Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şirvan şəhəri İş № e-2-2(121)-1462/2021 14.07.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, Kreditor Azərbaycan Respublikası Dövlət Reklam X1 Reklam İdarəsinin (Lənkəran şəhəri, M.Nəsirli, ev 1 A) Borclunə (Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsi, ev 24) qarşı açıq məkanda reklam yerləşdirilməsinə dair 26 oktyabr 2018-ci il tarixli, M********** saylı icazə müqaviləsi əsasında ödənilməli olan 2.010,25 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun Borclundən tutularaq Azərbaycan Respublikası Dövlət Reklam X1 Reklam İdarəsinə ödənilməsinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsinə baxaraq, müəyyən etdi: Kreditor Azərbaycan Respublikası Dövlət Reklam X1 Reklam İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Borclu ilə kreditor X4 İdarəsi arasında 26 oktyabr 2018-ci il tarixdə bağlanmış açıq məkanda reklam yerləşdirilməsinə dair M********** nömrəli icazə müqaviləsi əsasında ödənilməli olan 2.010,25 manat və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun Borclundən tutularaq Azərbaycan Dövlət Reklam X1 Reklam İdarəsinin xeyrinə ödənilməsi barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, kreditorun ərizəsi əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 25.10.2018-ci il tarixli ərizədən görünür ki, Borclu tərəfindən Azərbaycan Respublikası Dövlət Reklam X1 Reklam İdarəsinə müraciət edilərək, "xxxx" MMC ilə bağlanmış M********** nömrəli müqavilə üzrə **********001- **********015 saylı və M********** nömrəli müqavilə üzrə **********001-**********015 saylı icazə sənədlərinin 01 iyul 2018-ci il tarixdən etibarən 6 ay müddətinə reklam yayımlanmasına icazə verilməsinə razılıq verilməsini xahiş etmiş, icazənin verilməsinə görə qanunvericiliklə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumunun, həmçinin reklam yayımına görə haqqın ödənilməsinə zəmanət verildiyini bildirmişdir. İş materiallarında olan açıq məkanda reklam yerləşdirilməsinə dair 26.10.2018-ci il tarixli, M********** saylı müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam X1 Reklam İdarəsi (icazə verən qurum) ilə Borclu (reklam yayıcısı) arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən reklam yayıcısı açıq məkanda reklam yerləşdirilməsinə verilmiş 26.10.2018-ci il tarixli, İ**********001-İ**********030 nömrəli icazələr əsasında bu müqavilədə göstərilmiş şərtlərlə reklam yayımını həyata keçirməyi, icazə verən qurum isə bununla bağlı müvafiq tənzimləməni və nəzarəti həyata keçirməsi barədə öhdəlik götürmüşdürlər. İş materiallarında olan 25 yanvar 2019-cu il tarixli qarşılıqlı üzləşmə aktının surətindən görünür ki, Borclu ilə X4 İdarəsi arasında tərtib edilmiş akta əsasən Borclu MMC-nin X4 İdarəsinə 01.01.2019-cu il tarixə 4.085,25 manat borcunun olduğu təsdiq edilərək imzalanmışdır. İş materiallarında olan 09.06.2021-ci il tarixli, Y********** saylı hesab-fakturanın surətindən görünür ki, Borclu Azərbaycan Respublikası Dövlət Reklam X1 Reklam İdarəsinə 2.010,25 manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X1 Reklam İdarəsi tərəfindən Borclunə ünvanlanan 29 aprel 2021-ci il tarixli, Rİ-6/01-04/230 saylı pretenziya məktubunun surətində qeyd olunur ki, açıq məkanda yayımlanan reklamlarına dair X4 İdarəsi ilə Borclu arasında bağlanılmış M********** nömrəli açıq məkanda reklam yerləşdirilməsinə dair icazə sənədinin müddəti 01 yanvar 2019-cu il tarixində bitmişdir. Həmin sənədə dair 2.010,25 manat vəsait üzərində kreditor borcu kimi qalmış, borcun ödənilməsi barədə çoxsaylı şifahi və yazılı xəbərdarlıqlar heç bir nəticə verməmişdir. İcazə sənədi üzrə olan 2.010,25 manat borcun 08 may 2021-ci il tarixinə qədər ödənilməsi tələb edilmiş, əks təqdirdə barəsində Azərbaycan Respublkası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə tədbir görülməsi və məhkəməyə iddia ilə müraciət olunacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Dövlət X1 Reklam İdarəsi tərəfindən hazırki məhkəmə əmrinin verilməsi haqqında ərizə üzrə 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, Borclu tərəfindən Azərbaycan Respublikası Dövlət Reklam X1 Reklam İdarəsinə borcun ödənilməsi təmin edilməmişdir. Göründüyü kimi kreditorun tələbi aşkardır və həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.2). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən, tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-ci, 276.1-ci, 276.2.2-ci və 280-282-ci maddələrinə əsasən, məhkəmə əmr etdi: Ərizə təmin edilsin. Borclundən 2.010,25 manat borc və 20 manat dövlət rüsumu, cəmi 2.030,25 (iki min otuz manat, iyirmi beş qəpik) manat pul vəsaiti tutularaq kreditor Azərbaycan Respublikası Dövlət X1 Reklam İdarəsinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1462/2021
Şirvan Kommersiya Məhkəməsi Məhkəmə əmri — İş №e-2-2(121)-1462/2021
14.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver