Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-416/2025 05.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Komleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1922,58 (min doqquz yüz iyirmi iki manat əlli səkkiz qəpik) manat məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində cərimə, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və 44,23 (qırx doqquz manat iyirmi üç qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2766,81 (iki min yeddi yüz altmış altı manat səksən bir qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Rəfael oğlu ilə İddiaçı arasında 04 oktyabr 2023-cü il tarixli PRS/2023-041 saylı malların alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilənin tələblərinə əsasən satıcı alıcıya malları tam şəkildə təhvil verməyi, alıcı isə müqavilə ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətdə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklər tam yerinə yetirilərək mallar təhvil verilsə də, alıcı tərəf öhdəliklərini yerinə yetirməmiş, müqavilənin tələblərinə görə 1 (bir) gün ərzində ödəməli olduğu halda ödənişin həyata keçirilməsini əsassız olaraq gecikdirmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş və müvafiq olaraq təsdiq edilmiş təhvil-təslim aktlarına və cavabdehin iddiaçı tərəfindən təqdim edilmiş pretenziyaya verdiyi cavab məktubuna əsasən cari dövrə 1922,58 (min doqquz yüz iyirmi iki manat əlli səkkiz qəpik) manat əsas borc mövcuddur. Müqavilənin 3.7-ci bəndinə müvafiq olaraq gecikdirilən malların dəyərinə mütənasib olaraq xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək cavabdehin cərimə ödəmək öhdəliyi də yaranmışdır. Bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı formada məlumat verilmiş, müqavilə üzrə olan ödənişlərin edilməsi xahiş edilmiş, lakin borc ödənilməmişdir. Cavabdeh 05 may 2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək tərəflər arasında razılıq əldə olunduğunu bildirmiş, iddianın 1922,58 manat əsas borcun tutulması hissəsində təmin olunmasını və qalan hissədə rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən 1922,58 manat məbləğində əsas borcun və 100 manat məbləğində cərimənin tutularaq iddiaçıya ödənilməsini, iddianın dövlət rüsumunun və hüquqi yardımla bağlı vəkilə ödənilmiş xidmət haqqqının tutulması hissəsində təmin olunmamasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış 04 oktyabr 2023-cü il tarixli PRS/2023-041 nömrəli malların alqı-satqısına dair müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilə ilə müəyyən edilmiş, müqavilənin şərtlərinə uyğun olaraq razılaşdırılmış malları müqaviləyə uyğun olaraq tərəflər arasında imzalanan və müqavilənin tərkib hissəsi hesab edilən malların sifarişinə dair əlavə razılaşmasında alıcıya verməyi, alıcı isə bu malları qəbul, edib əvəzində malların qiymətini satıcıya ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən qiymət razılaşma protokolunda malların qiymətinin ödənilməsi elektron qaimə imzalandıqdan, hesab faktura və vergi hesab fakturası təqdim edildikdən sonra 15 (on beş) təqvim günü ərzində tam ödənilir. Həmin müqavilənin 3.7-ci bəndinə əsasən əgər alıcı müqavilə (və ya müvafiq sifariş) üzrə ödəniş şərtlərini pozarsa, satıcı alıcıdan gecikdirilmiş ödəniş məbləğinin hər təqvim günü üçün 0,5% həcmində cərimə tələb edə bilər. İş materiallarında olan 05 oktyabr 2023-cü il tarixli K5181 nömrəli təhvil-təslim aktından görünür ki, Proshine” Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdeh ƏDV daxil 785,53 manat dəyərində mal verilmiş, cavabdehin 785,53 manat məbləğində qalıq borcu qalmışdır. İş materiallarında olan 06 oktyabr 2023-cü il tarixli K5202 nömrəli təhvil-təslim aktından görünür ki, Proshine” Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdeh ƏDV 385,62 manat dəyərində mal verilmiş, cavabdehin 1171,15 manat məbləğində qalıq borcu qalmışdır. İş materiallarında olan 11 oktyabr 2023-cü il tarixli K5236 nömrəli təhvil-təslim aktından görünür ki, Proshine” Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdeh ƏDV 390,82 manat dəyərində mal verilmiş, cavabdehin 1561,97 manat məbləğində qalıq borcu qalmışdır. İş materiallarında olan 17 oktyabr 2023-cü il tarixli K5271 nömrəli təhvil-təslim aktından görünür ki, Proshine” Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdeh ƏDV 360,61 manat dəyərində mal verilmiş, cavabdehin 1922,57 manat məbləğində qalıq borcu qalmışdır. İş materiallarından görünür ki, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdeh 1561,97 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 249598 nömrəli və 360,61 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 652451 nömrəli elektron qaimə-fakturalar göndərilmişdir. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin vəsatəti əsasında şahid kimi dindirilmiş X1 ifadəsində bildirmişdir ki, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətində ekspeditor işləyir. Cavabdeh bütün malları o təhvil vermiş və təhvil-təslim aktlarını imzalamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 04 oktyabr 2023-cü il tarixli PRS/2023-041 nömrəli malların alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə müxtəlif çeşiddə mal satılmış, lakin Cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək malların dəyərini tam ödəməmişdir. Buna görə İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, 04 oktyabr 2023-cü il tarixli PRS/2023-041 nömrəli malların alqısatqısına dair müqavilə üzrə ödənilməmiş 1922,58 (min doqquz yüz iyirmi iki manat əlli səkkiz qəpik) manat məbləğində əsas borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 100 (yüz) manat məbləğində cərimənin tutulması” hissəsi də təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 100 (yüz) manat məbləğində cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1922,58 (min doqquz yüz iyirmi iki manat əlli səkkiz qəpik) manat məbləğində əsas borc və 100 (yüz) manat məbləğində cərimə olmaqla, cəmi 2022,58 (iki min iyirmi iki manat əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1922,58 (min doqquz yüz iyirmi iki manat əlli səkkiz qəpik) manat məbləğində əsas borc və 100 (yüz) manat məbləğində cərimə olmaqla, cəmi 2022,58 (iki min iyirmi iki manat əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənisin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-416/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-416/2025
05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver