Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-6/2024 25.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X8 qızının katibliyi, iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1, cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbi” barədə və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş zərərin ödənilməsi” tələbi barədə iddia ərizələrinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı 24 oktyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi və mülkiyyət hüququnun bərpa olunması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestrində **********83-12301 reyestr nömrəsi ilə qeydə alınmış olan daşınmaz əmlakın – “ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsinin Cavabdeh MMC-nin qanunsuz sahibliyindən götürülməsi, həmin daşınmaz əmlaka olan sahiblik və istifadə ilə bağlı mülkiyyət hüququnun bərpa olunması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək, iddia ərizəsinə dair kommersiya işi üzrə məhkəmə prosesi başlanmışdır (e-2-2(119)-6/2024 nömrəli kommersiya işi). Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər İddiaçı tərəfindən 09 mart 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edilərək, Daşınmaz Əmlakın Dövlət Reyestrində **********83-12301 reyestr nömrəsi ilə qeydə alınmış olan daşınmaz əmlakın - ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsinin Cavabdeh qanunsuz sahibliyindən götürülməsi, həmin daşınmaz əmlaka olan sahiblik və istifadə ilə bağlı iddiaçının mülkiyyət hüququnun bərpa olunması və Cavabdehndən 400000 (dörd yüz min) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı Cavabdehnə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işi üzrə məhkəmə prosesi aparıldığı dövrdə, yəni 01 mart 2023-cü ildə Cavabdeh iddiaçı olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh qismində İddiaçı qarşı “vurulmuş zərərin ödənilməsi” tələbi barədə ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı müqavilə öhdəliklərini pozması nəticəsində dəymiş ümumilikdə 1979093,14 manat məbləğində maddi zərərin və çəkilmiş məhkəmə xərclərinin (dövlət rüsumu, mediasiya və hüquqi yardım xərci) əvəzinin tutulub iddiaçı Cavabdehnə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək, iddia ərizəsinə dair kommersiya işi üzrə məhkəmə prosesi başlanmışdır (e-2-2(119)-14/2024 nömrəli kommersiya işi). Sumqayıt Kommersiya Məhkəməsinin 29 mart 2024-cü il tarixli e-2-2(119)-14/2024 nömrəli qərardadına əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair e-2-2(119)-14/2024 nömrəli kommersiya işi Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbi” barədə olan e-2-2(119)- 6/2024 nömrəli kommersiya işinə birləşdirilmiş və bundan sonra hər iki iddia tələbləri üzrə bir icraatda məhkəmə prosesi davam etdirilmişdir (e-2-2(119)-6/2024 nömrə ilə). İddiaçı tərəfindən “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbi” barədə iddia tələbi ilkin iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizədə onunla əsaslandırılmışdır ki, o, 08 iyul 2021-ci ildə Bakı şəhəri 11 saylı notariat ofisində Cavabdeh MMC ilə icarə müqaviləsi bağlayaraq, mülkiyyətçisi olduğu “ünvan 1 ünvanında yerləşən torpaq sahəsini və üzərindəki qeyriyaşayış sahəsini (əmlak kompleksini) 2021-ci ilin oktyabr ayından etibarən aylıq 50000 (əlli min) manat icarə haqqı ödənilməsi şərti ilə Cavabdeh MMC-yə icarəyə vermişdir. İcarə müqaviləsi bağlandığı tarixdə icarə obyektində təmir işləri tamamlanmış vəziyyətdə olmuş, obyektdə boya, elektrik, santexnika işləri tam şəkildə görülmüş, əlavə olaraq obyektin ofis hissəsi mebellərlə təchiz olunmuşdur. İcarə obyekti 2021-ci ilin iyul ayında istifadə üçün tam yararlı vəziyyətdə “Grand-Mart" MMC-yə təhvil verilmişdir. Bundan sonra Cavabdeh MMC orada fəaliyyət istiqamətinə uyğun kiçik təmir işləri aparmış, market fəaliyyəti üçün zəruri avadanlıqları obyektə yerləşdirmiş və bununla da icarə obyektini şəxsi mühafizəsi altına almışdır. İcarə müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh MMC-yə market fəaliyyəti üçün müvafiq işıqlandırma işlərinin görülməsi, avadanlıqların gətirilib quraşdırılması, obyektdə yerləşəcək mağazanın fəaliyyətə başlaması üçün 3 ay vaxt verilmişdir. Həmin möhlət 2021-ci ilin oktyabr ayında başa çatmışdır. Cavabdehə 23 noyabr 2021-ci il tarixli yazılı xəbərnamə göndərilərək 3 aylıq müddət başa çatdığı üçün həmin tarixdən etibarən icarə haqqının hesablanmağa başlanması barədə xəbərdarlıq edilmişdir. Həmin xəbərdarlığa cavabdeh “Grand-Mart" MMC tərəfindən hər hansı bir etiraz və ya pretenziya irəli sürülməmişdir. Tərəflər arasında olan razılaşmaya əsasən Cavabdeh MMC tərəfindən 5 aylıq icarə haqqı (250000 manat) ona ödənilmişdir (sonradan həmin vəsaitin 100000 manatı icarə obyektində isitmə-soyutma sisteminin quraşdırılması məqsədi ilə yenidən Cavabdeh MMC-yə qaytarılmışdır). Cavabdehə verilən möhlət 2021-ci ilin oktyabr ayında bitdiyindən cavabdeh tərəfindən edilən həmin ödəniş növbəti ayların (2021-ci ilin oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar və fevral aylarının) icarə haqqı olaraq nəzərə alınmışdır. Bununla belə cavabdeh 2022-ci ilin mart ayından etibarən icarə haqqını müxtəlif bəhanələrlə ödəməkdən yayınmaqdadır. Bununla bağlı Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanmış, icarə haqqının ödənilməməsi ilə bağlı xəbərdarlıq edilmiş, borc olaraq yığılmış icarə haqqının ödənmədiyi və bundan sonra da hər ay vaxtında ödənməyəcəyi təqdirdə, müqaviləyə birtərəfli qaydada xitam olunacağı, yığılmış icarə haqqının və bu müddət ərzində iddiaçıya dəymiş ziyanın ödənilməsi və icarə obyektinin boşaldılaraq təhvil verilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Lakin, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh MMC 08 iyul 2021-ci il tarixli icarə müqaviləsi üzrə öhdəliklərini pozmaqda davam edir. İddiaçının cavabdehin qanunsuz hərəkətləri nəticəsində yaranmış mübahisənin həlli üçün güzəşt təkliflərinə baxmayaraq, cavabdeh icarə hüquq münasibətləri üzrə öhdəliklərini yerinə yetirmək əvəzinə, əsassız bəyanatlarla, təhdid və hədə-qorxu vasitəsi ilə məsuliyyətdən yayınmağa, müqavilənin şərtlərini kobud şəkildə pozmasına haqq qazandırmağa çalışır. Buna görə də iddiaçı pozulan hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin 08 iyul 2021-ci il tarixli icarə müqaviləsi üzrə hazırkı tarixə 6 aylıq (2022-ci ilin mart, aprel, may, iyun, iyul və avqust) icarə haqqı borcu yaranmışdır. Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini kobud şəkildə pozduğundan və hazırda da pozmağa davam etdiyindən icarə müqaviləsi iddiaçı icarəyə verən tərəfindən ləğv edilmişdir (Mülki Məcəllənin 700.3, 685.2 və 719.7-ci maddələrinə əsasən). Tərəflər arasında bağlanmış 08 iyul 2021-ci il tarixli icarə müqaviləsinin 10.3.3-cü bəndində icarəçi tərəfindən 3 aylıq icarə haqqı ödənilmədiyi halda, müqaviləyə xitam verilməsi tənzimlənmişdir. Beləliklə, tərəflər arasındakı icarə müqaviləsi iddiaçı tərəfindən tam qanuni əsaslarla təktərəfli qaydada ləğv edildiyindən, hazırda Cavabdeh MMC-nin “ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsi (əmlak kompleksi) üzərindəki sahibliyi qanunsuzdur. Buna görə də, iddiaçı mülkiyyətçisi olduğu əmlakın Cavabdeh MMC-nin qanunsuz sahibliyindən geri tələb etməkdə də haqlıdır. Bundan əlavə, “Daşınmaz Əmlakın Dövlət Reyestrində **********83-12301 reyestr nömrəsi ilə qeydə alınmış olan daşınmaz əmlakın, yəni ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsinin Cavabdeh MMCnin qanunsuz sahibliyindən götürülməsi, həmin daşınmaz əmlaka olan sahiblik və istifadə ilə bağlı iddiaçının mülkiyyət hüququnun bərpa olunması” barədə iddia tələbi üzrə 2022-ci ilin mart ayından - noyabr ayına qədər olan ödənilməmiş 8 aylıq icarə haqqı məbləği də cavabdehdən tutulmalıdır. Bu səbəbdən də, icarə haqqının ödənilməsi ilə bağlı tələbin həcminin artırılması zərurəti yaranmışdır. Həm prosessual qənaət prinsipi, həm də ilkin mediasya prosesində qeyd edilən məsələ nəzərdə tutulduğundan, “iddia tələbinin həcminin artırılması” barədə ərizə də məhkəmə tərəfindən nəzərə alınmalı və daşınmaz əmlakın dövlət reyestrində **********83-12301 reyestr nömrəsi ilə qeydə alınmış olan daşınmaz əmlakın - ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki qeyriyaşayış sahəsinin Cavabdeh MMC-nin qanunsuz sahibliyindən götürülməsi, həmin daşınmaz əmlaka olan sahiblik və istifadə ilə bağlı iddiaçının mülkiyyət hüququnun bərpa olunması və iddiaçının xeyrinə Cavabdeh MMC-dən 400000 (dörd yüz min) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməlidir. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh tərəfindən “vurulmuş zərərin ödənilməsi” barədə iddia tələbi iddia ərizəsində onunla əsaslandırılmışdır ki, icarəyə verən İddiaçı ilə (bundan sonra – İcarəyə verən) icarəçi Cavabdeh MMC (bundan sonra – İcarəçi) arasında notarial qaydada bağlanmış 08 iyul 2021-ci il tarixli İcarə müqaviləsinə (bundan sonra – Müqavilə) əsasən, Quba rayon İcra Hakimiyyəti Başçısının 27 mart 2018-ci il tarixli 50 saylı sərəncamına görə ümumi sahəsi 6000 kv.m olan “ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binası (bundan sonra – İcarə obyekti), həmin sahəyə dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış əldə etməklə, ticarət və kommersiya obyekti təyinatı ilə istifadə edilməsi üçün 15 il müddətinə aylıq icarə haqqı 50000 manat olmaqla, İcarəyə verən tərəfindən İcarəçiyə icarəyə verilmişdir (bənd 1.1, 2.1, 3.1). Müqaviləyə əsasən (bənd 3.3) 5 aylıq icarə haqqı (250000 manat) İcarəçi tərəfindən İcarəyə verənin "xxxx" ASC-nin Sumqayıt şəhər filialında olan hesabına 17 iyul 2021-ci il tarixdə köçürmə yolu ilə öncədən ödənilmişdir. Müqavilə şərtinə görə (bənd 3.2) icarə haqqının ticarət obyektinin nəzdindəki mağazanın satışa başladığı tarixdən hesablanması razılaşdırılmışdır. 15 iyun 2022-ci il tarixdə İcarə obyektində “Megastore” mağazasının açılışı olmuşdur. Lakin, Müqavilənin bağlanmasından ötən müddət ərzində Müqavilənin bir sıra şərtləri və Müqaviləyə əsasən üzərinə düşən öhdəliklər İcarəyə verən tərəfindən kobud şəkildə pozularaq icra edilməmişdir ki, bunun nəticəsində İcarəçi aşağıda qeyd edilən məbləğdə maddi zərərə məruz qalmışdır: İcarə obyektini isitmə və soyutma sistemi ilə təmin etmək (bənd 6.4), yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik və sanitar-gigiyena qaydalarına uyğun olaraq istifadəyə vermək (bənd 7.1.1), obyektin yanğına qarşı və digər icbari sığortalarını öz hesabına təmin etmək (bənd 7.1.12) öhdəlikləri icra edilməmiş və bu səbəbdən də İcarəçi həmin işləri məcburən özü yerinə yetirərək, isitmə-soyutma və təndir havalandırma sisteminin quraşdırılmasına 372130,23 manat, yanğın söndürmə sistemi və siqnalizasiya işlərinin görülməsinə 139291,51 manat olmaqla, cəmi 511421,74 manat xərc çəkmişdir (sübut qismində əlavə olunur: "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli xx/xx/2022 saylı müqavilə, həmin müqaviləyə əlavə olaraq qiymətlərin razılaşdırılması protokolları – 9 ədəd, xx.xx.2022-ci il tarixli EBCB seriyalı 168669, xx.xx.2022-ci il tarixli EBBY seriyalı 550727, 552606, 553449, 571524, 577687, 579533, 581405, 585406 saylı elektron qaimələr, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqları– 18 ədəd və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli UNİ/D 03-697/22 saylı mütəxəssis rəyi). Bundan əlavə, icarə obyektində elektrik xətləri üçün sayğacları təmir işləri bitənədək quraşdırıb hazır vəziyyətə gətirmək (bənd 6.3), elektrik gücünü təmin etmək (bənd 7.1.1), bununla bağlı texniki şərtləri öz hesabına almaq (bənd 7.1.9) - öhdəlikləri icra edilməmiş və bu səbəbdən İcarəçi işıq generatoru icarəyə götürməyə məcbur olmuş, əlavə olaraq öz hesabına transformator, işıq generatoru və digər elektrik avadanlıqları almış, generatorun icarəsinə, servis (yağ dəyişmə), daşınma işlərinə və yanacaq sərfinə görə 243272,4 manat xərc çəkmişdir (sübut qismində əlavə olunur: "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli 03/2022 saylı müqavilə, xx.xx.2022-ci il tarixli 02/2022 saylı hesab-faktura, xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu, xx.xx.2022-ci il tarixli EBBY seriyalı 722533 saylı, xx.xx.2022-ci il tarixli EBBY seriyalı 723537 saylı elektron qaimələr, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqları – 6 ədəd və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli UNİ/D 03-697/22 saylı mütəxəssis rəyi). İcarəçi İcarə obyektində su anbarının tikilməsi, su çəninin quraşdırılması və su xəttinin çəkilməsi üçün 50350,3 manat xərc çəkmişdir (sübut qismində əlavə olunur: “X4” MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli 001/22 saylı müqavilə, həmin müqaviləyə xx.xx.2022-ci il tarixli 03 saylı əlavə razılaşma, xx.xx.2022-ci il tarixli 04 saylı hesab-faktura, xx.xx.2022-ci il tarixli EBCC seriyalı 958961 saylı elektron qaimə, xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqları – 2 ədəd və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli UNİ/D 03-697/22 saylı mütəxəssis rəyi). İcarə obyektinin qarşısında və ətrafında avtodayanacaqdan istifadəyə şərait yaratmaq öhdəliyi (bənd 7.1.7) icra edilməmiş, buna görə İcarəçi dayanacağın yaradılmasına və asfaltlanmasına 13438,7 manat xərc çəkmişdir (sübut qismində əlavə olunur: "xxxx" MMCnin 05 dekabr 2022-ci il tarixli UNİ/D 03-697/22 saylı mütəxəssis rəyi). 15 iyun 2022-ci il tarixdə mağazanın açılışı zamanı transformatorun olmaması səbəbindən işıq təschizatında yaranmış problemlər nəticəsində mağazada külli miqdarda ərzaq məhsulları xarab olmuş və nəticədə İcarəçiyə 45510 manat maddi zərər dəymişdir (sübut qismində əlavə olunur: "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli UNİ/D 03-697/22 saylı mütəxəssis rəyi, məhsulların satışa yararsız hala düşməsi barədə xx.xx.2022-ci il tarixli aktlar). İcarə obyektini Müqavilə bağlandığı tarixdən ən geci 3 ay ərzində təmir işlərini bitirib təyinatına uyğun şəkildə, tam işlək və yararlı vəziyyətdə təhvil-təslim aktı əsasında təqdim etmək öhdəliyini (bənd 4.1, 4.2, 4.3, 6.1 və 6.2) icra etməmiş, nəticədə ticarət sahəsi gec fəaliyyətə başlamış, İcarəçi biznes plana uyğun olaraq supermarketin fəaliyyəti nəticəsində orta aylıq xalis mənfəət kimi hər bir ay üçün əldə edə biləcəyi 71510 manat məbləğdə gəlirdən məhrum olmuş və əldən çıxmış fayda 10 ay üçün 715100 manat təşkil etmişdir (sübut qismində əlavə olunur: "xxxx" MMC-nin 21 dekabr 2022-ci il tarixli UNİ/D 38-732/22 saylı mütəxəssis rəyi); Həmçinin, İcarəçi müqaviləyə əsasən nəzərdə tutulan fəaliyyət istiqaməti üzrə hazırlanan biznes planın icrası ilə əlaqədar "xxxx" ASC-dən illik 13,5 % dərəcəsi ilə, aylıq 40000 manat faiz olmaqla ******* manat kredit götürmüş və 10 ay üçün 400000 manat faiz ödəməli olmuşdur (sübut qismində əlavə olunur: "xxxx" ASCnin xx.xx.2022-ci il tarixli məktubu). Beləliklə, İcarəyə verənin müqavilə öhdəliklərini pozması ucbatından İcarəçiyə ümumilikdə 1979093,14 manat məbləğində maddi zərər dəymişdir. Müqavilənin 9.1-ci bəndinə əsasən, tərəflər bu Müqavilə üzrə öhdəliklərini vaxtında və tam icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə, bunun nəticəsində digər tərəfə dəyən zərəri tam miqdarda ödəməlidir. Müqavilənin 9.6-cı bəndinə əsasən, müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki-hüquqi məsuliyyət daşıyırlar. Qeyd olunanlara və Müqavilənin 11.3-cü bəndinə əsaslanaraq, İcarəçi 15 iyul 2022-ci il tarixli 045 saylı və 08 avqust 2022-ci il tarixli 050 saylı məktublarla İcarəyə verənə müraciət edərək, dəymiş zərərin ödənilməsini tələb etmiş, əks halda Müqavilənin 11.4-cü bəndinə əsasən sözügedən məbləğin və əlavə yaranacaq xərclərin ondan məhkəmə qaydasında tələb olunacağını və məsələ həllini tapana kimi zərər məbləğinin hər ayın icarə haqqından tutulacağını xatırlatmışdır. İcarəyə verən isə həmin məktublara 10 avqust 2022-ci il tarixli cavab məktubunda İcarəşinin iddia etdiyi zərər məbləğini qəbul etməmiş, əksinə ondan 2022-ci ilin mart-avqust aylarının guya ödənilməmiş icarə haqlarını tələb edərək, əks təqdirdə Müqaviləyə birtərəfli qaydada xitam verəcəyini bildirmişdir. Daha sonra isə İcarəyə verən İcarəçiyə qarşı müvafiq iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, həmin iddiada guya icarəçi 2022-ci ilin mart-avqust aylarının (6 ay) icarə haqlarını ödəmədiyinə görə Müqavilənin 10.3.3-cü bəndinə əsasən Müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verdiyini əsas tutmaqla, İcarə obyektinin İcarəçinin qanunsuz sahibliyindən götürülməsi, həmin daşınmaz əmlaka sahiblik və istifadə ilə bağlı mülkiyyət hüququnun bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Halbuki, Müqavilənin İcarəyə verən tərəfindən birtərəfli qaydada ləğvi üçün heç bir faktiki və hüquqi əsas olmamış, belə ləğv üçün əsas gətirdiyi hal (guya 2022-ci ilin mart-avqust aylarının (6 ay) icarə haqlarının ödənilməməsi) isə əsassız olmaqla, həqiqəti əks etdirməmişdir. Çünki, nəzərə alaraq ki, Müqavilə ilə müəyyən edilmiş şərtlərə əsasən icarə haqqının ticarət obyektinin nəzdindəki mağazanın satışa başladığı tarixdən hesablanması razılaşdırılmış (bənd 3.2), icarə obyektində “Megastore” mağazasının açılışı 15 iyun 2022-ci il tarixdə olmuş və 5 aylıq icarə haqqı (250000 manat) İcarəçi tərəfindən İcarəyə verənə 17 iyul 2021-ci il tarixdə köçürmə yolu ilə öncədən ödənilmişdir (bənd 3.3). Belə olan halda həmin məbləğ 15 iyun 2022-ci ildən 15 noyabr 2022-ci ilədək olan 5 aylıq dövr üçün icarə haqqının ödənişi kimi nəzərə alınmalı olduğuna görə, icarəyə verənin Müqaviləyə guya icarə borcunun olması bəhanəsi ilə birtərəfli xitam verməyə əsası yaranmamış və hüququ olmamışdır. 15 noyabr 2022-ci ildən 15 dekabr 2022-ci ilədək, 15 dekabr 2022-ci ildən 15 yanvar 2023-cü ilədək və 15 yanvar 2023-cü ildən 15 fevral 2023-cü ilədək olan dövrlər üçün aylıq 50000 icarə haqları isə İcarəçi tərəfindən İcarəyə verənin "xxxx" ASC-nin Sumqayıt Şəhər Filialında olan hesabına müvafiq olaraq 06 dekabr 2022, 11 yanvar 2023 və 07 fevral 2023-ci il tarixlərdə köçürmə yolu ilə ödənilmişdir. Maddi zərərlə bağlı yuxarıda təsvir olunan mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün İcarəçi tərəfindən İcarəyə verənə təklif göndərilmiş, ilkin mediasiya sessiyası üçün mediasiya təşkilatına ərizə verilmiş və mediasiyanın nəticəsinə dair müvafiq arayış alınmışdır. Həmçinin, İcarəçi tərəfindən İcarəyə verənə Müqavilə öhdəliklərini pozması nəticəsində İcarəçiyə dəymiş maddi zərərin ödənilməsini təmin etməyə dair pretenziya göndərilmiş, lakin nəticəsi olmamışdır. Ona görə də, pozulmuş hüququnun bərpasına nail olmaq üçün İcarəçi İcarəyə verənə qarşı hazırkı ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşin yuxarıda şərh edilən faktiki hallarına əsasən hesab edilir ki, iddia təmin olunaraq, cavabdeh İddiaçı müqavilə öhdəliklərini pozması nəticəsində dəymiş ümumilikdə 1979093,14 manat məbləğində maddi zərərin və çəkilmiş məhkəmə xərclərinin əvəzi tutulub iddiaçı Cavabdeh MMC-yə ödənilməlidir. Yuxarıda qeyd olunan birləşdirilmiş iddia tələblərinin araşdırıldığı hazırkı kommersiya işi üzrə iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı Cavabdehnə qarşı vermiş olduğu “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbi” barədə iddia tələbi və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh tərəfindən ona qarşı verilmiş “vurulmuş zərərin ödənilməsi” barədə iddia tələbi ilə əlaqədar “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinə qarşı yazılı Etiraz” (13 aprel 2023-cü ildə), “iddia tələbinə qarşı yazılı Etiraz” (28 mart 2024-cü ildə) və 25 aprel 2024-cü ildə isə yazılı “Məhkəmə çıxışı” təqdim edərək, İddiaçı “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbi” barədə iddia tələbinin təmin olunaraq, Daşınmaz Əmlakın Dövlət Reyestrində **********83-12301 reyestr nömrəsi ilə qeydə alınmış olan daşınmaz əmlakın - ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsinin Cavabdeh qanunsuz sahibliyindən götürülməsi, həmin daşınmaz əmlaka olan sahiblik və istifadə ilə bağlı mülkiyyət hüququnun bərpa olunması və Cavabdehndən 400000 (dörd yüz min) manat məbləğində pul vəsaitinin tutulması, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh tərəfindən ona qarşı verilmiş “vurulmuş zərərin ödənilməsi” tələbi barədə iddia tələbinin isə təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin yazılı müraciətlərdə iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı mövqeyi tərəflər arasında bağlanmış 08 iyul 2021-ci il tarixli icarə müqaviləsinin şərtləri, icarəçi Cavabdeh MMC tərəfindən icarə haqqı müvafiq qaydada ödənmədiyi üçün həmin Müqavilənin icarəyəverən İddiaçı tərəfindən birtərəfli qaydada xitam olunması və tərəflər arasında aparılan yazışmalar ilə əsaslandırılmışdır. Həmçinin, yuxarıda qeyd olunan birləşdirilmiş iddia tələblərinin araşdırıldığı hazırkı kommersiya işi üzrə cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh - İddiaçı vermiş olduğu “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbi” barədə iddia tələbi və birləşdirilmiş iş üzrə iddiaçı olaraq Cavabdeh birləşdirilmiş iş üzrə cavabdeh qismində İddiaçı qarşı “vurulmuş zərərin ödənilməsi” barədə iddia tələbi ilə əlaqədar “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinə qarşı yazılı İzahat” (iddiaya etiraz) (09 mart 2023-cü ildə), “İzahata əlavə” (iddiaya etiraz) (27 mart 2023-cü ildə) və 23 aprel 2024-cü ildə isə yazılı “Məhkəmə çıxışı” təqdim edərək, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC-nin “vurulmuş zərərin ödənilməsi” barədə iddia tələbinin təmin olunaraq, həmin tələb üzrə cavabdeh İddiaçı müqavilə öhdəliklərini pozması nəticəsində dəymiş ümumilikdə 1979093,14 manat məbləğində maddi zərərin və çəkilmiş məhkəmə xərclərinin (dövlət rüsumu, mediasiya və hüquqi yardım xərci) əvəzinin tutulub iddiaçı Cavabdehnə ödənilməsi, birləşdirilən iş üzrə İddiaçı Cavabdehnə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbi” barədə iddia tələbinin isə təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin yazılı müraciətlərdə cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh MMC-nin mövqeyi - icarə obyektinin icarəyəverən İddiaçı tərəfindən tərəflər arasında bağlanmış 08 iyul 2021-ci il tarixli icarə müqaviləsinin şərtlərinə uyğun olaraq təhvil verilməməsi, sonuncu tərəfindən müqavilə şərtlərinə lazımi qaydada riayət edilməməsi, müqavilənin ləğvi üçün heç bir əsas olmadığına görə İcarə Müqaviləsinə icarəyəverən İddiaçı tərəfindən birtərəfli qaydada xitam verilməsinin mümkünsüzlüyü, İcarəçinin müqavilə üzrə heç bir icarə borcunun olmaması və İcarə müqaviləsinin qüvvədə olması ilə əsaslandırılmışdır. Məhkəmə iclaslarında iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı nümayəndəsi Nümayəndə1 “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbi” barədə iddia tələbini müdafiə edib, həmin iddia ərizəsində, “iddia tələbinin həcminin artırılması” barədə ərizədə və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh “vurulmuş zərərin ödənilməsi” barədə iddia tələbinə qarşı verilmiş yazılı Etirazlarında yazılanlara uyğun izahat verərək, İddiaçı iddia tələbinin təmin edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrində **********83-12301 reyestr nömrəsi ilə qeydə alınmış olan daşınmaz əmlakın, yəni ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki qeyriyaşayış sahəsini Cavabdeh qanunsuz sahibliyindən götürülməsi, həmin daşınmaz əmlaka olan sahiblik və istifadə ilə bağlı mülkiyyət hüququnun bərpa olunması və Cavabdehndən 400000 manat məbləğində pul vəsaitinin tutulması və eyni zamanda, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş zərərin ödənilməsi” barədə iddia tələbinin isə təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və öz mövqeyini onunla əsaslandırmışdı ki, icarəçi Cavabdeh MMC ilə icarəyəverən İddiaçı arasında 08 iyul 2021ci il tarixində notarial qaydada icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin 1.1-ci bəndinə əsasən İcarəyə verən Quba rayon İcra Hakimiyyəti Başçısının 27 mart 2018-ci il tarixli 50 nömrəli sərəncamına əsasən ümumi sahəsi 6000 kv.m. olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasına dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən Çıxarış əldə etməklə ticarət və kommersiya obyekti təyinatı ilə istifadə edilməsi üçün İcarəçiyə icarə verməyi, İcarəçi isə icarəni qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İcarəyəverən İddiaçı tərəfindən icarəçi Cavabdeh MMC-yə 20 aprel 2022-ci il tarixində göndərilmiş məktubun son iki cümləsində qeyd edilir ki, “artıq 3 aydır ki, MMC tərəfindən icarə haqqı ödənilmir. İcarə müqaviləsinin tələblərinə uyğun olaraq 3 ay tamam olduqda tərəfimdən müqaviləyə bir tərəfli qaydada xitam veriləcəkdir”. İcarəçi qeyd edilən məktubdan sonra da icarə müqaviləsi üzrə öhdəliyini icra etməmiş və icarə haqqını ödəməmişdi. Bu səbəbdən də həmin İcarə müqaviləsinə İcarəyəverən tərəfindən bir tərəfli qaydada xitam verilmişdir. Belə ki, icarəyəverən İddiaçı ilə icarəçi "xxxx" MMC arasında 15 il müddətinə 08 iyul 2021ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən İcarəçi tərəfindən 5 aylıq icarə haqqı kimi 250000 manat məbləğində pul əvvəlcədən ödənilmişdir. "xxxx" ASCnin Sumqayıt filalından verilən hesabdan çıxarışa əsasən müəyyən edilir ki, İcarəçi icarə müqaviləsinə görə 250000 manat məbləği 25 oktyabr 2021-ci il tarixində ödəmişdir. 2021ci ilin oktyabr ayından başlayaraq əvvəlcədən ödənilmiş 250000 manatdan hər ay üçün 50000 manat icarə haqqı çıxılmağa başlanılmışdır. Ona görə də, əvvəlcədən ödənilmiş 250000 manat məbləğində icarə haqqı 2021-ci ilin oktyabr ayından hesablanmaqla 5 ay üçün silinmişdir. İcarəyə verənin məqsədi ona verilməli olan icarə haqqını tez və vaxtında almaqdır, icarəyə götürən isə icarə predmetindən istifadə edərək daha çox qazanc əldə etməkdir. Yəni, icarə müqaviləsi bağlanarkən icarəyə verən istəyir ki, icarəyə verdiyi icarə predmetinə görə qazanc əldə eləsin. Heç kimsə icarəyə verdiyi icarə predmetinə görə, milyonlarla vəsait xərcliyib, 3 ildən sonra aylıq qazanc əldə eləmək üçün özünə məxsus olan 6000 kvadrat metrlik daşınmaz əmlakı icarəyə verməz. Bu həyatın və işgüzar adətlərin məntiqinə və eləcə də məqsədi qazanc əldə etmək olan şəxsin niyyətinə də ziddir. Qeyd etmək lazımdır ki, tərəflər arasında bağlanmış məlum icarə müqaviləsinin mətni iddiaçı tərəfindən hazırlanmışdır. Yəni, bu müqavilə məhz qeyd edilən mübahisənin predmetini təşkil edən icarə obyektinin icarəyə götürülməsi üçün hazırlanmış birdəfəlik müqavilə deyildir. Bu müqavilə əslində, İcarəçi MMC tərəfindən dəfələrlə icarəyə götürdüyü obyektlər barəsində hazırlanmış ümumi müqavilədir. Bu səbəbdən də, həmin müqavilə Mülki Məcəllənin 418-420-ci maddələrinin şərtlərinə uyğun nəzərdən keçirilməlidir. Yəni, bu müqavilənin şərtləri təfsir edilərkən, müqavilənin standart şərtləri barəsində hüquqi rejim əsas götürülməlidir. Bu aspektdən yanaşdıqda, hazırkı müqavilə təfsir edilərkən Mülki Məcəllənin 419, 420, 324 və 404-cü maddələrin tələbləri nəzərə alınmalıdır. Belə ki, 419.2-ci maddəyə əsasən “Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına, yəni əleyhinə təfsir edilir.” 420.2-ci maddəyə əsasən isə müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. 324.5-ci maddəyə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 404.2-ci maddəyə əsasən müqavilənin şərtləri təfsir edilərkən bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır. Göründüyü kimi, qeyd edilən normalar nəzərə alınmaqla, icarə müqaviləsinin aşağıdakı bəndləri də təfsir olunmalıdır. İlk olaraq, İcarəçi tərəfin israrlı şəkildə istinad etdiyi icarə müqaviləsinin 3.2-ci bəndində qeyd edilir ki, “İcarə haqqının hesablanması ticarət obyektinin nəzdindəki mağazanın satışa başladığı tarixdən hesablanır. Lakin, bu tarix icarə verənin ticarət obyektində təmir işlərini bitirdiyi tarixdən başlayaraq 3 aydan artıq ola bilməz. Müqavilənin 3.2-ci bəndini təfsir edilərkən hərfi mənada yanaşılsa, İcarəçi iddia tələbində qismən haqlı ola bilər. Lakin Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarını nəzərə almaqla, həmin bənd həqiqi mənada təfsir edilərsə, İcarəçi iddia tələbində tamamilə haqsız olacaq. Belə ki, Müqavilənin 3.2-ci bəndinin həqiqi mənasını ifadə etmək üçün həm müqavilənin digər bəndlərinə, həm işgüzar adətlərə, həm də işin həqiqi hallarına diqqət edilməlidir. Əks təqdirdə müqavilənin qeyd edilən bəndinin həqiqi mənasını müəyyən etmək mümkün olmayacaqdır. Bunun üçün Müqavilənin 4.1, 4.4, 5.1, 5.2, 6.1, 6.3, 6.6, 7.1.1, 7.1.3, 7.1.7, 7.1.12, 8.2.2 və 9.2–ci bəndlərinin tələbləri nəzərə alınmalıdır. Müqavilənin 4.1-ci bəndinə əsasən İcarəyə verən icarə predmetini təyinatına uyğun şəkildə və tam işlək və yararlı vəziyyətdə təhvil-təslim aktı əsasında İcarəçiyə təqdim etməlidir. 4.4-cü bəndinə əsasən təhvil-təslim aktı imzaladıqdan sonra, İcarəçi icarə obyektində avadanlığın və mebelin quraşdırılmasına və təmir işlərinə başlaya bilər. Müqavilənin 5.1-ci bəndində qeyd edilir ki, İcarəçi öz fəaliyyəti ilə əlaqədar olaraq icarə predmetindən təyinatı üzrə istifadə etmək üçün öz mülahizəsi ilə icarə predmetini zəruri avadanlıqlarla və digər qurğularla təchiz edir. Müqavilənin 5.2-ci bəndinə əsasən icarəçi tərəfindən gətirilmiş və müvəqqəti quraşdırılmış əşyalar və avadanlıqları, qiymətli əşyaları, elektrik cihazları və digər daşınar əşyalar icarəçinin mülkiyyəti olmaqla icarə müddətinin bitdiyi tarixdə və ya müqaviləyə vaxtından əvvəl xitam veriləcək digər tarixdə İcarəçi tərəfindən geri götürülür və ya Tərəflərin qarşılıqlı razılığı əsasında mövcud bazar qiyməti ilə İcarəyə verən tərəfindən alına bilər. Sadəcə, bu iki şərt müqavilənin 3.2-ci bəndində nəzərdə tutulan təmir işlərinin nə demək olduğunun həqiqi mənasını ifadə edir. Müqavilənin 6.1-ci bəndinə əsasən İcarəyə verən icarə obyektini İcarəçiyə marketin təmir işləri bitdikdən sonra avadanlığın quraşdırılması üçün bu müqavilə ilə razılaşdırılmış vaxtda və vəziyyətdə təhvil verir. Müqavilənin 6.3-cü bəndinə əsasən icarə obyektinin fəaliyyəti ilə bağlı tələb olunan avadanlıqlar, yəni su, kanalizasiya və elektrik xətləri üçün sayğaclar təmir işləri bitənə qədər İcarəyə verən tərəfindən quraşdırılıb hazır vəziyyətdə olmalıdır. Müqavilənin 6.6-cı bəndinə əsasən İcarəçi obyektinin bütöv və ya hər hansı hissəsi ilə bağlı təmir, yaxşılaşdırma və ya dəyişdirmə işlərini həyata keçirə bilər. Qeyd edilən şərtlərdən aydın olur ki, icarəyə verən icarə obyektinin fəaliyyəti ilə bağlı avadanlıqlar - müqavilənin 6.3-cü bəndində qeyd edilən su, kanalizasiya və elektrik xətləri üçün sayğaclardır. Yəni, qeyd edilənlər İcarəyə verən tərəfindən quraşdırılıbsa, artıq İcarəyə verən təmir işlərini bitirmişdir. Lakin qeyd edilənlərin quraşdırılmaması ilə bağlı İcarəçi tərəfindən hər hansı pretenziya indiyə kimi irəli sürülməmişdir. İcarəçinin məhkəmədə irəli sürdüyü arqumentlər tamamilə öz təxəyyülünün məhsuludur. Yəni, icarə obeyektinin yararlı vəziyyətdə olması ilə bağlı müqavilə şərtlərini hərfi mənada təfsir etməsinin nəticəsidir. Müqavilənin 7.1.1-ci bəndinə əsasən icarə predmetini qüvvədə olan yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik və sanitar-gigiyena qaydalarına, tikinti normalarında elektrik gücünün təmin edilməsi və müqavilənin şərtlərinə uyğun olaraq təyinatı üzrə istifadə edilməyə yararlı vəziyyətdə tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında İcarəçinin istifadəsinə vermək icarəyə verənin vəzifəsidir. Müqavilənin 7.1.3-cü bəndinə əsasən icarə predmetində onun təyinatına uyğun istifadəsinə tam və ya qismən mane olan çatışmazlıqlar aşkar edildikdə, İcarəçinin tələbi ilə çatışmazlıqları əvəzsiz, öz hesabına aradan qaldırmaq və ya çatışmazlıqları aradan qaldırılması üzrə İcarəçinin çəkdiyi xərcləri ödəmək - İcarəyəverənin vəzifəsidir. Müqavilənin 7.1.7-ci bəndinə əsasən İcarəyəverən İcarəçiyə icarə obyektinin qarşısında və ətrafında müştərilərin və icarəçinin işçilərinin istifadə edilməsi üçün avtodayanacağın tam istifadəsinə şərait yaratmaq və bu mövzuda yarana biləcək hər hansı problemin aradan qaldırılmasına köməklik götərəcəyini öz üzərinə götürmək icarəyə verənin vəzifəsidir. Müqavilənin 7.1.12-ci bəndinə əsasən icarə obyektinin yanğına qarşı və digər icbari sığortaları öz hesabına təmin etmək icarəyə verənin vəzifəsidir. Ümumiyyətlə, qeyd edilən şərtlərdən aydın olmur ki, hansı vəzifələr icarəyə verən tərəfindən görülməli olan təmir işlərinə aiddir, ya yox. Yuxarıda da qeyd edildiyi kimi, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına, yəni əleyhinə təfsir edilir. Yuxarıda qeyd edilən müqavilə şərtlərindən aydın olur ki, müqavilənin 3.2-ci bəndinin ikinci cümləsindəki “icarə verənin ticarət obyektində təmir işlərini bitirdiyi tarix” ifadəsindəki “təmir işləri” icarəçinin iddiasının əsasını təşkil edən təmir işlərini ehtiva eləmir. Çünki işin hallarından da aydın olur ki, icarə obyektinin icarəçinin istədiyi formada təmir edilməsi bir milyon manatdan artıq büdcə tələb edir. Belə olan halda, “İcarəyəverən 3 illik icarə haqqını İcarəçinin iddia etdiyi təmir işlərinə xərcləməli və daha sonra aylıq 50000 manat məbləğində icarə haqqı almalı idi”. Təbii ki, müqavilənin qeyd edilən bəndindəki təmir işləri ifadəsinin bu mənada təfsir edilməsi - həm işin hallarına uyğun deyildir, həm də işgüzar adətlərə ziddir. Çünki, İcarəyə verən marketin daxili quruluşu ilə bağlı təmir işlərini həyata keçirə bilməzdi. Yəni, marketin daxili təmir işləri, təmirlə bağlı bütün xərclər icarayə verənin deyil, icaryə götürənin öhdəliyi olmuşdur. İcarəyə verən müqaviləni bağlayarkən ona aid olan təmir işlərini artıq bitirmişdi. Belə olmasaydı, iddiaçı tərəf "xxxx" ASC-dən 07 dekabr 2021-ci il tarixindən başlayaraq 04 avqust 2022-ci il tarixinə kimi ******* manat məbləğində kredit götürməzdi. Məhz bu halla da İcarəçi etiraf edir ki, icarə obyektinin biznes təhlilini özü aparmışdır. Belə olan halda icarə obyektinin hansı formada təmir edilməsi, hansı işıqlandırma sisteminin qurulması, soyutma-isitmə sisteminin harda və necə təşkil edilməsi, avtodayanacağın hansı uzunluqda olması, hansı avadanlıqları harda quraşdırılması barədə heç bir məlumatı olmayan İcarəyə verən qeyd edilən həmin təmir işlərini necə həyata keçirə bilərdi ?. Təbii ki, bu hallar onu göstərir ki, müqavilənin 3.2-ci bəndindəki “təmir işləri” icarə obyektinin su, kanalizasiya və işıq xətləri ilə təmin edilməsi və avadanlıqların obyektdə quraşdırıla bilməsi imkanını ehtiva edir. Göründüyü kimi, Müqavilənin şərtləri həqiqi mənasına görə təfsir edilmədiyi üçün İcarəçinin iddia tələbində qeyd etdiyi əsasların hamısı əsassızdır. Belə ki, İcarəçi müqavilənin 6.4-cü bəndinə istinad etməklə, icarə obyektinin isitmə və soyutma sistemi ilə təmin edilməsinə görə çəkilmiş xərcləri tələb edir və qeyd edilən həmin işləri - təmir işlərinə aid edir. Birincisi, müqavilədə “isitmə və soyutma sistemi” ifadəsi sadəcə sistemin qurulması üçün imkanı özündə ehtiva edir. Yoxsa ki, daxili dizaynı yekunlaşmamış marketə iddiaçının iddia etdiyi məbləğdə isitmə və soyutma sisteminin quraşdırılmasından söhbət gedə bilməz. Yuxarıda da qeyd edildiyi kimi, biznes plandan məlumatı olmayan İcarəyə verən “isitmə və soyutma sistemini” harda və necə quraşdıracağını hardan bilməli idi və həmin sistemi necə təmin etməli idi ?. Yəni, müqavilənin digər şərtləri də bu hal nəzərə alınaraq təfsir edilməlidir. İcarə obyektinin biznes layihəsi İcarəyə verən tərəfindən deyil, İcarəçi tərəfindən hazırlanıb və qeyd edilən biznes plan icarə müqaviləsinə əlavə edilməmişdir. İşgüzar adətlərə görə isə belə biznes plan İcarəyə verən tərəfindən deyil, İcarəçi tərəfindən hazırlanır və icra edilir. Belə olmasaydı, 6000 kv.m.-lik yararlı və işlək vəziyyətdə olan tikili 50000 manata yox, daha baha qiymətə icarəyə verilməli idi. Yuxarıda qeyd edilənlərdən əlavə, İcarəçinin iddia tələbinin əsassızlığını bariz şəkildə göstərən dəlillər kimi, əlavə olaraq aşağıda qeyd olunan halları da göstərmək olar. Belə ki, İcarəçi “vurulmuş zərərin ödənilməsi” barədə iddia ərizəsində göstərmişdir ki, cavabdeh İddiaçı təqsiri ucbatından mağaza 10 ay gec fəaliyyətə başlamış və nəticədə hər ay 71510 manat olmaqla, ümumilikdə 715000 manat gəlirdən məhrum olmuşdur. Əvvəla, bu olduqca absurd iddiadır. Çünki, marketin gec fəaliyyətə başlaması "xxxx" MMC-nin özünün ləng işləməsi səbəbindən baş vermişdir. İddiaçı "xxxx" MMC-yə ünvanladığı 29 aprel 2022-ci il tarixli məktubundan da görünür ki, tərəflər arasında icarə müqaviləsi bağlanan andan obyekt tam istifadəyə hazır vəziyyətdə "xxxx" MMC-yə təhvil verilmiş və müqavilənin bəndlərinə uyğun olaraq mağazanın fəaliyyətə başlaması üçün təmir işlərinin görülməsi, avadanlıqların gətirilməsinə görə MMC-yə 3 ay vaxt verilmişdir. Lakin, "xxxx" MMC tərəfindən zəruri işlər olduqca ləng görülmüşdür. Daha sonra İddiaçı 2021-ci ilin noyabr ayında yazdığı məktub və şifahi xəbərdarlığından sonra 2021-ci ilin dekabr ayında MMC tərəfindən obyektə avadanlıqlar gətirilmiş, 2022-ci ilin mart ayında isə obyektin üzərinə reklam lövhəsi vurularaq, həmin reklam "xxxx" MMC tərəfindən sosial şəbəkələrdə paylaşılmış və 15 iyun 2022-ci il tarixdə icarə obyekti mağaza kimi faktiki fəaliyyətə başlamışdır. Həmçinin, İcarəçi yuxarıda qeyd olunan iddianı irəli sürərkən, icarə müqaviləsinin bəndlərinə uyğun olaraq həm özünə, həm də İcarəyəverənə təmir işləri üçün verilmiş müddəti nəzərə almamışdır. İcarəçinin iddiasından belə çıxır ki, İddiaçıla "xxxx" MMC arasında 08 iyul 2021-ci il tarixdə icarə müqaviləsi bağlandıqdan 1 ay sonra, yəni 2021-ci ilin avqust ayında İddiaçı mağazanı - icarəçinin görməli olduğu təmir işlərini görüb və obyekti avadanlıqlarla və satış üçün mallarla təmin edib - "xxxx" MMC-yə təhvil verməli idi, "xxxx" MMC-də 2021-ci ilin avqust ayından mağaza faktiki fəaliyyətə başladığı 15 iyun 2022-ci il tarixə kimi, yəni 10 ay ərzində fəaliyyət göstərərək hər ay 71510 manat olmaqla, ümumilikdə 715000 manat gəlir əldə etməli idi. Əgər İddiaçı obyekti 1 ay ərzində, yəni 2021-ci ilin avqust ayında obyekti mağaza kimi fəaliyyət göstərməsi üçün tam hazır vəziyyətə gətirərdisə, yəni icarəçinin görməli olduğu bütün işləri özü görərdisə, nəyə görə obyekti icarəyə verməli idi ?! Bundan başqa, İcarəçi iddia ərizəsində göstərmişdir ki, "xxxx" ASC-dən ******* manat kredit götürmüş və mağaza 10 ay gec fəaliyyətə başladığından hər ay 40000 manat olmaqla ümumilikdə 400000 manat faiz ödəməklə zərərə uğramışdır. İlk əvvəl, yuxarıda qeyd edildiyi kimi, mağazanın 10 ay əvvəldən fəaliyyətə başlaması qeyrimümkün idi və gec fəaliyyətə başlaması da İcarəçinin özünün ləng işləməsi səbəbindən baş vermişdir. İkincisi, İcarəçinin mağazanı fəaliyyətə başlaması üçün şəxsi vəsaitindən və ya kreditdən istifadə etməsinin - İcarəyəverənə heç bir aidiyyəti yoxdur və həmin məsələ ilə bağlı tərəflər arasında icarə müqaviləsi bağlanarkən hər hansı bir razılışma və ya şərt olmamışdır. Həmçinin, qeyd olunmalıdır ki, İcarəçi qeyd olunan absurd iddianı irəli sürərkən belə yanlışlıqlara yol vermişdir. Belə ki, İcarəçinin iddia ərizəsinə əlavə etdiyi "xxxx" ASC-nin 17 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, 07 dekabr 2021-ci il tarixdən 01 iyun 2022-ci il tarixə kimi - yəni 6 ay ərzində "xxxx" MMC-yə ******* manat kredit ayrılmışdır. Digər kreditlərin ayrılması isə mağazanın açılışından sonrakı dövrə aiddir. Bütün bu sadalananlar İcarəçinin haqsız yerə İcarəyəverəndən pul əldə etmək niyyətini aşkar formada ortaya qoyur. İcarəçi iddia ərizəsində göstərmişdir ki, icarə obyektində elektrik xətləri üçün sayğacları təmir işləri bitirənədək quraşdırıb hazır vəziyyətə gətirmək, elektrik gücünü təmin etmək, bununla bağlı texniki şərtləri öz hesabına almaq öhdəlikləri icra edilməmiş, bu səbəbdən İcarəçi işıq generatoru icarəyə götürməyə məcbur olmuş, əlavə olaraq öz hesabına transformator, işıq generatoru və digər elektrik avadanlıqları almış, generatorun icarəsinə, servisinə, daşınma işlərinə və yanacaq sərfinə görə 243272,4 manat xərc çəkmişdir. Halbuki, obyekt İcarəçiyə təhvil verilərkən 3 fazalı elektrik xətti çəkilmiş olmuş, texniki şərt alınmış, həmçinin kifayət qədər elektrik enerjisi vermək gücündə olan transformator obyektin istifadəsində olmuşdur. Həmin transformator hal-hazırda da yerindədir və istifadəyə tam yararlıdır. Lakin, 08 iyul 2021-ci il tarixli müqavilədə İcarəyəverənin İcarəçiyə generator alıb təhvil vermək kimi öhdəliyi olmamışdır. Əgər İcarəçi özünün istifadəsi üçün generator almışdırsa, həmin avadanlıq İcarəçinin mülkiyyətidir və istənilən vaxt götürə bilər. İcarə müqaviləsinin 5.2-ci bəndindən görünür ki, İcarəçi tərəfindən gətirilmiş və müvəqqəti quraşdırılmış əşyalar və avadanlıqlar, qiymətli əşyalar, elektrik cihazları və digər daşınar əşyalar İcarəçinin mülkiyyəti olmaqla, icarə müqaviləsinin müddətinin bitdiyi tarixdə və ya müqaviləyə vaxtından əvvəl xitam veriləcək digər tarixdə İcarəçi tərəfindən geri götürülür. İcarəçi iddia ərizəsində göstərmişdir ki, İcarə obyektini “isitmə və soyutma sistemi” ilə təmin etmək (bənd 6.4), öhdəliyini icra edilməmiş, bu səbəbdən İcarəçi həmin işləri özü yerinə yetirərək, isitmə-soyutma və havalandırma sisteminin quraşdırılmasına 372130,23 manat xərc çəkmişdir. Halbuki, yuxarıda qeyd edilənlərdən də aydın olur ki, isitmə və soyutma sistemi ilə bağlı təmir işləri də İcarəçiyə aid olmuşdur. Hazırkı Müqavilə şərtlərinin də standart şərtlərə tabe olduğunu düşünülsə və müqavilənin 5.2-ci bəndi nəzərə alınsa, isitmə və soyutma sistemləri ilə bağlı xərclər də İcarəçiyə aiddir. Lakin müqavilədə icarədarın obyekti havalandırma sistemi ilə təchiz etmək kimi bir öhdəliyi olmamışdır. Təndir havlandırma sistemi marketin satış fəaliyyəti ilə bağlı deyil, istehsalat fəaliyyəti ilə bağlı quraşdırılmışdır. Həmçinin, İcarəçi iddia edir ki, yanğın söndürmə sistemi və siqnalizasiya işləri üçün 139291,23 manat xərc çəkmiş və həmin xərci cavabdeh ona ödəməlidir. Nəzərə çatdırılır ki, həmin işlər marketin dizaynına uyğun həyata keçirməli işlərə aiddir. İcarəyə verənin marketin dizaynının müəyyən edib ona uyğun elektrik işlərini görmək kimi öhdəliyi olmamışdır. Qeyd etmək lazımdır ki, İcarəçi iddia ərizəsində mağazanın açıldığı gün, yəni 15 iyun 2022-ci il tarixdə yaranmış elektrik problemini həll etdiyini göstərir, sonra isə həmin gün elektrik enerjisində yaranmış problemə görə mağazada 45510 manat dəyərində ərzaq məhsullarının xarab olduğunu göstərir. Lakin, İcarəçinin iddia ərizəsinə əlavə etdiyi 09 iyul 2022-ci il tarixli 7 ədəd aktda göstərilmişdir ki, işıqların fasiləli yanması nəticəsində 19 iyun 2022-ci il tarixdən 08 iyul 2022-ci il tarixə kimi Quba şəhərində yerləşən "Megastore" mağazasında müxtəlif çeşidli ərzaq məhsulları yararsız hala düşmüşdür. Yəni aktlardan görünür ki, mağaza tam fəaliyyətə başladıqdan sonra həmin məhsullar yararsız hala düşmüşdür. Üstəlik həmin aktların mötəbərliliyi də İddiaçı şübhə doğurur. Sual olunur, İcarəçi iddia ərizəsində 15 iyun 2022-ci il tarixdə generator aldığını bildirir, belə olan halda həmin gündən sonrakı dövrdə necə olur ki, elektrik enerjisində yaranmış probelmə görə mallar xarab olur ?! Bu məsələdə də İcarəyəverənin təqsirindən danışmaq mümkün deyildir. Belə ki, mağaza fəaliyyət göstərdiyi müddətdə yararsız vəziyyətə düşmüş məhsullara görə məsulliyəti icarəyəverən daşımalı deyil. Bunlardan başqa, İcarəçi iddia ərizəsində dayanacağın yaradılması və asfaltlanmasına 13438 manat xərc cəkdiyini göstərir. Birincisi, asfaltlanan ərazi dövlət yoludur və icarəyə verənin küçəni asfaltlamaq kimi öhdəliyi olmamışdır. İkincisi, həmin işlər icarəyə verənin vəsaiiti hesabına həyata keçirilmişdir. Həmçinin, İcarəçi iddia ərizəsində hovuz tikintisi üçün 50000 manat vəsait xərclədiyini bildirir. Lakin, icarə müqaviləsində İcarəyə verənin hovuz tikib təhvil vermək kimi öhdəliyi olmamış və bu barədə iddiaçı tərəfindən heç bir tələb mövcud olmamışdır. Bunlardan əlavə, İcarəçi 18 aprel 2022-ci il tarixli 030 nömrəli məktubunda qeyd edir ki “Cavabdeh MMC tərəfindən müqavilədə qeyd olunan öhdəliklər icra olunur”. Öhdəliklər dedikdə, İcarəçinin iddiada göstərdiyi marketin fəaliyyəti üçün lazımi təmir işləri nəzərdə tutulur. Halbuki, iddiaçı bununla bağlı 2021-ci ilin noyabr ayında "xxxx" MMC-yə müraciət etsə də, "xxxx" MMC 5 ay sonra əsassız iddialarla İddiaçı cavab məktubu yazır. Daha sonra İcarəçi özünün 25 aprel 2022-ci il tarixli 033 saylı məktubunun “C” bəndində açıqca qeyd edir ki, İcarəyəverən tərəf İcarəçiyə havalandırma sistemi ilə bağlı 360000 manat məbləğində ödəniş etməlidir. Təbii ki, belə bir iddianı İcarəyəverən nə o zaman, nə də indiki vəziyyətdə qəbul edə bilməz. Çünki, bu hal açıq şəkildə müqavilə şərtlərinə ziddir və müqavilədə havalandırma ilə bağlı hər hansı şərt müəyyən edilməmişdir. İcarəçi həmçinin qeyd olunan məktubun “b” bəndində açıq-aşkar öhdəlik götürür ki, “bu günkü tarixdən etibarən müqavilədən irəli gələn heç bir xərc İcarəyəverəndən tələb oluna bilməz”. Bundan başqa, İcarəçi 29 aprel 2022-ci il tarixli 015 nömrəli məktubunda da yalnız havalandırma sisteminin qurulması ilə bağlı iddiasının 360000 manat olduğunu bildirir. Yəni, İcarəçi məhkəmədə iddia qaldırmamışdan cəmi 6 ay əvvəl İcarəyəverənə qarşı iddiasının 360000 manat olduğu halda, necə ola bilər ki, 6 aydan sonra sözügedən iddia ******* manat məbləğində olsun. Bu məqamda ortaya çıxan maraqlı bir fakt odur ki, İcarəçinin bu şəkildə olan maddi tələbləri yalnız 2022-ci ilin iyul ayından, mağaza fəaliyyətə başladıqdan sonra xeyli müddət sonra başlayır. Ehtimal olunur ki, niyyət uzun illər icarə haqqı ödəmədən obyektdə fəaliyyət göstərməkdir. Əgər isitməsoyutma sistemindən başqa iddiada göstərilən digər işlər İcarəyəverən tərəfindən görülməli idisə, nəyə görə İcarəçi bu barədə əvvəlcədən İcarəyəverənə xəbərdarlıq etməmiş və ya ondan həmin işlərin görülməsini tələb etməmişdir ?. Bu sualın da cavabı odur ki, İcarəçinin müqavilə bağlandıqdan sonra ödədiyi 5 aylıq icarə hqqının müddəti 2022-ci ilin mart ayında bitirdi. Məhz 2022-ci ilin mart ayından sonra İcarəyəverən tərəf icarə haqqının ödənilməsini tələb edir və bu tələb İcarəçiyə bildirildikdən sonra, sonuncunun İcarəyəverənə qarşı əsassız pul tələbi yaranmağa başlamışdır. Məhkəmə iclaslarında cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh nümayəndəsi Nümayəndə3 birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh “vurulmuş zərərin ödənilməsi” barədə iddia tələbini müdafiə edib, həmin iddia ərizəsində və birləşdirilən iş üzrə İddiaçı “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbi” barədə iddia ərizəsinə qarşı verilmiş "İzahat" və "İzahata Əlavə"də (etirazlarda) yazılanlara uyğun izahat verib, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı müqavilə öhdəliklərini pozması nəticəsində dəymiş ümumilikdə 1979093,14 manat məbləğində maddi zərərin və çəkilmiş məhkəmə xərclərinin, yəni dövlət rüsumu, mediasiya və hüquqi yardım xərclərinin əvəzinin tutulub iddiaçı Cavabdehnə ödənilməsi və eyni zamanda, birləşdirilmiş iş üzrə İddiaçı Cavabdehnə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbi” barədə iddia ərizəsinin isə təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və öz mövqeyini onunla əsaslandırmışdı ki, icarəyə verən İddiaçı ilə İcarəçi Cavabdeh MMC arasında notarial qaydada bağlanmış 08 iyul 2021-ci il tarixli İcarə müqaviləsinə əsasən, Quba rayon İcra Hakimiyyəti Başçısının 27 mart 2018-ci il tarixli 50 saylı sərəncamına görə ümumi sahəsi 6000 kv.m olan “ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası, həmin sahəyə dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış əldə etməklə, ticarət və kommersiya obyekti təyinatı ilə istifadə edilməsi üçün 15 il müddətinə aylıq icarə haqqı 50000 manat olmaqla, İcarəyə verən tərəfindən İcarəçiyə icarəyə verilmişdir. Lakin, İcarəyə verən tərəfindən bu günədək icarəyə verilən sahəyə dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış əldə edilməmiş və İcarəyə verən tərəfindən icarə müqaviləsinin bu bəndi icra olunmamışdır. 6000 kv.m qeyri-yaşayış sahəsinin çıxarışı olmadığı üçün təmir işləri dəfərlərlə müvafiq icra hakimiyyəti orqanları tərəfindən dayandırılmışdır. Həmin Müqaviləyə əsasən 5 aylıq icarə haqqı olan 250000 manat İcarəçi tərəfindən İcarəyə verənin "xxxx" ASC-nin Sumqayıt Şəhər Filialında olan hesabına 17 iyul 2021-ci il tarixdə köçürmə yolu ilə öncədən ödənilmiş və Cavabdeh MMC tərəfindən icarə müqaviləsinin bu şərti tam şəkildə icra olunmuşdur. Müqavilənin 3.2-ci bəndinə görə isə icarəyə götürülən icarə obyektinin nəzdindəki mağazanın satışa başladığı tarixdən icarə haqqının hesablanması razılaşdırılmışdır. 15 iyun 2022-ci il tarixdə İcarə obyektində “Megastore” mağazasının açılışı olmuşdur. Ona görə də, əvvəlcədən ödənilmiş 5 aylıq icarə haqqının hesablanmasının başlama tarixinin əvvəli 15 iyun 2022-ci il tarixdən hesablanmış, müddət bitdikdən sonra Cavabdeh MMC tərəfindən növbəti icarə haqqı ödənilmiş və bu günədək də aylıq icarə haqlarının ödənilməsi davam etməkdədir. Müqavilə şərtlərinə uyğun olaraq İcarəyə verən tərəfindən icarə obyektini isitmə və soyutma sistemi ilə təmin etmək, yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik və sanitargigiyena qaydalarına uyğun olaraq istifadəyə vermək, obyektin yanğına qarşı və digər icbari sığortalarını öz hesabına təmin etmək öhdəlikləri icra edilməmişdir. Bu səbəbdən həmin işləri məcburən icarəçi Cavabdeh MMC tərəfindən yerinə yetirilərək, isitmə-soyutma və təndir havalandırma sisteminin quraşdırılmasına 372130,23 manat, yanğın söndürmə sistemi və siqnalizasiya işlərinin görülməsinə 13291,51 manat xərc çəkilmişdir. Bundan əlavə, icarə obyektində elektrik xətləri üçün sayğacları təmir işləri bitənədək quraşdırıb hazır vəziyyətə gətirmək, elektrik gücünü təmin etmək, bununla bağlı texniki şərtləri öz hesabına almaq öhdəlikləri də İcarəyə verən tərəfindən icra edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehlakçıların elektrik enerjisi alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması qaydalarına" əsasən İcarəyə verən tərəfindən texniki şərtin alınması üçün müraciət olunmamışdır. Bu səbəbdən İcarəçi işıq generatoru icarəyə götürməyə məcbur olmuş, əlavə olaraq transformator, işıq generatoru və digər elektrik avadanlıqları almış, generatorun icarəsinə, servis, yəni yağ dəyişmə, daşınma işlərinə və yanacaq sərfinə görə 243272,4 manat xərc çəkmişdir. Bundan əlavə, İcarəyə verən icarə obyektində sanitar-gigiyena qaydalarına uyğun lazım olan su anbarının, su çənin quraşdırılmasını təmin etməmiş və bununla icarə müqaviləsinin 7.1.1 və 7.1.3-cü bəndlərinin tələblərinin pozmuşdur. Bu səbəbdən icarəçi icarə obyektində su anbarının tikilməsi, su çəninin quraşdırılması və su xəttinin çəkilməsi üçün 50350,3 manat xərc çəkmişdir. Müqavilənin 7.1.7-ci bəndinə uyğun olaraq İcarəyə verən icarə obyektinin qarşısında və ətrafında avtodayanacaqdan istifadəyə şərait yaratmaq öhdəliyini də icra etməmişdir. Buna görə İcarəçi avtodayanacağın yaradılmasına və asfaltlanmasına əlavə olaraq 13438,7 manat xərc çəkmişdir. Eləcə də, İcarəyə verən tərəfindən icarə obyektində elektrik xətləri tam işlək və yararlı qaydada təhvil verilməmişdir. 15 iyun 2022-ci il tarixdə mağazanın açılışı zamanı transformatorun olmaması səbəbindən işıq təschizatında yaranmış problemlər nəticəsində mağazada külli miqdarda ərzaq məhsulları xarab olmuş və nəticədə İcarəçiyə 45510 manat maddi zərər dəymişdir. İcarəyə verən Müqavilənin 4.1, 4.2, 4.3, 6.1 və 6.2-ci bəndlərinə uyğun olaraq icarə obyektini müqavilə bağlandığı tarixdən ən geci 3 ay ərzində təmir işlərini bitirib, təyinatına uyğun şəkildə, tam işlək və yararlı vəziyyətdə təhvil-təslim aktı əsasında təqdim etmək öhdəliyini də icra etməmişdir. Nəticədə ticarət sahəsi gec fəaliyyətə başlamış, İcarəçi biznes plana uyğun olaraq supermarketin fəaliyyəti nəticəsində orta aylıq xalis mənfəət kimi hər bir ay üçün əldə edə biləcəyi 71510 manat məbləğdə gəlirdən məhrum olmuş və əldən çıxmış fayda 10 ay üçün 715100 manat təşkil etmişdir. Həmçinin, icarəçi Müqaviləyə əsasən nəzərdə tutulan fəaliyyət istiqaməti üzrə hazırlanan biznes planın icrası ilə əlaqədar "xxxx" ASC-dən illik 13,5 % dərəcəsi ilə, aylıq 40000 manat faiz olmaqla ******* manat kredit götürmüş və 10 ay üçün 400000 manat faiz ödəməli olmuşdur. İcarə müqavilənin 9.1-ci bəndinə əsasən tərəflər bu Müqavilə üzrə öhdəliklərini vaxtında və tam icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə, bunun nəticəsində digər Tərəfə dəyən zərəri tam miqdarda ödəməlidir. Müqavilənin 9.6-cı bəndinə əsasən, müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində Tərəflər bir-birinə vurduqları zərərə görə mülkihüquqi məsuliyyət daşıyırlar. Beləliklə, İcarəyə verənin Müqavilə öhdəliklərini pozması ucbatından İcarəçiyə ümumilikdə 1979093,14 manat məbləğində maddi zərər dəymişdir. Həmçinin, Müqavilənin İcarəyə verən tərəfindən birtərəfli qaydada ləğvi üçün heç bir faktiki və hüquqi əsas olmamış, belə ləğv üçün əsas gətirdiyi hal 8 aylıq icarə haqlarının ödənilməməsi isə əsassız olmaqla, həqiqəti əks etdirməmişdir. Çünki, nəzərə alaraq ki, müqavilənin 3.2-ci bəndi ilə müəyyən edilmiş şərtlərə əsasən icarə haqqının hesablanmasının ticarət obyektinin nəzdindəki mağazanın satışa başladığı tarixdən hesablanması razılaşdırılmış, icarə obyektində “Megastore” mağazasının açılışı 15 iyun 2022-ci il tarixdə olmuş və 5 aylıq icarə haqqı olan 250000 manat məbləğində pul Müqavilənin 3.3-cü bəndinə əsasən İcarəçi tərəfindən İcarəyə verənə 17 iyul 2021-ci il tarixdə köçürmə yolu ilə öncədən ödənilmişdir. Belə olan halda həmin məbləğ 15 iyun 2022-ci ildən 15 noyabr 2022-ci ilədək olan 5 aylıq dövr üçün icarə haqqının ödənişi kimi nəzərə alınmalı olduğuna görə, İcarəyə verənin Müqaviləyə guya icarə borcunun olması bəhanəsi ilə bir tərəfli xitam verməyə əsası yaranmamış və hüququ olmamışdır. Qeyd etmək lazımdır ki, icarə müqaviləsinin bağlanmasından ötən müddət ərzində müqavilənin bir sıra şərtləri və müqaviləyə əsasən üzərinə düşən öhdəliklər icarəyə verən İddiaçı tərəfindən kobud şəkildə pozularaq icra edilməmişdir ki, bunun nəticəsində tərəflər arasında münasibətlər pozulmuşdur. Bundan sonra İddiaçı İrman Məmmədov ilə birlikdə əlbir olaraq, öz hüquqlarından sui-istifadə edərək vicdanlılıq prinsipinə zidd hərəkətlər edərək, güya icarə müqaviləsindən İrman Məmmədovun xəbəri olmadığı iddiası irəli sürülmüşdür. İddiaçı bağlanmış icarə müqaviləsindən iləri gələn öhdəliklərini icra etmədiyi üçün İrman Məmmədovdan istifadə edərək onun vasitəsi ilə icarə müqaviləsinin etibarsız hesab edilməsinə çalışsa da, nəticədə həmin məhkəmə işləri "xxxx" MMC-nin xeyrinə yekunlaşmış və məlum icarə müqaviləsi etibarsız sayılmamışdır. Bu işin halları isə məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 06 fevral 2024-cü il tarixli 2(102)-473/2024 saylı qərarında öz əksini tapmışdır. Eləcə də, İcarəyə verən tərəfindən iddiasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş və o, iddiasını əsaslandıra bilməmişdir. İcarə obyekti təmirli şəkildə icarəçiyə təqdim olunacağı üçün icarə haqqı yüksək məbləğdə, yəni 50000 manat olaraq razılaşdırılmışdır. Hətta icarə müqaviləsinə əsasən İcarəyə verən icarə obyekti ona qaytarılarkən təmirinin köhnəlməsini nəzərə alınaraq qəbul edəcəyini öhdəsinə götürmüşdür. Bu halın özü də onu göstərir ki, təmir öhdəliyi İcarəyə verənə aiddir. Ayrıca məhkəmənin diqqətinə çatdırılır ki, icarəyə verən icarə obyektinə bitişik eyni dam altına qeyri-yaşayış obyekti tikib, halhazırda market fəaliyyətinə başlayaraq müxtəlif yollarla maddi zərər vurmağa çalışmaqda, bu yolla Cavabdeh MMC-ni iddiasından imtina etməyə çalışaraq təmir xərclərindən azad olmaq arzusundadır. Mülki Məcəllənin öhdəliklərin icrası zamanı vicdanlılığı müəyyən edən 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Lokal normativ aktlardan başqa, kommersiya hüququnun mənbələri qismində işgüzar adətlər də çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10-cu maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericiliklə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Həmin Məcəllənin 390.7-ci maddəsinə əsasən əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Qeyd olunan maddi hüquq normalarının tələblərindən də göründüyü kimi tərəflər arasında əvvəlcədən müqavilə əsasında tənzimlənmiş müəyyən hərəkət ardıcıllığı, öhdəliklərin yerinə yetirilməsi zamanı təbii yolla formalaşan müqavilə bəndlərinə tam uyğun olmayan, lakin müqavilə və qanunvericiliyə zidd olmayan işgüzar adətlərin yaranması mümkündür. İşin hallarından göründüyü kimi tərəflər arasında müqavilə bağlandıqdan dərhal sonra tərəflər arasında təbii yolla işgüzar adətlər formalaşmışdır. İcarəyə verən tərəf təmir işlərinin İcarəçi tərəfindən görülməsinə etiraz etməmişdir. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Quba rayonunda təmirsiz 6000 kv.m qeyri-yaşayış sahəsinin icarə haqqının 50000 manat olması ağlabatan deyildir. Yəni, obyekt təmirli şəkildə təhvil veriləcəyi üçün yüksək məbləğdə icarə haqqına razılaşdırılmışdır. Məhkəmə, iş üzrə proses iştirakçılarının izahatlarını dinləyib, İddiaçı “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbi” barədə iddia ərizəsini və “iddia tələbinin həcminin artırılması” barədə ərizəni, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh “vurulmuş zərərin ödənilməsi” barədə iddia ərizəsini, tərəflərin iddia tələblərinə qarşı vermiş olduqları yazılı izahatları, etirazları və məhkəmə çıxışlarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbi” barədə iddia tələbi və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC-nin “vurulmuş zərərin ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan icarəyəverən İddiaçı (VÖEN **********) ilə icarəçi Cavabdeh (VÖEN **********) arasında bağlanaraq, Bakı şəhəri 11 saylı Notariat ofisində tərtib və təsdiq edilmiş (Reyestrdə 3M-1082 № ilə qeyd olunub) 08 iyul 2021-ci il tarixli İcarə Müqaviləsinə əsasən, İcarəyə verən Quba rayon İcra Hakimiyyəti Başçısının 27 mart 2018-ci il tarixli 50 nömrəli sərəncamına əsasən ümumi sahəsi 6000 kv.m. olan “Quba rayonu, Tofiq Əhmədov küçəsi,1” ünvanında yerləşən qeyri-yaşayış binasına (sahəsinə) dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən Çıxarış əldə etməklə (bundan sonra «icarə predmeti» və ya «icarə obyekti» adlandırılacaq) ticarət və kommersiya obyekti təyinatı ilə istifadə edilməsi üçün İcarəçiyə icarəyə verməyi, İcarəçi isə icarəni qəbul etməyi və Müqavilə ilə müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürmüşdür (1.1-ci bənd). Həmin Müqavilənin 2-ci bəndinə əsasən, müqavilə hər iki tərəfin onu imzaladığı və möhürü olan tərəfin möhürlədiyi andan qüvvəyə minir və 15 (on beş) il müddətinə bağlanır (bənd 2.1), müqavilənin müddəti icarə müddəti başa çatdıqda bitir. Müqavilənin qüvvədə olma müddətinin bitməsi Tərəfləri öz öhdəliklərini icra etmək vəzifəsindən azad etmir (bənd 2.2), tərəflərin hər ikisinin qarşılıqlı yazılı razılığına əsasən icarə müddəti dəyişdirilə bilər (bənd 2.3) icarə müddətinin başa çatmasına 1 ay qalmış Tərəflərdən yazılı şəkildə müqavilənin xitam edilməsi ilə bağlı müraciət edilmədiyi təqdirdə, müqavilə müddəti eyni şərtlərlə artırılmış sayılır (bənd 2.4). Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, müqaviləyə əsasən 1 (bir) aylıq icarə haqqı 50000 (əlli min) manat təşkil edir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, icarə haqqının hesablanması - ticarət obyektinin nəzdindəki mağazanın satışa başladığı tarixdən hesablanır. Lakin bu tarix İcarə verənin ticarət obyektində təmir işlərini bitirdiyi tarixdən başlayaraq 3 (üç) aydan artıq ola bilməz. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən, icarəçi tərəf 5 (beş) aylıq icarə haqqını öncədən ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 3.6-cı bəndinə əsasən, icarə haqqı hər icarə ayı üçün növbəti ayın 10-dan gec olmayaraq İcarəyə verən tərəfindən təqdim olunan ödəniş sənəd(lər)inə əsasən nağd və ya nağdsız hesablaşmalar qaydasında aparılır. Həmin Müqavilənin 4-cü bəndinə əsasən, İcarəyəverən icarə predmetini təyinatına uyğun şəkildə və tam işlək və yararlı vəziyyətdə təhvil-təslim aktı əsasında İcarəçiyə təqdim etməlidir (bənd 4.1), icarə predmetinin təhvil-təslimi hər iki Tərəfin və ya onların səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiqlənən və Müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı əsasında həyata keçirilir. Təhvil-təslim aktında təhvil verilərkən icarə predmetinin vəziyyəti, icarə predmetinin tərkibinə daxil olan tikililərdəki avadanlıqların adları, sayı, vəziyyəti, təhvil-təslim aktının tərtib olunma tarixi və digər zəruri məlumatlar əks olunmalıdır (bənd 4.2), icarə obyektinin təhvil-təsliminin həyata keçirilməsi üçün Tərəflərin hər birindən iki nəfər səlahiyyətli şəxs daxil olmaqla təhvil-təslim komissiyası yaradılır (bənd 4.3), Təhvil-Təslim Aktı imzalandıqdan sonra, İcarəçi icarə obyektində avadanlığın və mebelin quraşdırılmasına və təmir işlərinə başlaya bilər (bənd 4.4) və müqavilənin müddəti qurtardıqdan sonra və ya vaxtından əvvəl xitam verildikdə, icarə obyektinin İcarəçidən İcarəyə verənə geri təhvil verilməsi təbii aşınma nəzərə alınaraq eyni qaydada müvafiq Akt imzalanmaqla həyata keçirilir (bənd 4.5). Həmin Müqavilənin 5-ci bəndinə əsasən, İcarəçi öz fəaliyyəti ilə əlaqədar olaraq icarə predmetindən təyinatı üzrə istifadə etmək üçün öz mülahizəsi ilə icarə predmetini zəruri avadanlıqlarla və digər daşınar qurğularla təchiz edir (bənd 5.1) və İcarəçi tərəfindən gətirilmiş və müvəqqəti quraşdırılmış əşyalar və avadanlıqlar, qiymətli əşyalar, elektrik cihazları və digər daşınar əşyalar «İcarəçi»nin mülkiyyəti olmaqla (və ya qanuni istifadəsində olmaqla) icarə müddətinin bitdiyi tarixdə və ya Müqaviləyə vaxtından əvvəl xitam veriləcək digər tarixdə İcarəçi tərəfindən geri götürülür və ya Tərəflərin qarşılıqlı razılığı əsasında mövcud bazar qiyməti ilə İcarəyə verən tərəfindən alına bilər (bənd 5.2). Həmin Müqavilənin 6-cı bəndinə əsasən, İcarəyə verən icarə obyektini İcarəçiyə marketin təmir işləri bitdikdən sonra avadanlığın quraşdırılması üçün bu müqavilə ilə razılaşdırılmış vaxtda və vəziyyətdə təhvil verir (bənd 6.1), İcarəyə verən müqavilə bağlandığı tarixdən ən gec 3 ay ərzində təmir işlərin bitirib İcarəçiyə ticarət obyektin təhvil verməlidir (bənd 6.2), icarə obyektinin fəaliyyəti ilə bağlı tələb olunan avadanlıqlar (su, kanalizasiya, elektrik xətləri üçün sayğaclar - 3 faza olmaq şərti ilə) təmir işləri bitənə qədər İcarəyə verən tərəfindən quraşdırılıb hazır vəziyyətdə olmalıdır (bənd 6.3), İcarəyə verən icarə obyektini isitmə və soyutma sistemi ilə təmin edir (bənd 6.4), İcarəçidən icarə obyektini təhvil verildiyi ilkin vəziyyətinə qaytarmaq tələb oluna bilməz (bənd 6.5) və icarəçi obyektinin bütöv və ya hər hansı bir hissəsi ilə bağlı təmir, yaxşılaşdırma və ya dəyişdirmə işlərini həyata keçirə bilər (bənd 6.6). Həmin Müqavilənin 7.1-ci bəndinə əsasən, icarə predmetini qüvvədə olan yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik və sanitar-gigiyena qaydalarına, tikinti normalarına, elektirik gücünün təmin edilməsi və Müqavilənin şərtlərinə uyğun olaraq təyinatı üzrə istifadə edilməyə yararlı vəziyyətdə Tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında İcarəçinin istifadəsinə vermək (bənd 7.1.1), Müqavilə bağlandığı və icarə predmeti təhvil verildiyi zaman icarə predmetinin bütün çatışmazlıqları barədə İcarəçini xəbərdar etmək (bənd 7.1.2), İcarə predmetində onun təyinatına uyğun istifadəsinə tam və ya qismən mane olan çatışmazlıqlar aşkar edildikdə İcarəçinin tələbi ilə aşağıdakı tədbirlərdən birini həyata keçirmək: (a) çatışmazlıqları əvəzsiz, öz hesabına aradan qaldırmaq, və ya (b) çatışmazlıqların aradan qaldırılması üzrə İcarəçinin çəkdiyi xərcləri ödəmək (bənd 7.1.3), icarə müddətində icarə predmetindən tam sutka ərzində və maneəsiz istifadəyə real imkan yaratmaq, xüsusi zərurət olmadan icarə predmetinə daxil olmamaq və İcarəçinin fəaliyyətinə mane olmamaq (bənd 7.1.4), müqaviləyə xitam verildiyi halda Müqavilə ilə müəyyən edilmiş şərtlərlə köhnəlmə nəzərə alınmaqla, icarə predmetini qəbul etmək (bənd 7.1.6), İcarəçinin icarə predmetində yerləşdirdiyi avadanlıqları və quraşdırdığı qurğuları Müqavilə xitam olunduqdan sonra özü ilə aparmasına təminat vermək (bənd 7.1.8), İcarə obyektinin təmiri və fəaliyyəti ilə bağlı qanunvericiliyə müvafiq olaraq dövlət orqanları tərəfindən tələb edilən müvafiq xüsusi icazə və razılaşdırmaları, icarə obyektinin təmiri ilə bağlı texniki şərtləri (su, qaz,elektrik xətləri üçün sayğaçları, (3 faza) olmaq şərti ilə) öz hesabına təmin etmək (bənd 7.1.9) və İcarə obyektinin yanğına qarşı və digər icbari sığortalarını öz hesabına təmin etmək (bənd 7.1.12) - İcarəyə verənin öhdəlikləridir. Həmin Müqavilənin 7.1.13-cü bəndinə əsasən, icarəyə verən icarə müddəti ərzində icarə obyektini İcarəçinin yazılı razılığı olmadan sata və ya hər hansı digər formada özgəninkiləşdirə bilməz. Həmin Müqavilənin 7.1.14-cü bəndinə əsasən, icarəyə verən icarə obyektini icarəçiyə təhvil verərkən avadanlıqsız təhvil verdiyini təsdiq edir. Həmin Müqavilənin 7.2.1-ci bəndinə əsasən, müqavilə ilə müəyyən edilmiş icarə haqqının İcarəçi tərəfindən vaxtında və tam ödənilməsini tələb etmək - İcarəyə verənin hüququdur. Həmin Müqavilənin 8.1.1-ci bəndinə əsasən, icarə haqqını vaxtında və tam ödəmək - İcarəçinin öhdəliyidir. Həmin Müqavilənin 8.1.5-ci bəndinə əsasən, müqavilənin müddəti bitdikdə və ya Müqaviləyə vaxtından əvvəl xitam verildikdə İcarəçi icarə obyektini İcarəyəverənə normal köhnəlmə nəzərə alınmaqla təhvil verir. Həmin Müqavilənin 8.2-ci bəndinə əsasən, müqavilənin qüvvədə olduğu müddət ərzində icarə predmetindən onun təyinatına uyğun olaraq fasiləsiz və maneəsiz istifadə etmək (bənd 8.2.1), fəaliyyət zərurəti ilə əlaqədar icarə predmetində əlavə qurğular və avadanlıqlar quraşdırmaq, icarə predmeti daxilində tikinti, abadlaşdırma və yenidən qurma işləri aparmaq (bənd 8.2.2) və quraşdırdığı bütün avadanlıq və qurğuları Müqavilə ləğv olunarkən özü ilə aparmaq (bənd 8.2.3) - İcarəçinin hüquqlarıdır. Həmin Müqavilənin 9.2-ci bəndinə əsasən, müqaviləyə xitam verildikdə İcarəyə verən İcarəçi tərəfindən marketin fəaliyyəti üçün quraşdırdığı və söküb apara bilmədiyi avadanlığın köhnəlmə vəziyyətində həmin dövrün real bazar qiymətinə uyğun dəyərini İcarəçiyə ödəyir (quraşdırılan və sökülüb apara bilinməyən avadanlığın siyahısı Tərəflər arasında imzalanan akt-la müəyyən ediləcək). Həmin Müqavilənin 10.1-ci bəndinə əsasən, müqavilənin müddəti qurtardıqda və ya ona vaxtından əvvəl xitam verildikdə Tərəflər Müqavilə üzrə öhdəliklərin tam şəkildə yerinə yetirilməsi və icarə obyektinin geri qaytarılması barədə qarşılıqlı akt imzalayırlar. Həmin Müqavilənin 10.2-ci bəndinə əsasən, İcarəçi zəmanət verir ki, müqavilə bağlandığı tarixdən 5 il ərzində müqaviləyə bir tərəfli xitam verməyəcək. İcarəçi qarşılıqlı razılaşma olmadan müqaviləyə bir tərəfli qaydada xitam verərsə, 5 illik icarə müddətinin geri qalan il (ay) üçün icarə haqqını ödəməyi öhdəlik götürür. Həmin Müqavilənin 10.3-cü bəndinə əsasən, müqavilənin 3-cü bəndində müəyyən edilmiş icarə müddətinin başa çatmasından sonra (bənd 10.3.1), İcarəçinin müqavilə müddətindən 5 il keçdikdə İcarə verənə 2 (iki) ay öncədən yazılı xəbərdarlıq verdiyi təqdirdə (bənd 10.3.2), İcarəçi tərəfindən 3 aylıq icarə haqqı ödənilmədiyi halda (bənd 10.3.3) və yaxud, müqavilənin etibarsız olması haqqında müvafiq məhkəmə qərarı olduqda (bənd 10.3.4) - Müqaviləyə xitam verilir. Həmin Müqavilənin 10.4-cü bəndinə əsasən, tərəflər yalnız 10.3-cü bəndində göstərilən hallarda bir tərəfli bu müqaviləyə xitam verilə bilər. Digər hallarda, birtərəfli bu müqaviləyə xitam verilə bilməz. Həmin Müqavilənin 12.7-ci bəndinə əsasən, müqavilə imzalandıqdan sonra qüvvəyə minir və icarə müddəti başa çatanadək qüvvədə qalır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Quba şəhərinin Tofiq Əhmədov küçəsində yerləşən 0,9802 ha torpaq sahəsi və üzərindəki 948,9 kv.m. qeyri-yaşayış sahəsi (əmlak kompleksi kimi müəssisə) paylı mülkiyyət hüququ əsasında X3, İddiaçı və X1 məxsusdur, onların həmin əmlak üzərindəki paylı mülkiyyət hüquqları 02 fevral 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********83-12301 reyestr nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının 27 mart 2018-ci il tarixli 50 nömrəli Sərəncamından görünür ki, İddiaçı mülkiyyətində olan “süd emalı” sexinin binasında yenidənqurma işlərinin həyata keçirilməsinə və əlavə tikinti işlərinin aparılmasına razılıq verilməsi barədə Quba Rayon İcra Hakimiyyətinin Başçısına müraciət etmiş, müvafiq torpaq ayırma sənədlərini və obyektin tikintisi üçün nəzərdə tutulmuş layihənin memarlıq planlaşdırma bölməsini təqdim etmişdir. Vətəndaşın müraciətini və təqdim etdiyi sənədləri nəzərə almaqla, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq ona ünvan 6 ünvanda yerləşən və mülkiyyətində olan “süd emalı” sexinin binasında yenidənqurma işlərinin həyata keçirilməsinə və əlavə tikinti işlərinin aparılmasına razılıq verilmişdir. İş materiallarında olan, "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə həyata keçirilmiş və “Ödənişin təyinatı və əsas” qrafasında "QUBA, İCARE, 5 AYLİQ AVANS, ZYS 535.01045" kimi qeyd olunmuş 17 iyul 2021-ci il tarixli Ölkədaxili #005AZ**********6 nömrəli Ödəniş Tapşırığından görünür ki, 08 iyul 2021-ci il tarixli İcarə Müqaviləsi üzrə icarəçi Cavabdeh tərəfindən icarəyəverən İddiaçı hesabına avans olaraq 250000 (iki yüz əlli min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarına əlavə olunmuş 06 dekabr 2022-ci il tarixli Ölkədaxili #005AZ**********1 nömrəli, 11 yanvar 2023-cü il tarixli Ölkədaxili #005AZ**********1 nömrəli və 07 fevral 2023-cü il tarixli Ölkədaxili #005AZ**********4 nömrəli Ödəniş Tapşırıqlarından görünür ki, 08 iyul 2022-ci il tarixli İcarə Müqaviləsinə əsasən icarəçi Cavabdeh tərəfindən müvafiq olaraq 06 dekabr 2022-ci ildə, 11 yanvar 2023-cü ildə və 07 fevral 2023-cü ildə “icarəyəverən” İddiaçı hesabına hər dəfə 50000 (əlli min) manat olmaqla, ümumilikdə cəmi 150000 (yüz əlli min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2024-cü il tarixli 2(102)-473/2024 nömrəli Qərarından görünür ki, iddiaçı X6 cavabdehlər Cavabdehnə və İddiaçı qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “cavabdehlər arasında Bakı şəhəri 11 saylı notariat ofisində bağlanmış olan 08 iyul 2021-ci il tarixli “ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəsinə dair müqavilənin etibarsız hesab edilməsi, iddiaçının ½ hissədə paylı mülkiyyətində olan, **********83-12301 reyestr nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış daşınmaz əmlakının Cavabdeh MMC tərəfindən boşaldılması, oranın Cavabdeh MMC-nin qanunsuz sahibliyindən götürülməsi və həmin daşınmaz əmlaka mülkiyyət hüququndan irəli gələn sahiblik və istifadə hüququnun bərpa olunması” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli e-2(027)-157/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, “İddiaçı ilə Cavabdeh MMC arasında Bakı şəhəri 11 saylı notariat ofisində bağlanmış 08 iyul 2021-ci il tarixli “Quba rayonu, Tofiq Əhmədov küçəsi-1” ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəsinə dair müqaviləsinin etibarsız hesab edilməsi, iddiaçının ½ hissədə paylı mülkiyyətində olan **********83-12301 reyestr nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış daşınmaz əmlakın Cavabdeh MMC tərəfindən boşaldılması, oranın Cavabdeh MMC-nin qanunsuz sahibliyindən götürülməsi və iddiaçının həmin daşınmaz əmlaka paylı mülkiyyət hüququndan irəli gələn sahiblik və istifadə hüququnun bərpa olunması” qət edilmişdir. Lakin, Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2023-cü il tarixli 2(103)-1403/2023 nömrəli qətnaməsi ilə həmin apellyasiya şikayəti təmin edilib, Quba Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli e- 2(027)-157/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək “iddiaçı X2 cavabdehlər Cavabdeh MMC-yə və İddiaçı qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın cavabdeh tərəfindən boşaldılaraq onun qanunsuz sahibliyindən götürülməsi və daşınmaz əmlaka mülkiyyət hüququndan irəli gələn sahiblik və istifadə hüququnun bərpa olunmasına dair” iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı X6 tərəfindən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2024-cü il tarixli 2(102)-473/2024 nömrəli Qərarı ilə təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2023-cü il tarixli 2(105)-1403/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda, iş materiallarında olan icarəyəverən İddiaçı tərəfindən icarəçi Cavabdehnə ünvanlanmış 21 noyabr 2021-ci il tarixli və 19 aprel 2022-ci il tarixli məktublar, icarəçi Cavabdeh MMC tərəfindən icarəyəverən İddiaçı ünvanlanmış 18 aprel 2022-ci il tarixli 030 nömrəli, 25 aprel 2022-ci il tarixli 033 nömrəli, 29 aprel 2022-ci il tarixli 015 nömrəli, 15 iyul 2022-ci il tarixli 045 nömrəli və 08 avqust 2022-ci il tarixli 050 nömrəli məktublar, eləcə də birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC-nin “vurulmuş zərərin ödənilməsi” barədə iddia tələbi üzrə məhkəməyə təqdim olunmuş sifarişçi Cavabdeh MMC ilə icraçı "xxxx" MMC arasında bağlanmış 23 fevral 2022-ci il tarixli xx/xx/2022 nömrəli müqavilə, ödəniş tapşırıqları, təhvil-təslim aktları, arayışlar və elektron qaimələr, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış 31 yanvar 2022-ci il tarixli 03/2022 nömrəli müqavilə, elektron qaimələr və ödəniş tapşırıqları, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış 11 aprel 2022-ci il tarixli 001/22 nömrəli Müqavilə, hesab-faktura, elektron qaimələr və ödəniş tapşırıqları, "xxxx" MMC tərəfindən tərtib olunmuş 05 dekabr 2022-ci il tarixli UNİ/D03-697/22 nömrəli “tikinti-quraşdırma işlərinin və daşınar əmlakın dəyərinin müəyyən edilməsi barədə” hesabat və 21 dekabr 2022-ci il tarixli UNİ/D 38-732/22 nömrəli “orta aylıq xalis mənfəətin müəyyən edilməsi barədə” mütəxəssis rəyi, "xxxx" MMC tərəfindən tərtib olunmuş 09 iyul 2022-ci il tarixli Aktlar və digər sənədlər də iş üzrə aparılan məhkəmə araşdırması zamanı proses iştirakçılarının iştirakı ilə tədqiq olunmuşdur. Göründüyü kimi, məhkəmə araşdırması zamanı işin mübahisə edilməyən halları ilə müəyyən olunmuşdur ki, Quba şəhərinin Tofiq Əhmədov küçəsində yerləşən ümumi sahəsi 6000 kv.m. olan qeyri-yaşayış sahəsinə dair icarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh MMC arasında 08 iyul 2021-ci il tarixli icarə müqaviləsi bağlanmış və həmin əmlakda paylı mülkiyyət hüququ olan X6 iddiaçı qismində cavabdehlər Cavabdehnə və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehlər arasında Bakı şəhəri 11 saylı notariat ofisində bağlanmış 08 iyul 2021-ci il tarixli “ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəsinə dair müqavilənin etibarsız hesab edilməsi, iddiaçının ½ hissədə paylı mülkiyyətində olan, **********83-12301 reyestr nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış daşınmaz əmlakının Cavabdeh MMC tərəfindən boşaldılması, oranın Cavabdeh MMC-nin qanunsuz sahibliyindən götürülməsi və həmin daşınmaz əmlaka mülkiyyət hüququndan irəli gələn sahiblik və istifadə hüququnun bərpa olunması” barədə qətnamə çıxarılmasını xahiş etsə də, həmin iddia tələbi Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2023-cü il tarixli 2(103)-1403/2023 nömrəli qətnaməsi ilə təmin edilməmişdir (həmin qətnamə qanuni qüvvəsini almışdır). Yəni, icarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh MMC arasında bağlanmış 08 iyul 2021-ci il tarixli icarə müqaviləsi Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2023-cü il tarixli 2(103)-1403/2023 nömrəli qətnaməsi ilə etibarsız hesab olunmamışdır. 08 iyul 2021-ci il tarixli icarə müqaviləsi tərəflər arasında 15 il müddətinə bağlanaraq, aylıq icarə haqqı 50000 (əlli min) manat məbləğində müəyyən edilmiş və icarə haqqının hesablanmasının əvvəli icarəyə verilmiş qeyri-yaşayış sahəsində fəaliyyət göstərəcək ticarət obyektinin nəzdindəki mağazanın satışa başladığı tarixdən başlanması tərəflər arasında razılaşdırılmışdır (Müqavilənin 3.2-ci bəndi). X5 nəzərdə tutulan “Megastore” mağazasının açılışı 15 iyun 2022-ci il tarixdə baş tutmuş və həmin tarixdən də İcarəçiyə məxsus həmin mağaza qeyd olunan icarə obyektində hal-hazıradək fəaliyyətini davam etdirir. Həmin 08 iyul 2021-ci il tarixli İcarə Müqaviləsi üzrə 17 iyul 2021ci il tarixli Ödəniş Tapşırığı ilə icarəçi Cavabdeh MMC tərəfindən 17 iyul 2021-ci ildə (müqavilə bağlandıqdan 9 gün sonra) icarəyəverən İddiaçı hesabına avans olaraq 250000 (iki yüz əlli min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bu ödənişdən sonra 2022-ci ilin dekabr ayından etibarən icarəçi Cavabdeh MMC tərəfindən icarəyəverən İddiaçı hesabına icarə haqqı kimi hər ay üçün 50000 manat məbləğində pul ödənişlərinin ödənilməsi davam etdirilmişdir. Məlum Müqavilə üzrə icarəçi Cavabdeh MMC tərəfindən icarə obyekti faktiki olaraq təhvil alınıb, 15 iyun 2022-ci il tarixdən etibarən həmin obyektdə “Megastore” mağazası fəaliyyətə başlayaraq, hal-hazıradək də fəaliyyət göstərməsinə baxmayaraq, müqavilə tərəfləri arasında bu obyektin təhvil-təslimi ilə əlaqədar hər hansı bir akt və s. imzalanmamışdır. Bununla belə, məhkəmə araşdırması zamanı hazırkı iş üzrə aşağıda qeyd olunan halları isə tərəflər mübahisələndirmiş və hər bir tərəf iş üzrə müəyyən olunmuş aşağıda sadalanan konkret halları öz iddia və etirazlarına uyğun şərh etmişlər. Belə ki: - İddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı nümayəndəsi Nümayəndə1 mövqeyinə görə icarəyəverən İddiaçı ilə icarəçi "xxxx" MMC arasında hər ay üçün 50000 manat icarə haqqı hesablanmaqla 15 il müddətinə bağlanmış 08 iyul 2021-ci il tarixli icarə müqaviləsi üzrə İcarəçi tərəfindən 5 aylıq icarə haqqı kimi əvvəlcədən ödənilmiş 250000 manat məbləğində pul vəsaitindən 2021-ci ilin oktyabr ayından başlayaraq, hər ay üçün 50000 manat icarə haqqı çıxılmağa başlanılmış və ona görə də, əvvəlcədən ödənilmiş həmin 250000 manat məbləğində icarə haqqının 2021-ci ilin oktyabr ayından hesablanmaqla 5 ay üçün, yəni 2021-ci ilin oktyabr, noyabr və dekabr ayları, 2022-ci ilin yanvar və fevral ayları üçün silinmiş və bundan sonra növbəti aylar üzrə aylıq icarə haqları ödənilmədiyinə görə İcarəyəverən tərəfindən 08 iyul 2021-ci il tarixli icarə müqaviləsinin 10.3.3-cü bəndinə əsasən “3 aylıq icarə haqqı ödənilməməsi” əsası ilə məlum Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. - Cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh nümayəndəsi Nümayəndə3 mövqeyinə görə isə 08 iyul 2021-ci il tarixli icarə müqaviləsi ilə müəyyən edilmiş şərtlərə əsasən icarə haqqının icarə sahəsində “mağazanın satışa başladığı” tarixdən hesablanması razılaşdırılmış olduğundan və həmin icarə obyektində “Megastore” mağazasının açılışı 15 iyun 2022-ci il tarixdə baş tutduğundan, İcarəçi tərəfindən İcarəyə verənə 17 iyul 2021-ci il tarixdə köçürmə yolu ilə öncədən ödənilmiş 5 aylıq icarə haqqına görə 250000 manat məbləğində pul vəsaiti 15 iyun 2022-ci ildən 15 noyabr 2022-ci ilədək olan 5 aylıq dövr üçün icarə haqqının ödənişi kimi nəzərə alınmalı olduğu üçün İcarəyəverənin icarə borcunun olması bəhanəsi ilə məlum Müqaviləyə birtərəfli qaydada xitam verməyə əsası yaranmamışdır. Çünki, qeyd olunan əvvəlcədən ödənilmiş 250000 manat məbləğində pul vəsaiti 15 iyun 2022-ci ildən 15 noyabr 2022-ci ilədək olan dövr üzrə silindikdən sonra, İcarəçi 15 noyabr 2022-ci ildən etibarən Müqavilədə nəzərdə tutulan qaydada aylıq 50000 manat məbləğində müəyyən olunmuş icarə haqlarını ödəməyi davam etdirmiş və İcarəçinin heç bir icarə borcu mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş İcarə haqqı ödəməyə borcludur. Məhkəmə, yuxarıda təsvir edilənlərə, işin konkret hallarına və aşağıda qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə araşdırması zamanı İddiaçı “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbi” barədə iddia tələbinin və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh “vurulmuş zərərin ödənilməsi” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı təsdiq olunmamışdır. Belə ki: - 1). İddiaçı “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbi” barədə iddia tələbinin əsaslılığının müəyyən edilməsi ilə əlaqədar qeyd etmək lazımdır ki, tərəflər arasında bağlanmış 08 iyul 2021-ci il tarixli icarə müqaviləsinin tələblərinə görə aylıq 50000 manat (müqavilənin 3.1-ci bəndi) məbləğində müəyyən edilmiş icarə haqqının hesablanmasının əvvəli - ticarət obyektinin nəzdindəki mağazanın satışa başladığı tarixdən başlanır (müqavilənin 3.2-ci bəndi) və İcarəçi tərəf 5 (beş) aylıq icarə haqqını öncədən ödəməyi öz öhdəsinə götürür (müqavilənin 3.3-cü bəndi). Bu halda məlum icarə obyektində “Megastore” mağazasının açılışı 15 iyun 2022-ci il tarixdə baş tutduğundan, İcarəçi tərəfindən İcarəyə verənə 17 iyul 2021-ci il tarixdə köçürmə yolu ilə öncədən ödənilmiş və müvafiq ödəmə sənədi olan “Ödəniş tapşırığında” 08 iyul 2021-ci il tarixli icarə müqaviləsi üzrə “avans” olaraq ödənildiyi qeyd olunan 250000 manat məbləğində pul vəsaitinin aylar üzrə hesablanan icarə haqqına silinmələrin əvvəli 15 iyun 2022-ci ildən başlanmalı və həmin 250000 manat məbləğində ödəniş 15 iyun 2022-ci ildən 15 noyabr 2022-ci ilədək olan dövrü əhatə edən 5 aylıq dövr üçün icarə haqqının ödənişi kimi nəzərə alınmalıdır. Qeyd olunan 250000 manat məbləğində pul vəsaiti 15 noyabr 2022-ci il tarixədək mövcud aylar üzrə hesablanan aylıq icarə haqları üzrə silindikdən sonra icarəçi Cavabdeh MMC tərəfindən icarəyəverən İddiaçı bank hesabına müvafiq qaydada müqavilədə nəzərdə tutulan aylıq icarə haqları üzrə ödənişlər mütəmadi olaraq edilmiş və iş üzrə məhkəmə araşdırması zamanı İcarəçinin müqavilə üzrə hər hansı bir icarə haqqı borcunun olmadığı müəyyən olunmuşdur. Ona görə də, icarəyəverən İddiaçı 08 iyul 2021-ci il tarixli icarə müqaviləsinin 10.3.3-cü bəndinə, yəni “İcarəçi tərəfindən 3 aylıq icarə haqqının ödənilməməsi” şərtinə istinad etməklə, müqaviləyə birtərəfli qaydada xitam vermək şəraiti və halı mövcud olmamışdır. Eyni zamanda, İcarəçi icarə obyektindən istifadəni dayandırmadan və hər hansı bir hərəkəti ilə müqavilənin xitamına razılığını bildirmədən, müvafiq aylar üzrə Müqavilədə nəzərdə tutulan icarə haqlarının mütəmadi olaraq ödənişlərini davam etmişdir. 2). Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh “vurulmuş zərərin ödənilməsi” barədə iddia tələbinin əsaslılığının müəyyən edilməsi ilə əlaqədar qeyd etmək lazımdır ki, 08 iyul 2021ci il tarixli icarə müqaviləsində nəzərdə tutulan icarə obyekti hər hansı bir təhvil-təslim aktı tərtib olunmadan icarəçi Cavabdeh MMC tərəfindən faktiki olaraq istifadə üçün təhvil alınmış və həmin icarə sahəsində İcarəçi tərəfindən 15 iyun 2022-ci il tarixdə “Megastore” mağazasının açılışı edilərək, hal-hazıradək də həmin sahədə fəaliyyətini davam etdirir və müvafiq qaydada nəzərdə tutulan icarə haqqını ödəyir (İcarəçi İcarəyəverənin məlum müqavilənin “birtərəfli qaydada xitam olunması” mövqeyi ilə razılaşmır). Qeyd etmək lazımdır ki, İddiaçı “obyektin qanunsuz sahiblikdən götürülməsi və mülkiyyət hüququnun bərpa olunması” barədə iddia tələbi ilə məhkəməyə müraciət edənədək (həmin iddia ərizəsi məhkəməyə 24 oktyabr 2022-ci ildə təqdim olunmuş və həmin tarixədək də həmin iddiaçı tərəfindən mediasiya prosesi təşkil olunaraq, mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mərhələsi olmuşdur) icarəçi Cavabdeh MMC tərəfindən “vurulmuş zərərin ödənilməsi” barədə iddia tələbində qeyd olunan “icarə obyektinin lazımi qaydada təhvil verilməsi” üzrə İcarəyəverənin öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar müvafiq hərəkətlər etməmiş və əksinə, icarə obyektini faktiki olaraq təhvil alıb, mağaza açaraq istifadə etməyə başlamışdır. Halbuki, tərəflər arasında bağlanmış məlum müqavilənin tələblərinə görə bu “təhvil alma” müvafiq qaydada təhvil-təslim aktı imzalanmaqla baş tutmalı idi. Bundan əlavə, həmin İcarə müqaviləsinin 5-ci bəndinə əsasən, İcarəçi öz fəaliyyəti ilə əlaqədar olaraq icarə predmetindən təyinatı üzrə istifadə etmək üçün öz mülahizəsi ilə icarə predmetini zəruri avadanlıqlarla və digər daşınar qurğularla təchiz edir (bənd 5.1) və İcarəçi tərəfindən gətirilmiş və müvəqqəti quraşdırılmış əşyalar və avadanlıqlar, qiymətli əşyalar, elektrik cihazları və digər daşınar əşyalar İcarəçinin mülkiyyəti olmaqla (və ya qanuni istifadəsində olmaqla) icarə müddətinin bitdiyi tarixdə və ya Müqaviləyə vaxtından əvvəl xitam veriləcək digər tarixdə İcarəçi tərəfindən geri götürülə və ya Tərəflərin qarşılıqlı razılığı əsasında mövcud bazar qiyməti ilə İcarəyə verən tərəfindən alına bilər (bənd 5.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 358.2-ci maddəsinə əsasən, əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Həmin Məcəllənin 360.2-ci maddəsinə əsasən, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Beləliklə də, yuxarıda qeyd olunanlarla və işin konkret hallarına əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı Cavabdehə qarşı "obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbi" barədə iddia tələbi, yəni "Daşınmaz Əmlakın Dövlət Reyestrində **********83-12301 reyestr nömrəsi ilə qeydə alınmış olan daşınmaz əmlakın - ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsinin Cavabdeh qanunsuz sahibliyindən götürülməsi, həmin daşınmaz əmlaka olan sahiblik və istifadə ilə bağlı iddiaçının mülkiyyət hüququnun bərpa olunması və Cavabdehndən 400000 (dörd yüz min) manat məbləğində pul vəsaitinin tutulması" tələbi barədə iddianın əsaslılığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Çünki, məhkəmə araşdırması zamanı həmin iddia tələblərinin əsaslılığı, yəni tərəflər arasında bağlanmış 08 iyul 2021-ci il tarixli icarə müqaviləsinin birtərəfli qaydada xitam olunması əsaslarınln mövcud olması və İcarəçinin həmin Müqavilə üzrə icarə borcunun olması sübut olunmamışdır. Eyni zamanda, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş zərərin ödənilməsi” barədə iddia tələbi, yəni "cavabdeh İddiaçı müqavilə öhdəliklərini pozması nəticəsində dəymiş ümumilikdə 1979093,14 manat məbləğində maddi zərərin və çəkilmiş məhkəmə xərclərinin (dövlət rüsumu, mediasiya və hüquqi yardım xərci) əvəzinin tutulub iddiaçı Cavabdehnə ödənilməsi" tələbi barədə iddianın əsaslılığı da məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Çünki, məhkəmə araşdırması zamanı həmin iddia tələblərinin əsaslılığı, o cümlədən də icarəçi Cavabdeh MMC tərəfindən “isitmə-soyutma və təndir havalandırma sisteminin quraşdırılmasına xərcləndiyi iddia olunan 372130,23 manat pul, yanğın söndürmə sistemi və siqnalizasiya işlərinin görülməsinə xərcləndiyi iddia olunan 139291,51 manat pul, işıq generatoru və digər elektrik avadanlıqları almağa, generatorun icarəsinə, servis (yağ dəyişmə), daşınma işlərinə və yanacaq sərfinə görə xərcləndiyi iddia olunan 243272,4 manat pul, su anbarının tikilməsi, su çəninin quraşdırılması və su xəttinin çəkilməsi üçün xərcləndiyi iddia olunan 50350,3 manat pul, dayanacağın yaradılmasına və asfaltlanmasına xərcləndiyi iddia olunan 13438,7 manat pul, mağazanın açılışı zamanı transformatorun olmaması səbəbindən işıq təschizatında yaranmış problemlər nəticəsində mağazada külli miqdarda ərzaq məhsullarının xarab olması nəticəsində dəymiş 45510 manat maddi zərər, İcarəçinin biznes plana uyğun olaraq supermarketin fəaliyyəti nəticəsində orta aylıq xalis mənfəət kimi hər bir ay üçün əldə edə biləcəyi 71510 manat məbləğdə gəlir üzrə əldən çıxmış faydanın 10 ay üçün hesablanan 715100 manat pul və hazırlanan biznes planın icrası ilə əlaqədar "xxxx" ASCdən illik 13,5 % dərəcəsi ilə, aylıq 40000 manat faiz olmaqla, ******* manat məbləğində alınmış kredit üzrə 10 ay üçün 400000 manat faizi xərci olmaqla, ümumilikdə cəmi 1979093,14 manat məbləğində pul vəsaitinin” hazırkı mübahisə üzrə icarəyəverən İddiaçı tələb olunmasının əsaslılığı məhkəmə araşdırması zamanı sübut olunmamışdır. Qeyd etmək lazımdır ki, tərəflər arasında bağlanmış 08 iyul 2021-ci il tarixli icarə müqaviləsinin yuxarıda sadalanan müvafiq şərtlərinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə İcarəçi icarə müqaviləsinə xitam olunmaqla, icarə obyektini təhvil verdiyi hallarda, onun icarə sahəsi üçün çəkdiyi xərclərin ödənilməsi və quraşdırılan avadanlıqların və əşyaların qaytarılması məsələsi həll oluna bilər. Halbuki, işin hallarından da görünür ki, tərəflər arasında bağlanmış Müqaviləyə xitam verilməmiş və müqavilə məhkəmə qətnaməsi ilə etibarsız hesab edilməmişdir. Əksinə, İcarəçi həmin Müqavilə əsasında icarəyə götürdüyü icarə obyektindən istifadə edir və o, müqavilə şərtlərinə əsaslanaraq icarə obyektini İcarəyəverənə qaytarmaqdan imtina edir. Eləcə də, məhkəmə araşdırması zamanı “mağazanın açılışı zamanı transformatorun olmaması səbəbindən işıq təchizatında yaranmış problemlər nəticəsində mağazada külli miqdarda ərzaq məhsullarının xarab olması nəticəsində iddia olunan 45510 manat məbləğində maddi zərərin dəyməsi” və “İcarəçinin biznes plana uyğun olaraq supermarketin fəaliyyəti üzrə 10 ay üçün əldən çıxmış fayda olaraq iddia olunan 715100 manat gəlirdən məhrum olması” və bu xərclərə görə İcarəyəverənin öhdəlik və hər hansı bir məsuliyyət daşıması, həmçinin İcarəçinin “öz biznes planı əsasında sahibkarlıq fəaliyyəti ilə əlaqədar Bankdan aldığı kreditə görə” İcarəyəverənin hər hansı bir öhdəlik daşıması sübut olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, əsaslılığı sübuta yetmədiyi üçün İddiaçı Cavabdehnə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbi” barədə iddia tələbi təmin olunmamalı və həmin iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri də həmin iddiaçının özünə aid edilməlidir. Eyni zamanda, məhkəmə, yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, əsaslılığı sübuta yetmədiyi üçün birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı qarşı “vurulmuş zərərin ödənilməsi” barədə iddia tələbi təmin olunmamalı və həmin iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri də həmin iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı qarşı “vurulmuş zərərin ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri birləşdirilmiş iş üzrə iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-6/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-6/2024
25.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver