Məhkəmə qərarları › İş №e-2-2(121)-2606/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2606/2022

16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-2606/2022 16.11.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı QSC BOKT-un Cavabdeh qarşı – 801,76 manat əsas borc, 75,50 manat faiz borcu, cəmi 877,26 manat, habelə ödənilmiş 40 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, müəyyən etdi: İddiaçı QSC BOKT Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 801,76 manat əsas borc, 75,50 manat faiz borcu, cəmi 877,26 manat, habelə ödənilmiş 40 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə kiçik iddiaya dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizə onunla əsaslandırılmışdır ki, Sabirabad rayon sakini, fərdi sahibkar Cavabdeh ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının İmişli filialı arasında pambıq istehsalı üçün 8 ay müddətinə illik 10 faizlə 2.600 manat məbləğində kredit verilməsinə dair 25 aprel 2018-ci il tarixli P-393 saylı kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında Cavabdeh 1.395 manat kredit verilmişdir. Cavabdeh ilə bağlanmış müqavilənin 2.2.2-ci bəndinə görə Borcalan aşağıdakılar üçün öhdəlik daşıyır: 2.2.2.c. “Xam pambığın yığılması ilə tədarükünə dair təlimat”ın tələblərinə uyğun olaraq istehsaletdiyi xam yalnız Tədarükçüyə təhvil vermək; 2.2.2.d. Məhsulu pambıq mövsümü ilində vaxtında və tam həcmdə təhvil verilməsini təmin etmək; 2.2.2.f. Xam pambığı digər fiziki və hüquqişəxslərə satmamaq; 2.2.2.g. Borcverəndən aldığı krediti faizi ilə birlikdə tam həcmdə və vaxtında ödəmək; 2.2.2.k. Bu müqavilədə nəzərdə tutulan işlərin icrası ilə əlaqədar yaranan bütün problem və mübahisələrin qarşılıqlı anlaşma şəraitində həllinə çalışmaq, müqavilə şərtlərinin pozulmasına yönəldilmiş hərəkətlər etməmək, tütün istehsalı və kreditin ödənişində yarana biləcək problemlər barədə dərhal borcverənə məlumat vermək. Cavabdeh Kredit Təşkilatına olan kredit borcunun tam ödənilməsinə məsuliyyət daşımasına baxmayaraq, kredit müqaviləsinin yuxarıda qeyd edilən şərtlərini pozaraq borcverən qarşısında olan öhdəliyini icra etməmişdir. Son nəticədə o, əsas kredit borcundan 593,24 manat və hesablanmış faiz borcundan 56,76 manat ödəniş etmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş və kreditoru ümid etməyə haqqıçatanlardan məhrum etmişdir. Borcun ödənilməsi barədə Cavabdehmüraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həlledilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Cavabdehİddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 801,76 manat, faiz borcu 75,50 manat, cəmi borcu 877,26 manat təşkiledir. Sözügedən mübahisə üzrə Bakı 11 saylı Mediasiya Təşkilatının medaitoru Gündüz İsmayılov tərəfindən Mediasiya prosesinin nəticəsi olan MŞB/11-00298 saylı, xx.xx.2022-ci il tarixliarayış təqdim edilmişdir. Qeyd olunmalıdır ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 40 manat məbləğində mediasiyaya dair xərci nağdsız qaydada ödəmişdir. Cavabdehin Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İşin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslıdır. Buna görə də təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı QSC BOKT-nın İmişli filialı ilə Cavabdeh arasında bağlanmış 25 aprel 2018-ci il tarixli P-393 saylı kredit müqaviləsinə əsasən ona pambıq istehsalı üçün 8 ay müddətinə illik 10%-lə 2.600 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 1.2-ci yarımbəndinə əsasən, müqavilənin şərtləri daxilində borcalan özünə məxsus olan və ya icarəyə götürdüyü Sabirabad rayonu, Sarxanbəyli kəndində yerləşən 5 ha torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə yüksək məhsuldarlıqlı pambıq əkib-becərmək və əldə edilmiş xam pambığı bu müqavilə ilə müəyyən edilmiş qiymətlə, “Xam pambığın yığılması və tədarükü dair təlimat”ın tələblərinə uyğun olaraq tədarükçüyə təhvil verməyi, alıcı isə qüvvədə olan dövlət standartlarının tələblərinə cavab verən xam pambığın dəyərini borcalana ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən, borcalan 2.2.2.c. “Xam pambığın yığılması ilə tədarükünə dair təlimat”ın tələblərinə uyğun olaraq istehsaletdiyi xam yalnız Tədarükçüyə təhvil vermək; 2.2.2.d. Məhsulu pambıq mövsümü ilində vaxtında və tam həcmdə təhvil verilməsini təmin etmək; 2.2.2.f. Xam pambığı digər fiziki və hüquqişəxslərə satmamaq; 2.2.2.g. Borcverəndən aldığı krediti faizi ilə birlikdə tam həcmdə və vaxtında ödəmək; 2.2.2.k. Bu müqavilədə nəzərdə tutulan işlərin icrası ilə əlaqədar yaranan bütün problem və mübahisələrin qarşılıqlı anlaşma şəraitində həllinə çalışmaq, müqavilə şərtlərinin pozulmasına yönəldilmiş hərəkətlər etməmək, tütün istehsalı və kreditin ödənişində yarana biləcək problemlər barədə dərhal borcverənə məlumat vermək kimi öhdəliklər daşıyır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2020-ci il tarixli pretenziyanın surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında 25 aprel 2018-ci il tarixli P-393 saylı kredit müqaviləsinə əsasən 877,26 manat borcu yaranmışdır. Odur ki, 10 iş günü ərzində borcun tam ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə iddia qaldırılacağına dair xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xam pambıq istehsalı üçün kredit müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən cavabdehə kredit verilmişdir. Cavabdeh isə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikərə əməl etməmişdir. Cavabdehin iddiaçı qarşısında öhdəliklərini yerinə yetirmədiyi iş materialları ilə tam sübuta yetirildiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. İş materiallarında olan ilkin mediasiya sessiyasının 13 iyun 2022-ci il tarixli arayışın surətindən görünür ki, "xxxx" QSC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 40 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284- 5, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 801,76 manat əsas borc, 75,50 manat faiz borcu, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 40 manat, cəmi 917,26 manat məbləğdə pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar