Məhkəmə qərarları › İş №e-2-2(119)-1140/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1140/2024

30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1140/2024 30.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “icarə haqqının ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “daşınmaz əmlakın boşaldılması, icarə haqqının və maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1317 kvadrat metr olan qeyri-yaşayış sahəsinin 300 kvadrat metr hissəsindən əşyaları ilə birlikdə çıxarılması, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 17537 (on yeddi min beş yüz otuz yeddi) manat icarə haqqı borcunun, ödənilmiş 143 (yüz qırx üç) manat dövlət rüsumunun və 15 mart 2024-cü il tarixdən etibarən qətnamə icra edilən müddətə aylıq 1500 (min beş yüz) manat hesabı ilə dəymiş ziyanın əvəzinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında İddiaçı mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1317 kvadrat metr olan qeyri-yaşayış sahəsinin 300 kvadrat metr hissəsinin icarəyə verilməsi barədə 31 yanvar 2019-cu il tarixdə icarə müqaviləsi bağlanmış və qeyd edilən qeyri-yaşayış sahəsi cavabdehə təhvil verilmişdir. Müqavilənin şərtlərinə görə icarə müddəti xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər müəyyən edilmişdir. Tərəflər müqavilənin bitməsinə bir ay qalmış onun ləğvi barədə təklif irəli sürməzlərsə, müqavilə daha bir il müddətinə uzadılmış hesab edilir. İcarə haqqı aylıq 1500 manat müəyyən edilmişdir. Müqavilənin 8-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Cavabdeh üzərinə düşən öhdəlikləri vaxtlıvaxtında yerinə yetirməmiş, ödənilməli olan icarə haqqının müəyyən bir hissəsini ödəmiş, qalan hissəsini isə ödəməmişdir. Eyni zamanda icarə müqaviləsinin müddətinin bitməsinə və ona xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq mülkiyyət hüququ ilə İddiaçı məxsus qeyri-yaşayış sahəsini boşaltmaqdan imtina etmişdir. 23 yanvar 2024-cü il tarixdə tərtib edilərək imzalanmış aktdan görünür ki, cavabdehin iddiaçıya həmin tarixə icarə üzrə borcu 14537 manat təşkil edir. 14 fevral 2024-cü ildə iddiaçı tərəfindən cavabdehə ünvanlanmış borcun ödənilməsi və icarə obyektinin boşaldılması barədə pretenziya məktubu 15 fevral 2024-cü il tarixdə cavabdehin direktoru tərəfindən qəbul edilmişdir. Cavabdeh iddiaçıya məxsus qeyri-yaşayış sahəsini boşaltmaqdan imtina etdiyinə görə iddiaçı həmin əmlakdan təyinatı üzrə istifadə edə bilmir. Cavabdeh həm şifahi, həm də yazılı qaydada edilmiş xəbərdarlıqlara baxmayaraq, öhdəliklərini yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Kommersiya Məhkəməsinin 24 may 2024-cü il tarixli, e-2-2(113)-2840/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “daşınmaz əmlakın boşaldılması, icarə haqqının və maddi ziyanın ödənilməsi” tələbi barədə işin ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəməyə “iddia tələbinin həcminin azaldılması barədə” ərizə təqdim edilərək Cavabdehndən 17537 (on yeddi min beş yüz otuz yeddi) manat məbləğində icarə haqqı borcu və ödənilmiş 143 (yüz qırx üç) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 17680 (on yeddi min altı yüz səksən) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, qalan hissədə iddia tələbindən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin azaldılması barədə” ərizədə yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. O, tərəflər arasında 23 yanvar 2024-cü il tarixli akt imzalandıqdan sonra Cavabdeh tərəfindən hər hansı məbləğdə ödəniş edilmədiyini və icarə obyektinin 15 mart 2024-cü il tarixdə boşaldıldığını bildirmişdir 16 sentyabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə izahatında icarə obyektinin təxminən 2024-cü ilin fevral ayının axırı, mart ayının əvvəli boşaldıldığını, 2024-cü ilin ya yanvar, ya da fevral ayında pos-terminal vasitəsilə bank kartına köçürməklə (kimin kartı olduğunu dəqiq bilmir) təxminən 1500 manat məbləğində icarə haqqı ödənildiyini bildirmiş, lakin həmin ödənişlə bağlı qəbzi təqdim edə bilmədiyini qeyd etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. . Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin azaldılması barədə” ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1317 kv.metr olan qeyri-yaşayış binası xüsusi mülkiyyət kimi İddiaçı mülkiyyətindədir və 16 mart 2010-cu il tarixdə daşınmaz əmlakın reyestrində **********96-06301 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan icarəyəverən İddiaçı (VÖEN **********) ilə icarəçi Cavabdeh (VÖEN **********) arasında bağlanmış 31 yanvar 2019-cu il tarixli müqaviləyə əsasən əsasən tam mülkiyyət hüququ ilə İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1317 kvadrat metr olan qeyri-yaşayış sahəsinin 300 kvadrat metr hissəsi Cavabdehnə icarəyə verilmişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən icarə müddəti xx.xx.2020-ci il tarixinə qədər müəyyən edilir və müqavilənin müddətinin bitməsinə bir ay qalmış tərəflər onun ləğvi barədə təklif irəli sürməzlərsə, müqavilə daha bir il müddətinə uzadılmış hesab edilir. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh İddiaçı 1500 manat icarə haqqı ödəyir. Həmin müqavilənin 8-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. İş materiallarında olan 23 yanvar 2024-cü il tarixli aktdan görünür ki, 01 yanvar 2023cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək icarəçi Cavabdeh icarəyəverən İddiaçı 14537 17537 (on dörd min beş yüz otuz yeddi) manat borcu yaranmışdır. Cavabdeh adından direktoru Qanuni nümayəndə yaranmış borcu etiraf etmiş və hissə-hissə, hər ay 2000 (iki min) manat olmaqla, ümumi 14537 17537 (on dörd min beş yüz otuz yeddi) manat borcu 01 iyul 2024-cü il tarixinədək icarəyəverən İddiaçı ödəyəcəyini öhdəsinə götürmüşdür. Ödənişlərin İddiaçı bank hesabına köçürüləcəyi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 14 fevral 2024-cü il tarixli məktub göndərilərək müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilmədiyinə görə və icarə müqaviləsinin 8-ci bəndinə əsasən icarə müqaviləsinin 15 mart 2024-cü il tarixindən ləğv ediləcəyi, 14 fevral 2024-cü il tarixə olan borcun 17537 manat təşkil etdiyi, 25 fevral 2024-cü il tarixinədək icarə haqqının tam olaraq ödənilmədiyi təqdirdə icarə haqqı borcunun və məhkəmə xərclərinin ödənilməsi ilə əlaqədar müvafiq məhkəməyə müraciət olunacağı bildirilmiş, 15 mart 2024-cü il tarixinədək icarə obyektinin boşaldılması və 25 fevral 2024-cü il tarixinədək icarə haqqının ödənilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə əsasən kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, icarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh arasında 31 yanvar 2019-cu il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1317 kvadrat metr olan qeyri-yaşayış sahəsinin 300 kvadrat metr hissəsi cavabdehin müvəqqəti istifadəsinə verilmişdir. Lakin icarəçi tərəfindən öhdəlik lazımi qaydada icra edilməyərək sözügedən icarə müqaviləsi üzrə icarə haqqı borcu tam ödənilməmişdir. Buna görə İddiaçı Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. İş materiallarında olan 23 yanvar 2024-cü il tarixli aktdan görünür ki, 31 dekabr 2023-cü il tarixinə icarəçi Cavabdeh icarəyəverən İddiaçı 14537 (on dörd min beş yüz otuz yeddi) manat məbləğində borcu olmuşdur. Tərəflərin nümayəndələrinin izahatından icarə obyektinin cavabdeh tərəfindən 2024-cü ilin mart ayında boşaldılaraq iddiaçıya təhvil verildiyi müəyyən olunur. Göründüyü kimi, 2024-cü ilin yanvar və fevral ayları üzrə aylıq icarə haqqı məbləği 1500 (min beş yüz) manatdan hesablanmaqla, cavabdehin iddiaçıya cəmi 17537 (on yeddi min beş yüz otuz yeddi) manat məbləğində icarə haqqı borcu yaranmışdır. Buna görə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən ödənilməmiş 17537 (on yeddi min beş yüz otuz yeddi) manat məbləğində icarə haqqı borcu tutularaq İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Bundan başqa, iddia tələbinin “ödənilmiş 143 (yüz qırx üç) manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 02 aprel 2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 143 (yüz qırx üç) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 143 (yüz qırx üç) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 17537 (on yeddi min beş yüz otuz yeddi) manat məbləğində icarə haqqı borcu və 143 (yüz qırx üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 17680 (on yeddi min altı yüz səksən) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehndən 17537 (on yeddi min beş yüz otuz yeddi) manat məbləğində icarə haqqı borcu və 143 (yüz qırx üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 17680 (on yeddi min altı yüz səksən) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar