəflərin imzası və mediatorun möhürü ilə təsdiq olunmuşdur. Lakin maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Maraqlı şəxs MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-00878 nömrəli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:
1. Birinci tərəf: Ərizəçi Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) nümayəndəsi X2 şəxsində təmsil olunan, İkinci tərəf: Maraqlı şəxs (VÖEN: **********) nümayəndəsi X4 şəxsində təmsil olunan, birinci tərəfə olan ƏDV daxil 16.520,03 AZN (on altı min beş yüz iyirmi manat üç qəpik) borcunu etiraf etdiyini və bu borc məbləğinin ikinci tərəf Maraqlı şəxs bu saziş imzalandıqdan sonra xx.xx.2024-cü il tarixədək tam həcmdə nağdsız qaydada (birinci tərəfin bank hesabına) ödəniləcəyinə dair ikinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır.
2. İkinci tərəf: Maraqlı şəxs (VÖEN: **********) nümayəndəsi X4, Birinci tərəf: Ərizəçi Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) olan ƏDV daxil 16.520,03 AZN (on altı min beş yüz iyirmi manat üç qəpik) məbləğində borcunu etiraf edir və bu saziş imzalandıqdan sonra xx.xx.2024-cü il tarixədək tam həcmdə nağdsız qaydada birinci tərəfin (hüquqi şəxsin) bank hesabına ödəniləcəyinə dair öz üzərinə öhdəlik götürür.
3. Tərəflər razılaşırlar ki, bu saziş üzrə ikinci tərəf Maraqlı şəxs MMC öz üzərinə götürdüyü öhdəliklərini pozduqda (ödənişi sazişdə qeyd olunan (xx.xx.2024-cü il tarixdən tam şəkildə 10 gün gecikməklə ödədikdə), birinci tərəf Ərizəçi QSC Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyəti məhkəməyə müraciət etmək (bu sazişi təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Kənan Hüseynov