Məhkəmə qərarları › İş №e-2-2(115)-242/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-242/2020

23.09.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-242/2020 23.09.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı məhkəməyə müraciət edərək cavabdeh “xxxxxxxx” X3rşı “xxxxxxxx” ASC-nin X4 barəsində tərtib etdiyi “X1 qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli aktlarının etibarsız hesab edilməsi və hər iki akt əsasında ona əsassız hesablanmış 3542,68 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı Bərdə rayonu Hüseynbəyli kəndində yaşayır və sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bir sahibkar kimi hər ay istifadə etdiyi işıq pulunu ödəyir. “xxxxxxxx” ASC-nin X4 əməkdaşları tərəfindən iddiaçı barəsində iki dəfə qanunsuz və əsassız olaraq akt və protokol tərtib edilmişdir. Tərtib edilmiş həmin sənədlər əsasında ona əsassız cərimə yazılmışdır. Aktın biri xx xxx 2018-ci il tarixdə, digəri isə xx xxxxxxx 2019-cu il tarixdə tərtib edilmişdir. Birinci aktda qüsur kimi sayğacın yanması, ikinici aktda isə sayğacın üzərindəki ekranda olan qüsür kimi qeyd edilmişdir. Belə ki, sayğacın yanmasında iddiaçının heç bir təqsiri yoxdur və ikinci sayğacda isə qüsurun nədən ibarət olması məlum deyildir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirmişdir ki,İddiaçı Ənvər oğlu elektrik enerjisinin istehlakçısı, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi X5 xx.xx.2010-cu il tarixdən və Vergi ödəyicisi kimi 11 saylı X13 Departamentində qeydiyyatdadır. İddiaçı ona məxsus tədarük İdarəsində kənd təsərrüfatı məhsullarının tədarükü ilə məşğuldur. İddiaçı xx xxx 2018-ci il tarixdə X7 Ərizə ilə müraciət edərək ona məxsus olan tədarük idarəsini elektrik enerjisi ilə qidalandıran elektrik sayğacının yandığını bildirərək sayğacda yaranmış qüsurun bərpa olunmasına köməklik edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən Bərdə EŞ-nin əməkdaşları tərəfindən xx xxx 2018-ci il tarixdə iddiaçıya məxsus tədarük idarəsini elektrik enerjisi ilə qidalandıran “VİKO 5100 DBOT” tipli, 3 fazh elektrik hesablama sayğacına İddiaçı nümayəndəsi Vüsal Şəfiyevin iştirakı ilə baxış keçirilərək sayğacın ifrat yüklənmədən yanaraq istismara yararsız vəziyyətə düşdüyü müəyyən edilmişdir. Faktla əlaqədar X1 Qaydalarının tələblərinə uyğun olaraq akt tərtib edilmişdir. Aşkar olunmuşdur ki, sayğacın sıxaclar yığımında qısa qapanmadan sayğac gecə saatlarında yanıb. Obyektin 100 kva güc transformatoru dərhal şəbəkədən açılmışdır. Yanaraq istismara yararsız vəziyyətə düşmüş elektrik hesablama sayğacı xx xxx 2018-ci il tarixdə “Mərkəzi Aran” RETSİ-nin Sayğacquraşdırma bölməsinin X4 əməkdaşları və İddiaçı iştirakı ilə yeni eyni tipli elektrik hesablama sayğacı ilə əvəz edilmişdir. Sayğacın dəyişdirilməsi barədə Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə Akt tərtib edilmişdir.“xxxxxxxx” ASC-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən İddiaçı barəsində xx.xx.2018-ci il tarixli akta əsasən 39 gün müddətinə hesablama aparılaraq dəyəri 1186,74 manat təşkil edən 13186 kvt.saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2018-ci il tarixli akt X1 Qaydalarının tələblərinə uyğun olaraq düzgün tərtib edilmiş, akt tərtib edilərkən və akta əsasən itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılarkən enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir qanunazidd və ya qərəzli hərəkətlərə yol verilməmişdir.Bundan başqa, “Mərkəzi Aran” RETSİ-nin əməkdaşları tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə İddiaçı məxsus tədarük idarəsinin elektrik enerjisi ilə təchizatına baxış keçirilərək X1 Qaydalarının tələblərinə uyğun olaraq akt tərtib edilmişdir. Aktın tərtibatında iddiaçının nümayəndəsi iştirak etmişdir. Baxış keçirilən zaman baxış ekranına “MAQN” sözü yazılmışdır. Sayğacın baxış ekranında izlər aşkar edilmişdir. Qüsurulu elektrik hesablama sayğacı xx xxxxxx 2019-cu il tarixdə “xxxxxxxx” ASC-nin Sayğacquraşdırma və X9 Komissiya tərəfindən laboratoriya şəraitində yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair “Sayğacların və cərəyan transformatorlarnın yoxlanmasının” protokolu tərtib edilərək Komissiya üzvləri tərəfindən imzalanmışdır. Protokolun yoxlama zamanı aşkar olunan qüsurlar hissəsində “Sayğac normal buraxılan xəta ilə işləyir, lakin sayğacın xüsusi Proqram əlavəsi oxunan zaman sayğaca Neodim maqnit vasitəsi ilə təsir olunduğu aşkar edildi” qeydiyyatı aparılmışdır. “xxxxxxxx” ASC-də fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli akta əsasən obyektin işləmə saatları nəzərə alınmaqla 180 gün müddətinə yenidən hesablama aparılaraq iddiaçı tərəfindən qanunsuz istehlak edilmiş 15840 kvt.saat miqdarında ümumi dəyəri 1911.6 manat təşkil edən itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialalrında olan: xx xxx 2018-ci il tarixli, 012078 saylı aktın surətindən görünür ki, EEİQ-nə riayət olunma yoxlanılarkən aşkar olunmuşdur ki, sayğacın sıxcılar yığımında qısa qapanmadan sayğac gecə saatlarında yanmış,obyektib 100 kv.mmetr hissəsi dərhal şəbəkədən ayrılmışdır. xx xxxxxxx 2019-cu il tarixli, 024987 saylı aktın surətindən görünür ki, elektrik sayğacı transformator şəbəkəsində quraşdırılmış, sayğac üç fazalıdır, yeni tiplidir, sayğacın baxış ekranına “MAGN” sözü yazılır, sayğacın baxış ekranında izlər vardır, ölçü zamanı xətdən keçən yük P=22kvt təşkil etmişdir. 024987 saylı icra vərəqəsinin surətindən görünür ki, İddiaçı aid çörək sexində quraşdırılan sayğacın hesablama mexanizmi xüsusi maqnit vasitə ilə dayandırılır. 190885 saylı “sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” aktın surətindən görünür ki, 024987 nömrəli akta əsasən sayğac dəyişdirilmiş, yenidən möhürlənmiş, istismardan çıxarılaraq laborator şəraitdə yoxlanışa göndərilmişdir. “sayğacların və cərəyan transformatorlarının yoxlanması”na dair 161068 saylı protokoldan görünür ki, sayğac normal buraxılan xəta ilə işləyir, lakin sayğacın xüsusi proqram əlavəli oxunan sayğaca maqnit vasitəsilə təsir olduğu aşkar edilmişdir. xx xxxxxx 2018-ci il tarixli, 114111 saylı “sayğacların və cərəyan transformatorlarının yoxlanması” protokolunun surətindən görünür ki, sayğacın sıxılan yığımı qızmadan yanmış, parametrlər oxunmur. “sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” 150171 saylı aktın surətindən görünür ki, sayğac dəyişib yenisi ilə əvəz olunmuş, istismardan çıxarılan sayğac tamam yanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçıya məxsus çörək sexinə quraşdırılmış işıq sayğacı qısa qapanma nəticəsində yanmış, sayğac qaydalara uyğun olaraq ayrılaraq yoxlanışa göndərilmiş, məlum olmuş ki, yanğına səbəb yüklənmə olmuşdur. Bundan sonra xx xxxxxxx 2019-cu ildə cavabdeh orqanın əməkdaşları tərəfindən yenidən qeyd edilən obyektdə quraşdırılan sayğaca baxış keçirilərkən sayğaca müdaxilə olunduğu müəyyən edilmişdir. Lakin, mövcud qaydalara uyğun olaraq abonentə hesablanmış itirilmiş sərfiyyat hesablanarkən 21 x 10 (gün) qaydasında hesablanmalı olduğu halda, 21 x 39 (gün) müddətinə hesablama aparılmışdır ki, bu isə 857 manat vəsait edir. Ona görə də, iddia tələbi həmin həcmdə təmin edilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunu 4.2.1-ci maddəsinə əsasən qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq yoxlamaların məqsəd və prinsipləridir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara vəAzərbaycanRespublikasıMülkiProsessualMəcəlləsinin 216-220 və 360-cımaddələrinəəsasən, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. “xxxxxxxx” X10 tərəfindən hesablanmış 857 (səkkiz yüz əlli yeddi) manat borc abonent İddiaçı hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar