Məhkəmə qərarları › İş №e-2-2(117)-517/2023

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-517/2023

17.05.2023 · Sair işlər - Digər - Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-517/2023 17.05.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh ASC-yə qarşı “xx.xx.2021-ci il tarixli növbədənkənar ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi və həmin protokol əsasında 11 saylı Ərazi Vergilər Baş İdarəsində aparılmış qeydiyyatın ləğv edilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “xx.xx.2021-ci il tarixli növbədənkənar ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi və həmin protokol əsasında 11 saylı ƏVBİ-də aparılmış qeydiyyatın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa dair tələblərə iddiaçı tərəfindən riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hazırki iş üzrə elektron imzalanmış iddia ərizəsinin tərəflər bölməsində cavabdeh qismində Cavabdeh ASC qeyd olunsa da, qanunvericiliyin tələbi ilə göstərilməli olan rekvizitlər (ünvanı, VÖEN, elektron poçt vəs.) qeyd olunmamışdır. Bundan başqa iddiaçı tələbində xx.xx.2021-ci il tarixli növbədənkənar ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi və həmin protokol əsasında 11 saylı ƏVBİ-də aparılmış qeydiyyatın ləğv edilməsini məhkəmədən xahiş etsə də, hər iki tələb bir cavabdehə - Cavabdeh ASC-yə qarşı yönəlmişdir. Halbuki, Cavabdeh ASC 11 saylı ƏVBİdə aparılmış qeydiyyatın ləğv edilməsi barədə iddia tələbi üzrə cavabdeh deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. İddiaçının nəzərinə çatdırılır ki, xx.xx.2021-ci il tarixli növbədənkənar ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi barədə iddiası uğurlu olacağı təqdirdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə birlikdə 11 saylı ƏVBİ-nə qeydiyyatın ləğvi ilə bağlı müraciət etməli, bundan sonra sonuncunun hərəkət və ya hərəkətsizliyinə dair müvafiq iddia ərizəsi ilə səlahiyyətli məhkəməyə (inzibati məhkəmə) müraciət edə bilər. Qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh ASC-yə qarşı “xx.xx.2021-ci il tarixli növbədənkənar ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi və həmin protokol əsasında 11 saylı ƏVBİ-də aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver