Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1040/2024 30.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “DCLT00343489-06 (hesab nömrəsi 41040AZNSK**********) saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5921.64 manat əsas borc, 284.01 manat faiz borcu, 1158.89 manat cərimə borcu; DC00343489-07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 29163.63 manat əsas borc, 5412.27 manat faiz borcu, 2655.25 manat cərimə borcu; 41040AZNSC********** saylı kredit kartı üzrə overdraft əməliyyatı üzrə 7714.94 manat məbləğində əsas borcu, 1687.69 manat cərimə borcu və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 252 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu imzalanmış və həmin ümumi şərtlər toplusunun 4 bölməsinin 4.1-ci bəndinə əsasən kredit təminatla və ya təminatsız verilə bilər. Kredit təminatla verilərkən “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən və ya sonradan müəyyən edilən təminat predmeti ilə təmin olunur. 6.1-ci bəndinə əsasən bu müqavilə üzrə müştəriyə “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məbləğdə , valyuta və müddətdə güzəşt müddətli kredit xətti (bundan sonra Overdraft limiti) verilir. 6.8-ci bəndinə əsasən müştəri açılan overdraftdan “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən müddətdə istifadə edilə bilər və həmin müddətin sonunda overdraftın istifadə olunmuş hissəsi banka tam olaraq qaytarılır. xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC/SE/9806 nömrəli razılıq ərizəsini imzalayaraq cavabdeh bankın rəsmi internet saytında (www.pashabank.az) yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Tərəflər arasında imzalanmış ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixli DCLT00343489-06 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən (kredit kart əməliyyatı üzrə) bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək, illik faiz dərəcəsi 24% olmaqla nağdsız qaydada "xxxx" QSC, "xxxx" QSC və "xxxx" QSC-dən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədi ilə biznes kartı üzrə 50000 manat məbləğində kredit verilmişdir. Həmçinin tərəflər arasında imzalanmış ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixli DC00343489-07 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən (kredit əməliyyatı üzrə) bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək, illik faiz dərəcəsi 18.56% olmaqla mal alışı məqsədi ilə 50000 manat məbləğində birdəfəlik kredit verilmişdir. xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 6.1-ci və 6.8-ci bəndlərinə uyğun iddiaçı cavabdehdən ovedraft əməliyyatı üzrə 7714.94 manat əsas borc, 1687.69 manat cərimə borcu tələb edir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh yerinə yetirməmiş və nəticədə DCLT00343489-06 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 5921.64 manat əsas borc, 284.01 manat faiz borcu, 1158.89 manat cərimə borcu, DC00343489-07 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 29163.63 manat əsas borc, 5412.27 manat faiz borcu, 2655.25 manat cərimə borcu, overdraft əməliyyatına əsasən 7714.94 manat əsas borcu və 1,687.69 manat cərimə borcu yaranmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit öhdəliyini yerinə yetirmədiyindən onun ödənlməmiş borcu yaranmışdır. Bu səbəbdən həmin borc məbləğləri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iştirak etməmişlər. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmiş, cavabdeh bunun üzrlü səbəblərini bildirməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Ümumi şərtlər toplusu, Maliyyələşdirmə üçün ərizə, Hesabdan çıxarış, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2.1, 445.2.2, 448.1, 448.2, 739.2). Məhkəmə hər üç kredit əməliyyatı üzrə əsas və faiz borclarına münasibətdə qeyd edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi tərəflər arasında imzalanmış ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixli DCLT00343489-06 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən (kredit kart əməliyyatı üzrə) bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək, illik faiz dərəcəsi 24% olmaqla nağdsız qaydada "xxxx" QSC, "xxxx" QSC və "xxxx" QSC-dən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədi ilə biznes kartı üzrə 50000 manat məbləğində kredit verilmiş, buna baxmayaraq cavabdeh öhdəliyini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş DCLT00343489-06 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 5921.64 manat əsas borc, 284.01 manat faiz borcu qalmışdır. Həmçinin tərəflər arasında imzalanmış ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixli DC00343489-07 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən (kredit əməliyyatı üzrə) bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək, illik faiz dərəcəsi 18.56% olmaqla mal alışı məqsədi ilə 50000 manat məbləğində birdəfəlik kredit verilmiş, buna baxmayaraq cavabdeh öhdəliyini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş DC00343489-07 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 29163.63 manat əsas borc, 5412.27 manat faiz borcu qalmışdır. xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 6.1-ci və 6.8-ci bəndlərinə uyğun cavabdehin ovedraft əməliyyatı üzrə 7714.94 manat əsas borc, 1687.69 manat cərimə borcu qalmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında borcunu etiraf etmiş, o cümlədən, xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin vəkili cavabdehin overdraft əməliyyatı üzrə də borcunun olmasını bildirmişdir. Göründüyü kimi borc cavabdeh tərəfindən etiraf edildiyindən DCLT00343489-06 (hesab nömrəsi 41040AZNSK**********) saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5921.64 manat əsas borc, 284.01 manat faiz borcu, DC00343489-07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 29163.63 manat əsas borc, 5412.27 manat faiz borcu, 41040AZNSC********** saylı kredit kartı üzrə overdraft əməliyyatı üzrə 7714.94 manat məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa DCLT00343489-06 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən “1158.89 manat cərimənin ödənilməsi”, DC00343489-07 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən “2655.25 manat cərimənin ödənilməsi” və 41040AZNSC********** nömrəli kredit kartı üzrə overdraft əməliyyatına əsasən isə “1687.69 manat cərimənin ödənilməsi” hissələrinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissələrdə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borclarını ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən DCLT00343489-06 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 100 manat, DC00343489-07 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 200 manat və 41040AZNSC********** nömrəli kredit kartı üzrə overdraft əməliyyatına əsasən 100 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 252 manat olmalıdır. İddia tələbi qismən təmin edilsə də, əsas borc məbləği əsasən dəyişmədiyindən və iddiaçı ödədiyi dövlət rüsumunu cavabdehdən tələb etdiyindən 252 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh DCLT00343489-06 (hesab nömrəsi 41040AZNSK**********) saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5921.64 manat əsas borc, 284.01 manat faiz borcu, 100 manat cərimə borcu; DC00343489-07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 29163.63 manat əsas borc, 5412.27 manat faiz borcu, 200 manat cərimə borcu; 41040AZNSC********** saylı kredit kartı üzrə overdraft əməliyyatı üzrə 7714.94 manat məbləğində əsas borcu, 100 manat cərimə borcu, həmçinin 252 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1040/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1040/2024
30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver