Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-140/2025 25.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, iddiaçı “İddiaçı” şirkətinin nümayəndəsi Vəkil1 iştirakı ilə iddiaçı “İddiaçı” şirkəti tərəfindən Cavabdehnə qarşı verilmiş “malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi və kompensasiyanın tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” şirkəti Cavabdehnə qarşı “malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi və kompensasiyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 27 sentyabr 2024-cü il tarixli 3-33-1100/000067Q nömrəli “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh tərəfindən Azərbaycan Respublikasına 20 iyul 2024-cü il tarixli ******* saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 50A387UA/508382AA nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********0597 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “Toyota” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: “Toyota” əmtəə nişanlı 4580 ədəd yağ filtrləri, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi və cavabdehdən 7000 (yeddi min) manat məbləğində kompensasiyanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin “İddiaçı” şirkətinə ünvanladığı 27 sentyabr 2024-cü il tarixli 3-33-1100/000067Q nömrəli “Malların buraxılışının dayandırılması haqqında” Qərarına və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında” ərizəçiyə və bəyannaməçiyə verdiyi 30 sentyabr 2024-cü il tarixli 67Q saylı bildirişinə əsasən Cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli, ******* saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 50AA387UA/508382AA nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və bəyənnaməçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bəyan edilmiş mallara gömrük nəzarəti altında baxış keçirilmişdir. Baxış zamanı **********0597 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “Toyota” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: TOYOTA əmtəə nişanlı 4580 ədəd yağ filtirləri, **********) kontrafakt olması əlamətləri aşkar olunmuş və həmin malların buraxılışı 10 (on) iş günü müddətinə 27 sentyabr 2024-cü il tarixindən 14 oktyabr 2024-cü il tarixinədək dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli, 163 saylı Qərarının tələblərinə əsasən malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi “İddiaçı” şirkətinin etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi Nümayəndə, idxalçı Cavabdehnə və bəyannaməçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dərhal yazılı bildiriş göndərilmişdir. Bakı Baş Gömrük İdarəsinin 12 sentyabr 2024-cü il tarixli, 3-33-1100/000067Q nömrəli “Malların buraxılışının dayandırılması haqqında” Qərarının təsdiqlənmiş surəti “İddiaçı” şirkətinin etibarnamə əsasında hüquq məsələləri üzrə Azərbaycan Respublikasındakı səlahiyyətli nümayəndəsi Nümayəndə 30 sentyabr 2024-cü il tarixdə rəsmən təqdim olunmuşdur. Nümayəndə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən buraxılışı dayandırılmış “Toyota” əmtəə nişanlı malların kontrafakt olub-olmaması barədə müvafiq rəyin verilməsi üçün hüquq sahibi “İddiaçı” şirkətinin baş ofisinə müraciət etmiş və hüquq sahibi “İddiaçı” şirkətinin ekspertləri buraxılışı dayandırılmış malların fotoşəkillərinə baxış keçirərək buraxılışı dayandırılmış malların kontrafakt olması faktını təsdiqləmişlər. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən 27 sentyabr 2024-cü il tarixli 3-33-1100/000067Q nömrəli “Malların buraxılışının dayandırılması haqqında” qərarın və həmin qərara müvafiq olaraq “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında” 67Q saylı bildirişin iddiaçı “Toyota” şirkətinə, həmçinin bəyannaməçi və Cavabdeh MMCyə vaxtında rəsmən təqdim olunmasına və qərarın “qeyd” hissəsində cavabdehin “Qərardan onun təqdim olunduğu vaxtdan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya “İnzibatı icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən 30 gün müddətində birbaşa yaxud Bakı Baş Gömrük İdarəsi vasitəsi ilə Dövlət Gömrük Komitəsinə inzibati şikayət verməsi hüququnun olması faktının qeyd olunmasına baxmayaraq bəyannaməçi və ya Cavabdeh MMC özlərinin qanuni hüquqlarından istifadə etməmiş və inzibati akt olan qərarın mübahisələndirilməsinə və ya ləğvinə dair məhkəməyə və ya Dövlət Gömrük Komitəsinə inzibati şikayət təqdim etməmişlər. Qeyd olunur ki, “İddiaçı” şirkətinə məxsus “Toyota” “Lexus” əmtəə nişanları dünyada tanınmış nişanlar olmaqla bərabər Azərbaycanda da müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır və bu nişanlara dair “İddiaçı” şirkətinin müəlliflik və əqli mülkiyyət hüquqları Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tanınır və qorunur. Həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “İddiaçı” şirkətinin əmtəə nişanları tərkibində əqli mülkiyyət hüquqları obyektləri olan mallarının gömrük reyestrinə daxil edilmişdir və qorunur. Göstərilənləri nəzərə alaraq “Toyota” şirkətinin əmtəə nişanlarından qeyri-qanuni yolla istifadə etməklə və həmin əmtəə nişanları altında istehsal olunmuş saxta və kontrafakt məhsulların Azərbaycan ərazisində idxalı, yayımı və satışı ilə məşğul olmaqla Cavabdehnə “İddiaçı” şirkətinə, həmçinin “İddiaçı” şirkətinin Azərbaycandakı rəsmi distributorları olan idxalçılara da böyük maddi və mənəvi ziyan vurur, onların satışını həyata keçirdikləri orijinal “Toyota” məhsullarının keyfiyyət göstəricilərinə mənfi təsir göstərməklə onları nüfuzdan salır. Azərbaycan Respublikasında “Toyota” şirkətinin əqli mülkiyyət hüquqlarının qorunması, tanınması üçün Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində şirkətin adı, təsviri müvafiq siniflər üzrə əmtəə nişanları qeydiyyata alınmış və qorunmasına nəzarət edilir. Cavabdehin əməlləri nəticəsində iddiaçı “Toyota” şirkətinin işgüzar nüfuzuna, mənafeyinə xələl gətirilmişdir. İddiaçı “Toyota” şirkəti tərəfindən həmin əməllərin qarşısının alınması üçün gömrük orqanında təmsil edilməsi və məhkəmədə iddia qaldırılması onun işgüzar nüfuzuna vurulmuş zərərin müdafiəsi, bərpası kimi qiymətləndirilir. Bu baxımdan iddiaçı “Toyota” şirkəti tərəfindən həmin xərclərin əvəzi olaraq cavabdehdən 5000 (beş min) manat məbləğində mənəvi zərərin tələb edilməsi ağlabatandır. Həmçinin hüquqi xidmətlərin göstərilməsi ilə bağlı iddiaçı “Toyota” şirkəti tərəfindən vəkilə, nümayəndəyə çəkilən xərclər, pretenziya məktubların göndərilməsi, etibarnamənin hazırlanaraq təsdiq edilməsi, gömrük orqanında iddiaçının iştirakı ilə zəruri sənədləşmənin aparılması, əmtəə nişanının Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində qeydiyyatı ilə bağlı rüsumlar və digər bütün xərcləri nəzərə alaraq 2000 (iki min) manat məbləğində, cəmi 7000 (yeddi min) manat məbləğində kompensasiyanın cavabdehdən tutulması ağlabatandır. “Toyota” şirkətinin pozulmuş hüququnun bərpa edilməsini və qanunla tanınan və qorunan hüquq və mənafeyinin qorunmasının təmin edilməsi üçün Cavabdeh Azərbaycan Respublikasına idxal etdiyi sözügedən kontrafakt mallarının ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə və cavabdehdən kompensasiyanın tutularaq iddiaçıya ödənilməsinə dair məhkəmə tərəfindən müvafiq qərar qəbul edilməlidir. İddiaçı “İddiaçı” şirkəti 31 yanvar 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 27 sentyabr 2024-ci il tarixli 3-33- 1100/000067Q nömrəli “Malların buraxılışının dayandırılması haqqında” qərarına əsasən Cavabdeh tərəfindən Azərbaycan Respublikasına 20 iyul 2024-ciü il tarixli ******* saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 50A387UA/508382AA dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********0597 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “Toyota” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: Toyota əmtəə nişanlı 4580 ədəd yağ filterləri, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi, cavabdehdən 5000 (beş min) manat məbləğində mənəvi zərər, hüquqi yardım ilə əlaqədar vəkilə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı, sənədləşmə işlərinin aparılması ilə bağlı ödənilmiş 1600 (min altı yüz) manat olmaqla, cəmi 7000 (yeddi min) manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi Vəkil2 25 fevral 2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddia təmin edildiyi təqdirdə cavabdehin mülkiyyət hüquqları pozulacaq və nəticədə ona böyük məbləğdə maddi zərər dəyəcəkdir. İdxal edilən malların üzərindəki əlavə yazılar və digər göstəricilər malların orijinal olmadığını göstərir. Həmçinin bu malların orijinallığını təsdiq etməli olan heç bir hologram mövcud deyildir. Bu hallar bir daha sübut edir ki, həmin mallar “Toyota” şirkətinin orijinal məhsulu deyil, sadəcə ona oxşar mallardır. Həmin mallar “Toyota” markalı mal kimi idxal edilməmiş və hər hansı əmtəə nişanını qanunsuz istifadəyə yol vermək niyyəti olmamışdır. Bununla belə, yaranmış anlaşılmazlığı aradan qaldırmaq üçün Cavabdeh həmin malların qablaşdırılmasını dəyişməyə hazırdır və cavabdehin mülkiyyət hüquqlarının da qorunmalıdır. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı “İddiaçı” şirkətinin nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. . Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 27 sentyabr 2024-cü il tarixli 3-33- 1100/000067Q nömrəli “Malların buraxılışının dayandırılması haqqında” qərarından görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikasına 20 iyul 2024-cü il tarixli ******* saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 50A387UA/508382AA dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilmişdir. Baxış zamanı **********0597 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “Hyundai” və “Toyota” əmtəə nişanlı avtomobil ehtiyat hissələrinin kontrafakt olması əlamətləri aşkar olunmuşdur. Cavabdeh tərəfindən Azərbaycan Respublikasına 20 iyul 2024-cü il tarixli ******* saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 50A387UA/508382A dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və **********0597 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, avtomobil ehtiyat hissələrinin buraxılışı 10 (on) iş günü müddətinə dayandırılmışdır. İş materiallarında olan “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında ərizəçiyə və bəyannaməçiyə” 67Q nömrəli bildirişdən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən iddiaçı “İddiaçı” şirkətinin nümayəndəsi Nümayəndə tərkibində əqli mülkiyyət obyektləri olan mallar üzərində gömrük nəzarəti zamanı gömrük rəsmiləşdirilməsini həyata keçirən Bakı Baş Gömrük İdarəsinin 27 sentyabr 2024-cü il tarixli 3-33-1100/000067Q nömrəli qərarına əsasən aşağıda göstərilmiş malların 27 sentyabr 2024-cü il tarixindən 14 oktyabr 2024-cü il tarixinədək buraxılışının dayandırıldığı bildirilmişdir: XİFMN üzrə malın adı və kodu: “Toyota” əmtəə nişanlı yağ filtrləri **********; Malların daşındığı nəqliyyat vasitəsinin dövlət nömrə nişanı: 50A387UA/508382A dövlət nömrə nişanlı avtomobil nəqliyyat vasitəsi. Gömrük nəzarətinin həyata keçirilməsi zamanı malların pirat və ya kontrafakt olmasını təsdiqləyən əlamətlər: Baxış zamanı “Toyota" əmtəə nişanlı 4580 ədəd yağ filterləri aşkar olunmuşdur. İş materiallarında olan “İddiaçı” şirkətinin 29 oktyabr 2024-cü il tarixli bəyanatında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı şəhəri Baş Gömrük İdarəsinin 27 sentyabr 2024-cü il tarixli 3-33-1100/000067Q saylı Qərarına və 67Q saylı bildirişinə istinadən verilən məlumata əsasən Bakı Baş Gömrük İdarəsi tərəfindən buraxılışı dayandırılmış “Toyota /Lexus” əmtəə nişanlı malların (yağ filtrləri) kontrafakt olması şübhəsi ilə saxlanıldığı bildirilir. Nəqliyyat (yük daşıma) sənədlərində malların mənşəyi “Çin mənşəli” kimi göstərilməsinə baxmayaraq, yağ filtrlərinin üzərində, həmçinin yağ filtrlərinin qablaşdırma qutularında “Made in Thailand” kimi qeyd olunub. Bununla əlaqədar saxlanılmış Çin mənşəli üzərində “Toyota/Lexus” əmtəə nişanları olan həmin malların- yağ (flitrlərinin şəkilləri araşdırılması üçün təqdim olunmuşdur. Birinci növbədə qeyd olunur ki, əsl (orijinal) “Toyota” brendli yağ filtrləri bir qayda olaraq, “Toyota” əmtəə nişanı və müvafiq etiketləri olan karton qutulara qablaşdırılır və heç vaxt buraxılışı dayandırılmış mallar kimi xarici görünüşlü bağlamalarda qablaşdırılmır və daşınmır. Həmçinin filtrin özünə nəzər saldıqda, əsl (orijinal) filtrin alt halqası heç vaxt metal rəngdə istehsal olunmur. Eyni zamanda yağ filtrlərinin qablaşdırma qutularında məhsul kod nömrəsi: “90915-YZZE1” (həmçinin qablaşdırma qutusunun qapağında göstərilən məhsul kod nömrəsi “104135”) ilə verilən “barkodlar” (ştrix- kodlar) saxtadır və saxlanılan yağ filtrlərinin orijinal olduğunu və məhz Toyota şirkətinə və ya Toyotanın Tailandda və ya hər hansı başqa yerdə səlahiyyətli yağ filtrləri istehsalçılarından hər hansı birinə aid olduğunu lazımı qaydada müəyyən və təsdiq edəcək məlumatı özündə əks etdirmir. Beləliklə, saxlanılan malların təfərrüatlarının Brend Mühafizəsi üzrə ixtisaslaşmış Departament tərəfindən aparılan ekspertiza və təhlillərə əsasən qeyd olunan məhsulların kontrafakt olduğunu təsdiq edirik. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “İddiaçı” şirkətinə məxsus Toyota və Lexus əmtəə nişanları adı altında olan mallarına reyestrə daxil edilməsi haqqında 26 fevral 2024-cü il tarixli 3-33/3-2-000056/2024 nömrəli sərəncamına əsasən Gömrük İnzibatçılığı Baş İdarəsi tərəfindən “İddiaçı" şirkətinə məxsus "Toyota" va "Lexus" əmtəə nişanları adları altında olan malların 03 mart 2025-ci il tarixinədək reyestrə daxil edilməsinin təmin olunması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Sənaye Mülkiyyəti Obyektlərinin Qeydiyyatı X3 “Toyota” şirkətinin hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi Nümayəndə ünvanlanan 24 noyabr 2020-ci il tarixli bildirişdən görünür ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən X2 Kaısha-(“X1”) (ünvan: 1 Toyota-Cho, Toyota-Shi, Aichi-Ken ***-**** (JP)) adına qeydiyyata alınan ******* saylı “L” beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının Beynəlxalq Nitsa təsnifatının 01-45-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 03 mart 2025-ci il tarixinə qədər qüvvədədir. İş materiallarında olan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Sənaye Mülkiyyəti Obyektlərinin Qeydiyyatı X3 “Toyota” şirkətinin hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi Nümayəndə ünvanlanan 24 noyabr 2020-ci il tarixli bildirişdən görünür ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən X2 Kaısha-(“X1”) (ünvan: 1 Toyota-Cho, Toyota-Shi, Aichi-Ken ***-**** (JP)) adına qeydiyyata alınan ******* saylı “Toyota” beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının Beynəlxalq Nitsa təsnifatının 01-45-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 03 mart 2025-ci il tarixinə qədər qüvvədədir. İş materiallarında olan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Sənaye Mülkiyyəti Obyektlərinin Qeydiyyatı X3 “Toyota” şirkətinin hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi Nümayəndə ünvanlanan 24 noyabr 2020-ci il tarixli bildirişdən görünür ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən X2 Kaısha-(“X1”) (ünvan: 1 Toyota-Cho, Toyota-Shi, Aichi-Ken ***-**** (JP)) adına qeydiyyata alınan ******* saylı “Lexus” beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının Beynəlxalq Nitsa təsnifatının 01-45-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 03 mart 2025-ci il tarixinə qədər qüvvədədir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun: -25-ci maddəsinin birinci və ikinci abzasına görə əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. - 26-cı maddəsinin birinci və ikinci abzasına görə əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. - 32-ci maddəsinin birinci abzasına görə bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. - 33-cü maddəsinə görə bu Qanunun icrası ilə əlaqədar əmtəə nişanına dair müstəsna hüququn pozulması barədə mübahisəyə Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəmədə baxılır. - 34-cü maddəsinə görə əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. Mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən aşağıda göstərilən malların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qərar qəbul edə bilər: a) hüquq pozuntusunun obyekti olan malların; b) gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əqli mülkiyyət hüquqları - müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqlardır. - 1.0.2-ci maddəsinə əsasən əqli mülkiyyət hüquqlarının sahibi (hüquq sahibi) - əqli mülkiyyət hüquqlarının məxsus olduğu fiziki və ya hüquqi şəxsdir, o cümlədən folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə) münasibətdə Azərbaycan Respublikasıdır. - 1.0.11-ci maddəsinə əsasən kontrafakt məhsul – əmtəə nişanları, coğrafi göstəricilər və ya onları qarışdıracaq dərəcədə oxşar nişanlarla qeyri-qanuni təchiz olunan maldır. 3-cü maddəsinə əsasən əqli mülkiyyət hüquqlarının mülki hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər, ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə gətirib çıxarmamalı və Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. 7-ci maddəsinə əsasən məhkəmə hüquqpozmaya səbəb olan malların kompensasiya ödənilmədən ticarət şəbəkəsindən çıxarılması, malların hazırlanmasında (istehsalında) istifadə olunan materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Belə məsələlərə baxılarkən üçüncü şəxslərin qanuni maraqları nəzərə alınmalıdır. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “İddiaçı” şirkətinin nişan sahibi olaraq “Toyota” əmtəə nişanının barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Əmtəə nişanın sahibi, iddiaçı “İddiaçı” şirkətinin razılığı olmadan Cavabdeh tərəfindən gətirilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bəyan edilmiş “Toyota” əmtəə nişanlı 4580 ədəd yağ filtrləri Azərbaycan Respublikasına idxal olunmaqla “Toyota" əmtəə nişanından istifadə edilmişdir. Bu isə qeydə alınmış əmtəə nişanına dair iddiaçının hüquqlarının pozulması sayılır. Həmçinin idxal olunmuş “Toyota” əmtəə nişanlı 4580 ədəd yağ filtrləri həmin əmtəə nişanı ilə qeyri-qanuni təchiz olunduğundan kontrafakt hesab edilir. Belə olan halda iddiaçı pozulmuş hüququnun bərpa olunması üçün cavabdehlər tərəfindən gətirilmiş, hüquq pozuntusunun obyekti olan “Toyota” əmtəə nişanlı 4580 ədəd yağ filtrlərinin məhv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd olunan normalara məcmu halda qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 27 sentyabr 2024-cü il tarixli 3-33-1100/000067Q nömrəli “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh tərəfindən Azərbaycan Respublikasına 20 iyul 2024-cü il tarixli ******* saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 50A387UA/508382AA dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********0597 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “Toyota” əmtəə nişanlı mallar (XİFMN üzrə malın adı və kodu: Toyota əmtəə nişanlı 4580 ədəd yağ filtrləri, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməlidir. Məhkəmə iddia tələbinin “5000 manat məbləğində mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı ərizədə vurulmuş mənəvi zərərə görə 5000 manat zərər dəyməsini bildirsə də, bu xüsusatları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin qeyd olunan mallar mülki dövriyyəyə buraxılmadan, Azərbaycan bazarına idxal edilmədən gömrük orqanları tərəfindən dayandırılmışdır. Belə olan halda iddiaçıya zərər dəyməsi sübut olunmur. Buna görə də məhkəmə hesab edir ki, iddia mənəvi zərərin tutulması hissəsində rədd edilməlidir. İddia tələbinin “1600 (min altı yüz) manat məbləğində sənədləşmə işlərinin aparılması ilə bağlı pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin hissənin əsaslılığını təsdiq edən hər hansı mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Bundan əlavə iddiaçı iddia tələbində hüquqi yardımla bağlı vəkilə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının da cavabdehdən tutulmasını xahiş etmiş, bununla bağlı iddia ərizəsinə hüquqi yardımın göstərilməsi haqqında 05 oktyabr 2024-cü il tarixli EM-2462VK-9243/24 nömrəli müqaviləni əlavə etmişdir. Həmin müqavilənin 2.1-ci bəndində hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 400 (dörd yüz) manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin “hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının tutulması” hissəsi təmin edilməli və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 27 sentyabr 2024-cü il tarixli 3-33- 1100/000067Q nömrəli “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh tərəfindən Azərbaycan Respublikasına 20 iyul 2024-cü il tarixli ******* saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 50A387UA/508382AA dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********0597 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “Toyota” əmtəə nişanlı mallar (XİFMN üzrə malın adı və kodu: “Toyota” əmtəə nişanlı 4580 ədəd yağ filtrləri, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməli, iddiaçı “İddiaçı” şirkəti tərəfindən hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının əvəzi Cavabdehndən tutularaq iddiaçı “İddiaçı” şirkətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eyni zamanda iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdehndən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Həmin qanunun 9.1.4-cü maddəsinə əsasən, müəlliflik mübahisələri üzrə müəlliflər,müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 27 sentyabr 2024-cü il tarixli 3-33-1100/000067Q nömrəli “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh tərəfindən Azərbaycan Respublikasına 20 iyul 2024-cü il tarixli ******* saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 50A387UA/508382AA dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********0597 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “Toyota” əmtəə nişanlı mallar (XİFMN üzrə malın adı və kodu: “Toyota” əmtəə nişanlı 4580 ədəd yağ filtrləri, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilsin. İddiaçı “İddiaçı” şirkəti tərəfindən hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının əvəzi Cavabdehndən tutularaq iddiaçı “X1” şirkətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-140/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-140/2025
25.02.2025 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmtəə nişanından qanunsuz istifadə ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver